İran sərgisi
Bakıda İranın Azərbaycanda IV özəl sərgisi başlayıb. Sərginin açılış mərasimində çıxış edən sərginin baş direktoru Mehdi Xidməti bildirdi ki, ötən il Bakıda təşkil olunan sərgidə 48 şirkət iştirak edib, cari ildə isə 58 şirkət təmsil olunur.
Sərgi Azərbaycanla İran iş adamları arasında işbirliyinin yaranmasına səbəb olacaq
İranda fəaliyyət göstərən böyük şirkətlərin burada iştirak etdiyini deyən direktorun sözlərinə görə, sərgidə əsasən çini qablar, qızdırıcılar, xalçalar, turizm potensialı, ədviyyatlar, məişət əşyaları, texnika nümayiş olunur. M.Xidməti onu da bildirdi ki, 4 il bundan öncə İranla Azərbaycanla arasında istehsal sahəsində əlaqələr olmasa da, bu cür sərgilərin təşkili iki ölkə arasında əlaqələrin genişlənməsinə gətirib çıxarıb. O da vurğulandı ki, ötən il keçirilən sərgidə təmsil olunan şirkətlərin artıq Azərbaycanda filialları fəaliyyət göstərdiyi üçün onlar bu sərgidə təmsil olunmurlar. Üç gün davam edəcək bu sərgidə ötən ildən fərqli olaraq daha çox iştirakçı var. Bu cür sərgiləri Avropa, Şərq ölkələrində təşkil etdiklərini deyən baş direktor onu da bildirdi ki, Azərbaycandan sonra Rusiya və Türkmənistanda da sərgi keçirmək niyyətindədirlər: “İstərdik ki, bu sərgi yalnız Bakıda keçirilməklə məhdudlaşmasın. Azərbaycanın da İranda belə sərgilər təşkil etməsi çox yaxşı olardı”.
Azərbaycanda belə bir sərginin təşkilindən məmnun olduğunu deyən İranın ölkəmizdəki səfiri Məhəmməd Bağır Behrami bildirdi ki, adıçəkilən sərgidə İranın millət vəkilləri də iştirak edirlər. Azərbaycanla İran arasında əlaqələrin daha da genişləndiyini deyən səfirin sözlərinə görə, bunu hər iki dövlətin ölkə başçıları da istəyir. Səfir onu da qeyd etdi ki, oxşar mədəniyyətlərin olduğu hər iki ölkədə müxtəlif sahələrdə əlaqələrin qurulması vacibdir. Belə ki, mədəniyyət, ticarət, turizm və digər sahələrdə əlaqələr qurmağa hər iki ölkənin potensial imkanı çatır: “Bu sərginin təşkil olunması Azərbaycan iş adamları ilə İran iş adamları arasında işbirliyinin yaranmasına səbəb olacaq. Azərbaycanın iş adamları gəlib İranda müəssisələr aça bilər və əldə etdikləri qazancı öz ölkələrinə sərf edə bilərlər. Məqsəd ilk olaraq qarşılıqlı əlaqələrin yaranmasıdır. Lakin İranla Azərbaycan arasında ticarət əlaqələri güclü deyil. İstərdik ik, bu əlaqələr daha da güclənsin”.
İki ölkə arasında olan əlaqələrin yeni deyil, əsrlərdən bəri davam etdiyini, tarixi köklərə bağlı olduğunu deyən Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) katibi Məhəmmədəli Əfəndiyev bildirdi ki, bu əlaqələri daha da genişləndirmək lazımdır: “Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan böyük siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir və ölkədə qeyri-neft sektoru daha da inkişafdadır. Bunun nəticəsidir ki, ÜDM-nin 86 faizini özəl sektor təşkil edir. Əminəm ki, bu sərgidə iki ölkənin iş adamları tərəfdaşlar tapacaq. Bütün bunlar həm Azərbaycan, həm də İranın iqtisadi yüksəlişi üçün daha geniş imkanlar açacaq. Bu sərginin anoloji olaraq İranda da keçirilməsini istərdik. ASK İrandan gələn iş adamlarına kömək etməyə hazırdır”.
İran şirkətləri
də Azərbaycanla əməkdaşlığa hazırdır
Turizmin hər bir ölkə üçün gəlirli sahə olduğunu deyən Ərdəbil Turizm İdarəsinin nümayəndəsi Haşim Nəhamil bildirdi ki, İran da turizmin inkişafına önəm verir və bu sektorun inkişafı istiqamətində addımlar atır. Sərgidə təmsil olunan Ərdəbil turizmi ilə bağlı məlumat verən H.Nəhamil qeyd etdi ki, Tehranın 588 km-də yerləşən Ərdəbilin adı ilk dəfə 5 min il əvvəl gil yazılarda Ərəta kimi qeyd edilib. Səfəvi sülaləsinin ata-babalarının qəbirləri Şeyx Səfi kompleksində yerləşir. Bundan başqa öz xalçaları ilə də məşhur olan Ərdəbildə Heran gədiyi Ərdəbil-Astara yolunda və Nəmin şəhərinin yaxınlığındadır. Fındıqlı meşənin turizm və park kompleksi, Aladizgə mineral sulardan Gərməçeşmə və yelsuyu şeyx Bədrəd-din məqbərəsi, Qurddaşı qayası da məşhurdur. Ərdəbildə 7-8 otel fəaliyyət göstərir və bunlarda qiymətlər 25-30 dollar arasındadır. Ərdəbilə təxminən ildə 8 yüz min turist səfər edir.
