Hikmət Hacıyev: “Azərbaycan ilə Fransa
arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə
inkişaf edir”
Azərbaycan
və Fransa arasında tərəfdaşlıq yüksək səviyyədədir.
Bu tərəfdaşlıq dostluq münasibətlərinə əsaslanır
və ölkələrimiz arasında əməkdaşlıq
müxtəlif istiqamətlərdə inkişaf
edir. Bu fikirləri Azərbaycan
Respublikası Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət
Hacıyev Fransaya səfəri zamanı
AZƏRTAC-a müsahibəsində deyib. Hikmət Hacıyev bildirib ki, Azərbaycan-Fransa əlaqələrindən
danışanda, ilk növbədə, Prezident İlham
Əliyevin rəhbərliyi ilə bu əlaqələrin
inkişafında əldə olunmuş
nailiyyətlər qeyd edilməlidir. İki ölkə arasında münasibətlərin
inkişafında Birinci vitse-prezident
Mehriban Əliyevanın da
böyük xidmətləri var. Görülən işlər nəticəsində
dostluq və tərəfdaşlıq
münasibətləri daha da
inkişaf edib. Prezidentin köməkçisi Fransaya
səfəri çərçivəsində Yelisey
Sarayında, Xarici İşlər,
Müdafiə, İqtisadiyyat nazirliklərində
və digər dövlət qurumlarında keçirdiyi
görüşlərdə səmərəli müzakirələr
aparıldığını bildirib. O əlavə edib ki, Prezident İlham
Əliyevin Parisdə Prezident Emmanuel Makron ilə görüşü, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya
səfərləri zamanı müəyyən olunmuş
məsələlər və onlardan irəli
gələn tapşırıqların müzakirəsi
baxımından bu qəbildən olan dialoqun davam etdirilməsi çox
vacibdir. Hikmət Hacıyev Fransaya səfəri çərçivəsində
fransız jurnalistlər, vətəndaş cəmiyyətinin
nümayəndələri və elmi tədqiqat
mərkəzlərinin rəhbərləri ilə də
görüşlər keçirdiyini qeyd edib. O,
görüşlərdə Azərbaycanda dövlətimizin
başçısının rəhbərliyi ilə
aparılan hərtərəfli islahatlar, həmçinin
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi barədə də məlumat verildiyini vurğulayıb. Prezidentin
köməkçisi deyib ki,
Azərbaycanda və qonşu regionlarda cərəyan edən proseslər Avropada da çox
ciddi şəkildə izlənilir. Belə
məsələlərlə bağlı tərəf
müqabillərimizin məlumatlandırılması, onlarla müzakirələr aparılması çox önəmlidir.
Tural
Palitra.- 2020.- 10 yanvar.
S. 4.