Bir qrup gənc Qubadakı
kütləvi məzarlığı ziyarət edib
Yaxın
günlərdə məzarlıq üzərində muzey
kompleksinin tikintisinə başlanacaq
Azərbaycanlılara
qarşı iki əsrdir ki davam
edən soyqırım siyasətinin ən dəhşətli mərhələsi 1918-ci il 31 mart hadisələridir. Belə ki, soydaşlarımız Bakı, Quba, Salyan, Lənkəran,
Şamaxı və digər yaşayış məntəqələrində
qırmaqda davam ediblər. Azərbaycanlıların kütləvi
şəkildə vəhşicəsinə
öldürüldüyü əsas regionlardan biri Quba olub. Bu gün Qubada aşkar
edilmiş məzarlıq hər
kəsin ziyarət məkanına çevrilib. Belə
ki, bir sıra dövlət və qeyri -hökumət təşkilatları
kimi, Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsinin əməkdaşları
da artıq bir neçə ildir
ki, ardıcıl olaraq sözügedən məzarlığı bir qrup gənclə birgə ziyarət
edirlər. Martın 30-da Baş
İdarə Bakı şəhərində yerləşən
ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət
göstərən Tələbə-Gənclər
Təşkilatları və Qeyri -Hökumət Təşkilatlarının
rəhbərlərinin iştirakı ilə Quba məzarlığına
səfər etdilər.
Tədbirdə xarici tələbələr kütləvi
məzarlığı görərək dəhşətə
gəliblər. Belə ki, məzarlıq önündə hadisənin şahidləri və rayon sakinləri
də iştirak edirdilər.
Soyqırım haqqda tədqiqatçı alim Qəhraman
Ağayev və filologiya elimləri namizədi
yazıçı dramaturq, araşdırmaçı alim Aygün Həsənoğlu geniş məlumat verib, xarici tələbələrı
və yerli qonaqları ermənilərin
azərbaycanlılara və digər millətlərə qarşı
törətdikləri kütləvi
qırğınlar haqda məlumatlandirıblar.
İlk olaraq gənclərə məzarlığın tarixi ,
orda aparılan tədqiqat işləri haqqında geniş məlumat
verildi və gəncləri maraqlandıran suallar mütəxəssislər
tərəfindən cavablandırıldı.
Kütləvi məzarlığın
2007-ci il aprelin 1-də ərazidə torpaq işləri
görülərkən aşkar olunduğunu xatırladan AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi , Quba
soyqırım abidəsinin tədqiqatçısı Qəhrəman
Ağayev bildirdi ki, məzarlığın 1918-ci ildə ermənilərin
yerli dinc əhaliyə
qarşı törətdiyi soyqırımla bağlı
olduğu müəyyən edilib: “İnstitutun Elmi
Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi
üçün məzarlıqda daha geniş şəkildə
tədqiqat işləri aparılmasını məsləhət
bilib. Bu ərazidə aparılan qazıntı işləri
zamanı insan sümükləri aşkar edilib, ilk əvvəl
onların bir neçəsini tullayıblar, amma sonra
görüblər ki, ardı gəlir, yəni orda çoxlu sayda insan
sümükləri var. Bu səbəbdən həmin ərazidə
qazıntı işlərini saxlayıblar. Sonra isə Arxeologiya və Etnoqrafiya
İnstitutuna bu barədə məlumat verilib. 2007-ci ilin iyul ayından etibarən institutun 7
nəfərdən ibarət elmi
heyəti tərəfindən kütləvi məzarlıqda tədqiqat işlərinə
başlanıb, 2008-ci ilin sentyabr ayında isə tədqiqat
işləri başa çatdırılıb”.
Məzarlığın ümumi sahəsi
514 kv-metr olduğunu deyən tədqiqatçı qeyd edib
ki, bu ərazinin 494 kv metr sahəsində
arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 km2 sahə isə hər ehtimala
qarşı beynəlxalq tədqiqat işləri
üçün
saxlanıb:”Arxeoloji qazıntılar nəticəsində
qazıntı sahəsində insan cəsədləri ilə
doldurulmuş iki quyu və arx aşkar edilib.Aşkar edilmiş
insan cəsədlərinin hamısının soyuq silah və
küt alətlə insanlığa xas olmayan xüsusi qəddarlıq
və müxtəlif üsullarla öldürüldüyü
müəyyənləşdirilib. Bunun nəticəsidir ki,
aşkar edilmiş insan cəsədlərinin sayı kəllə sümükləri
ilə müəyyən olunub. Əsas faktlardan biri də odur
ki, məzarlıqda azərbaycanlılarla bərabər Qubada
kompakt halda yaşayan ləzgilər,
dağ yəhudiləri, tatlar və s. etnik qrupların
nümayəndələri amansızcasına qətlə
yetirilərək basdırılıb”.
