Soyqırımı dövlət
siyasətinə çevirən ölkə
Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən
törədilmiş faciələr
ölkəmizdəki vətəndaşlarla yanaşı,
ölkədən kənarda yaşayan azərbaycanlıları
da çox narahat edir. Mənfur qüvvələrin
xalqımıza qarşı törətdiyi cinayətləri
dünya ictimaiyyətinə çatdırmaq üçün
müxtəlif tədbirlər,
sərgilər təşkil edir, müxtəlif xarici mətbu
orqanlarında məqalələr
dərc edir və bu istiqamətdə
başqa bir sıra layihələr həyata keçirirlər.
Bu istiqamətdə məqsədli iş aparan diaspor təşkilatlarından
biri də Azərbaycan
Belçika Dostluq Cəmiyyətidir(ABDC).
ABDC-nin sədri Ayxan Dəmirçi
ermənilərin azəri türklərinə qarşı törətdiyi
soyqırım siyasətini belə şərh etdi:
“Azərbaycanlıların istifadə etdiyi “Oğru elə bağırdı
ki, doğrunun bağrı çatladı”- bu atalar
sözünün əsas ana
fikri odur ki, cinayət edəsən və onu başqalarının üzərinə
ataraq məsuliyyətdən xilas olasan. Bu atalar
sözü özlərinin soyqırıma məruz qaldığını
dünyaya isbat etməyə çalışan ermənilərin
vəziyyətini gözəl bir şəkildə ortaya qoyur.
Dünyanın müxtəlif ölkələrində tarixi
gerçəklikləri sapdıraraq 1915-ci ildə Osmanlı
dövründə soyqırıma məruz qaldıqlarını
qəbul etdirməyə çalışan ermənilər,
özlərinin etdikləri soyqırımları min bir əməllə
gizlətməyə çalışırlar. Lakin
tarixi gerçəkliklər türklərin soyqırıma
uğradıqlarını isbat etməkdədir. Bunu bir çox erməni yazıçıları da
etiraf edir”. O bildirdi ki,
tarixi gerçəkliklərdən qaçmaqda mütəxəssisləşən
ermənilərin İrəvan bölgəsində həm əhali, həm də soyqırım mövzusunda gerçəkliyi
gizləmələrinə baxmayaraq erməni və rus
yazarlarının əsərlərində 19 -cu və 20 -ci əsrlərdə
bugünkü Ermənistan torpaqlarında əhalinin əksəriyyətini
türklər olduğu və türklərə qarşı
soyqırım edildiyi ortaya çıxır: “Törədilən
soyqırımın nəticəsi olaraq bu gün Ermənistanda
tək bir adam belə olsa türk yoxdur. Amma həm Türkiyədə və
həm də Azərbaycanda çoxlu sayda ermənilər rahat bir şəkildə
yaşamaqdadırlar. Erməni soyqırımı
iddialarının əsl məqsədi, mövcud erməni
dövlətinin sərhədlərini Türkiyə
cümhuriyyəti və Azərbaycan torpaqları üzərində
genişləndirərək xəyal etdikləri “Böyük
Ermənistan“ dövlətini qurmaqdır”.
Tarixə və orda yer
almış faktlara nəzər saldıqda görmək olur ki, bugünkü sərhədləri
ilə Ermənistan dövlətinin quruluş tarixi 19 -cu əsrin
ilk illərinə təsadüf edir. 1804-1813-cü illərdə birinci
Rusiya-İran müharibəsinin nəticəsində imzalanan
Gülüstan müqaviləsinə görə İrəvan
və Naxçıvan xanlıqları xaric Araz
çayının şimalında olan Azərbaycan
xanlıqlarının Rusiya tərəfindən işğal
edilməsi tamamlanmış oldu.
