Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ölkəmizin növbəti qələbəsidir”

 

Rauf Zeyni: “Ölkə başçısı tərəfindən aparılan siyasətin nəticəsi olaraq nəhəng şirkətlər öz sərmayələrini Azərbaycana yatırmaqda maraqlı olduğunu göstərirlər”

Ölkə başçısının Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına etdiyi işgüzar səfər başa çatıb. Prezident İlham Əliyevin Davos İqtisadi Forumu səfəri çərçivəsində keçirdiyi görüşlər, xarici əlaqələrin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəhəng şirkətlərin Azərbaycanla əməkdaşlığı və investisiya yatırmaq imkanlarının genişlənməsi baxımından yüksək qiymətləndirilir.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni ölkə başçısının bu səfərinin mühüm nəticələrlə yadda qaldığını bildirdi: “Azərbaycanın milli maraqlarını təmsil etmək, eyni zamanda ölkənin inkişafı baxımından qısa müddət ərzində daha səmərəli görüşlər keçirilməsi ilə bağlı Davos İqtisadi Forumunda Prezident İlham Əliyevin iştirakını müsbət qiymətləndiririk. Bir çox dövlət və hökumət başçıları, adamları ilə görüşlər keçirilməsi, müsahibələrin verilməsi Azərbaycanın reallıqlarının, inkişafının və bundan sonrakı perspektiv inkişaf planı ilə əlaqədar deyilən fikirlər çox vacibdir. Ölkəmizin inkişafı ilə yanaşı, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğal altında saxlanılması, Ermənistanın regionda sülhə, stabilliyə təhlükə olması istiqamətində bir daha fikirlərin çatdırılması, regionda Azərbaycanın lider ölkə olması ilə bağlı müəyyən mesajların səsləndirilməsi çox mühüm idi. Ona görə də bu səfər ictimaiyyət tərəfindən zəngin bir səfər kimi qiymətləndirilir. Davos İqtisadi Forumunda dövlət başçımızın iştirakı ölkəmizin mövqeyinin dünyadaregionda möhkəmlənməsinə xidmət edir. Qısa müddət ərzində ölkə başçısının orada keçirdiyi görüşləri Azərbaycanın mövqeyinin möhkəmlənməsi ilə bağlı atdığı addım kimi qiymətləndirmək olar”.

Davos səfəri Azərbaycanın dünyada nüfuzlu ölkə imicinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir

Səfər çərçivəsində Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandığını deyən R.Zeyni bildirdi ki, bu da Azərbaycan üçün ölkə başçısının indiyə qədər apardığı bəşəri, mütərəqqi, milli siyasətin məntiqi davamıdır: Eyni zamanda Azərbaycanın Avropa məkanı ilə o cümlədən, Dünya İqtisadi Forumu ilə əməkdaşlığının, tərəfdaşlığının real nəticəsi idi ki, ölkəmiz iqtisadi tərəfdaş kimi qəbul olunduo mərkəzin Azərbaycanda yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Bu da Azərbaycanın həm xarici siyasətdə, həm də iqtisadi inkişafda növbəti qələbəsidir. Çünki mərkəz başqa ölkələrdə də yaradıla bilərdi. Lakin ölkə başçısı tərəfindən bu imkanın əldə edilməsi Azərbaycanın növbəti bir qələbəsidir”.

Forumun sədri dövlət başçısının Davos İqtisadi Forumunda iştirakı zamanı nəhəng şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər və əldə edilən mühüm nəticələrlə də yadda qaldığını qeyd etdi: “Azərbaycan ona görə böyük şirkətlərin marağındadır ki, sabit ölkə kimi tanınır. Eləcə də dünyada son illər iqtisadi böhran olmasına baxmayaraq Azərbaycan iqtisadi cəhətdən davamlı inkişafı ilə özünü göstərir. İqtisadi artımın nəticəsidir ki, Azərbaycan mövqeyini gücləndirir və Dünya İqtisadi Forumu, biznes təşkilatları, beynəlxalq reytinq qurumları da öz hesabatlarında bunu qeyd edirlər. Bu da öz təsirini göstərir və tanınmış şirkətlər öz gələcək fəaliyyətlərini Azərbaycanda qurmağa maraqlı olurlar. Çünki onlar bilirlər ki, Azərbaycana sərmayə yatırmaq təhlükəsizdir, etibarlıdır, davamlı inkişafı təmin olunmuş bir ölkəyə investisiya qoyurlar. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun, müsbət imicinin göstəricisidir. Ölkə başçısı tərəfindən aparılan siyasətin nəticəsidir və nəhəng şirkətlər öz sərmayələrini Azərbaycana yatırmaqda maraqlı olduğunu göstərirlər. Davos səfəri Azərbaycanın dünyada nüfuzlu ölkə imicinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu da bizi bir Azərbaycan vətəndaşı, ictimai sektorun nümayəndəsi kimi sevindirir və ölkəmizin böyük iqtisadi yüksəlişindən, gələcəyindən xəbər verir”.

 

Nigar Abdullayeva

Palitra.- 2020.- 28 yanvar. S. 5.