Kamança aləti həyatımın əsas hissəsini təşkil edir

 

Elə musiqi alətləri  var ki,  həmin alətlərdə  musiqi ifa olunarkən insanı çox uzaqlara aparır və mənəvi zövq bəxş edir.  Bu gün gənclərin çox hissəsinin  ifaçılığa  üz tutduğu bir zamanda,  nədənsə  musiqi alətlərində ifa etməyə  maraq azalıb. Bu digər məsələlərdən danışmaq üçün  uzun illərdi ki, kamança alətində ifa edən bu aləti özünə sənət və həyat dostu seçən, hazırda  Azərbaycan Radio Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin   əməkdar kollektivi Səid Rüstəmov adına  Xalq Çalğı Alətləri Orkestrində çalışan   Sevda Nəsirova ilə  həmsöhbət olduq. Sevdə xanım da bu gün gənclərin musiqi alətində ifaya az maraq göstərdiyini dedi özünün sənətə gəlişindən və kamança alətinə olan hədsiz  sevgi marağından danışdı.

- Hələ uşaq yaşlarımdan  mütəmadi olaraq xalq çalğı alətləri orkestrinin televiziya konsertlərini daim izləyirdim.  Elə o zamandan musiqiləri dinləyə-dinləyə mənədə də musiqiyə  həvəs yaranıb, eyni zamanda  nəsilimizdə də musiqiçilər olub, amma onlar professional olmayıblar. Yəni, nəsilimizdə kamança, tar, balaban alətlərində ifa edənlər  ifaçılar olublar.  Ancaq  onlar bu sənətlə  bir həvəskar olaraq məşğul olublar. 

Mən birinci sinifə gedən   bizə elan etdilər ki, müəllim piano dərsi keçəcək. Bizə bildirdilər ki, kim istəyirsə o dərnəyə yazıla bilər. Bir il həmin piano  dərnəyinə getdim. Bir ildən sonra  dərnək bağalandı, ancaq mənim  daxilimdə musiqiyə olan həvəs qalmaqda idi. Elə bu səbəbdən də başqa bir musiqi məktəbinə gedib imtahan verdimpiano şöbəsinə düşdüm.  Amma o zaman mən getdiyim 8 saylı musiqi məktəbinin direktoru atama dedi ki,   qızınızı  kamança sinifinə qoyaq. Atam dedi fərq etməz, musiqi olsun o müəllimin məsləhəti ilə kamança sinifinə getdim. Onu da qeyd edim ki,  həkimlik sənətinə və gimnastika idman növünə  çox böyük həvəsim vardı. Eyni zamanda musiqiyə marağım  daha çox idi.

- İlk vaxtlar kamança alətində ifa edəndə sizə çətin oldumu  hansı musiqini ifa edirdiniz?

-  Ümumiyyətlə, kamança alətində lirik əsərləri ifa etməyi o qədər xoşlamıram, bu səbəbdən   həmişə nədənsə  iti  əsərləri çalmağa  can atıram. Yəni, xarakterimdən irəli gələrək çarpışan və həmişə hərəkətdə olan, çılğın əsərləri ifa etməyi xoşlayıram. Lirikanı da sevirəm, amma ritmik əsərləri daha çox ifa edirəm.  Mən deyərdim ki, kamançanın özü elə lirik musiqidir. Bilirsiniz, bu alətdə lirik musiqiləri ifa etmək  daha yaxşıdır. Kamançanın kamanla çalınmağının özü elə həzinlik deməkdir.

-Neçə ildir bu alətdə ifa edirsiniz onunla ünsiyyətdə olursunuzmu?

-Bir maraqlı məqamı xatırlatmaq istərdim ki, uşaqlıqda  bütün uşaqlar kimi  mənlə   qardaşım arasında  da mübahisələr  olurdu. Bir dəfə o mənim kamançama toxundu mən həyəcanlı səslə ona dedim ki, dəymə ona o mənimdir. Heç o zaman bu alətin dərinliyini  o qədər dərk etmirdim. O sözləri qardaşıma deməyim  kamança alətinə olan sonsuz sevgimdən   irəli gəlirdi. O zamanda bu günədək  kamança aləti mənim həyatımın əsas bir alətinə çevrilib.

-İlk dəfə ifa etdiyiniz kamança alətini saxlayırsınız?

-İlk əvvəl onu qeyd edim ki, mən kamança alətində 1966-cı ildən ifa edirəm. İlk dəfə ifa etdiyi kamança alətini tələbə vermişəm. O alət adi bir taxtadan düzəldilmişdi.  Müəllimim mənə məsləhət gördü ki, əgər bu sənəti davam etdirəcəyəmsə,  yaxşı alət almaq lazımdır.  Yaxşı kamança aləti qoz ağacından hazırlanır.  Həmin müəllimimin dediyi aləti alandan sonra hər gün 4-5 saat ifa edirdim  ki, alət əlimə uyğunlaşsın. Həmin alət bu gün saxlayıram.

 -Tələbələrdən söz düşmüşkən, bu gün pedaqoji fəaliyyətinizi davam etdirirsinizmi?

- Orkestrdə işləməklə yanaşı, üç təhsil ocağında( Niyazi adına 8 nömrəli musiqi məktəbi, Bülbül adına  Orta İxtisas  Məktəbində və Rəşid Behbudov adına  2 nömrəli Musiqi Məktəbində )  pedaqoji fəaliyyətlə məşğul olmuşam.   Bu gün kamança alətinə gənclərin marağı ifaçılığa nisbətən azalıb. Amma istedadlı gənc ifaçılarımız  var.   Ümumilikdə, gənclərin musiqi alətində ifaya marağının artmasında  əsas səbəblərdən biri  birincisi onlar arasında düzgün təbliğatın aparılmasıdır.

-  Artıq neçə ildir xalq çalğı alətləri orkestrində  ifa edirsiniz?

-  Mən oxuduğum illərdə  konervatoriyaya  istedadla  qəbul olunan tələbələrə xüsusi diqqət göstərilirdi.   Ozaman kafedra müdirimiz məhrum sənətkarımız Süleyman Ələsgərov idi. O vaxt AzTV-də musiqi vaxtı  verilişi vardı.  Biziki nəfər tələbə qız imtahanlardan yaxşı çıxmışdıq.  Süleyman müəllim bizim hər ikimizə dedi ki, bir neçə gün yaxşı məşq edin. Gərgin məşq prosesindən  sonra Süleyman müəllim hər ikimizi apardı AzTV-də çıxış etdik. O zaman  xalq çalğı alətləri orkestrində bir boşluq yaranmışdı.  O səbəbdən də konservatoriyada təhsil alan istedadlı tələbələrdən  üç qız bir oğlanı işə götürdülər. Tələbəlik illərində orkestrdə işləməyə başladıq və  konservatoriyanı bitirdikdən sonra  təyinaytımızı çalışdığımız orkestrə verdilər. Azərbaycan Radio Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin   əməkdar kollektiv Səid Rüstəmov adına  Xalq Çalğı Alətləri Orkestrind mən 1978-ci ilin   4 dekabrından  işləyirəm.

Sözügedən kollektivdə mənim ikinci bir vəzifəm var. Belə ki,  orkestrin repertuarında olan əsərlərin toplandığı  kitabxana  mənə həvalə edilib. O kitabxanada orkestrin qızıl fondu toplanıb. Orda toplanmış materialları  qoruyub saxlayırıq.   Onların  qorunması istiqamətində bu gün məqsədli aparılır.       

 

 

Günay

 

Paritet.- 2010.- 6-7 aprel.- S. 13.