Qızı yoxa çıxdı,
oğlunu güllələdilər,
nəvəsi…
Rəsulzadə ailəsinin başına
gətirilənlər
Ümmülbanu – Məhəmməd Əmin
Rəsulzadənin həyat
yoldaşı.
1888-ci ildə doğulub. 1908-ci ildə Məhəmməd
Əmin Rəsulzadə
ilə ailə qurub. 1937-ci ildə
doğmaca həyat yoldaşı Məhəmməd
Əmin Rəsulzadə
ilə məktublaşmaları
bəhanə gətirilərək
Qazaxıstana sürgün
olunub. Oğlunun ölümü və
ailəsinin dəhşətli
taleyinə dözmədiyindən
1940-cı ildə ürəyi
dayanıb.
Lətifə Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin qızı.
1910-cu ildə Bakıda
doğulub. 1941-ci ildə
iki qız uşağı ilə birgə Qazaxıstana sürgün edilib. Üzərində xalq düşməni
damğası olduğu
üçün burada
ona heç kəs kömək etməyib. Nəticədə şaxtalı yanvar
günlərinin birində
32 iki yaşlı Lətifə yataqda 9 yaşlı qızı ilə birgə soyuqdan donaraq ölüb. Məhəmməd Əmin Rəsulzadənin qızı olduğu üçün 7 gün kimsə meyitlərə yaxın düşməyib.
Sonda uzaq Qazaxıstan çöllərində iki
qəbir qazılaraq qərib meyitlər torpağa tapşılıb.
Xalidə Rəsulzadə. Məhəmməd
Əmin Rəsulzadənin
qızı
1916-cı ildə Məhəmməd
Əmin Rəsulzadənin
ailəsində doğulan,
21 yaşında anası
və qardaşı ilə birgə Qazaxıstana sürgün
olunan Xalidə müharibənin qızğın
vaxtında sənədsiz-filansız
Azərbaycana qayıtmağı
bacarır. Daha sonra Neftçalaya
yola düşdüyü
güman edilir. Lakin bu gümandan sonra onun haqqında
zərrə qədər
də məlumat yoxdur. Sanki, Xalidə
Rəsulzadə adlı
bir insan bu ölkəyə gəlməyib...
Rəsul
Rəsulzadə. Məhəmməd
Əmin Rəsulzadənin
oğlu
Daha bir nakam Rəsulzadə. Özündən sonraya bir fotoşəkil
və bir neçə cümləlik
bioqrafiya saxlayan Rəsul Rəsulzadə.
Azərbaycan Cümhuriyyətinin
yarandığı ildə
doğulmuşdu, bibisi
qızı Kübranı
sevirdi, 19 yaşında
ikən dostu ilə dəniz sahilinə gedərkən saxlanılır, 3 gün sonra qeyd şərtsiz
güllələnir. Məzarı bəlli deyil.
Azər
Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin oğlu.
Azərbaycan cümhuriyyətinin süqut
etdiyi ildə, 1920-ci ildə Bakıda doğulub.
Məhəmməd Əmin Rəsulzadə oğlunun adını öncə Əliheydər
qoyur. Son dəfə
Azərbaycandan ayrıldığı
zaman oğlunun adını dəyişərək
Azər qoyur. Sanki adı taleyini
yazır, atası kimi o da demək
olar ki, Azərbaycana həsrət
qalır. Sürgündən sonra vətəndə uyumaq da Rəsulzadələr
arasında ilk olaraq ona qismət olur. 56 ildən
sonra Azər Azərbaycana qovuşur.
Novxanıda baba yurdunda dəfn olunur.
Ramiz Rəsulzadə. Azər Rəsulzadənin oğlu.
1942-ci ildə Qazaxıstanda
doğulub. Onun da taleyi şəcərənin əksər
üzvləri kimi kədərli olur. Repressiyadan vətənə, Naxçıvana,
xalası və əzizlərinin yanına
dönür. Hətta xalası
onun üçün elçi gedir və Ramizi evləndirir. Lakin cəmi iki il sonra 2000-ci ildə özündən sonra övlad izi qoymadan beyninə
qan sızaraq dünyadan köçür.
Maral xanım. Məhəmməd
Əmin Rəsulzadənin
analığı
Ailə “sovetin 1 nömrəli düşməni ilə əlaqədə olduğuna
görə” bəhanəsi
ilə sürgünə
göndərilir. Məhəmməd Əmin Rəsulzadənin
analığı Maral
xanım müsəlman
olduğundan yolda yemək yemir. Öz təbiri ilə desək, “Kafirlərin yeməyindən iyrəndiyindən”
gününü yalnız
qəndi suya batırıb dadmaqla keçirir. Sonra ilk düşərgədə
özləri yemək
bişirirlər. Bu zaman qadın uzun müddətdən sonra ilk dəfə yemək yeyəndə orqanizmində ciddi problem yaranır. Beləcə Maral xanım
orda dünyasını
dəyişir”. Maral xanmı
yolda dəfn edirlər.
Rais Rəsulzadə — Azər Rəsulzadənin oğlu
Rəsulzadə ailəsinin sağ qalan üzvləri Karaqandaya çatır. Azər Rəsulzadənin
oğlu Rais Rəsulzadə burada dünyaya gəlir. 1965-ci ildə Karakandada
orta məktəbi bitirir. Məktəbdə oxuya-oxuya paralel
olaraq Ümumittifaq İncəsənət Universitetində
də qiyabi təhsil alır. Bu zaman Rəis
Rəsulzadənin Alma-Atıda,
Moskvada, Daşkənddə
Universitetə girmək
imkanları var idi. Amma onun prinsipi başqa olur, Rais Rəsulzadə 1965-ci ildə baba yurdu olan Azərbaycana
gəlir. Burada Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq
Məktəbinə daxil
olur. Sonra Bakıda yataqxanada
otaq tapan Rəis 4 illik təhsilini başa vurub hərbi xidmətə yollanır.
Hərbi
xidmətdən sonra da Rais atasının
yanına, Karaqandaya deyil, vətəninə, Bakıya qayıdır.
Bakıda onlara məxsus 3 ev
olmasına rəğmən
öz doğma yurdunda uzun illər
zirzəmidə yaşamalı
olur.
Beləcə Rəis 1971-ci ilin
soyuq dekabr günündə bir zamanlar babasının rəhbər olduğu ölkənin soyuq zirzəmilərində özünə
ev tapır.
Rais Rəsulzadə 1978-ci ildə
keçmiş SSRİ və
Azərbaycan rəssamlar
ittifaqlarına üzv
qəbul olunur və həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun «Rəsm, heykəltaraşlıq və
boyakarlıq” kafedrasında
əvvəlcə müəllim,
sonra baş müəllim təyin edilir.
Azərbaycan Respublikasının Əməkdar
Rəssamı (2002), Azərbaycan
Siyasi Repressiya Qurbanları Assosiasiyasının
sədridir. (2009)
Rəis Rəsulzadənin Humay adlı bir qızı
var. Moskva Texniki Universitetini bitirib. Hazırda Moskvada
yaşayır. Rəis
Rəsulzadə peşəkar
rəssam, pedaqoqdur — həm də möhtəşəm bir şəcərənin kişi qolu üzrə sonuncu nümayəndəsidir!
PS. Məqalədə
Rais Rəsulzadənin
fikirlərindən və
N.Bağırzadənin „Uzaqdakı
yaxınlar“ kitabındakı
faktlardan istifadə olunub.
Paralel.- 2023.- 2 fevral.- S.14.