Qarabağ
mövzusunda yazılmış “Vicdan Dustağı”
kitabının təqdimatı olub
Dünən Respublika Uşaq
Kitabxanasında Azərbaycan
Yazıçı Qadınlar Cəmiyyəti İctimai
Birliyinin sədri Nüşabə Məmmədlinin “Vicdan
dustağı” kitabının təqdimatı keçirildi. Tədbirdə
Ailə Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova,
Mədəniyyət və Turizm
Nazirliyinin şöbə
müdiri Lətifə Məmmədova
və bir çox digər yazıçı və şairlər
iştirak edirdilər.
Kitabının məhz kitabxanada təqdim
olunmasının səbəbini müəllif belə izah etdi: “Tədbiri burda keçirməkdə əsas məqsəd
kitab mədəniyyətinin təbliği, mütaliəyə
marağın artırılmasından ibarətdir. İstərdim
digər həmkarlarım da kitablarının təqdimatlarını
kitabxanalarda etsinlər. Bu hal
kitaba marağı daha da artıracaq”.
Mütəmadi olaraq
yazılarında Qarabağ
mövzusuna müraciət etdiyini deyən Nüşabə Məmmədli bildirdi ki,
“Vicdan dustağı” kitabı onun Qarabağ mövzusunda
yazdığı dördüncü kitabıdır: “İistəmişəm
göstərəm ki, ermənilərdə hiylə,
riyakarlıq təkcə azərbaycanlılara, türklərə
qarşı deyil, bütün millətlərə
qarşı olub. Çalışmışam ki, obyektivliyi
qoruyaraq, çünki ermənilərdən
söhbət gedəndə heç zaman təxəyyülə
vara bilmirəm. O səbəbdən ki, təxəyyülüm nə qədər
inkişaf etsə belə, erməni simasını özləri
kimi aça bilməz. Ermənilər o qədər qəddardılar,
o qədər rəhimsizcəsinə insanları qətlə
yetirirlər ki, onu heç bir sənət adamı,
yazıçı, şair qələmə ala bilməz. Buna görə də hər
bir müəllif yazar ermənilərin özlərinin törətdiyi
vəhşilikləri real hadisələrdən
götürməlidir. Ermənilər əvvəlcə bir
milləti dost tutur, sonra
düşməncəsinə vururlar”.
Yazıçı
bildirdi ki, əsərində
hadisələr Azərbaycandan başlayır: “ Yəni 1988-ci
ildən, sonra gəlir işğal vaxtı və
işğaldan sonra
qaçqın və məcburi köçünlərimizin
Azərbaycanın rayonlarına və
Bakıya məskunlaşması verilir. O vaxt çox adam
Rusiyaya meylləndi. Bu əsərdə bir ailənin həyatının
götürmüşəm. Bu ailə Rusiyaya gedir, orda yenə
də ermənilərlə rastlaşır. Rusiyada Qarabağ
hadisəsi yoxdur, orda adi insanlardı, amma yenə də
orda da ermənilər azərbaycanlılardan əl çəkmirlər.
Bunu əsərdə göstərmişəm. 15-16
yaşlı uşağı ermənilər hiylələrinin
və məkirlərinin
qurbanı edib, boğub öldürürlər”.
Kitabın yazılma müddətinə
gəlincə isə, müəllif
bu kitabı 2008-ci ildə yazmağa başlayıb və
2009-cu ilin noyabrında bitirib:” Ümumiyyətlə, Qarabağ
mövzusunda yazılan bütün əsərlər
yazıçının ömründən kəsir. Ancaq bir
şeyi özümə şərəf
və qürur hesab edirəm ki, Qarabağ mövzusunda
hansı mövzuya toxunuramsa, onun öhdəsindən gəlməyincə
onu əlimdən yerə qoymuram.Bundan əvvəl mənim “Zəngulə”
əsərimi yazmışdım. Bu əsərdə Qarabağın əsir
qadınlarından söhbət gedir. “Zəngulə” çox səs salmışdı
və bu əsərə
çoxlu münasibətlər bildirildi. Böyük səs-sədaya
səbəb oldu və xaricdə onun təqdimatı keçirildi.
Çoxlu mükafatlar aldım. Düzdür, mən əsəri
yazanda mükafat üçün yazmıram. Hər bir əsəri yazanda
ilk növbədə gələcək nəsili
düşünürəm. Mən
istəyirəm gənc nəsilə göstərəm və nəsə qoyam, onlar görsünlər və bilsinlər
ki, ermənilər bizim
tarixi düşmənimizdir”.
