Regional medianın vəziyyəti

 

Yevlaxda Azərbaycan Mətbuat Şurasının təşəbbüsü iləQloballaşma konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar müasir tendensiyalarmövzusunda konfrans işə başlayıb. Əvvəlcə tədbir iştirakçıları Yevlaxda ümummilli lider Heydər Əliyevin şərəfinə ucaldılmış abidəni ziyarət edib, abidə üzərinə tər çiçəklər düzüblər.

Şuranın Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutan tədbirdə dövlət rəsmiləri, aparıcı kütləvi informasiya vasitələrinin, ölkənin 15 bölgəsində fəaliyyət göstərən mətbu nəşrlərin rəhbərləri, yerli icra, polis məhkəmə orqanlarının təmsilçiləri, habelə ictimaiyyət nümayəndələri tanınmış media ekspertləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında belə bir tədbirin təşkilinin əhəmiyyətli cəhətlərindən söhbət açıb. Onun sözlərnə görə, Azərbaycan dövlətinin ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrinə göstərdiyi diqqət qayğı mediaya sirayət etməkdədir. Bununla bağlı konkret faktlardan söhbət açan E.VəliyevQloaballaşma konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar müasir tendensiyalarmövzusunda konfransın təşkilini medianın cəmiyyətdəki roluna verilən önəmin nəticəsi kimi dəyərləndirib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, konfransın keçirilməsində məqsəd ölkəmizin Qərb regionuna daxil olan rayonlarda fəaliyyət göstərən media təşkilatlarının, KİV-lərin ictimai, siyasi, sosial mədəni həyatın müxtəlif sahələri ilə bağlı dövlət, qeyri-dövlət qurumları, habelə ictimaiyyət nümayəndələri ilə qarşılıqlı təmaslarının möhkəmləndirilməsindən, mövcud sahədə təsadüf olunan problemlərin müzakirəsinin təşkilindən, regionda çalışan jurnalistlərin peşəkarlıq səviyyələrinin artırılmasından, həmçinin bölgə KİV-lərinin maddi-texniki durumlarının gücləndirilməsinə yönələn təkliflərin qruplaşdırılmasından ibarətdir. Burada həmçinin informasiya daşıyıcıları, yəni idarə, müəssisə təşkilatlarla KİV təmsilçilərinin dialoqunun təşkili nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnormasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli açılış nitqində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda region mediasının inkişafı ilə bağlı xüsusi müddəaların yer aldığını vurğulayan V.Səfərli mövcud tədbirin həmin zərurəti dəyərləndirmək niyyətindən irəli gəldiyini deyib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında diqqəti Azərbaycan dövlətinin mediaya göstərdiyi qayğının müxtəlif aspektlərinə çəkib. APA-nın məlumatına görə, ölkədə ictimai-siyasi vəziyyətin mətbuatın inkişafı üçün çox əlverişli olduğunu önə çəkən Əli Həsənov regionlarda kütləvi informasiya vasitələrinin daha da təkmilləşməsi, maddi-texniki bazasının formalaşması, əməkdaşlarının peşə qabiliyyətinin yüksəldilməsinin Azərbaycan cəmiyyətinin xeyrinə olduğunu bildirib. KİV-ləri üç qrupa ayıran Əli Həsənov deyib ki, dünya praktikasına görə, KİV milli transmilli media, sahə mediası regional media qruplarına bölünür: “Azərbaycan cəmiyyətində mətbuat vasitələrinin bu istiqamətlərdə inkişafı müşahidə olunur, amma istənilən halda hər bir mətbu orqan dövlətçiliyin vətənpərvərliyin təbliğatına üstünlük verməlidir. Çünki, yaxşı mətbuatın olması üçün yaxşı cəmiyyətin olması labüddür”.

Ə.Həsənov bildirib ki, hazırkı dövrdə bölgə mediasının durumu ona xüsusi diqqət yetirilməsini zəruriləşdirib. Lakin obyektiv səbəblərdən bu sahədə müəyyən çətinliklər var onların aradan qaldırılması vacibdir. Bununla belə Ə.Həsənov bölgə nəşrləri içərisində nümunə kimi qəbul oluna biləcək qəzetlərin mövcudluğunu da bildirib. O, misal kimi Yevlaxda çıxanKürqəzetinin adını çəkib.

Konfransın işinə uğurlar arzulayan Ə.Həsənov tədbirdə qoyulan mövzunun regional medianın artan ictimai tələbatlara adekvat münasibətinin formalaşmasına yardım göstərmək baxımından əhəmiyyətliliyini önə çəkib.

 

 

Əli

 

Palitra. -22 dekabr. -2009. –S.5.