Ötən il turistlərin səfərləri rekord həddə çatıb

 

“Təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər”.

 

Son illər turizm sektorunun sürətlə inkişafı ölkəmizə gələn turistlərin sayının getdikcə artmasına səbəb olur. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunması üçün yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi diqqət yetirilir. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi ölkədə bu sahənin inkişafına diqqətin göstəricisidir. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bu sahədə əldə edilən uğurlardan bəhs edib. 2019-cu il Azərbaycan üçün uğurlu il olduğunu, qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyi, ölkənin dayanıqlı inkişafının təmin olunduğunu deyən ölkə başçısı bildirib ki, ötən ildə Azərbaycan sabitlik şəraitində yaşayıb, 2019-cu ildə turistlərin səfərləri rekord həddə çatıb: Görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqe, bir çox ölkələrlə dostluq münasibətləri, keçirilmiş beynəlxalq tədbirlər, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq turizmin inkişafına böyük təkan verib. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib. Təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaq”.

Turizm sahəsində artım Avropa ölkələri ilə müqayisədə xüsusilə çox olub

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid

bildirib ki, 2019-cu ildə Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edilib. Ötən il Azərbaycana 3,2 milyon nəfər turist səfər edib: "Turizm sahəsində artım 11,4 faiz olub. Artım Avropa ölkələri ilə müqayisədə xüsusilə çox olub. Asiya bazarı üzrə isə daha aşağı artım müşahidə edilib. Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar".

F. Zenqstşmid 2020-ci ildə turizm sahəsində təxminən 10 faiz artım gözlənildiyini bildirib və əlavə edib ki, daxili şərait nəzər alınsa, bu, çox yaxşı artımdır.

Direktorun sözlərinə əsasən, 2020-ci ildə Turizm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması nəzərdə tutulur: “Bu ilin birinci rübündə Ukrayna, Qazaxıstan, Cənubi KoreyaYaponiyada yeni nümayəndəliklər açılacaq. Azərbaycan Turizm Bürosu olaraq çalışırıq ki, vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz çalışacağıq ki, turistlər daha çox ölkə ilə vizanı rahat ala bilsin”.

Ötən il Azərbaycana gələn avropalıların sayı 14.7 faiz artıb

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11, 4 faiz artım deməkdir.

Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda AsiyaAvropa ölkələri təşkil edir. Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7 faiz artım hesab olunur.

Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25.3 faiz artım), Almaniya (20 min nəfər və ya 19.4 faiz artım), İtaliya (12 min nəfər və ya 10.8 faiz artım) və Fransadan (9 min nəfər və ya 15.2 faiz artım) təşkil edib.

Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66.8 faiz və 12.9 faiz artım qeydə alınıb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85 faiz artıb. Bu regiondan Qazaxıstandan gələnlərin sayı da 26.1 faiz artaraq 47 min nəfərə, Özbəkistandan gələnlərin sayı isə 28.3 faiz artaraq 23 min nəfərə çatıb. Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17 faiz artım müşahidə edilib. Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46.7 faiz artım göstərib.

Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62.4 faiz artım müşahidə olunub.

Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19.9 faiz, Ukrayna üzrə isə 2.4 faiz artım müşahidə edilib.

Cənub bölgəsinə 100 minə yaxın turist gəlib

Ötən il ölkəmizin cənub bölgəsinə 100 minə yaxın turist gəlib. Bunun 50 minə yaxını Lənkəran rayonunun payına düşür. Belə ki, ötən il Lənkəran rayonu üzrə mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı 35 min nəfərdən çox olub. Bu, əvvəlki illə müqayisədə 15 faiz çoxdur. Rayona gələn xarici turistlərin sayında da artım qeydə alınıb. Lənkəranda turizmin mövsümi xarakter daşıması aradan qaldırılıb. Əvvəlki illərdə Lənkərana turistlər əsasən mart-sentyabr aylarında gəlirdisə əksər mehmanxanalar oktyabr ayından fəaliyyətini dayandırırdısa, 2018-ci ildən başlayaraq bütün mehmanxanalar ilboyu fəaliyyət göstərir.

Son iki ildə dekabr ayının sonu yanvarın ilk ongünlüyündə Lənkəranda olan əksər böyük mehmanxana tipli müəssisələrdə boş yer olmur.

İki minədək turist Yeni ili Naftalanda qarşılayıb

Sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən və şöhrətini ildən-ilə artıran Naftalan nəinki yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir. İki minədək turist Yeni ili və sonrakı bayram günlərini bu kurort şəhərində keçirməyə üstünlük verib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerlixarici turistlərin sayında da əvvəlki illərlə müqayisədə xeyli artım müşahidə olunub.

Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub. Bundan başqa, bayram günləri ərəfəsində turistlərin daha mənalı istirahəti üçün sanatoriyalar tərəfindən ölkəmizin digər mənzərəli bölgələrinə ekskursiyalar təşkil edilib.

Qusar rayonuna gələn turistlərin sayı da xeyli artıb. ŞahdağTurizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla 4 mindən çox turist faydalanır. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə elan olunan qeyri-iş günlərindəŞahdağTurizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə , ziyarətçilər arasında xeyli sayda əcnəbi olub. Təkcə dekabrın 31-dən yanvarın 3-dək turizm mərkəzi 17 mindən çox qonaq qarşılayıb.

 

Nigar Abdullayeva

Palitra.- 2020.- 15 yanvar. S. 6.