Müəllif əsərdə hadisələrin və
obrazların reallıqda olduğunu və faktiki hadisələr
əsasında qurulduğunu dedi:” Mən nəyi yazmışamsa reallığa
uyğun olaraq yazmışam. Əsərdə təsvir etdiyin
Səltənət obrazı bu gün də var. Ondan başqa
Murad və Orxan da real həyatda
olan qəhrəmanlardı. Amma əsərdə
verilmiş Səməd və Məlik dünyasını dəyişib
və erməni vəhşiliyinin qurbanı olublar. Süjet xətti
əsərdə kim ki, mənə danışıb, əsas
o xətdir, eyni zamanda öz təxəyyülüm də
var”.
Keçirilən tədbiri yüksək
qiymətləndirən Mədəniyyət və Turizm
Nazirliyinin şöbə müdiri Lətifə Məmmədova
bildirdi ki, bu təqdimatda hər kəs N. Məmmədlinin
poeziya aləminin işığına və “Vicdan dustağı” əsərinin təqdimatına
yığışıb:” Bir kitabxana mütəxəssisi
kimi deyə bilərəm ki, kitab yazmaq və insanların az mütaliə etməsi bu gün
dünyanın bir çox yerlərində problemdir. Amma
müasir dövrdə dəyərli
kitablar yazılır. Elə bu gün təqdimatına
toplaşdığımız “Vicdan dustağı”da belə əsərlərdəndir.
İlk olaraq bu təqdimata dəvət alanda kitabın adı
mənə çox təsir etdi və maraqlandırdı. Bu
kitabı mütaliə edən
zamanı həqiqətən
onun bu gün Qarabağ haqqında yazılan dəyərli
əsərlər sırasında olacağına inandım”.
L.Məmmədova bildirdi
ki, “Vicdan dustağı”nın 50 nüsxəsi kitabxanaya verilib və o andan
başlayaraq oxucular tərəfindən
götürülüb və oxunub:” Bu da onun göstərir
ki, əsər çox dəyərlidir.
Bilirsiniz, bu gün çox
böyük həcmli kitabları oxumağa insanların
marağı o qədər də
çox deyil. İnformasiya texnologiyalarının bu gün həyatımıza
sirayət etdiyi bir vaxtda aktivlik
və cəldlik bu günkü həyatımızın əsasını
təşkil edir. Onun üçün də müasir dövürdə
böyük həcmli kitablar
“Vicdan dustağı”, “Azər və Aida” əsəri qədər
maraqlı yazılmalıdır ki, oxucular tərəfində
sürətlə və yaxşı oxunsun”.
“Bu gün gənclərin
kitaba münasibəti bizi narahat edir. Hər zaman biz bu məsələni
keçirdiyimiz tədbirlərdə
müzakirə edirik”-deyən “Ailə Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini Sədaqət Qəhrəmanova bildirdi ki, komitə tərəfindən son
zamanlar bir sıra qadın müəlliflərin əsərlərinin
təqdimatı keçirilib:” Bütün qadın müəlliflərin
kitabının təqdimatını
komitənin etməsi
mümkün deyil. Bu gün çox təqdirəlayiq
haldır ki, kitabxanada kitab təqdimatı edilir. Bu məkan
kitab təqdimatə üçün çox
maraqlıdır. İlk öncə ona görə ki, insanlarda
kitaba və mütaliə olan
marağı artıracaq. “Vicdan
qustağı” kitabının cəlbedici və məzmunlu
olduğunu qeyd edən S.Qəhrəmanova bildirdi ki, yazılan hər bir kitabda və
yazı materialında
yazıçının vicdanından süzülüb gələn və cəmiyyətdə
olan reallıqlar təqdim edilir,
o cümlədən bu gün təqdimatına
toplaşdığımız
“Vicdan dustağı” kitabında.
Qadın
yazıçılardan Firuzə Məmmədli, Sona Xəyal,
Nafilə Abuzərli, Həqiqət Paşaqızı,
Gülrux Əlibəyli, Gülzar İbrahimova, Sevinc
Nuruqızı və b. yazıçının yeni kitabı
ilə bağlı çıxış edərək bildirdilər
ki, “Vicdan dustağı”əsəri öz çəkisinə,
məzmununa görə
müasir dövürdə yazılan dəyərli əsərlər
sırasında olacaq və oxucular tərəfindən seviləcək.
Günay
ƏSƏDOVA
Paritet.-
2010.- 3-5 aprel.- S. 10.