Bu döyüşün
nəticəsini qəbul edə bilməyən İran, Rusiya
ilə yeni döyüşə qərar verdi və 1826-ci ilin oktyabrında Şəmkir
yaxınlığında baş verən döyüşdə
ağır məğlubiyyətə
uğradı. Beləcə ikinci Rusiya-İran
döyüşü 10 fevral 1828-ci
il tarixində Təbriz yaxınlığında
Türkmənçay müqaviləsi ilə sona
çatmış oldu. Müqavilənin şərtlərinə
görə İrəvan
və Naxçıvan xanlıqları da Rusiya tərəfindən
işğal edilmiş oldu. 20 mart 1828-ci il tarixində Çar 1-ci
Nikolay, Türkmənçay Müqaviləsini təsdiqlədi və 21 Mart 1828-ci il tarixində erməni vilayətinin
qurulması ilə əlaqədar fərmanı imzaladı.
1828-ci ilə qədər, yəni İrəvan
xanlığının Çar Rusiyası tərəfindən
işğalından əvvəl əhalisi və milli tərkibi
belə idi:müsəlmanlar (azərilər
və kürdlər) 111.000, ermənilər 57.305, digər millətlər
850 və cəmi 169.155-dir.
İşğaldan
dərhal sonra 1831-ci ildə İrəvan şəhərinin əhalisinin
əksəriyyəti azərilər olub. Şəhərdə
7331 azəri türkü, 4484
erməni və 105 nəfər də digər millətlərdən
ibarət idi.
Ayrıca olaraq 1441-1828-ci illər arasında İrəvanın
kimlər tərəfindən idarə olunduğunu bir erməni
olan Hovhannes Şahxatunyan erməni dilində yazmış
olduğu “Eçmiedzin vilayətinin və Ararat Baş Qəzasının
Tarixi” (Eçmiedzin, 1842,) adlı əsərində belə
sıralayıb: 1. Əmr Sədi (14. Əsrin sonu-1410), Pir
Hüseyn Əmr Sədi
oğulu (1410-1420), Pir Yaqub Pir Hüseynin oğlu
(1420-1430), Əbdül Pir Hüseyn oğlu (1430-1440), Yaqub bəy
(1440-1460), Həsən Əli Qaraqoyunlu (1460-1471), Uzun Həsən
(1471-1475), Həsən Bəy (1475-1515), Div Sultan Rumlu (1515-1550), Hüseyn Xan
Sultan (1550), Şahqulu Sultan Ustaclı (1550-1575), Sultan Murad
dövrü (1575-1578), Mahmud Xan Xudavənd Şah Dövrü
(1578-1583), Fərhad Paşa - Sultan Murad dövrü (1583), Məhəmmət
Şərif Paşa (1604), Əmirquna Xan Qacar - Şah Abbas
dövrü (1605-1625), Təhməzqulu Əmirquna oğlu
(1625-1635), Murtuza Paşa -Sultan Murad dövrü (1635), Kəlbəli
xan (1636-1639), Məmməd xan
(1639-1648), Xosrov xan (1648-1652), Məhəmmədqulu xan
(1652-1656), Nəcəfqulu Xan (1656-1663), Abbasqulu xan (1663-1666), Səfərqulu
xan (1666-1674), Saraxan Bəy (1674-1675), Səfiqulu xan -Təbrizli
Rüstəm xanın oğulu (1675-1679), Zal xan (1679-1688),
Murtuzaqulu Xan (1688-1691), Məhəmmədqulu xan (1691-1694),
Zöhrab xan (1694), Fərzəli xan-Sultan Əhməd
dövrü (1694-1700), Zöhrab xan (1700-1705), Əbdül Məhəmməd
Xan (1705-1709), Mehrəli xan (1709-1719), Allahqulu xan (1719-1725), Rəcəb
paşa (1725-1728), İbrahim və Mustafa paşalar (1728-1734), Əli
paşa (1734), Hacı Hüseyn Paşa (1734), Məhəmmədqulu
xan (1735-1736), Pir Məhəmməd xan (1736-1752), Xəlil xan
(1752-1755), Həsənəli xan Qacar (1755-1762), Hüseynəli
xan (1762-1783), Qulaməli Xan (1783-1784), Məhəmməd Xan
(1784-1805), Mehdiqulu Xxan (1805-1806), Məhəmməd Xan
Şorağalı (1806-1807), Hüseyn Xan Qacar, qardaşı Həsən
Xanla (1807-1827).