Onun sözlərinə
görə, tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqdan
təxminən 400-dən artıq insan cəsədi aşkar
edilib:” Çox təəssüflər olsun ki,
sürüşmə nəticəsində quyulardan biri
dağılıb. Aşkar edilən insan cəsədlərinin
əksəriyyəti uşaq və qadınlara aiddir. Onlardan
50-dən yuxarısı müxtəlif yaşlı
uşaqlara, 100-dən çoxu qadınlara,
qalanları isə əsasən
yaşlı kişilərə aiddir. 7 min ədəd kəllə
sümüklərini
Respublika Ekspertiza Patoloji
Anatomiya Birliyinə vermişik ki, onları çürüməsinin
qarşısını almaq üçün dərmanlasınlar və sonra gətirib yerlərinə
qoyaq”.
O da xatırladıldı ki, tarixi
araşdırmalar və arxiv materialları əsasında
müəyyən edilib ki, 1918- ci ilin aprel ayının sonlarında, XKS Xalq
Komissarları Sovetinin komissarı Stepan Şaumyan və hərbi komissar Korqanovun xüsusi
tapşırığı ilə, əsasən ermənilərdən
təşkil edilmiş 2000 nəfərlik hərbi dəstə Quba qəzasına
göndərilir. “Cəza dəstəsi”adlandırılan bu hərbi
bölməyə erməni generalı Hamazaps rəhbərlik
edirdi. Arxiv sənədlərindən məlum olub ki, aprel-may
ayı ərzində təkcə
Quba qəzasında 36782 nəfər insan qətlə yetirilib. 122 kənd
tamamilə dağıdılıb, 380 ailənin gecə
yatdığı yerdə evlərinə od vuraraq kül edilib.Quba şəhərində
erməni cəlladları tərəfindən 259 ev
yandırılıb, 1800-dən artıq körpə, 200-dən
çox qoca və yaşlı qadın qətlə yetirilib.
Onlardan bir qismi təsadüfən
aşkar edilmiş bu məzarlıqda uyuyur.
“Bildiyimizə görə, bu məzarlıq
ətrafında olan çay dərəsində də bu
cür quyular var. Bu həqiqətdimi
və o quyularda da tədqiqat aparılması nəzərdə
tutulubmu?” suallını tədqiqatçı belə
cavablandırdı:” Bilmirəm bu məlumatı siz hardan əldə
etmisiniz. Amma ilk olaraq onu qeyd edim
ki, bəzən bu məzarlıq haqda deyilən fikirlər
yalnış yazılır və ya təhrif olunur. Məsələn,
bu yaxınlarda mən telekanalların birinə müsahibə
verən zaman qeyd etmişdim ki,
7 min ədəd kəllə sümüyü Patoloji
Anatomiya Birliyinə çürüməməsi
üçün verilib ki, dərmanlansın. Telekanalda isə
məlumat veriləndə isə 7 min əvəzinə 7 yüz
deyilib. Bax, belə məqamlarda diqqətli olmaq vacibdir. Bu işin tədqiqatçısı
mənəm ,necə demişəm elə yazılsa və məlumat
verilsə, daha yaxşı olar. Dediklərimin hər birinə
cavabdeh də özüməm. Onsuz da internetdə ermənilər
yazırlar ki, bu soyqırım məzarlığına guya, Qəhrəmam
Ağayev kəllələri
özü əli ilə
düzüb. O ki qaldı
sualınıza, ümumiyyətlə, burda bu cür
quyular çoxdur. Amma biz digər
quyuların tədqiqatına
bu muzeyi tikəndən
sonra başlayacağıq.
İnanın, burda muzeyin tikilməsi
bizim ən ağrılı yerimizdir. Bu istiqamətdə Quba
rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bir sıra işlər
aparılıb. Bu sahədə
işlər hələ də davam edir. Muzey kompleksinin ilkin
layihəsini Quba rayon İcra
Hakimiyyətinin rəhbəri
Rauf müəllim hazırlayıb. O bu kompleksin layihəsinin daha
yaxşı hazırlanması üçün Kiyev və Moskvada olub, bu barədə
təcrübə əldə edib”.
Qubadakı kütləvi məzarlığın
tariximizin faciəsini əks etdirən bir abidə olduğunu
deyən Quba rayon İcra Hakimiyyətin
müavini Sonaxanım Əkbərova isə bildirdi ki, hər kəs
bu məzarlıqda toplanan insan sümüklərinə
baxdıqda dəhşətə gəlir: “Doğrudan da, heç bir odlu
silahdan istifadə etmədən insanlara qarşı bu cür
vəhşiliklər törədiblər. Bu məzarlıq
üzərində möhtəşəm muzey kompleksi tikiləndən
sonra bura bəlkə də
dünyada erməni vəhşiliyini göstərən bir simvol olacaq”. S.Əkbərova bildirdi
ki, eyni zamanda bu məzarlıq
strateji obyekt olacaq: “Bu məzarlığı həmişə
və hərtərəfli qorumaq lazımdır. Bəlkə də
bütün dünya bu vəhşiliyi görüb, belə
bir vəhşiliyə nifrət
edəcək”.Sözügedən məzarlıq üzərində tikiləcək
muzeydən də danışan müavin bildirdi ki, burda
möhtəşəm muzey tikiləcək:” Artıq ilkin
olaraq muzeyin tikilişinə 1
milyon manat pul ayrılıb. Və sözsüz ki, bu ayrılan vəsaitin davamı
olacaq”.
