ARDNŞ “sıfır tullantıprinsipi ilə işləmək üçün sənəd qəbul edib

 

      Şirkətin saldığı ekoloji parkda da tullantısız enerji mənbəyi olan alternativ enerjidən istifadə olunacaq

 

      Neft sənayesinin inkişafı nəticəsində Abşeron yarımadasında ekoloji tarazlığın pozulması daha qabarıq şəkildə nəzərə çarpır. Yarımadanın neft-qaz hasilatı ərazilərində, istehsalat sahələrində ekoloji durumun tənzimlənməsi problemlərin operativ həllini tələb edir. Bu istiqamətdə ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən lazımı işlər görülür. İdarənin xarici əlaqələr şöbəsinin rəisi Anar HüseynovParitet”ə açıqlamasında  bildirib ki, fəaliyyətlərini Prezident İlham Əliyevin 2006-cı ildə təsdiq etdiyiAzərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”na uyğun olaraq həyata keçirilər.

     Planda ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik təbii ehtiyatlardan səmərəli istifadə sahəsində praktiki fəaliyyətinin  ümumi istiqamətlərini müəyyən edilib: “Bundan başqa ARDNŞ-nin rəhbərliyi tərəfindən ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik təbii ehtiyatlardan səmərəli istifadə sahəsində praktiki fəaliyyətinin ümumi istiqamətlərini müəyyən etməklə 12.05.2008-ci il tarixli 77 nömrəli əmr iləEkoloji siyasətsənədi təsdiq olunub. Sənəddə yeni fəaliyyət sahələrində ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi ona neqativ təsirlərin minimuma endirilməsini təmin etmək məqsədi iləsıfır tullantıprinsipinə əməl edilməsi əks etdirilir. ARDNŞ-in müəssisə təşkilatlarının, eləcə Pay Bölgüsü Sazişi üzrə Birgə müəssisə   Əməliyyat Şirkətlərinin ərazilərində ətraf mühitə təsirin qiymətləndirilməsi, həmçinin yeni neft-qaz yataqlarının kəşf edilməsi ilə bağlı quyuların qazılmasından əvvəl yatağın ərazisində ilkin vəziyyətin öyrənilməsi məqsədilə Ekologiya İdarəsi tərəfindən mütəmadi olaraq ekoloji monitorinq işləri aparılır”.

 

      Ekologiya İdarəsi ötən il dənizdə 20, quruda 128 ekoloji monitorinq işi aparıb

 

     A.Huseynov 2007-2009-cu illərdə görülmüş rekultivasiya işlərindən danışdı. Bildirdi ki, ətraf  mühitin sağlamlaşdırılması məqsədiləBibiheybətneft” NQÇİ-nin 221,56 ha mədən ərazisi mexaniki rekultivasiya olunmuş həmin ərazinin 35 ha sahəsində bioloji rekultivasiya  işləri aparılıb: “Bibiheybətneft” -in ərazisində lay suları məişət-çirkab suları axıdılan 1642m açıq torpaq kanal qapalı dəmir-beton kollektorla əvəz olunub. Neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətindəBalaxanıneft” NQÇİ-nin ərazisinda 3,8 ha Azgerneft” MMC-nin 3 ha ərazisində mexaniki  bioloji rekultivasiya işləri aparılıb. İndi  həmin ərazilərdə reabilitasiya, bioremediasiya fitoremediasiya işləri davam etdirilir. Torpaqları münbitləşdirmək  üçün  bu ərazilərdə arpa səpilib, 2007-2009-cu illər ərzində müxtəlif növlü 44630 ədəd ağac-kol tingi 9000 ədəd gül əkilib,  3500 m2 yaşıl ot örtüyü salınıb.

