Soyun qırılmasına yönəlmiş vəhşilik...
Və ondan qəhrəman
kimi çıxanlar...
Qəhrəman kəlməsini biz hər addımbaşı işlədirik. Bəzən onların
adını konkret hadisələrə görə,
bəzən də əksinə olan hallarda çəkirik.
Lakin hər bir halda,
bizim qəhrəmanlarımız
çoxdur və onlar haqda nə
qədər danışsaq,
yazsaq da, yenə də bəs etməz.
Keçən ayların xronologiyasına
baxsaq, sentyabrdan tutmuş indiyədək, görün
nə qədər əbədiyaşar hadisələr,
tarixlər var. Onların
hər biri külliyyatların mövzusudur,
əlbəttə. Bugünümüzün mövzusu isə fevralın növbəti qan yaddaşı olan Xocalı soyqırımı barədədir.
Həmin soyqırım ki, onun bütün dünyada təkrarı, analoqu yoxdur. Miqyasına görə
bütün dünyaya
səs salan, dəhşətli və qəddarcasına törədilən
bu soyqırımı
hətta tarixçilər
belə keçən
əsrin Xirosima və Xatın faciəsi ilə eyni səviyyədə tuturlar. Və bu da əbəs
deyil...
Tarixə diqqət edək, Xocalıda 1992-ci ilin həmin qanlı faciəsinə qədər
yeddi min əhali yaşayıb. Eləcə də, məlum hadisələr vaxtı Ermənistandan,
Xankəndindən ermənilər
tərəfindən didərgin
salınmış xeyli
azərbaycanlı və
1989-cu ildə Fərqanədən
qovulmuş Məhsəti
türkləri də orada məskunlaşmışdı. Həmin şaxtalı qış günlərində
-1992-ci ilin 25 fevralından
26-na keçən gecə
isə erməni silahlı dəstələri
Xankəndi şəhərində
yerləşdirilmiş keçmiş
SSRİ-nin 366-cı motoatıcı
hərbi alayının
köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum
etdilər. Erməni qoşunları hər tərəfdən Xocalını
əhatəyə alaraq, artilleriya
və ağır hərbi texnikadan güclü və amansız atəş açırdılar.
Əhali nə qədər
müqavimət göstərsə
də, artıq şəhərdə yanğın
baş vermişdi.
Şəhərin müdafiəçiləri ilə bərabər, yerli əhali də mücadilə edirdi. Lakin onlar doğma
yurd-yuvalarını tərk
etməyə məcbur
qaldılar. Səhər
saatlarında isə şəhər qəddar,
vəhşi erməni
işğalçıları tərəfindən ələ
keçirildi və yerlə-yeksan edildi...
İndinin özündə də adi insan təxəyyülü
bu səhnəni təsvir etməkdə acizdir. Çünki yerli əhali
qəddar düşmənin
güllə yağışı
altında şaxtada, qarda dağlara, meşələrə pənah
aparırdı. Dağlara, meşələrə
üz tutan insanları qovan isə insanlıqdan, adamlıqdan çıxmış
məxluqlar idi. Elə insanlıqdan, adamlıqdan çıxdıqlarına
görə də, məxluqat adlandırdığımız erməni
vəhşiləri dinc
əhalini gülləbarana
tutdular. Amansız dəhşət və qəddarlığın sərgiləndiyi
həmin mənzərəni
hansısa sözlə
ifadə etmək çox çətindir...
Erməni vəhşilərinin əlindən
qurtulmaq üçün
qarlı meşələrə,
dağlara qaçan əhalinin şaxtadan don vuraraq həlak olanlarından savayı, neçə-neçə uşaq,
qız-gəlin əsir
götürüldü, girov
düşdü. Bu isə erməni faşizminin törətdiyi Xocalı soyqırımının rəqəmlərdə
ifadə olunmuş mənzərəsidir.
Həmin
mənzərədə 613 nəfər
Xocalı sakininin öldürüldüyü, 487 nəfərin şikəst
olduğu, 1275 nəfər
dinc sakinin - qocaların, uşaqların, qadınların
əsir götürülərək
ağlasığmaz erməni
zülmünə və
həqarətlərinə məruz
qaldığı əks
olunub.
Həmin faciədə səkkiz ailə bütövlükdə
məhv edilib. Bu cinayətdə 56 nəfər
xüsusi qəddarlıqla
qətlə yetirilib.
Erməni qəddarlığının
bariz nümunəsi odur ki, Xocalı
soyqırımında öldürülən
613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. Bu gün
isə150 nəfərin taleyi
hələ də məlum deyil... Və tarixi dəqiq araşdıranların
gəldiyi qənaətə
görə, Xocalı
soyqırımı son 200 ildə erməni millətçilərinin azərbaycanlılara
qarşı həyata
keçirdiyi soyqırım
siyasətinin ən qanlı səhifəsidir.
Bu soyqırımı heç
kim unutmayıb
və unutmyacaq da. Xocalı həqiqətlərinin
dünyaya çatdırılması,
bu faciənin beynəlxalq aləmdə yayılması və ona obyektiv qiymət verilməsi istiqamətində atılan
addımlar da davam etdirilməlidir...
Bu gün çoxunun ürək edib baxa bilmədiyi, az müddətdə belə, tamaşa etməyə dözmədiyi həmin soyqırımın növbəti ildönümü yaxınlaşır. O soyqırımda həlak olanların, əsirlikdə saxlanılanların, taleyi müəmmalı qalanların, az qisim sağ qalanların belə hamısı Xocalı adlı faciənin dəhşətindən keçənlərdir. Onların hamısı qəhrəmandır. Onlar dünyada bütün qəhrəman adına layiq olanların ilk sırasında dayananlardır. Və bugünümüz üçün minnətdar olduğumuz kimi xarakterizə etdiyimiz qəhrəmanları insanlıq təkcə ilin bir günündə xatırlamır. O faciənin iştirakçıları, ağlasığmaz soyqırım qurbanları dünya durduqca xatırlanacaq, yaddaşlarda qalacaq.
Onun hər bir iştirakçısına yönələn erməni qəddarlığı soyumuzun qırılması üçün atılmışdı...
Və bu addımın hesabı da veriləcək, bütün ödənən hesablar kimi...
Nigar Orucova
Paralel.- 2023.- 23 fevral.- S.10.