“Ermənistan-Azərbaycan münaqişəsi
MDB daxilindəki inteqrasiya
potensialını tam reallaşdırmağa
imkan vermir”
Xarici İşlər
naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri
Şurasının videokonfrans
şəklində keçirilmiş
iclasına qatılıb. Bu barədə AZƏRTAC-a Xarici
İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən məlumat
verilib.
Nazir deyib ki, Ermənistan
rəhbərliyinin son açıqlamaları
göstərir ki, Ermənistan tərəfi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə
mane olmaq üçün
əlindən gələni
edir və bununla da regional sabitliyə və təhlükəsizliyə yeni
təhdidlər yaradır:
“Bu gün dünyada hökm sürən reallıqlar sabitlik və təhlükəsizlik
üçün yeni çağırışlara və
təhdidlərə qarşı
bütün dövlətlərin
səmərəli qarşılıqlı
fəaliyyətini və
səylərinin əlaqələndirilməsini
tələb edir. Lakin Birlik məkanında
mövcud olan həll olunmamış münaqişələr, xüsusilə
də Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi Birlik
daxilindəki inteqrasiya
potensialını tam və
effektiv şəkildə
reallaşdırmağa imkan
vermir və MDB-yə üzv olan dövlətlərin yeni çağırışlara
və təhdidlərə
qarşı daha sıx qarşılıqlı
fəaliyyətinə əsas
maneədir”.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan
münaqişənin ən
qısa zamanda siyasi həllinə sadiqdir: “Bununla yanaşı, danışıqlar
əbədi davam edə bilməz və danışıqlar
güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış
vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət
etməməlidir. Bir daha xatırlatmaq istərdim ki, BMT Nizamnaməsində, Helsinki Yekun
Aktında, Paris Xartiyası
və BMT Təhlükəsizlik
Şurasının məlum
qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri
çərçivəsində bütün vasitələrlə
ərazi bütövlüyünü
bərpa etmək hüququ vardır. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığına
əsaslanan tezliklə
həlli, şübhəsiz
ki, bölgədə
regional və beynəlxalq
təhlükəsizliyin, sosial
tərəqqinin və
regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir”.
Azərbaycan Xarici İşlər
Nazirliyinin (XİN) “Twitter” səhifəsində
isə bildirilib ki, Ermənistan və Azərbaycan arasında atəşkəsin
əldə olunmasından
26 il ötür (
APA). Qeyd
olunub ki, sülh prosesində Ermənistan qeyri-konstruktiv
mövqe nümayiş
etdirir.
“Bununla yanaşı, Ermənistan silahlı qüvvələri atəşkəs
rejimini müntəzəm
pozaraq təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini
deyil, günahsız mülki şəxsləri
də hədəf alır”, - deyə vurğulanıb.
Xatırladaq ki, 1994-cü ildə tərəflər arasında
atəşkəsin əldə
edilməsi barədə
imzalanmış “Bişkek
protokolu” mayın 12-də
qüvvəyə minib
və cəbhə xəttində aktiv hərbi əməliyyatlar
həmin gündən
dayandırılıb.
“Arman Tatoyanın özünü icmalararası
dialoqu dəstəkləməyə
dəvət edirəm”
Yeri gəlmişkən,
Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı
icmasının rəhbəri
Tural Gəncəliyev Ermənistanın ombudsmanı
Arman Tatoyanın parlamentdə çıxışı
zamanı səsləndirdiyi
fikirlərə münasibət
bildirib. APA-nın
xəbərinə görə,
T. Gəncəliyev bildirib
ki, Azərbaycan Respublikasının vətəndaşlarının
ən təməl insan hüquqlarını pozan dövlətin – Ermənistanın bir nümayəndəsinin belə
bir bəyanatının
siyasi təbliğat məqsədilə ortaya atıldığı göz
önündədir.
Onun sözlərinə görə,
A. Tanoyan hazırda dəbdə olan insan hüquqları çətiri arxasında
gizlənərək gəlişigözəl
fikirlər səsləndirməyə
çalışır: “İnsan
hüquqlarından ağız
dolusu danışan Tatoyanın nədənsə
ölkəsinin işğalı
nəticəsində Azərbaycanın
Qarabağ bölgəsində
etnik təmizləməyə
məruz qalmış
yüz minlərlə
azərbaycanlı məcburi
köçkünlərin hüquqlarından
danışmağı unudub”.