Sərgi iştirakçılarından olan “Iran Mashal” şirkəti özünün “Gazmataab” məhsullarını təqdim edir. Adıçəkilən şirkət 1980-ci ilə İranda təsis olunub. İngiltərədə olan “Ambirad” şirkəti ilə birlikdə İranda şüalandırma qızdırıcı sistemlərin istehsal fabrikasını təsis edib. Şirkətin nümayəndəsi A.Berenjçee bildirdi ki, “Iran Mashal” şirkəti son 10 il ərzində 2 milyon kv metr-dən artıq müxtəlif sənaye salonlarını qızdırıcı sistemlərlə qızdırmaq problemini həll etməyə nail olub: “Bizim üçün fəxredici olar ki, ölkəmiz üçün dost və qardaş ölkə sayılan Azərbaycana bu sistemləri idxal etməklə yanacaq və elektrik enerjisini yüksək səviyyədə ekonomik və qənaətli etmək məqsədilə qeyd olunan salonlar üçün lazımi istiliyi yaradıb iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirək. Ümumiyyətlə, şüalanma qızdırıcı sistemlər çox soyuq mühitlər və ölkələrdə olan fabriklər, işçilər üçün lazım olan istiliyi təmin edə bilir. Bundan başqa toyuqçuluq və quşçuluq salonları üçün sərfəli və effektivlidir. Son 25 il ərzində mütərəqqi ölkələrdə trubalı şüalanma qızdırıcı sistemlər sənaye salonlarını istiliklə təmin etmək üçün ən işlək mexanizm olub”.
Sərgi iştirakçılarından biri də “Ardabil Vegetable Oil Production Co” şirkətidir. Şirkətin nümayəndəsi Y.Zihingifv bildirdi ki, “Şabil” maye yağı istehsalı ilə məşğuldur. Yüksək dəyərli qida və enerji ilə dolu olan şabil maye yağı vitaminlərlə zəngindir. O da vurğulandı ki, “Şabil” maye yağı müxtəlif - günəbaxan, soya, qarğıdalı, qatı növlər istehsal edir.
Sərgidə təmsil olunan şirkətlərdən biri də “Azərpürə” şirkətidir. Granol şəklində kartof unu istehsal olunduğunu deyən şirkətin nümayəndəsi Sadiq Tağıyev bildirdi ki, məqsəd müasir texnoloji normalardan istifadə və tətbiq etməklə məhsulların keyfiyyətini daha da yaxşılaşdırmaqdır: “Bu məhsul bir çox yeyintilərin, o cümlədən bitki katleti, kartof unu əsas materialı olan oloviyə, hamburgerin hazırlanmasında, şorbaların qatılaşdırılmasında və sənaye çörəyinin zənginləşdirilməsində istifadə edilir. Bu məhsulun müxtəlif iqlim şəratində saxlanması olduqca asandır”.
Sərgidə təmsil olunan
“Mihan” şirkətinin
öz məhsulları
ilə alıcıların
rəğbətini qazanmağa
çalışdığını deyən şirkətin marketinq direktoru Əbulfazi Paydari bildirdi ki, müəssisə
əsasən süd və qatıq istehsalı ilə məşğuldur. Şirkət 1975-ci ildən Tehranda yaradılıb və bu müddət ərzində süd, qatıq və 75 adda dondurma istesal
edib. İki il öncə
Azərbaycanla əməkdaşlıq
etdiklərini deyən
Ə.Paydarinin sözlərinə
görə, hazırda
ölkəmizlə bu
əlaqələri bərpa
etmək niyyətindədirlər.
O da vurğulandı ki, hazırda şirkətin
Sərgidə təmsil olunan İranın quşçuluq müəssisəsinin
rəhbəri Əbülfəz
Hənzayi isə orada 9 ildir fəaliyyət
göstərdiklərini bildirdi.
Onun sözlərinə görə,
quş məhsulları
istehsalı ilə məşğul olan müəssisə təbiətə
zərər vermədən
quşçuluq məhsullarını
artırmaq niyyətindədir.
Hazırda İraq,
Nigar
Palitra.-2009.-10 noyabr.-S.5.