Ana dilim, şirin dilim!

  

Dilimiz varlığımızdır

 

Ana dilimiz sərvətimizdir. Bu, heç də sadəcə bir söz deyil. Dil varsa, ən böyük sərvət də odur. Çünki kimliyimizi və ondan doğan qiymətli nə varsa, məhz dilimizlə, özümüzə məxsus o sərvətlə ifadə edir, var olur, varlığımızı təsdiq edirik.

Kimsə söyləyə bilər ki, istənilən xalq, millət onsuz da dildən məhrum deyil, hər kəsin öz dili var. Bəli, ilk anda elə bu cür demək olar, lakin iş ondadır ki, elə xalqlar, toplumlar var ki, dili “ölü dil”lər qrupuna doğru gedir və sonu da məlumdur. Bu məqamda, Çilidə yaşayan 94 yaşlı bir etnoqraf da dünyasını dəyişdi. Və bu şəxs, yaqan hindularının dilini bilən şəxs idi. Halbuki, yaqanlar var olsa da, onların dilini bilən yeganə şəxs artıq yoxdur. Demək, dil yaşayırsa, xalq da onunla birgə var olur, yaxud xalq varsa, fəqət onun “dilini bilən yoxsa”, məsələ özlüyündə məlumdur...

Dildən danışılanda, dillə bağlı əksər məqamlar yada düşür. Bu məqamlar müxtəlifliyinə görə seçilir. Amma məqamlar fərqli olsa da, kimsənin ağlına gəlməz ki, dilimizin varlığı üçün bizə kənardan baxaraq kin-küdurət bəsləyənlər, xainlik edənlər də tapıla bilər.

Elimizin məqamına uyğun işlədilən bir sözü var, burda məqamı gəlib, gərək deyəm. “Səni itirim, heç tapmayım”ı birmənalı şəkildə mənfur qonşumuza şamil etmək olar. Özü də birmənalı şəkildə. İtirilməlilər siyahısında ilk yerdə gələsi məxluqatın adı ermənidirsə, onda nəsə axtarmağına dəyməz, heç dəyməz. Deməli, harda nə gördüsə, “gördüyündən göz kirəsi istəyən” ermənilər maddi-mənəvi, mədəniyyət, incəsənət, xalq yaradıcılığı, kulinariya, adət-ənənə və digər sərvətimizi öz adlarına çıxmaqdan utanmayıb, indi də dilimizə əl, necə deyərlər, dil uzadırlar.

Ermənilərin üzdəniraq bir dilçisi ermənilərin ədəbi dilində türkcə alınma sözlərdən imtina edildiyini, bəzi sözlərin yalnız danışıq dilində istfadə olunduğunu deyir. Erməni saxtakarı hesab edir ki, türk dilində erməni mənşəli sözlər az deyil və guya əcnəbi və erməni tədqiqatçılar sonradan türk sözlərinin böyük əksəriyyətinin erməni mənşəli olduğunu öyrəniblər. Budur əsl erməni xisləti, sifəti, olmayan məsləki...

Ümumiyyətlə, ermənilərin kim, hansı “məslək”, “əqidə” sahibi olduğunu hamı yaxşı bilir. Dünyaya özlərini başqa cür, başqasının libasında təqdim etsələr də, nə qədər “təğyiri-libas” olsalar da, onların siması, sifəti, xisləti hamıya məlumdur. Ermənilərin qaraçı xisləti indiyədək “oğurluq mal”larından yararlanmaqda da onlara yardım edə bilməyib. Mayası haramlıqdan yoğrulan bir mövcudat olaraq, onların özününkü deyilən nəyəsə malik olduğunu deməyə bircə misal da tapmaq olmur. Varlığı başdan-başa saxtakarlıqdan, simasızlıqdan, oğurluqdan, yağmalamaqdan, mənfurluqdan və bu sıraya aid ediləsi bütün mənfiliklərdən ibarətdir ki, onun da bircə adı var, o da erməni.

Keçmişdə əcnəbi qonaqları milli musiqi alətlərimizlə qarşılayan və onu öz adına çıxaraq, “erməni milli alətləri” kimi təqdim edənlər qonağı təndir başına dəvət edərək, bişirdikləri lavaşı, kababı və s. öz milli kulinariya nümunəsi kimi təqdimatdan çəkinmirdilər. Lakin özünə hörmət edən istənilən şəxsin ermənilərin tarixinə bircə baxışla onların heç nədən ibarət olduğunu görməsini və bunu aşkar deməsini dəfələrlə görmüşük. Lakin “utanmasan, oynamağa nə var ki”, bu da əbədən saxtakar ermənilərin menyusuna...

21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Biz də dili var, yaşar millətlərin, xalqların sırasında onu qeyd etdik. Yeri gəlmişkən, təkcə dil məfhumundan çıxış etməyərək, ümumiyyətlə, dilin ehtiva etdiyi bütün məqamlarda üzə çıxarılası, təqdim ediləsi məhsulumuz çoxdur. İstər onu gözü götürənlər olsun, istər də olmasın. “Dilimiz varsa, dilçəyimiz də var”. Bunu bu gün balacadan-böyüyə, istənilən şəxsin simasında göstərmək, təqdim etmək olar.

Problemləri, çatışmazlıqları, çətinlikləri, anlaşılmazlıqları və hansısa mənfi dolu nəsnələri bir kənara qoyaq bir anlıq. Axı bizim də var “imzamız imzaların içində”. O imza yeganə deyil, xatırlasaq, yada düşər...

Heç nəyi olmayan, daim oğurlamaqla, yağmalamaqla özünə saxta tarix, mədəniyyət və s. yaradan ermənilərdən fərqli, bizim öz dilimiz, tariximiz, ümumiyyətlə, varlığımız var. O varlıq da öncə dildən başlayır və qərinələrdir davam edir.

Var olan dilimizlə necə zəngin olduğumuza həsədlə deyil, düşməncəsinə baxan ermənilərin nəfsindən, nəzərindən iraq...

 

Nigar Orucova

 

Paralel.- 2022.- 24 fevral.- S.13.