Korrupsiyaya qarşı mübarizə sahəsində islahatlar

 

Bakıda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Avropa ŞurasıAzərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində islahatlar: irəliyə baxışmövzusunda konfrans keçirdi. Konfransın təşkilində məqsəd son iki ildə korrupsiyaya qarşı mübarizə sahəsində nailiyyətləri nəzərdən keçirmək bu təşəbbüslərin gələcəkdə korrupsiyaya qarşı mübarizəyə necə müsbət təsir göstərə biləcəyi, GREKO MONEUVAL tövsiyələri barədə müzakirə aparmaq idi.

Konfransı açan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev bildirdi ki, Azərbaycan dövləti korrupsiya ilə mübarizə sahəsində ardıcıl aparır uğurlu islahatlar həyata keçirir: “Hər bir islahat isə yeni reallıqlar meydana çıxarır. Təhlillər göstərir ki, hər bir ölkədə korrupsiyaya qarşı mübarizə onun azalan xətt üzrə dinamikası ilə səciyyələnir”. B.Əliyev bildirdi ki, bu yaxınlarda “Transparency İnternationaltəşkilatının açıqladığı rəqəmlər göstərir ki, Azərbaycanın reytinqi artıb: “Deməli, korrupsiya ilə mübarizə fayda verir. Azərbaycanın reytinqinin artması göstərir ki, ölkədə bu sahədə işlər görülür”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik bazası yaradılıb komissiya fəaliyyət göstərir. Həmçinin Azərbaycan beynəlxalq konvensiyaları ratifikasiya edib. Həmin konvensiyalardan irəli gələn normaların isə qanunvericilikdə təsbit edilməsinə, işlək mexanizminin yaradılmasına dair addımlar atılıb. Korrupsiya sahəsində həyata keçirilən milli strategiya ilə bağlı məlumat verən B.Əliyev qeyd etdi ki, bu sahədə QHT-lər, ekspertlər, beynəlxalq qurumlarla əməkdaşlıq edilir. Maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan millət vəkili bildirdi ki, parlament korrupsiya ilə mübarizə sahəsində işlər görür. B.Əliyevin sözlərinə görə, Azərbaycanda QHT-lər tərəfindən aparılan sorğunun nəticələrinə görə, əhalinin 77,5 faizi Prezident Administrasiyasına korrupsiyaya qarşı mübarizədə böyük etimad göstərir. Digər icra orqanları ilə bağlı isə belə yüksək reytinqdən danışmaq mümkün deyil. Millət vəkili korrupsiya reytinqinin müəyyən edilməsinin ciddi məsələ olduğunu da vurğuladı: “Xüsusilə burada şəffaflığın olması vacibdir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, nəzarətsiz ərazilərdə korrupsiya üçün münbit şərait var. Müəyyən cinayətkar qrupları bu şərait qane edir. Çünki onlar çirkli pulların yuyulması, narkotika satışı ilə məşğul olurlar”.

B.Əliyev onu da qeyd etdi ki, Azərbaycan iqtisadi yüksəlişə nail olan ölkədir. Bu baxımdan xarici investorlar üçün cəlbedici dövlətə çevrilib. Amma hökumət bundan istifadə edib çirkli pulların yuyulmasına heç vaxt imkan verməyəcək. Çünki bu hökumətin qəti mövqeyidir. B.Əliyev korrupsiya ilə mübarizədə medianın rolunun da artdığını qeyd etdi.

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek isə bildirdi ki, korrupsiyaya qarşı mübarizə, onun cinayət əməli kimi qiymətləndirilməsiüçün prioritet məsələlərdəndir bu, 47 üzv ölkənin prioritet məsələsi olmalıdır. Diplomat bildirdi ki, Azərbaycanda korrupsiya ilə mübarizə strategiyasının həyata keçirilməsi hazırda ikinci mərhələdədir, AŞ ABŞ-ın dəstəyilə korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu layihə həyata keçirilir: “Bir neçə il əvvəl bu, qurum üçün bir nömrəli məsələ idi. Korrupsiya insan azadlıqlarına, o cümlədən iqtisadi azadlıqlara, biznesə mane olur. Ümid edirik ki, ikinci strategiyanın həyata keçirilməsi ilə Azərbaycan bu sahədə yeni uğurlar əldə edə biləcək. Avropa Şurası da ölkəyə texniki dəstək göstərməyə hazırdır”.

