Xalq kompyuterilayihəsində yeni sistem tətbiq ediləcək

 

Xalq kompyuterilayihəsinin növbəti mərhələsinə start verilir. Bunu dünənAztelekomİstehsalat Birliyində keçirilən mətbuat konfransında Rabitə İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov bildirib.

Layihənin icrasında iştirak edənBestcompşirkətinin direktoru Rauf Həsənovun sözlərinə görə, pilot layihə çərçivəsində 1,850 mln. manat həcmində investisiya qoyulub 500-700 manat qiymətində 3500 kompyuter satılıb, onların əksəriyyəti isə (834 ədəd) Bakıda realizə edilib.

“HP-Azerbaijan” şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Baxşının sözlərinə görə, yeni mərhələdə layihə çərçivəsində kompyuterlər ali məktəb müəllimlərinə tibb işçilərinə təqdim ediləcək onların qiyməti dəyişməyəcək, konfiqurasiyaları gücləndiriləcək. Belə ki, artıq 2 GB əməliyyat yaddaşının əvəzinə 3 GB əməliyyat yaddaşı olan kompyuterlər təqdim ediləcək. Bununla yanaşı, layihədə iştirak etmək üçün iki şirkət - “Symantec” “KÜR” şirkəti təşəbbüs irəli sürüb. Belə ki, birincisi “Norton Antivirus” proqramlarını layihə çərçivəsində güzəştli şərtlərlə (ayda 35 qəpik), yerli zavod isə 1 4 portlu ADSL modemlərini müvafiq olaraq ayda 2,8 manat 3,5 manat ödəməklə almağı təklif edir. Bundan başqa, layihə çərçivəsində kompyuter alanlara 1 aylıq pulsuz internet xidmətləri təqdim edilir. “AztelekomBakinternetprovayderləri tərəfindən 3, 6 9 ay ərzində kompyuterin dəyərini ödəyənlərə müvafiq olaraq koper-printer, printer flash-kart hədiyyə olunacaq.

Tədbirdə iştirak edən rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu, cəmiyyətə tələb olunan layihədir: “Hazırda Azərbaycanda hər 100 nəfərin payına 8 kompyuter düşür bizim məqsədimiz bu göstəricini artırmaqdır. Layihənin ümumi məqsədi isə sosial yönümdədir insanların informasiya əldə edilməsini təmin etməkdir. Eyni zamanda, layihə əhali arasında yeni mədəniyyətin formalaşmasına yönəlib ki, bu da hüquqi zəmində proqram təminatından istifadə mədəniyyətidir”.

Layihənin nəticələrinin müzakirəsində iştirak edən “Microsoft-Azerbaijan” şirkətinin layihə meneceri Emin Axundov bu təşəbbüsün rəqəmsal fərqin aradan qaldırılmasında mühüm rol oynadığını, regionlarda yaşayan müəllimlərinAzərpoçtşəbəkəsi vasitəsi ilə kompyuterlərlə təmin edildiyini bildirib. HP şirkətinin MDB ölkələri üzrə nümayəndəsi Sergey Plaksin layihənin Şərqi Avropada analoqunun olmadığını gələcəkdə şirkətin məhsul çeşidinin genişləndirilməsi ilə yanaşı funksional məhsuldarlı çeşid təqdim etməyə hazır olduğunu vurğulayıb. Tədbirdə həmçinin Təhsil Nazirliyi, “KÜR” “Symantec” şirkətlərinin nümayəndələri iştirak edib.

Bestcompşirkətinin direktoru Rauf Həsənov bildirib ki, “Xalq kompyuterilayihəsi çərçivəsində yaxın bir ay ərzində yeni sistem tətbiq ediləcək. Bu, layihə üzrə bağlanılan müqavilələrin avtomatik generasiyası sistemidir. Bu sistem vasitəsilə alınan mal xidmətlərin ümumi məbləği hesablanır, müqavilə çap edilərək alıcı tərəfindən poçtlaBestcompşirkətinə göndərilir. Gələcəkdə alıcılar elektron imzadan istifadə edərək, bu müqaviləni birbaşa elektron poçt vasitəsilə göndərə biləcəklər.

 

 

Rasim

 

Palitra.-2009.-18 noyabr.-.S.2.