Belə tədbirləri
təşkil etməkdə məqsədlırinin Bakı
şəhərində yerləşən ali və orta ixtisas
müəssisələrinin tələbələrinə ermənilərin
xalqımıza qarşı törətdiyi vəhşiliklərin
əyani sübutunu göstərmək olduğunu deyən
BŞGİBİ-nin gənclərlə iş üzrə
sektor müdiri Nəcəf Novruzov isə bildirdi ki,
gənclər bu qanlı tariximizi heç zaman
unutmamalı və soydaşlarımızın başına gətirilən
bu dəhşətli cinayəti törədənlərin kim
olmasını heç zaman yaddan çıxarmamalı və
düşməninin kimliyini bilməlidir.
31 mart soyqırımının təkcə
Azərbaycan xalqının deyil, bütün türk
dünyasının faciəsi olduğunu qeyd edən tələbə Aytən
Rəhimova bildirdi ki, soyqırımla bağlı olan
insanlığa xas olmayan dəhşətləri özündə
əks etdirən belə bir məkanı ziyarət daxilimizdə ermənilərə qarşı olan nifrət hissini daha da artırır
və onlardan intiqam almaq
üçün bizdə
güc yaradır.
Gənclər belə
yerlərə gəlməklə, ziyarət etməklə keçmiş tariximiz haqda məlumat
əldə edirlər deyən
“Təkan” İctimai birliyinin sədri Leyla Səlimova bildirdi ki, Azərbaycanın haqq səsini,
ancaq bu cür tarixi faktlar əsasında dünyaya
çatdırmaq olar.
Məzarlığı
ziyarət edən digər gənclərdə
azərbaycanlılara qarşı daşnakların törətdiyi bu cür vəhşilikləri pislədilər
və bildirdilər ki, gec-tez ədalət öz yerini tapacaq və
bu dəhşətli faciəni törətmiş düşmənlər
layiqli cəzasını alacaqlar.
Nəzərə
çatdıraq ki, BŞGİBİ-nin təşşəbbüsü
ilə məzarlıqdakı
fotogörüntülər və məzarlıq
haqqında ümumi məlumat hazırlanıb Bakı şəhər
tələbələri adından beynəlxalq təşkilatların
və tanınmış siyasi xadimlərin e-mail
ünvanlarına göndərilib.
Sonda xarici tələbələr bəyanat yayıblar. Bəyanatda
deyilir ki, 1918-ci ilin mart
ayında ermənilər minlərlə dinc azərbaycanlı əhalini
yalnız milli mənsubiyyətinə görə məhv ediblər.Azərbaycanlıların
soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxcıvanda, Lənkəranda və
Azərbaycanın başqa bölgələrində xüsusi
qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə
dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş,kəndlər yandırılmış, milli mədəniyyət
abidələri dağıdılıb məhv edilib. Ermənilər Azərbaycanın
Güneyində də - Urmiyada, Xoyda, Təbrizdə, Səlmasda
və başqa şəhərlərdə yaşayan Azərbaycan
türklərinə qarşı soyqırımı törətmişlər.150
min əhalisi olan Urmiyada bir gecədə 1500 türk
öldürülub. Osmanlı-türk ordusu gələnə
kimi artıq öldürülənlərin sayı 10 min nəfəri
ötüb.
Xatırladılır ki, ermənilər
tək azərilərə qarşı soyqırımlar
törətməyiblər. İnsanlığın
düşməni olan, azğınlaşmış erməni
şovinistləri iddia etdikləri ərazilərdə
yaşayan digər millətlərə qarşı da bu
cürə soyqırımlar həyata keçiriblər. Abxaziyadakı
gürcülər,Türkiyə ərazisindəki türklər,kürdlər,ərəblər,Azərbaycan
ərazisində yaşayan digər
millətlər -yəhudilər,ruslar,talışlar,ləzgilər,kürdlər
zaman zaman erməni vəhşiliklərinin qurbanı olublar.
Vurğulanır ki, dünyanın
bir sıra ölkələrində qondarma “erməni
soyqırımı” ilə bağlı dinləmələr
keçirilir, qondarma “erməni soyqırımı” qəbul
olunur. Fəqət ermənilərin bu riakar siyasətinə
inanan kəslər Azərbaycan xalqına qarşı edilən,bu
günəcən belə öz tarixi sübutlarını
saxlayan soyqırım faktlarına nədən hələ də
hüquqi qiymət vermirlər?:”
Biz bütün dünya gənclərinə səslənərək
bildiririk ki, onlar da erməni terrorunun, vəhşiliyinin
qurbanı ola bilərlər. Ermənilərin millətlərə
qarşı edilən soyqrım və terror aktlarını
tanıyaraq,ermənilərin insanlığa yaraşmayan sifətlərə,faşist
idealogiyaya malik olduqlarını bilsinlər”.
G.ƏSƏDOVA
Paritet.-
2010.- 1-2 aprel.- S. 12.