Qara Yanvar-müstəqilliyimizin simvolu
Qatil gülləsinə qurban
gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli
bayrağı öz qanlarıyla,
Vətən
göylərinə çəkdi Şəhidlər.
( B. Vahabzadə)
Dünya dövlətləri və xalqlarının hər birinin tarixində elə hadisələr olur ki, üstündən yüz illər keçsə də unudulmur, həm millətin qəlbində, həm də onun yazılı mənbələrində əbədi yer tutur. 32 il əvvəl yaşamış olduğumuz Qanlı Yanvar məhz belə hadisələrdən biridir. İllər ötür, nəsillər dəyişir, amma xalqımıza qarşı SSRİ adlı qırmızı imperiyanın törətdiyi bu vəhşilik Xocalı hadisəsi kimi heç vaxt yaddan çıxmır, xatırlanır. Ermənistanın ölkəmizə qarşı torpaq iddiası və imperiya rəhbərlərinin ikiüzlü siyasəti, dolayısıyla erməni separatizmini dəstəkləməsi və o dövür respulikaya rəhbərlik edənlərin bivec siyasəti xalqımızın səbr kasasını daşdırdı və millət bu durumdan çıxmağın yolunu müstəqillik uğurunda mübarizədə gördü. Artan xəttlə gedən ümumxalq mübarizəsindən qorxuya düşən imperiya cəlladları isə xalqımızın azadlıq mübarizəsin boğmaq üçün Bakıya muzdulardan ibarət, əksəriyyəti Stavropol və Krasnodardan olan erməni mənşəli hərbi cəza dəstəsi göndərdi. İnformasiya blokadasında olan Azərbaycanda yaşanan faciəni dünyaya duyuracaq elə bir imkanı olmadığı bir vaxtda o zaman Moskvada təcrid vəziyyətində yaşayan dahi liderimiz Heydər Əliyev siyasi səhnəyə çıxdı. Beləki həyatına real təhlükə olmasına rəğmən Ulu Öndər Moskvadakı səfirliyimizə gələrək bu vandal aktını ittiham edən bəyanatla çıxış etdi, səsimizi dünyaya duyurdu. Mərhum liderimiz Azərbaycanda hakimiyyətə gəldikdən sonra isə parlamentdə 20 Yanvara hüquqi və siyasi qiymət verən qərarlar qəbul olundu. Görkəmli siyasi xadim Heydər Əliyev hadisəyə mənəvi qiymət verərək demişdir: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq da, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.
Aradan illər keçməsinə baxmayaraq, hər şey göz önündən sanki kino lenti kimi gəlib keçir: təlatümlü Bakı, gecənin qaranlığında işıq saçan güllələr, tankların və zirehli maşınların uğultusu, küçələrə səpələnmiş cəsədlər, yaralılarla dolu xəstəxana palataları...
O gecə...
1990-cı
ilin 20 yanvarı, saat 00:00. Sovet ordusunun təpədən-dırnağadək
silahlanmış birləşmələri beş
istiqamətdən Bakıya soxuldular. Küçələrdə
şütüyən tanklar və zirehli maşınlar
“barrikadaları” dağıdıb keçir, əsgərlər
dinc əhaliyə atəş açır, heç kəsə
aman vermirdilər. Hətta köməyə
gələn təcili tibb yardım maşınları, evlər
gülləyə tutulurdu.
Həmin gecə ən böyük qırğın
indiki “20 Yanvar” dairəsi ərazisində törədildi. Ümumiyyətlə,
cəza əməliyyatının ilk saatlarında yüzlərlə
dinc sakin öldürüldü və yaralandı.
Səhər küçələrə
axışan Bakı sakinləri “20 Yanvar” dairəsində və
ona yaxın yerlərdə dəhşətli mənzərəylə
qarşılaşdılar. Tankların əzib
keçdiyi avtobuslar, yük və minik avtomobilləri,
yollardakı qan gölməçələri gecənin
ağır faciəsindən xəbər verirdi. Şəhərin
mərkəzi küçə və meydanları tanklarla,
avtomatlı saqqalı hərbçilərlə dövrəyə
alınmışdı... O müdhiş günləri
xatırlayarkən faciənin qanlı statistikası bir daha
yada düşür:
Öldürülənlər
– 147 nəfər;
Yaralananlar
– 744 nəfər;
Qanunsuz həbs olunanlar – 841 nəfər.
