Azərbaycan qəzetçiliyi-
dünən, bu gün, sabah
Tənəzzüldən çıxmaq mümkündürmü?
20 ildən çoxdur ki, Azərbaycan mediasında baş verənlər, ictimaiyyətin
müzakirəsindən düşmür.
Bu da heç kimə
sirr deyil ki, müstəqilliyin ilk illərində Azərbaycan mediası çox böyük sürətlə inkişaf
etməyə başladı.
Prezident Heydər Əliyevin senzuranın ləğv edilməsi qərarından sonra isə bu tendensiya
daha da gücləndi
və müstəqil medianın inkişafında
əsas amillərdən
biri oldu.
Mən
Azərbaycan mediasının
sovet dönəmindən
danışmaq istəmirəm.
Bununla belə, bəzi məsələləri
qeyd etməmək mümkün deyil. Birincisi, o dövrdə heç də kim istədi
mətbu orqanına sahib olub, fəaliyyət
göstərə bilməzdi.
Çünki media təkcə informasiya daşıyıcısı deyil,
həm də dövlət siyasətinin
aparıcı təbliğat
və təşviqat vasitəsi idi. Mətbu sözünə dövlət əhəmiyyətli
bir məsələ kimi baxılırdı. İkincisi, insanlar əsas informasiyanı mediadan alır və ona inanırdılar.
Burada sovet insanlarının oxuculuq reytinqini də qeyd etməmək
mümkün deyil. İnsanlar səhər tezdən qəzet almaq üçün köşklərin qarşısında
növbə tuturdular.
Üçüncüsü, qəzetlərdə dərc
olunan məqalələr
real faktlara əsaslanırdı və
heç kim həmin faktlara şübhə ilə yanaşmağa cürət etməzdi. Çünki məlumatın
düzgün olmadığı
aşkarlansaydı, bu
həm qəzet rəhbərliyinin, həm
də jurnalistin karyerasının sonu demək olardı.
Müstəqilliyimizin ilk illərində yeni müstəqil media strukturlarının yaranmasına start verildi. Həmin nəşirlər media aləminə yeni nəfəs, yeni ruh gətirdi
və oxucu rəğbətini qazandı.
Müstəqil mediamızın
qaranquşlarından olan
(mən ad çəkib kimlərisə
incik salmaq istəmirəm) həmin nəşirlər az bir zamanda böyük
oxucu kütləsi toplayaraq, tirajlarını 100-150, 200 minə
çatdırmağı bacardılar.
Bir müddət sonra meydana daha
çox çeşiddə
qəzetlər daxil oldu. Lakin bəzi
obyekti və subyektiv səbəblərə
görə, həmin qəzetlər cəmiyyət
tərəfindən qəbul
olunmadılar.
Azərbaycan mediası kiril əlifbasından imtina edib, latın əlifbasına keçən
zaman, ən azından oxucularının
50 faizini itirdi. 2000-ci illər Azərbaycan mediasında tənəzzülün
başlandığı illər
oldu. Qəzetlərin sayı artsa da, informasiya yaymaq keyfiyyəti sürətlə aşağı
düşməyə başladı.
Media qurumları, ailə podratına çevrildi və öz funksiyalarını tamamilə dəyişmiş
oldular. Mətbu sözü dəyərdən
düşdü. Heç
bir media anlayışı olmayan insanlar qəzet təsis edərək, ondan qisas, qərəz,
qazanc və özünüreklam üçün
istifadə etməyə
başladılar. Nəticədə
Qurunun oduna yaşlar da yandı. Qəzetlərin bir qrupu informasiya,
maarifçilik, təbliğat
və təşviqat kimi missiyalarını bir kənara qoyub, qisasçılıq,
şantaj, təhqir, reketçilik kimi formalar üstünlük verməyə başladılar.
Başqa bir qrup qəzetlər isə pul müqabilində
təriflər yazmaqla,
"tərif qəzetləri"nə
çevrildilir. Bu vəziyyətdə qəzetlərin
müstəqil mövqe
nümayiş etdirmək
imkanları çətinləşdi
və oxucular mətbuata inamlarını
itirdilər. Oxucu qəzetdə öz istədiyi informasiyanı tapa bilmədi və qəzetdən uzaqlaşdı.
Bir çox
media mənsubları isə bunu maliyyə
çatışmazlığı ilə izah etməyə
çalışdılar. Əslində
isə medianın normal fəaliyyəti üçün maliyyədən
daha önəmli olan məsələlər
var. Media kapitanları isə həmin nüansları tapa bilmədiklərindən
çətin duruma düşdülər.
Qəzetlərin tirajının kəskin aşağı düşməsinin
bir səbəbi də insanların internetə inteqrasiyası
oldu. Qəzetlərin əsas oxucusu olan ziyalılar informasiya əldə etmək üçün,
əsasən internetdən
istifadə etməyə
başladılar ki, bu da çap
mediasına təsirsiz
ötüşmədi.