A.Dəmirçi bildirdi
ki, bu tarixi faktlar bir daha göstərir ki, İrəvanı təxminən
400 il idarə edənlər içərisində milliyyətcə
erməni olan tək bir adam
olmayıb. İrəvan bölgəsi bəzi
dövrlərdə Osmanlı sərhədləri içərisində,
bəzi dövrlərdə isə Səfəvi sərhədləri
içərisində olub. Bəzi dövrlərdə
də bu bölgədə xanlıq şəklində müstəqil
dövlətlər qurulub.
İrəvan xanlığının Rusiyası tərəfindən
işğalından dərhal sonra bölgənin erməniləşdirilməsi
siyasəti icra edilməyə başladılıb . Türkmənçay
müqaviləsində
iştirak etmiş çar Rusiyasının
İrandakı səfiri işləmiş Aleksandr Qriboyedov belə
yazıb: ”1828-ci ildən -1830-cu
ilə qədər biz İrandan Qafqazlara 40 min və Türkiyədən
84 min erməni yerləşdirdik. Onları ermənilərin sayca çox az olduğu
Yelizavetopol (Gəncə) və İrəvan quberniyalarının
məhsuldar torpaqlarına yerləşdirdik və özlərinə
200 min desyatin xəzinə
torpağı ayırdıq.”
1918-ci ildə Cənubi Qafqazda üç
müstəqil dövlət quruldu. Azərbaycan,
Gürcüstan və Ermənistan. Daşnakların
iqtidarda olduğu Ermənistan dövləti əsrlərcə
türk torpağı olmuş İrəvan bölgəsini
bir tərəfdən türklərdən təmizləmə,
digər tərəfdən erməniləşdirmə siyasətini
icra etməyə başladı. İrəvan
bölgəsini türklərdən təmizləmə siyasəti
soyqırım edilərək reallaşdırılmaqda idi.
Müsəlman əhalisinə qarşı edilən
soyqırımla əlaqədar məlumatlar bir çox azəri
qaynaqlarında mövcuddur. Ancaq, əhəmiyyətli
olan soyqırımın erməni qaynaqlarında etiraf edilməsidir.
Erməni və rus qaynaqlarına görə 1918-1920-ci illər
arasında daşnakların iqtidarda olduğu Ermənistanda 500
min azəri soyqırıma
uğrayıb. Gerçəkdə isə bu rəqəm
bir milyondur. 1926-cı ildə əhalinin 1.510.000 adam
olduğu və bu əhali içərisində ermənilərin
795 min, azərilərin 575 min və digər millətlərin
də 140 min adam olduğu bildirilir.
Erməni
Korkadyanın “Ermənistanın əhalisi 1831-1931” əsərində
isə bu ifadələr yer alır: “1920-ci ildə Sovet Ermənistanında
daşnakların soyqırımı səbəbindən ancaq 10.000 adam ətrafında
türk əhalisi qalıb. Soyqırımdan xilas olmaq
üçün qaçan türklərdən həyatda qalan
60.000 adamın 1922-ci ildə geri dönməsindən sonra
buradakı türk əhalisi 72.596 adam
olub.”
Bir daha bu tarixi faktlardan
məlum olduğu kimi, biri erməni, digəri rus
qaynaqlarından alınmış bu rəqəmlərdə
500 min azərinin yox olduğu, bu səbəbdən
öldürüldüyü isbat edilir. Yenə, türklərə
qarşı edilən soyqırımı erməni A. A.
