Tarixi adlarımıza
qarşı soyqırım
İndiki Ermənistan
ərazisində on minlərlə
türk mənşəli
tarixi adlar dəyişdirilərək erməniləşdirilib
Daima qonşu
torpaqlarda gözü olan, özgə yurd hesabına “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan nankor qonşularımız
olan ermənilər daima öz qaranlıq
məqsədlərinə çatmaq
üçün Azərbaycan
mədəniyyətini, Azərbaycan
mətbəxtini, eləcə
də qədim zamanlardan mövcud olan yer adlarımızı belə dəyişməklə
buna nail olmaq istəyirlər. Azərbaycan
Milli Elmlər Akademiyasının A.A.Bakıxanov
adına Tarix İnstitutunun Elmi Şurasının qərarı
ilə Nazim Mustafanın tərtibçiliyi
ilə “Tarixi adlara qarşı soyqırımı” kitabı
çap edilib. Kitabın ideya və ön söz müəllifi olan millət vəkili, tarix elmləri doktoru, AMEA-nın tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edir ki, bu gün erməni
millətçiləri beynəlxalq
ictimaiyyətin gözləri
qarşısında Cənubi
Qafqazın tarixi keçmişini saxtalaşdırmaqda
davam edirlər:
“2006-cı ildə Ermənistan
Respublikası höküməti
Yanında Daşınmaz
Əmlakın Kadastrı
Dövlət Komitəsinin
sədri Manuk Vardanyan jurnalistlər qarşısında
çıxış edərək
məlumat vermişdi ki, Ermənistanın ilk milli atlası nəşr olunacaq. Onun bildirdiyinə görə həmin atlasda 40 min coğrafi ad qeydiyyata alınacaq ki, bu zaman
başqa dillərə
məxsus olan 8-10 min coğrafi ad dəyişdirilərək
erməni adları ilə əvəz olunacaqdır. M. Vardanyanın
qeyd etdiyi “başqa dillərə məxsus olan” həmin 8-10 min coğrafi
ad məhz göstərilən
torpaqlardan deportasiya edilmiş azərbaycanlılara
məxsusdur”.
Y.Mahmudov yazır
ki, Azərbaycan xalqının ulu babaları hələ ermənilərin Asiyada peyda olmasından çox-çox əvvəllər
Cənubi Qafqaz da daxil olmaqla
böyük bir regionda dövlət yaradıblar: “Elmə yaxşı məlumdur ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyiller. Tarixi həqiqət bundan ibarətdir ki, onlar Cənubi Qafqaza gəlmə etnosdur. Bunu ilk mənbələrə
əsaslanan tədqiqatlar çoxdan sübut edib. Ermənilərin əcdadları
hesab olunan tayfalar təqribən e.ə I minilliyin ortalarında Fərat çayının yuxarılarında
peyda olmuşlar. Onlar bura Balkan yarımadasından köçüb
gəliblər. Azərbaycan
xalqının ulu babaları hələ ermənilərin Asiyada peyda olmasından xeyli əvəllər Cənubi Qafqaz da daxil olmaqla,
böyük bir regionda yüksək mədəniyyət formalaşdırmış, Arazdan cənubda Manna və Atropatena, şimalda isə qüdrətli Albaniya dövlətini yatarmışlar.
Azərbaycan Albaniya dövləti Araz çayından şimaldakı
bütün Azərbaycan
torpaqlarını, o cümlədən
tarixi Qarabağ da daxil olmaqla
Araz və Kür çayları arasındakı ərazini
əhatə edirdi. Albaniya dövlətinin süqutundan sonra Araz çayından şimaldakı Azərbaycan
torpaqları bütün
tarixi dövrlərdə
ya Azərbaycan dövlətinin, ya da müxtəlif türk-müsəlman imperiyalarının
tərkibinə daxil olmuşdur. Belə ki, 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmamışdır.
Tarixi reallıq və ilk mənbələrin
təsdiq etdiyi həqiqət belədir!”
