Azərbaycan multikulturalizmi dünyaya örnəkdir
Multikultralizm Azərbaycan xalqının
milli-mənəvi dəyərlərində
önəmli yer tutur
Tolerantlıq və milli dözümlülük Azərbaycan
xalqının mənəvi
sərvətidir. Maddi sərvətlərimizlə
yanaşı, dünya
xalqları mənəvi
sərvətlərimizdən də bəhrələnir.
Azərbaycan xalqının yaşadığı
ərazi - sərhədlərimiz
də daxil dünya xalqlarının muzeyi adlandırıla bilər. Çünki Azərbaycanda elə
kəndlər var ki, onların ayrıca, dünyanın heç bir yerində rast gəlinməyən dili, adət-ənənəsi və
mənəvi dəyərləri
var. Yəni bir kənd ayrıca bir xalqdan ibarətdir
və onlardan artıq dünyanın heç bir yerində yoxdur. Bu əlaməti hər
bir mütəxəssis
özünəməxsus tərzdə
yozur. Bu məsələdə
ortaya çıxan sual ondan ibarətdir
ki, dünyada bir kənd qədər,
yəni 3-5 min civarında
olan xalq mövcud deyilsə, bəs Azərbaycanda bu qədər azsaylı xalqlar haradan peyda olub?
Bəzi alimlər bu azsaylı xalqların Azərbaycana haradansa köçüb gəldiyini,
bir çoxları isə bu kənd-xalqların
çətin relyefli ərazilərdə təcrid
olunmuş vəziyyətdə
uzun müddət yaşayan azərbaycanlılardan
yarandıqlarını iddia
edirlər. İkinci versiya heç
də ağılabatan
deyil. İstənilən xalq ona yad olan ərazilərdə
yaşadıqda heç
də öz dilini və adət ənənəsini
itirmir. Bu, dünya təcrübəsində
özünü göstərir.
Məsələn, Azərbaycan Respublikasında
cəmi 10 milyon əhali yaşayır, lakin dünyada Azərbaycan xalqının
sayı 50 milyondan çoxdur. Harada yaşamasından
asılı olmayaraq, xalqa assmiliyasiya təsirləri, onu digər xalqlar içərisində "əritməyə"
cəhdlər yoxdursa,
xalq öz kimliyini, milli-mənəvi
dəyərlərini mütləq
qoruyub saxlayacaq. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır.
Artıq
200 ildən çoxdur
ki, bu milləti
farslaşdırmaq istəyirlər.
Faktiki olaraq, İranda Azərbaycan dilində ibtidai məktəb
yoxdur, radio və televizya isə son vaxtlar xalqın təkidi ilə yaradılıb. Buna baxmayaraq,
fars ləhcəsi
ilə də olsa, xalq öz
dilini qoruyub saxlaya bilib. Bununla yanaşı Güneyli azərbaycanlılar öz
adət-ənənələrini, milli-mənəvi dəyərlərini
də qorumaqda davam edir. Bütün kökənindən ayrı
düşmüş xalqlar
belədir.
Elə isə Azərbaycanda yaşayan belə-xalqlar necə yaranıb? Etnoqrafiya ilə məşğul
olan alimlərin böyük əksəriyyəti
hesab edir ki, Azərbaycanda muzey eksponatı kimi qalan kənd-xalqlar,
əslində tarixin hər hansı bir dönəmində müxtəlif səbəblərdən,
müharibə və istilalar ucbatından məhv edilərək sıradan çıxmış
böyük xalqların
qalıqlarıdır. Bu xalqların digər ərazilərdə yaşayan
hissəsi azalıb digər
xalqların içərisində
əriyərək yoxa
çıxıb. Azərbaycan xalqı
isə ta qədimdən tolerant xalq olduğundan onların dilinə, adət-ənənələrinə
və digər milli-mənəvi dəyərlərinə
hörmətlə yanaşıb,
onların öz milli kimliyini qorumağa şərait yaradıb. Ona görə də
kənd-xalqların dünyanın
digər regionuna düşən hissəsi
tarixin səhnəsindən
çıxsa da, Azərbaycana sığınan
kiçik kontingent isə bir kənd
çərçivəsində olsada öz varlığını qoruyub
saxlaya bilib.
Təkcə yuxarıda qeyd etdiyimiz faktla təsdiq etmək olar ki, Azərbaycan
xalqı ta qədim zamanlardan tolerant və digər mədəniyyətlərə qarşı
dözümlü bir xalq olub. Biz tolerantlıq və ya multikultüralizm ifadələrinin dünyanın
yeni tarixində yaranmasının şahidi
olmuşuq. Əvvələr Azərbaycan lekskonunda da bu ifadələr
olmayıb. Amma bu ifadələrin özündə
ehtiva etdiyi mənəvi dəyər Azərbaycan xalqının
milli mentalitetində minilliklər əvvəl yer alıb.