Bu da heç kimə sirr deyil ki,
indiki halda Azərbaycanda qəzetlərin
normal fəaliyyəti
üçün onların
ən azından 30-50 min tirajla nəşr
olunması və satılması lazımdır.
Əks təqdirdə,
heç bir media orqanı öz mövcudluğunu qoruya bilməz. Bunu başa düşən dövlət
rəsmiləri
2009-cu ildə KİV-lərə dövlət dəstəyi məqsədiylə
Kütləvi İnformasiya
Vasitələrinə Dəstək
Fondunun (KİVDF) yaradılmasına
qərər verdilər.
Daha sonra yaradılan Mətbuat Şurası (MŞ) isə
ictimai təşkilat olaraq KİV-lərin problemlərini araşdırmalı
və bu problemlərin KİVDF ilə
birgə aradan qaldırılması istiqamətində
fəaliyyət göstərməli
idi. Amma əksinə oldu. Bu iki qurum
öz "fəaliyyəti"
ilə Azərbaycan mediasını elə bir bataqlığa saldı ki, indi onu bu
çamurdan çıxırmağa
illər lazım gələcək.
Gəlin onu da açıq etiraf edək ki, dövlət
dəstəyi ilə nəşr olunan qəzetlərin oxucu etimadı qazanması çox çətin məsələdir. Çünki
dövlət vəsaiti
hesabına nəşr
olunan qəzetlər heç zaman ölkədə mövcud
olan reallıqlırı
olduğu kimi ictimailəşdirə
bilməzlər. Bu mövcud dövlət siyasətinə qarşı
çıxmaq kimi alınar. Çünki məmur diktaturası şəraitində medianın
müstəqilliyinə heç
kim imkan verməz.
Əslində, bütün media qurumları, müəyyən
qanunlar çərçivəsində
tam müstəqil olmalıdırlır.
Dövlət mediaya sadəcə olaraq, cəmiyyətin güzgüsü olmaq imkanını verməlidir.
Əminəm ki, Azərbaycan mediası cəmiyyətin güzgüsü
olduğu anda, həm də oxucu qazanacaq. Bu bir aksiomdur.
Oxucusu olan mətbu orqanının isə nə satış, nə də reklam problemi olmur. Bunun üçün isə ilk növbədə
məmurlərın mediaya
təsiri imkanlarını
məhdudlaşdırmaq lazımdır.
Qəzetlər bizim, sizin koteqoriyalarına bölünməməlidir. Bütün
bunlar olmadığı
halda, mediaya dəstək adı altında yaradılan bütün qurumların sonu KİVDF kimi olacaq.
Son nəticə,
əgər biz çap mediasını qorumaq və inkişaf etdirmək istəyiriksə, ona müstəqillik verməli,
mediaya təzyiqlər
aradan qaldırılmalı,
media sözünə
hörmət qoyulmalı,
onun reklam bazarı fəaliyyət göstərməlidir.
P.S. Lenin «baba»
deyib: səhər yeməyində oxunmayan qəzet artıq, "maklatura"dır. Mənim
səhər tezdən
qəzet almaq imkanım olmadığından
Türkiyə kanallarında
(bizimkilərin nə deyəcəklərini baxmadan
da bilirəm) xəbərlərə baxıram
və bu, artıq bir adətkarlığa çevrilib.
Bunu ona görə xatırlatdım
ki, mövzumuzla birbaşa bağlılığı
var. Bir maraqlı məqamı qeyd edim, "qəzetlər ölür",
"sosial media daha aktivdir" və s. fikrlrdə olanların diqqətinə:-Türkiyə tele kanallarının böyük
əksəriyyəti xəbərlər
proqramlarına əsasən
ölkədə nəşr
olunan qəzetlərin
xülasəsi ilə
başlayırlar və
bu veriliş boyu davam edir.
Bu o deməkdir ki, Türkiyədə qəzet sözünə həmişə sayğıyla
yanaşırlar və
Türk qəzetçiliyi
heç də sosial mediadan geri qalmır.
İnanıram ki, ölkəmizdə
də yetərincə
bacarığı, qabiliyyəti
olan jurnalistlər və media kapitanları
(hərçənd onlar
özlərini general adlandırır, qoy olsun, amma həqiqətdə
general olsunlar, dildə deməyə nə var ki)
var ki, Azərbaycan
qəzetçiliyini lazımi
səviyyəyə qaldıra
bilərlər. Sadəcə,
onlara meydan vermək lazımdır.
P.S. Bir məsələni də xüsusi qeyd edim ki,
Azərbaycanda istənilən
qəzeti nəyinki Türkiyə, hətta Avropa standartlarına uyğun şəkildə
nəşr etmək imkanları var. Buyurun, "Azərbaycan"
nəşriyyatına təşrif
buyurun və hər şeyi özünüz görün!
Yusif Seyid
Paralel.- 2021.- 16 sentyabr.- S.7.