Bəşəriyyətin hərb tarixində
yeni
səhifə açan - Azərbayğan ordusu!
Müzəffər
Ali Baş
Komandanın rəhbərliyi ilə 44 günlük
Vətən Müharibəsində qazanılmış tarixi qələbə, sülh və
insanlıq əleyhinə Ermənistan tərəfindən
törədilmiş cinayətlər, habelə müharibə
cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması
Artıq Azərbaycan əsgərinin Qafqazda yaratdığı yeni reallıqların bərqərar olmasından bir ildən çox vaxt keçir. Heç kimin gözləmədiyi anda Azərbaycan Respublikası illərdir təkrarladığı "əgər torpaqlarımız sülh yolu ilə azad edilməsə, müharibə yolu ilə düşmən tapdağından azad edəcəyik" prinsipini 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün ərzində məntiqi sonluğa çatdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində yalnız ermənilərə deyil, bütün dünyaya möcüzə göstərdi. Azərbaycan əsgəri ayyarım vaxt ərzində bəşəriyyətin müharibə tarixində yeni səhifə açdı. Dünya müharibə tarixinin məntiqi ondan ibarətdir ki, həmişə hücum edən tərəf daha çox, müdafiə olunan tərəf isə daha az canlı qüvvə və hərbi texnika - resurs itkilərinə məruz qalır. Lakin 44 günlük Vətən Müharibəsində hər an hücumda olan Azərbaycan Ordusu sübut etdi ki, elmin və texnikanın müasir nailiyyətlərindən bəhrələnərək yetişdirilən hər bir Ordu hücumda olar belə, daha az itki verməklə düşməni qovmaq, onun üzərində parlaq qələbə çalmaq gücünə malik olur. Belə ki, rəsmi rəqəmlərə görə, qeyd etdiyimiz kimi, hər an hücumda olan Azərbaycan Ordusu üç minə qədər, Ermənistan ordusu isə beş mindən çox canlı qüvvə itirib. Azərbaycan Ordusu hərbi texnikasının heç on faizini belə itirmədiyi halda, Ermənistan ordusunun hərbi texnikasının səksən faizi darmadağın edilib və ya hərbi qənimət kimi şanlı Azərbaycan əsgərləri tərəfindən götürülüb. Bu gün Ermənistan silahlı qüvvələrinin Vətən Müharibəsində sıradan çıxarılan hərbi texnikasının bir hissəsi Bakıdakı Hərbi «Qənimətlər parkı»nda nümayiş etdirilir. Orda Ermənistan silahlı qüvvələrinə məxsus yüzlərlə texnikanın dövlət nömrə nişanlarından nəhəng bir stend hazırlanıb. Həmin stend qələbə münasibəti ilə Rəcəb Təyyub Ərdoğanın iştirakı ilə keçirilən hərbi paradda da nümayiş etdirilib.
Bununla yanaşı, Azərbaycan Ordusu çox sayda erməni hərbiçisini əsir götürüb. Həmin əsirlər artıq qarşı tərəfə təhvil verilib. Yeri gəlmişkən, onu da qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin humanist addımı kimi dəyərləndirilən 10 noyabr 2020-ci il atəşkəs bəyannaməsi imzalandıqdan sonra ərazilərimizə soxulan erməni terrorçularını hərbi əsir adlandırmaq yolverilməzdir. Çünki həmin şəxslər Azərbaycan ərazilərinə qanunsuz soxularaq torpaqlarımızı minalamaqla məşğul olublar. Hansı ki, həmin minalardan bu günə qədər yüzlərlə dinc sakinlərimiz şəhid, yaxud əlil olub. Həmin terrorçular Azərbaycan qanunvericiliyi ilə mühakimə edilir. Hazırda həmin şəxslərdən bəzilərinin məhkəmə prosesi davam edir.
Onu da qeyd edək ki, 10 noyabr bəyannaməsinin imzalanması bir neçə gün gecikdirilsəydi, Ermənistanın 25 minə qədər canlı qüvvəsi mühasirədə qalacaqdı.
Azərbaycan Ordusu bütün müharibə dövründə Cenevre Konvensiyasının bütün tələblərini yerinə yetirərək, əsir düşən erməni əsgərləri barədə dərhal məlumat verib, onlarla xoş davranıb, müalicəyə ehtiyacı olanlar müalicə edilib, valideyinləri ilə əlaqə üçün Qırmızı Xaç Komitəsinin müdaxiləsi olmadan belə, şərait yaradıb. Bütün bunlar onun göstəricisidir ki, əsirlərlə bağlı Azərbaycanın beynəlxalq konvensiyaların tələblərindən kənar heç bir niyyəti olmayıb. Lakin qarşı tərəflə bağlı bunu demək mümkün deyil.