     Bununla yanaşı 2009-cu ildə dənizdə 20, quruda 128 ekoloji monitorinq işi aparılıb. Monitorinqlərdə Xəzər  ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi məqsədilə su mühitinin ümumi fiziki-kimyəvi parametrləri, biogen maddələrin, neft, neft məhsullarının, fenolların metalların miqdarı, dib çöküntülərinin fiziki-kimyəvi təhlilləri, qranulemetriyası, üzvi  maddələr, metal akkumulyasiyası, mikroorqanizmlərin taksonomiyası, planktonların kimyəvi tərkibi, makro-zoobentosu hərtərəfli tədqiq edilir antropogen təsirin dərəcəsi öyrənilir.  Quruda neft-qaz yataqlarında monitorinq tədqiqatları, əsasən mədən ərazilərində neft neft məhsulları ilə istehsal prosesi zamanı formalaşan tullantılarla çirklənmiş torpaqların hərtərəfli öyrənilməsinə, çirklənmə mənbələrinin müəyyənləşdirilməsinə çirklənmənin aradan qaldırılması üzrə təkliflər paketinin hazırlanmasına yönəldilib. Bu məqsədlə, neft neft tullantıları ilə çirklənmiş mədən  ərazilərində rekultivasiya işləri aparmaq məqsədi ilə ilkin vəziyyəti öyrənmək, işin həcmini, çirklənmə dərəcəsini hopma dərinliyini müəyyən etmək üçün monitorinq tədqiqatları aparılır. Monitorinq zamanı torpaq su nümunələri götürülərək laboratoriya şəraitində analiz edilir analizin nəticələri əsasında rekultivasiya üsulları seçilir”.

      Ekologiya İdarəsinin müasir avadanlıq cihazlarla təchiz edilmiş Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL)  ARDNŞ-nin müəssisələrinin, eləcə digər beynəlxalq yerli şirkətlərin istehsalat sahələrində ətraf mühitin ilkin vəziyyətinin tədqiqi ətraf mühitə təsirin qiymətləndirilməsi üçün götürülən nümunələrin analiz sifarişləri beynəlxalq tələblər səviyyəsində yerinə yetirilir. 2009-cu ildə (Su-417, Qrunt-432, Bentos-374, Mikrobioloji-169,  Zooplankton-374, Fitoplankton-374, Şlam-12) 2152 nümunə üzrə analizlər aparılıb.

      Abşerondakı neftqazçıxarma idarələrinin fəaliyyət zonalarında aparılmış monitorinqlər  çərçivəsində əldə edilən məlumatların yeni elektron operativ informasiya bazası yaradılıb mütəmadi yeniləşdirilir.

 

      Ətraf mühitə təsir göstərən amillərə  nəzarət edilir

 

     Şöbə rəisi bildirdi ki, Bakı şəhərinin Səbail, Sabunçu Suraxanı rayonlarında 3 ekoloji yoxlama-ölçmə məntəqəsi yaradılıb: “Bu stasionar ekoloji ölçmə məntəqələrində ətraf mühitə təsir göstərən amillərə ciddi nəzarətin həyata keçirilməsi məqsədilə, ölçmə məntəqələrində nəqliyyat vasitələrindən atmosferə atılan  qazların temperaturunun, onun tərkibindəki dəm qazı, karbon oksidi, azot oksidləri yanmayan karbohidrogenlərin miqdarının mövcud standartların tələblərinə uyğunluğunun təyin olunması üçün İtaliya istehsalı olan son model “STARGAZ mod 898” qazanalizatorları quraşdırılıb. Avtonəqliyyat vasitələrindən atmosferə atılmaların texniki normativlərinin mövcud standartlara uyğunlaşdırılması məqsədi iləBibiheybətneft”, “BalaxanıneftQum adası” NQÇİ-lərin ərazilərində olan ekoloji ölçmə məntəqələrində 2085 ədəd avtonəqliyyat müayinədən keçirilib”.