Lalayan”İstoriçeskiye zapiski” adlı əsərində
belə etiraf edir: ”Ermənilər tərəfindən
azərbaycanlıların qətl edilməsi əvvəldən
planlaşdırılmış, dövlət siyasəti idi və
yalnız Azərbaycanın hüdudları ilə məhdud
qalmayıb . O zaman heç təəccüb etmək lazım
deyil ki, Ermənistanda daşnak hökumətinin 30 aylıq
iqtidarı dövründə (1918- 1920-ci illər) Azərbaycanlı
əhalinin 60 % -I öldürülüb”.
Daha bir erməni müəllifi A. Palayan isə 1936-cı ildə nəşr olunan
“Revolyutsyonnıy vostok” jurnalında (No=2-3) bir erməni qatilin
etiraflarını bu şəkildə yazır: “Mən
Basarkeçerdə heç əhəmiyyətli hesab etmədən
tatarları (azəriləri) öldürdüm. Bəzən insan bunları gülləylə
öldürmək istəmir. Bu itlərə
qarşı ən təsirli üsul döyüşdən
sonra xilas olanları yığıb quyuya doldurmaq və üzərlərinə
ağır daşlar tökməkdir ki, onlardan heç kim xilas olmasın. Mən də eynilə belə
etdim: bütün kişiləri, qadınları və
uşaqları quyuya doldurdum, üzərlərinə də
ağır daşlar tökdürdüm”.
Onun sözlərinə
görə, sovet dövründə erməni daşnakları
şəkil dəyişdirərək bolşevik oldular. Ermənilər bolşevik adı altında sovet
dövründə azərilərə qarşı
soyqırımı davam etdirdilər. Bu
soyqırım gizli şəkildə aparılmaqda və Ermənistanın
türklərdən tamamilə təmizlənməsi məqsəd
qoyulmaqda idi. Sovetlərin ilk illərində dövlət
əleyhdarı ittihamıyla bir çox azəri ölümə məhkum
edildi və ya Sibirə sürgün edildi. 1948-1952-ci illər arasında
Ermənistandan Azərbaycana 150 min azəri deportasiya edilib. Deportasiya edilən
150 min azəri Azərbaycanın
isti bölgələrinə yerləşdirildi. Bu insanların yarısı aclıqdan və iqlim dəyişikliyindən
həyatını itirdi.
1948-1952-ci illər
köçürülməsindən sonra Sovet İttifaqında 1959-cu ildə aparılmış
siyahıyaalmaya görə Ermənistanda əhalinin milli tərkibi
aşağıdakı kimi olub :
ermənilər 1.361.800, azərilər 133.300, ruslar
56.500,cəmi 1.551.600
Görüldüyü
kimi, Ermənistanı türklərdən təmizləmə
siyasəti müvəffəqiyyətli bir şəkildə tətbiq
olunub. Parsamyanın vermiş
olduğu rəqəmlərlə bu rəqəmlərin
müqayisə edildiyində 130 il içərisində İrəvan
bölgəsinin əhalisində aşağıdakı dəyişikliklər
olub: Ermənilər 57.305 nəfərdən 1.361.800 nəfərə
yüksəlib (20 dəfə artıb),- müsəlmanlar (azəri
və kürdlər), 111.000 nəfərdən 133.300 nəfərə
(cəmi 2-3 fazi artım) çata bilib. Halbuki eyni templə azəri əhalsinin
sayı artsaydı, bu rəqəm 2, 5 milyin nəfərə
yaxın olmalıydı. Ermənistanı azərilərdən
təmizləmə siyasəti 170 il boyunca davam edir, 1988-1989 illərdə
başa çatdı və Ermənistan kiçik malakan və yezidi
icmaları istisna edilməklə
yalnız ermənilərin yaşadığı bir
ölkə oldu.
Günay
ƏSƏDOVA
Paritet.-
2010.- 8-9 aprel.- S. 10.