Belə ki, hələ birinci Qarabağ müharibəsndə minlərlə Azərbaycan vətəndaşi ermənilər tərəfindən əsir götürülüb. Əsir düşən vətəndaşların böyük əksəriyyəti mülki vətəndaşlar olub. Çünki ermənilər rus ordusunun köməyi ilə mülki əhalinin yaşayış məntəqələrindən çıxmasına imkan verməmişdilər. Dinc əhali əsir götürülərək işgəncələrə məruz qalıb, çoxları isə öldürülüb. Hazırda birinci Qarabağ müharibəsində ermənilərə əsir düşən dörd minə yaxın Azərbaycan vətəndaşının taleyi barədə heç bir məlumat yoxdur. Ermənistan həm birinci, həm də ikinci Qarabağ müharibəsindən götürdüyü əsirlər barədə məlumatları mümkün qədər gizlətməyə çalışıb. İkinci Qarabağ müharibəsində götürülən əsirlərin gizlədilməsi bir qədər çətin idi. Çünki hərbi jurnalistlər demək olar ki, bütün əsir götürulmə anlarını qeydə alırdı. Məhz Ermənistan tərəfindən Azərbaycana qaytarılan əsirlər, yalnız əsir götürülmə anı videogörüntülərlə qeydə alınan hərbi əsirlərdi. Hazırda altı Azərbaycan əsgəri Vətən Müharibəsində itkin düşmüş hesab edilir.
Onların adlarını təqdim edirik:
1. Əsgər, Feyzullayev Aydın Zakir oğlu - 1995
2. Əsgər, Mehdiyev Asim Yaqub oğlu - 2001
3. Əsgər, Qədirli Elnur Rəcəb oğlu - 1997
4. Əsgər, Salamov Qorxmaz Bayram oğlu - 1996
5.Əsgər,
Səfərli Xəqani
İlqar oğlu - 1991
6. Leytenant, Vəlizadə İbrahim Səməd oğlu - 1998
Ermənistanın birinci Qarabağ müharibəsindəki davranışlarını
nəzərə alsaq,
ehtimal etmək olar ki, bu
altı itkin düşən əsgərimiz
də tətk-tək,
yaxud hamısı bir yerdə hansısa erməninin əsirliyindədir. Sadəcə, bu şəxslərin əsir götürülmə
anı qeydə alınmadığına görə,
onlar haqqında məlumat vermək qalır ermənilərin olmayan vicdanlarına .
Ermənistan tərəfinin vəhşiliklərindən
biri də ondan ibarət idi ki, 44 günlük
müharibə ərzində
cəbhə xəttindən
on, bəzən isə
yüz kilometrlərlə
uzaqda olan yaşayış məntəqələrinə
müxtəlif tipli raket zərbələri endirirdilər. Hətta Azərbaycanın paytaxtı ətrafına raketlərin atılma faktı da qeydə
alınıb. Həmin raketlər
Xızıya və Abşerona düşüb.
Paytaxt ətrafına atılan raketlər zərər verməsə
də, Gəncədə,
Tərtərdə, Goranboyda,
Ağcabədidə, Ağdamda,
Beyləqanda və digər yaşayış
məntəqələrində ermənilərin raket zərbələri ilə
yüzlərlə ev dağıldı, onlarla dinc sakin həyatını,
yüzdən çox
vətəndaşımız isə sağlamlığını
itirdi. Bu konkret
olaraq müharibə cinayətdir. Gəncədə raket zərbələrindən
dağıdılan çoxmərtəbəli
binaların dağıntıları
hələ də qalmaqdadır. Halbuki Gəncə
şəhəri hava yolu ilə cəbhə
bölgəsindən 70-80 kilometri
kənardadır.
Ermənilərin hərbi cinayəti bununla da məhdudlaşmırdı. Belə ki,
Ermənistan Ordusu artileriya atəş qurğularını özlərinin
yaşayış məntəqələrindəki
evlərin arxasında
yerləşdirirdi ki,
Azərbaycan Ordusu bu legitim hədəf
nöqtələrini zərərsizləşdirdikdə
dünyaya car çəksinlər
ki, Azərbaycan silahlı qüvvələri
yaşayış məntəqələrini
bombalayır. Lakin Azərbaycan
Ordusunun müasir silahları düşmənin
atəş nöqtələrini
zərərsizləşdirmək prosesini anbaan qeydə alır, bununla da sübut
edirdi ki, raket zərbələri endirilən yer legitim (təsdiqlənmiş)
atəş nöqtəsidir.
Sadəcə olaraq, bu atəş nöqtəsi yaşayış binasının
yanında yerləşdirilib.
Bütün 44 gün ərzində
"Bayraktar TV 2". "HAROP"
və digər pilotsuz uçuş aparatları ermənilərin
bu riyakarlığını
ifşa etdi, onların maskasını cırdı.
Hazırda Azərbaycan hökuməti
bütün istiqamətlərdə
ermənilərin sülhə
və insanlığa
qarşı cinayətlərini
beynəlxalq tribunalarda
sübuta yetirmək və onun bədəlini
Ermənistandan tələb
etmək istiqamətində
kompleks işlər həyata keçirir. Tezliklə Azərbaycan
xalqı bu proseslərin bəhrəsini
görəcək.
Akif Nəsirli
Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi
ilə çap olunub
Paralel.- 2022.- 20 yanvar.- S.10.