Komissiyanın katibi İnam Kərimov görülən işlərlə bağlı bildirdi ki, strategiyada əsas meyarlardan biri korrupsiya ilə mübarizədə şəffaflığın təminidir. Çünki şəffaflıq korrupsiya ilə mübarizədə onurğa sütunu rolunu oynayır. Qanunvericiliyin inkişafı, hüquq-mühafizə orqanlarının fəaliyyətini təkmilləşməsi sənədin meyarları sırasındadır.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev isə Azərbaycanın bu sahədə bir sıra beynəlxalq qurumlarla işlədiyini bildirdi. Konkret GREKO ilə əməkdaşlıqdan danışan K.Əliyev həmin qurum tərəfindən Azərbaycana 27 tövsiyənin təqdim olunduğunu söylədi. Onun sözlərinə görə, həmin tövsiyələr müvafiq dövlət qurumlarına göndərilib: “Ötən müddət ərzində 27 tövsiyənin 10-u tam, 14 qismən yerinə yetirilib, 3-ü isə icra olunmayıb. İcra olunmayan tövsiyələrdən biri çirkli pulların yuyulması ilə bağlı qanunun qəbuluna dair idi. Hazırda Azərbaycanda müvafiq qanun qəbul edilib, Mərkəzi Bankın yanında isə monitorinq xidməti yaradılıb. Digər tövsiyələrlə bağlı da işlər davam etdirilir. Eyni zamanda Baş Prokurorluqda əlavə tədbirlər planı hazırlanıb həyata keçirilir”. Qismən icra olunan tövsiyələrdən danışan K,Əliyev bildirdi ki, onlardan biri hüquqi şəxslərin cinayət məsuliyyəti ilə bağlı qanunun qəbulu ilə əlaqəlidir. Azərbaycanda Cinayət Məcəlləsində hüquqi şəxsin cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Mülki məsuliyyət isə var. Beynəlxalq qurumlar belə qanunun olmasını tövsiyə edib. K.Əliyevin sözlərinə görə, Gürcüstanda belə qanun qəbul edilib, amma maraqlananda məlum olub ki, sənəd demək olar işləmir: “Hələ heç bir hüquqi şəxsə şamil edilməyib. Ona görə bu məsələdə çox diqqətli olmaq lazımdır. Digər ölkələrin təcrübəsini öyrənməliyik, əgər bu norma işləməyəcəksə, onu qəbul etməyə luzum yoxdur”.

İdarə rəisi onu da bildirdi ki, bu ilin yanvarından indiyə qədər 156 şəxs barəsində 98 cinayət işi istintaq olunub baxılması üçün məhkəməyə göndərilib. Hazırda isə idarədə 36 cinayət işinin istintaqı aparılır. K.Əliyevin sözlərinə görə, ötən il korrupsiya hallarına görə 70 baxılaraq məhkəmələrə göndərilib. O da vurğulandı ki, idarədə aparılan istintaq işlərinin hamısı vəzifəli şəxslərlə bağlıdır: “Baxılan cinayət işləri həm dövlət qulluğunda, həm özəl sektorda olan vəzifəli şəxslərə aiddir. Bu işlər müxtəlif xarakterlidir. Məlumat üçün deyim ki, cinayət işləri əsasən korrupsiya cinayətlərinə həsr edilən 33-cü fəsildə nəzərdə tutulan maddələr, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, aktiv passiv rüşvətxorluq, vəzifə saxtakarlığı, nüfuz alveri, qulluq mövqeyindən istifadə etməklə dövlət əmlakını mənisəmə digər maddələrlə bağlıdır. Bu cür hallar əsasən təhsil, bələdiyyələr, bank sektoru sahəsində, Dövlət Sosial Müdafiə Fondu filiallarında baş verib”. Hazırda idarədə istintaqı aparılan 36 cinayət işi barədə məlumat verən idarə rəisi qeyd etdi ki, bunların içərisində Bakının Səbail, Kürdəxanı, Zığ, Quba rayonunun Əlik bələdiyyəsində aparılan cinayət işlərinin istintaqı da var. İstintaq sirri ilə bağlı K.Əliyev açıqlama verməyə ehtiyacın olmadığını bildirdi. İdarə rəisi qeyd etdi ki, məhkəmələrə göndərilən işlərin bəziləri üzrə artıq məhkəmə hökmləri var. Bəziləri isə məhkəmə baxışındadır və baxılan bütün işlər üzrə hökmlər çıxarılıb.

 

 

Nigar

 

Palitra.-2009.-20 noyabr.-S.8.