Belə ki, Azərbaycan klassik ədəbiyyatına
nəzər salsaq görərik ki, xalqımızın dövrün
ədibləri bu dəyəri təblig edib, dünyaya yaymağa çalışıb. Sadəcə olaraq Azərbaycan xalqının klassik ədibləri bu dəyəri haqq-ədalət
kateqoryaları içərisində
ümumiləşdiriblər.
Məsələn, bu günlərdə
880 illiyini qeyd etdiyimiz, dünya nəzminin Günəşi
sayılan, dahi Nizami Gəncəvinin
"Yeddi gözəl"
poemasını Avropada
və dünyanın digər inkişaf etmiş ölkələrində,
yalnız müasir mərhələdə anlayırlar.
Çünki Nizami Gəncəvinin
dilindən danışdığı
yeddi gözəlin hər biri bir
millətin nümayəndəsi
idi. Burada bir məqamı
da vurğulamağa dəyər ki, N. Gəncəvinin yaratdığı
yeddi gözəl obrazları içərisində
çinli qız da var idi.
Məşhur "Xeyir və
Şər" bölümü,
məhz Çin qızının dili ilə səsləndirilir.
Çin
qızını o zaman
əsərlərdə təsvir
etmək böyük cəsarət tələb
edirdi. Müsəlman Yaxın Şərqində
Çin lənətlənmiş
bir məmləkət
sayılırdı. Bunun səbəbi
isə Çində heç bir dinin təcəlla etməməsi idi. Həmin dövrdə müsəlman dünyasında
belə bir atalar sözü də yaranmışdı:
"Elim dalınca lazım gəlsə Çinə də getmək olar". Bu atalar sözü
məhz müsəlman
dünyasının Çinə
nifrətini göstərən
ən bariz nümunədir. Belə
bir şəraitdə
çinli qızın
"Çin gözəli"
obrazı kimi əsərdə canlandırılmasının
özü tolerantlığın,
milli-dini dözümlülüyün
- indi
biz adını "multikultralizm"
qoyduğumuz mənəvi
dəyərin təbliği
idi. Burada şair öz
nüfuzuna və zəkasına arxalanaraq belə riskə gedir. Lakin poema o qədər
ustalıqla yaradılıb
ki, o zaman əsərin tənqid edilməsinə cəsarəti
çatan kimsə tapılmadı. Bəlkə də
olub, amma bununla bağlı əlimizdə tarixi fakt yoxdur.
Bütün bunlar və sadalamadığımız xeyli
dəllilər sübut
edir ki, Azərbaycan multikultralizminin
yaşı əsrlərlə
ölçülür. Ona görə
də bu dəyərin dünyada təbliğ edilməsi, bütün dünyaya yayılması indiki nəslin müqəddəs
borcudur. Bu borcun reallaşdırılmasında Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin xüsusi
xidmətləri var. Belə
ki, artıq illərdir ki, bu qurum "Azərbaycan multikultralizmi"
kitabının tədrisini
təşkil etməklə
məşğuldur. Artıq kifayət
qədər uğurlar
da var.
Qurumun saytında
yazılır ki, Azərbaycan multikulturalizminin
xarici ölkələrdə
tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
təşkil etdiyi dərslər 2021-2022-ci tədris
ilində də uğurla davam etdiriləcək. Azərbaycanın multikulturalizm ənənələri,
bütövlükdə Azərbaycan
mədəniyyəti və
tarixinin təbliği
layihəsi kimi həyata keçirilən
tədris prosesində
artıq 23 xarici ölkə universiteti iştirak edir. Bu tədris ilindən
etibarən, siyahıya
daha iki xarici ölkə universitetinin adı əlavə ediləcək.
Multikulturalizm Mərkəzi ilə
Cənubi Koreyanın Donqduk Qızlar Universitetinin Avrasiya Türk xalqları Araşdırma İnstitutu
arasında əməkdaşlıq
haqda müqavilə imzalanıb. Müqaviləyə əsasən, Donqduk Qızlar Universitetinin Avrasiya Türk xalqları Araşdırma
İnstitutunda "Azərbaycan
multikulturalizmi" fənni
tədris olunacaq.
Dərslər 2021-2022 tədris ilinin birinci semestrinə planlaşdırılır.
Xatırladaq ki, Donqduk Qızlar Universiteti 1950-ci ildən fəaliyyət göstərir və 7500 tələbəsi var.
BBMM-dən verilən
məlumata görə,
Multukultralizm Mərkəzi
ilə Pakistan Müasir
Dillər Milli Universiteti arasında da danışıqlar aparılır. Əməkdaşlıq müqaviləsi imzalandıqdan
sonra, 2021-2022-ci tədris
ilinin 2-ci semestrində
bu universitetdə də "Azərbaycan multikulturalizmi" kursunun tədrisi planlaşdırılır.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi
ilə çap olunub
Paralel.- 2021.- 21 oktyabr.- S.10.