Kitabda qeyd
olunur ki, bu gün Cənubi
Qafqazda başlıca gərginlik ocağı olan erməni dövləti yaradılması
ideyasının əsası
lap yaxın dövrdə
XIX əsrin əvvəllərində
Rusiya imperiyasının
regionu ələ keçirmək məqsədilə İran və Türkiyəyə qarşı apardığı
işğalçılıq müharibələri dövründə
qoyulub.Həmin dövrdə
Rusiya özünə
etribarlı dayaq yaratmaq üçün xristian amilindən istifadə etdi. Bu məqsədlə yenicə
işğal olunmuş
Şimali Azərbaycan
torpaqlarına, əsasəndə
keçmiş Azərbaycan
dövlətlərinin- İrəvan,
Naxçıvan və
Qarabağ xanlıqlarının
ərazisinə İran
və Türkiyədən
kütləvi surətdə
ermənilər köçürüldü.
Erməni köçkünlərini
yerli müsəlman əhali üzərinə
qaldırmaq məqsədilə
imperator I Nikolay azərbaycanlıların ümumxalq bayramı olan Novruz bayramı günü 1828-ci il martın 21-də Azərbaycan
torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının
ərazisində “Erməni
vilayəti”adlanan bir vilayətin yaradılması
barədə fərman
imzaladı.
Halbuki yeni yaradılmış “Erməni
vilayəti”nin ərazisinə
daxil edilən 1111 kənddən yalnız
62-sində ermənilər yaşayırdı.
Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idilər. Göstərilən 62 kəndin
ancaq 14-nün adı erməni mənşəli
idi.
Rus tədqiqatçısı
N.Şavrov yazırdı
ki, hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil və buraya bizim tərəfimizdən
köçürülüb.
1918-ci
il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda sülh və əmin amanlıq yaradılması xatirinə
qədim Azərbaycan şəhəri İrəvanı
ətrafındakı torpaqlarla
birlikdə ermənilərə
güzəştə getdi.
Beləliklə, Cənubi
Qafqazda tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı.
Bu vaxtdan etibarən Rusiyanın hərtərəfli
köməyi ilə ermənilər tərəfindən
Qərbi Azərbaycan torpaqlarının Azərbaycanlılardan təmizlənməsi
prosesi daha da sürətləndi, ermənilərin köç
saldığı torpaqlar
Azərbaycan torpaqları
hesabına Şərqə
doğru daha da genişləndirildi. Bolşevik Rusiyasının
hakimiyyəti dövründə
bu proses daha da intensivləşdi.
1988-ci ildə azərbaycanlıların
öz ata baba yurdları olan bu torpaqlarda
- indiki Ermənistan ərazisində
artıq bir nəfər də olsun azərbaycanlı qalmayıb.
Vurğulanır ki, azərbaycanlılara
qarşı 1905-1906, 1918-1920, 1948-1953,
1988-ci illərdə çoxsaylı
soyqırımlar və
deportasiyalar həyata keçirmiş ermənilər,
eyni zamanda, minlərlə tarixi abidələri, nadir mədəni və mənəvi mədəniyyət
əsərlərini, məscidləri,
minarələri, qəbiristanlıqları yerlə yeksan etmiş, tarixi adlara qarşı
da soyqırım törətmişlər.
Tanınmış tədqiqatçı alim Nazim Mustafanın elə ermənilərin öz mənbələrinə
əsaslanaraq hazırladığı
“Tarixi adlara qarşı soyqırımı”
kitabı tarixi gerçəkliyə qarşı
soyqırım cinayəti
törətmiş müasir
vandallara tutarlı cavabdır. Müəllif
ilk mənbələrə əsaslanaraq
sübut edir ki, indiki Ermənistanda
azərbaycanlılara məxsus
yaşayış məntəqələrinin
adlarının və
digər toponimlərin
dəyişdirilməsi prosesinə
ilk dəfə 1919-cu ildə
Ararat Respublikası hökümətinin
qərarı ilə başlanıb. Ermənistanda
sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı
yaşayış məntəqələrinin
adları dəyişdirilib.
Sonrakı dövrlərdə
azərbaycanlılara məxsus
tarixi adların dəyişdirilməsi prosesi
daha da sürətləndirilərək
kütləvi miqyas alıb və 1991-ci ildə Ermənistan Respublikası yaradıldıqdan
sonra əsasən başa çatdırlıb.