İcma
sədri qeyd edib ki, Ermənistan
ombudsmanının məqsədi
əksər Ermənistan
rəsmiləri kimi ölkəsinin sadəcə
“danışıq xətrinə
danışıq” taktikasına
öz dəstəyini
verməyə hesablanıb:
“Mən həm Ermənistanın siyasi rəhbərliyinin diqqətinə
bir daha çatdırmaq istəyirəm
ki, Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsinin
azərbaycanlı icması
olaraq biz dəfələrlə
bölgənin erməni
icmasının nümayəndələrini
sülh şəraitində
birgə yaşayışı
müzakirə etmək
üçün dialoqa
dəvət etmişik,
lakin müsbət bir cavab ala bilməmişik.
Hansısa “danışıq
xətrinə danışıq”
deyil, məhz gələcəkdə Azərbaycan
Respublikasının beynəlxalq
səviyyədə tanınmış
sərhədləri çərçivəsində,
sülh şəraitində
birgə yaşayacaq iki icmanın dialoqu Ermənistan – Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsini
yekun sülhə yaxınlaşdıra bilər.
Buna görə də,
elə Tatoyanın özünü icmalararası
dialoqu dəstəkləməyə
dəvət edirəm. Amma, əgər Ermənistan ombudsmanı Ermənistanda
insan hüquqlarının
təməl prinsiplərinə
hörmətlə yanaşmayan
şəxsləri aşkar
etməklə məşğul
olmaq istəyirsə,
o zaman Xocalı soyqırımını, müharibə
cinayətlərini, insanlıq
əleyhinə digər
cinayətləri törədən
şəxsləri mühakimə
etməklə başlaya
bilər.
Həmçinin, Ermənistan ombudsmanı, Ermənistan ərazisində
etnik təmizləməyə
məruz qalaraq kütləvi şəkildə
öz ata-baba yurdlarından qovulmuş azərbaycanlıların pozulmuş
hüquqlarının bərpasına
çalışmalıdır. Bu məsələ BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövrü
İcmal prosesi çərçivəsində dövrü hesabatlar zamanı Ermənistan qarşısında qaldırılıb”.
Pakistanda
“Şuşa – Qafqaz sivilizasiyasının incisi.
İşğalın 28-ci ili”
adlı məqalə dərc olunub
Bu arada, Pakistanda
nəşr edilən
“Pakistan in the World” jurnalının internet
səhifəsində, həmçinin
“NN Urdu” portalının ingilis
dili versiyasında “Şuşa – Qafqaz sivilizasiyasının incisi. İşğalın 28-ci ili” adlı məqalə dərc olunub. AZƏRTAC xəbər
verir ki, məqalədə XX əsrin
əvvəllərində erməni
millətçilərinin Azərbaycana
qarşı ərazi iddiaları irəli sürməyə başladıqları,
erməni şovinistlərinin
bu siyasətinin 80-ci illərin sonlarında da davam etdiyi,
Azərbaycanın Dağlıq
Qarabağ və Naxçıvan bölgələrinə
yeni iddialar irəli sürüldüyü
ilə bağlı məlumat verilir. Nəticədə, bu iddiaların genişmiqyaslı
müharibəyə gətirib
çıxardığı, Azərbaycan ərazilərinin,
o cümlədən 1992-ci il may ayının 8-də
Şuşa şəhərinin
ermənilər tərəfindən
işğal edildiyi bildirilir. Müəllif Şuşanın işğalı
zamanı 480 nəfər
mülki əhalinin öldürüldüyünü, 600 adamın yaralandığını,
552 uşağın yetim
qaldığını, 25 mindən
çox insanın məcburi köçkünə
çevrildiyini qeyd edir. Məqalədə Şuşada Pənahəli
xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər
Ağa məscidi, Xurşidbanu Natəvanın
evi, Molla Pənah Vaqifin türbəsi və digər çoxsaylı tarixi abidənin dağıdıldığı, muzeylərin, kitabxanaların
yandırıldığı, Qafqazın qədim mədəniyyət mərkəzinin
erməni vandalizminin qurbanına çevrildiyi vurğulanır. Müəllif hazırda işğal
altında olan ərazilərdən ermənilər
tərəfindən qeyri-qanuni
olaraq silah və narkotik qaçaqmalçılığı məqsədilə də istifadə edildiyini və işğal olunmuş ərazilərin
yalnız Azərbaycan
üçün deyil,
bütövlükdə region üçün təhdidə
çevrildiyini diqqətə
çatdırır. Materialın sonunda
Azərbaycan xalqının
erməni işğalçılarının
onlara verdiyi iztirab və ağrını heç vaxt unutmayacağını,
bu iztirabın yalnız ölkənin ürəyi olan Qarabağın və onun mirvarisi Şuşanın işğaldan
azad ediləcəyi gün sona çatacağı
vurğulanır.
Fuad Hüseynzadə
Palitra.- 2020.- 13 may. S.
11.