Yaralananlar arasında 25 qadın və 20 uşaq vardı. Onlardan bəziləri
ömürlük şikəst oldu.
20 Yanvar faciəsi
miqyasına, xarakterinə və mahiyyətinə görə
keçmiş SSRİ rəhbərliyinin ikinci Dünya
müharibəsindən sonra ölkə daxilində törətdiyi
misli görünməmiş bir cinayət idi. Bu hadisələrdən
bir müddət sonra – 1990-cı ilin noyabrında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sessiyasında çıxış edən Ulu Öndər
faciə barədə danışarkən deyirdi: “Mən belə
hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm
Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən
Qorbaçovun böyük günahının nəticəsidir,
onun diktatorluq meyillərindən əmələ gəlmiş
bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin
xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən
belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi
qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin
daxilində - heç bir yerdə, heç bir regionda bu qədər,
bu miqyasda qanlı qırğın olmamışdır... Bunun
nə qədər böyük miqyasda olmağını onunla
da ölçmək olar ki, bu hərbi aksiyanın həyata
keçirilməsi üçün SSRİ müdafiə
naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin hadisə ərəfəsində
gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik
ediblər”.
Sonradan 20
Yanvar hadisələrini araşdıran “Şit” təşkilatının
müstəqil ekspertləri tərəfindən
hazırlanmış hesabatında deyilirdi: “Adamları
xüsusi qəddarlıqla və yaxın məsafədən
güllələmişlər. Məsələn,
Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox,
R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar,
“təcili yardım” maşınları atəşə
tutulmuş, həkimlər öldürülmüşlər,
adamlar süngü-bıçaqla qətlə yetirilmişlər.
Onların arasında hər iki gözü tutulmuş
B.Yefimtsev də var. Atəş zamanı “Kalaşnikov”
avtomatının ağırlıq mərkəzi dəyişən
5,45 çaplı güllələrindən
istifadə edilmişdir. Həlak olanlar
arasında yetkinlik yaşına çatmayanlar, qadınlar,
qocalar, şikəstlər də var idi”.
Bəzi məlumatlara görə, Azərbaycan
paytaxtına yeridilmiş qoşun kontingenti müxtəlif təyinatlı,
sayca 65 minlik canlı qüvvə olub.
Yuxarıda da qeyd
etdiyimiz kimi böyükü-kiçikli hər bir xalqın
tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq
səhifələri olur. Lakin çox nadir
hallarda bu iki məqam üst-üstə düşür.
20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir.
Xalq həmin gün ağır imtahana çəkildi
və bu sınaqdan şərəflə çıxdı.
Faciə insanları birləşdirdi, xalqı
bütövləşdirdi. Xalq öz şəhidlərini
son mənzilə çiyinlər üstündə apardı,
görünməmiş izdihamla yola saldı. Ona tuşlanmış top-tüfəngə məhəl
qoymadı, bir addımlığındakı təhlükədən
qorxub çəkinmədi. Şəhidlərin
dəfni nə qədər ağır səhnə olsa da, bir
o qədər də qürurverici mənzərə idi.
Milyonların əmələ
gətirdiyi insan seli o vaxta qədər istirahət yeri olan
Dağüstü parkda yeni salınmış məzarlığa
yaxınlaşır. Xalq öz şəhidlərini
son mənzilə gələcəyə böyük inam və
ümidlə yola salır.
Bir də diqqəti qərənfillər cəlb
edir-şəhid qanı kimi qırmızı qərənfillər.
O gün və sonradan da hər il
yanvarın 20-də şəhid məzarları qərənfil
yağışına qərq olur. Bu da xalqın
tapıntısıdır və rəmzi mənası var: qərənfil
qan rəngindədir.
Ulu
Öndərin layiqli davamçısı Prezident İlham
Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını,
Vətən qarşısındakı xidmətlərini
yüksək qiymətləndirərək deyir: “Azadlıq,
müstəqillik uğrunda, Vətən uğrunda özlərini
qurban verən şəhidlərimizin hamısının xatirəsini
həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil,
qüdrətli Azərbaycan xalqımızın ən
böyük sərvətidir. Şəhidlərimizin,
canlarını qurban vermiş insanların bu işdə
böyük xidməti olubdur. Bu da heç
vaxt yaddan çıxmamalıdır”.
