Xəzərdən Qərbə yeganə çıxış Azərbaycan vasitəsilədir

 

ABŞ-ınİnter Press Service” (İPS) təşkilatına bağlıGlobal affairson-layn nəşri Azərbaycan, Ermənistan Türkiyə münasibətlərinə dair material yayınlayıb.

Bu materialda Ermənistan-Azərbaycan münaqişəsinə və Ermənistanla Türkiyənin münasibətlərinə dair məlumatlar yer alıb. Burada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dekabrın 7- planlaşdırılan Vaşinqton səfərinin təfərrüatlarına da yer verilib. Qeyd olunub ki, Ərdoğanın səfərinin gündəmində əsas yeri Türkiyənin Orta Şərq siyasətinə dair məsələlər tutacaq. Burada Qafqaz siyasətinə ayrıca yer veriləcək. “ABŞ Türkiyə ərazisində yerləşənİncirlikhərbi bazasının daha da təkmilləşdirilməsinə regionda yaxın gələcəkdə baş verə biləcək mümkün hərbi əməliyyatlara hazırlıq səviyyəsinin məqsədə uyğunlaşdırılmasına çalışmaq istəyir. Amma ABŞ-ın Şərq regionuna dair planlarına Türkiyədə son dövrlərdə yaranmış daxili təlatümlər maneçilik törədir. ABŞ kürd problemi məsələsində Türkiyəyə yönəlik güzəştli siyasət təklif etmək niyyətindədir. Bunun qarşılığında isə Türkiyədən onun qonşuluğunda o cümlədən, Qafqazda sabitlik yaradılmasına yardımçı olmaq tələb olunacaq” - yazanGlobal affairsə görə bir müddət bundan əvvəl ABŞ prezidenti Barak Obamanın Türkiyə ziyarəti bu ziyarət sırasında Türkiyəyə Cənubi Qafqazla bağlı müvafiq tövsiyyələr verməsi Şərqdə sülhyaratmasiyasətinin tərkib hissəsi idi. “Global affairsin materialında Azərbaycanın Qərb üçün mühüm strateji nöqtə olduğu, Evin Türkiyəyə yönəlik güzəştli siyasət yeritmək məcburiyyətində qaldığı xüsusilə vurğulanır: “Barak Obama ABŞ-da ciddi maliyyəyə malik diaspora malik olan Ermənistanın maraqlarının Türkiyə tərəfindən qismən ödənilməsini istəyib. Bu, xüsusilə Ermənistanın iqtisadi blokadadan çıxarılması ilə bağlıdır. Türkiyə 1993-cü ildən başlayaraq Ermənistanla siyasi, iqtisadi diplomatik əlaqələrə embarqo qoyub. Buna səbəb Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağın ərazilərinə hərbi qüvvə yeritməsidir. Türkiyə Ermənistanın öz hərbi kontingentini Azərbaycan ərazilərindən geri çəkməyənə qədər onunla hər hansı əlaqə qurmayacağını rəsmən bəyan edib. Hazırda regionda yaranmış vəziyyət isə həmin bəyanatın ortadan qaldırılmasını diqtə edir. Bu dəfə isə prosesə Azərbaycan qoşulmağa başlayıb. Azərbaycanın mövqeyi budur ki, əgər Türkiyə Ermənistanla münasibətlər qursa, nəticə olaraq Ermənistan Qarabağdan çəkilməyəcək. Nəticə Azərbaycana məxsus ərazilərin 20 faizə qədərinin məchul tarixə qədər Ermənistanın işğalı altında qalmasına, 1 milyonadək azərbaycanlı qaçqının vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq. Azərbaycan Ermənistanın onun ərazilərindən çəkilməyənədək blokadada saxlanılmasını tələb edir. Rəsmi Bakı həmçinin dolayısı ilə Qərb dairələrinə sızdırıb ki, Ermənistanla Türkiyə sərhədləri açılacağı təqdirdə enerji siyasətində dəyişikliklər etmək məcburiyyətində qalacaq. Bu dəyişikliklər isə Qərbin xeyrinə olmayan dəyişikliklərdir. Çünki Azərbaycan ərazi problemlərinin həlli ilə bağlı Rusiyaya üz tutmağa məcbur olacaq ki, bu da Qərbin Xəzərin zəngin enerji resurslarına çıxışına embarqo qoyulacağı anlamına gəlir. Xəzərin resurslarının Qərbə çıxarılmasına şimaldan Rusiya, cənubdin isə İran mane olur. Xəzərdən Qərbə yeganə çıxış Azərbaycan vasitəsilədir. Qərb isə belə mühüm strateji nöqtəni heç vəchlə əldən vermək istəmir. ABŞ Türkiyə vasitəsilə Azərbaycana təsir göstərmək istəyir. Türkiyənin hökuməti isə Qərb dairələrinə bəyan edib ki, Azərbaycanı əldə saxlamağın yeganə yolu Qarabağ probleminin həllindən keçir. Çünki Qərbin Rusiya ilə bərabər Ermənistanın mövqeyini qoruması Azərbaycanı narazı duruma salır. Elə Barak Obamanın təzyiqindən sonra Türkiyənin Ermənistanla diplomatik əlaqələrin qurulmasına dair protokol imzalaması Azərbaycanın narazılığını daha da artırıb. Azərbaycanın təzyiqləri altında Türkiyə Ermənistana yönəlik siyasətə yenidən baxmağa məcbur olduğunu açıqlayıb. Türk mediası Ərdoğanın ABŞ səfəri zamanı Qarabağ problemi birmənalı şəkildə Azərbaycanın xeyrinə həll olunmayınca, Ermənistanla sərhədlərə dair embarqonu qaldırmayacağını bəyan edəcəyini yazıb. Protokolların ratifikasiyası icrası Qarabağ probleminin həllinə qədər dondurulacaq” - deyə Ərdoğan ABŞ səfəri öncəsi bəyan edib. Ərdoğanın tələbi Qarabağ probleminin 2010-cu ildən gec olmayaraq həll edilməsidir. İndi Ev rəsmiləri bu bəyanat ətrafında düşünməyə məcburdur. Türkiyənin Yaxın Şərqdəki Qafqazlardakı vacib rolu ABŞ-dan güzəştlər tələb edir. Yəqin ki, ABŞ dekabrdagüzəştli Şərq siyasətipaketini Ərdoğanın qarşısına qoyacaq”.

 

 

Möhtərəm

 

Palitra.-2009.-10 noyabr.-S.9.