Avropa Şurasının 60 ili
Azay Quliyev: “Şura ölkəmizin ən geniş əməkdaşlıq
qurduğu beynəlxalq
qurumdur”
“Park-İnn” otelində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
təşkilatçılığı ilə Bakıda Avropa Şurasının
60 illiyinə həsr olunmuş konfrans keçirildi.
Tədbiri giriş
sözü ilə açan şura sədri, millət vəkili Azay Quliyev bildirdi ki, Avropa Şurası
ölkəmizin ən
geniş əməkdaşlıq
qurduğu beynəlxalq
qurumdur: “Avropa Şurasına üzvlük
Azərbaycanın özünü
beynəlxalq arenada tanıtmasına, öz haqq səsini çatdırmasına kömək
edib. Avropa Şurasına üzv
qəbul olunandan sonra Azərbaycan dövlətçiliyinin formalaşmasında
yeni bir mərhələnin əsası
qoyuldu. Biz bu gün Avropa
Şurası qarşısındakı
öhdəliklərimizin böyük
bir hissəsinin yerinə yetirildiyini deyə bilərik”. A.Quliyev ona təəssüfləndiyini
də qeyd etdi ki, Avropa
Şurası hələ
də işğalçı
Ermənistanla işğala
məruz qalan Azərbaycan arasında fərq qoymur.
Daha sonra tədbirdə iştirak edən Milli Məclisin sədr müavini Bahar Muradova fikirlərini bildirdi: “Azərbaycanın
indiyədək qazandığı
uğurlardan biri də Avropa ailəsinə üzvlüklə
bağlıdır. Avropa Şurasına
üzv olmaqla Azərbaycan çox şey əldə edib. İndiyədək
qanunlarımızın Avropa
ölçülərinə uyğunlaşdırılması sahəsində böyük
addımlar atılıb,
Avropa dəyərləri
Azərbaycana gətirilib,
məhkəmə-hüquq islahatları
aparılıb, KİV-in sərbəst
və azad fəaliyyəti təmin edilib, insan hüquqları
ilə bağlı tədbirlər görülüb.
Ölkədə demokratik seçki
mühiti də ildən-ilə artır.
Milli azlıqların hüquqlarını
tənzimləyən bütün
qanunlar Avropa standartlarına uyğunlaşdırılıb.
Bir sözlə, Azərbaycan Avropa Şurası qarşısındakı
öhdəliklərinə sadiq
bir ölkə olduğunu sübut edə bilib. Deyə bilərlər ki, öhdəliklərdən bəziləri
qalıb. Bəli, Dağlıq
Qarabağ problemi həll olunmadan bəzi öhdəlikləri
yerinə yetirmək mümkünsüzdür. Kimsə bizi qınaya bilməz. Birgə səylər olarsa,
etnik separatizmdən qurtula bilərik. Avropa Şurası Dağlıq
Qarabağ probleminin həlli ilə bağlı daha ciddi addımlar ata bilər”. Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi
Çingiz Əsgərov
da Avropa Şurası ilə əlaqələrin uğurla
davam etdiyini ifadə etdi: “Azərbaycanın hələ
quruma üzv olmazdan əvvəl ölüm hökmünü
ləğv etməsi mühüm addım idi. Hazırda Azərbaycanın dini sahədəki tolerantlığı
bütün Avropaya nümunə ola
bilər”.
Tədbirdə iştirak
edən Avropa Şurasının Azərbaycandakı
təmsilçisi Veronika
Kotek isə fikirlərini belə bildirdi: “60 il əvvəl qurum yaranarkən 10 üzvü
var idi, indi isə 47 üzvümüz var. Bütün
üzv ölkələrlə
yaxından əməkdaşlıq
edilir. Qanunların qəbul olunması
yaxşıdır, amma
onların həyata keçirilməsi də lazımdır. Biz üzv ölkələrə
daha çox yardımlar etməli, qanunun aliliyini qorumalıyıq”.
Daha sonra tədbirdə 60 illik yubileyə həsr olunan “Azərbaycan və Avropa Şurası” kitabının təqdimatı
keçirildi. Qeyd edək ki, kitabın müəlliflərindən
biri Adil Vəliyev müəllifi olduğu nəşr barədə iştirakçıları
məlumatlandırdı. Onun sözlərinə görə,
bu kitabın ingilis dilinə də tərcümə olunması planlaşdırılır.
Məlumat üçün onu da qeyd edək
ki, tədbirdə çoxlu sayda QHT nümayəndələri də
iştirak edirdilər.
Ağayev İlkin
Palitra. - 2009. -22 dekabr. - S. 4 .