Yurduna, millətinə bağlı ümummilli lider Heydər
Əliyev zamanında 20 Yanvar şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsi istiqamətində bir
sıra mühüm addımlar atmış, qərarlar qəbul
etmişdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən
də davam etdirilməkdədir. Dövlətimizin
başçısının Sərəncamına əsasən,
2007-ci ildə Şəhidlər xiyabanı vahid kompleks kimi
yenidən qurulub.
Şəhidlər
xiyabanı Azərbaycan xalqının 32 il
əvvəl yaşadığı böyük faciədən
xəbər verir. Özündə ümummilli kədərlə
yanaşı, rəşadət və fədakarlıq
nişanələrini də yaşadır. Bu ünvan xalqın öz qəhrəman oğul və
qızlarına böyük hörmət və
ehtiramının ifadəsidir, Vətən tarixinin qanla
yazılmış önəmli səhifəsi, əyani dərs
vəsaitidir.
Hər il yanvarın 20-də Şəhidlər
xiyabanında böyük izdiham yaşanır. Şəhid
məzarları önündən yüz minlərlə insan
keçir, şəhidlərə vəfa borcunu ödəmək
üçün bu müqəddəs məkana üz tutur.
Şəhidlərin uğrunda can
verdikləri Azərbaycan, qanlı hadisələrin cərəyan
etdiyi Bakı ötən illər ərzində
büsbütün dəyişib. Xalqımız
öz azadlıq arzusuna qovuşub, Azərbaycanın
üçrəngli bayrağı bu gün dünya ölkələrinin
bayraqları sırasında dalğalanır. Baxıb qürur duyur, müstəqil dövlətin
vətəndaşı olmağımızla fəxr edirik.
Onda - 1990-cı ilin yanvarında bu bayraq da, müstəqillik
də bir xəyal, bir arzu idi. Şəhidlərimizin
axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal
və arzular həqiqət oldu.
Şəhid qanının ən dəqiq
qiymətini də ulu öndər Heydər Əliyev verib: “O
qanın hər damcısında bizim xalqımızın
qüdrəti var, xalqımızın qəhrəmanlığı
var, xalqımızın milli azadlıq, müstəqillik
arzuları vardır. O gecə tökülən qanlar müqəddəs
qanlardır. Onlar bizim xalqımızın əsrlər
boyu milli azadlıq, müstəqillik uğrunda
tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə
tökülən qanlar Azərbaycanın müstəqilliyini
nümayiş etdirən milli bayrağımızın
üstündəki qandır”.
Artıq ikinci ildir ki, biz 20 Yanvarı fərqli hiss və
duyğularla yad edirik. Beləki erməni işğalı sürdüyü
müddətdə şəhidlərin görüşünə
ikiqat acılarla gedirdiksə artıq Müzəffər Ali
Baş Komandan, prezident İlham Əliyevin uzaqgörən siyasəti
və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində
Qarabağ düşməndən azad edilib, 20 Yanvar və Vətən
Müharibəsi şəhidlərinin uğurunda can fəda
etdikləri qüdrətli, torpağına və sərhəddinə
sahiblik edən Azərbaycan yaranıb.
20 Yanvar
şəhidlərinin anım günü respulikanın hər
yerində olduğu kimi hər il Beyləqan rayonunda da yad edilir. Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri
rayonda şəhidlərin xatirəsinə
ucaldılmış abidəni ziyarət edir, kompleksin
önünə gül-çiçək dəstələri
qoyur.
20 Yanvarda
və torpaqlarımızın azadlığı uğurunda
şəhid olan qardaş-bacılarımıza Allahdan rəhmət,
qazilərimizə şəfa diləyirəm!
Yazımı
adını unutduğum şairin 20 Yanvara həsr etdiyi bir bəndlik
şeirlə yekunlaşdırıram:
Şəhidəm, sönmərəm
bil,
Torpağa dönmərəm,
bil,
Ürəklərdə
yaşaram,
Canlıyam,
ölmərəm bil.
Malik Mahmudov
Beyləqan rayon Qeydiyyat İdarəsinin
rəisi
Paralel.- 2022.- 20
yanvar.- S.9.