Qanı ilə tarix yazan qəhrəman
Şəmsəddin Təhməzov
Masallı rayonunun Güllütəpə
kəndində dünyaya
göz açan Şəmsəddin Sərvər
oğlu Təhməzov
İkinci Qarabağ müharibəsində şəhidlik
zirvəsinə ucalananda
19 yaşına təzə-təzə
girirdi. Bu qısa ömürdə Şəmsəddini
belə bir şərəfə,
şöhrətə aparan
lap uşaq vaxtlarında onun qanına, canına hopmuş Vətən, yurd, millət sevgisi oldu. Özünü
dərk edən gündən doğma Azərbaycan üçün
yaşayır, məqamında
Vətən torpağının
azadlığına
can verməklə millətin qəlbində əbədi
bir sevilən ömrə dönür.
Şəmsəddin Təhməzov müstəqil
həyata başlananda qəlbi canına yağı dadanmış Vətən torpaqların azad edilməsi istəyi ilə alışıb-yanır.
2019-cu ildə həqiqi
hərbi xidmətə
gedir. Tərtərdə
adına can dediyi, müqəddəsliyinə
tapındığı Azərbaycanın keşiyində ayıq-sayiq dayanır. Sözün əsas layiqli bir övlad
olaraq müqəddəs
əsgəri borcunu layiqincə yerinə yetirir. Xəyalında isə ən çox keçirtdiyi döyüş meydanında erməni cəlladların
başını əzib,
hər qarış torpağın qisasını
almaq olur. Və düşmənə qalib
gəlmək üçün özündə
tükənməz qüvvə
də hiss edir. Bu
onun Vətənə olan saf sevgisindən
irəli gəlirdi.
İkinci Qarabağ
müharibəsi başlanan
günü Şəmsəddin
Təhməzov erməni
dığalarına qarşı
döyüşə girir.
Vətən məhəbbətli qəhrəman elə birinci döyüşdə düşmənə
istədiyi matəm libasını geyindirə bilir. Sərrast atəşlə
onun neçə-neçə texnikasını
sıradan çıxardır,
canlı qüvvəsini
məhv edir. Tərtər vuruşunda düşmənə qarşı
daha amansız olur. Burada sözün
əsl mənasında
tarix yazır. Mübarizə meydanında düşmənə
od qoyur, öldürdüyü dığaların
sayı bilinmir. Şəxsi şücaəti çiyin yoldaşlarını da qələbəyə doğru
aparır. Fəqət, Şəmsəddin
arzusunda olduğu bu qələbəni görə bilmədi. Oktyabrın 8-də
müqəddəs, şərəfli
yolda- Vətən, torpaq uğrunda şəhid oldu. Qaldı ki, Vətənin dağ vüqarlı, dağ qürurlu igidləri əzəli yurdunuz olan Qarabağı düşmən tapdağından
azad etməklə onun torpaq naminə axıtdığı qanı yerdə qoymurlar...
Bəli, igidlər
ölməz, Vətən
bölünməz. 19 yaşlı
qəhrəman Şəmsəddin
Təhməzov da cismən aramızdan gedib. Gələcəyə
boyladığı rəşadət zirvəsindən həyatımıza
Vətən sevgisi, əzəmət, yaşayıb-yaratmaq
eşqi gəlir. Dövlət tərəfindən
ölümündən sonra
layiq görüldüyü
“Vətən uğrunda”
medalı da yurduna, millətinə sədaqətə,
ləyaqətə dönən
bir sevgi rəmzidir...
Zəfər Orucoğlu
Paralel.-2021.- 28 oktyabr.- S.11.