Müəllifin oxuculara
təqdim etdiyi kitabında da başlıca məqsədi
bundan ibarətdir ki, əsər məhz erməni mənbələrinə əsasən
tərtib edilib. Biz isə həmin kitabda yer alan
Ermənistan Ali Soveti Heyətinin fərmanlarına
əsasən Ermənistan
ərazisində adları
dəyişdirilmiş azərbaycanlılara
məxsus yer adlarından bir neçəsini diqqətinizə
çatdırırıq. Azərbaycanlılara
məxsus olan əvvəlki adı “Acıbac” dəyişdirilmiş
adı “Acabac” yerləşdiriyi rayon Qafan.
Fərmanın verildiyi
tarix. 09.04.1991.
Azərbaycanlılara
məxsus olan əvvəlki adı “Adamxan” dəyişdirilmiş adı
“Vardadzor” yerləşdiyi rayon Martuni. Fərmanın verildiyi
tarix. 03.07.1968. Əvvəlki adı “Adıyaman”, dəyişdirilmiş
adı “Qarnhovit”, yerləşdiyi rayon Talin, fərmanın
verildiyi tarix.12.11.1946. Azərbaycanlılara məxsus olan əvvəlki
adı “Ağadərəsi” , dəyişdirilmiş adı
“Katnaxpyur”, yerləşdiyi rayon
Abovyan, fərmanın verildiyi
tarix 04.04.1946. Azərbaycanlılara məxsus olan əvvəlki
adı “Ağbulaq”, dəyişdirilmiş adı “Ağperek” ,
yerləşdiyi rayon Krasnoselo, fərmanın verildiyi tarix
09.04.1991. Əvvəlki adı “Ağqala” dəyişdirilmiş
adı “Berdunk”, yerləşdiyi rayon Kamo (Qavar), fərmanın
verildiyi tarix 09.04.1991. Əvvəlki adı “Başkənd” dəyişdirilmiş
adı “Artsvaşen” yerləşdiyi rayon Karsnoselo, fərmanın
verildiyi tarix 25.01.1978. Əvvəlki adı “Başnalı”, dəyişdirilmiş
adı “Bağramyan” yerləşdiyi rayon “Artaşat”, fərmanın
verildiyi tarix 01.12 . 1949. Əvvəlki adı
“Çaxırlı” dəyişdirilmiş adı “Sovetaker”,
yerləşdiyi rayon Vardenis (Basarkeçər), fərmanın
verildiyi tarix 25.01.1978. Əvvəlki adı “Dəvəli” dəyişdirilmiş
adı “Ararat”, yerləşdiyi rayon Ararat (Zıngibasar), fərmanın
verildiyi tarix 03.01.1935.və s
Azərbaycan Milli Məclisi yanında Toponimiya
Komissiyasının sədri, akademik Budaq Budaqov da yaxın günlərdə mətbuata
müsahibəsində Ermənistanda Azərbaycana məxsus
coğrafi adlara toxunub. O qeyd edib
ki, erməni adları demək
olar ki yoxdur: “Coğrafi adlar böyük tarixi əhəmiyyətə
malikdir. Coğrafi adlar orada yaşayan xalqın dilidir. Biz Qiyasəddin
Qeybullayevlə Ermənistanda Azərbaycana aid olan coğrafi
adların izahlı lüğətini yazmışıq. Orada
olan beş minə qədər coğrafi ad ancaq türk
adlarıdır. Erməni adları demək olar ki yoxdur. Olanlar
da təhrif və tərcümə olunmuşlardır. Məsələn,
Eçmidəzin əslində Üçmiədzin deməkdir.
Üç türk sözüdür, müədzin də ərəbcə
ibadəgahdır. Onlar özləri də etiraf edirlər ki,
toz kimi dünyanın hər tərəfinə
dağılıblar və haradan gəlib, harada məskunlaşdıqlarını
özləri də dəqiq bilmirlər. Belə olan halda
onların “Dənizə-dənizə böyük Ermənistan”
iddiaları mənasız və gülüncdür”.
Günay BÜNYADZADƏ
Paritet.- 2010.- 10-12
aprel.- S. 10.