     Ekologiya İdarəsinin  Ekoloji Ölçmə Tullantıların İdarə Olunması departamentində  fəaliyyət göstərən Tullantı mərkəzi isə qazma şlamının qəbulu basdırılmasını həyata keçirir. Bu, mərkəzdə istifadə olunan texnologiyalar fiziki mənəvi cəhətdən köhnəlib. “ARDNŞ-nin Tullantıların İdarə edilməsi mərkəzilayihəsinin Texniki-İqtisadi Əsaslandırmasının hazırlanması üçün ARDNŞ ilə Amerika Birləşmiş Ştatları Ticarət İnkişaf Agentliyi (USİAD) arasında qrant sazişi imzalanıb. Sazişə uyğun olaraq Tullantı Mərkəzinin yenidən qurulması layihəsi üzrə Texniki İqtisadi Əsaslandırmanın hazırlanması məqsədilə müvafiq podratçının seçilməsi üçün ARDNŞ tərəfindən tender elan edilib. Tətbiq olunan kriteriyalara uyğun gələn qazma şlamının utilizasiya texnologiyalarının dünyanın müxtəlif ölkələrində bu şirkət tərəfindən yerinə yetirildiyini nəzərə alaraq ARDNŞ-nin bu layihəsində “Mİ SWACO” şirkəti birmənalı olaraq qalib seçilib. Qeyd olunan şirkət ilə layihənin Texniki İqtisadi əsaslandırmasının həyata keçirilməsi istiqamətində hazırlıq işləri davam edir.

     Nəzərə çatdıraq ki, layihə çərçivəsində ARDNŞ-nin 120 təşkilat törəmə müəssisələrinin istehsal prosesi nəticəsində əmələ gələn 30-dan çox müxtəlif adda tullantının utilizasiyası, təkrar emalı, təkrar emalı mümkün olmayan tullantıların müvəqqəti daimi saxlanıb b idarə edilməsi üçün kompleks tədbirlər nəzərdə tutulur.

     Ekologiya idarəsi tərəfindənH.Z.Tağıyevadına NQÇİ-nin ərazisində ayrılmış 9,3 ha sahədə ekoloji parkın yaradılması  işləri davam etdirilir. Parkın yaradılmasında əsas məqsəd cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını yaratmaq,  ekoloji təbliğat, ekoloji tərbiyyə ətraf mühitin qorunması problemlərinin bu gün hər bir vətəndaş qarşısında  birinci dərəcəli sosial vəzifə olmasını göstərməkdir. Burada həmçinin gələcəkdə ekoloji maarifləndirmə tədbirləri çərçivəsində şagird tələbələrin ekoloji parka ekskursiyalarını təşkil etmək, ekoloji olimpiadalar keçirmək, müxtəlif viktorina müsabiqələrin keçirilməsinin  təşkili, həmçinin  ekoloji mövzularla bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Ekoloji parkda diqqəti cəlb eləyən daha bir məqam, burada tullantısız enerji mənbəyi olan alternativ enerjidən istifadə olunmasıdır.

     ARDNŞ-in mədən ərazilərinə yaxın ətrafda yaşayan əhali üçün ekoloji maarifləndirmə və məlumatlandırma tədbirləri  həyata keçirilir: “Artıq üç ildir ki, Bakı şəhərində ekologiya və qlobal fəlakətlərdən çıxış yollarından bəhs edən “INEPO-EUROASIA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası təşkil olunur. Bu möhtəşəm tədbir yenə də aprelin 7-dən 11-nə qədər keçiriləcək. ARDNŞ-nin maliyyə dəstəyi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, İctimai Televiziyasının və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadada dünyanın 30-dan çox müxtəlif ölkəsindən gələcək şagirdlər təbiəti qorumaq haqqında öz biliklərini yoxlayacaqlar. Olimpiadaya təqdim edilən layihələri dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş təcrübəli elm adamlarından ibarət münsiflər heyəti qiymətləndirəcək”.

   

 

     F.Abıoğlu

 

     Paritet.- 2010.- 6-7 aprel.- S. 11.