Filmlərimizdə
300-ə yaxın əcnəbi aktyor çəkilib
112 yaşını
tamamlayan kino tariximizdə
Azərbaycan filmlərində
rol alan xarici
aktyorların sayının
çoxluğu isə
hər zaman
hamıda maraq
doğurub. APA-nın
müraciəti
əsasında
Dövlət
Film Fondu tərəfindən
Azərbaycan filmlərində
çəkilən əcnəbi
aktyorların bütün
siyahısı hazırlanıb. Təqdim
olunan siyahıya
əsaslanaraq Azərbaycan kino
tarixi ilə yaxından
maraqlanan oxucularımızın
nəzərinə
çatdıraq ki, bu
zamana kimi filmlərimizdə
281 yaxın əcnəbi
aktyor çəkilib. Azərbaycan
kino tarixində ilk
dəfə 1932-ci
ildə “26 komissar”ı filminin
çəkilişlərinə
əcnəbi aktyor
cəlb edilib.
Bu filmdə fəhlə
arvadı obrazını
SSRİ xalq artisti
Veriko Ancaparidze canlandırıb. Bu
aktrisa həmçinin
1959-cu ildə istehsal olunan məşhur
“Onu bağışlamaq
olarmı?” filmində canlandırdığı
ana obrazı ilə
yaddaşlara həkk
olunub.
... Rusiyanın əməkdar artisti Nikolay
Barmin Azərbaycanın 10 filmində
əsas rolları yaradıb
Araşdırma
zamanı məlum olub ki, XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycan filmlərinə daha çox rus
aktyorları cəlb edilib. Ancaq müxtəlif illərdə
istehsal olunan Azərbaycan filmlərində rus aktyorlarla
yanaşı, türk, amerikalı, gürcü, özbək,
litvalı, inquş, ukraynalı, estoniyalı, belaruslu,
moldovalı, çexiyalı aktyorlar çəkilib. Bu aktyorlarının
bir neçəsi isə Azərbaycanın bir deyil,
çoxsaylı filmlərinə dəvət olunublar. Azərbaycanda
ən çox filmə çəkilən Rusiya RF-nın əməkdar
artisti Nikolay Barmindir. O, müxtəlif illərdə Azərbaycanda
“Səhər” filmində Smirnov (1960), “Bizim küçə”
filmində Barışev (1961), “İyirmialtılar” filmində
Funtikov (1966), “Səmt küləyi” filmində Fyodor (1973),
“Sevinc buxtası” filmində Petroviç (1977), “Od içində”
filmində Arseni, (1978), “On yeddi yaşlı oğlan” filmində
hərbi həkim obrazlarını, (1986), “Onun böyük
ürəyi” (1958), “Skripkanın sərgüzəşti”
(1972), “Atları yəhərləyin” (1984) filmlərində isə
epizodik rollar yaradıb.
Ukraynanın
əməkdar artisti Viktor Demertaş “Bağlı qapı”
(1981, Fərid), “Əlavə iz” (1981, Yaqubov), “Əzablı
yollar” (1982, Şahməmməd), “Özgə ömür”
(1987, müxbir), “Ölsəm, bağışla” (1989, Edik)
filmlərində, Rusiya aktyoru Oleq Xabalov “Möcüzələr
adası” (1963, Kamran), “Qaraca qız” (1966, Yusif), “Sən niyə
susursan?” (1966, Nəcəf), “Yaşamaq gözəldir,
qardaşım” (1966, İsmayıl), “Ulduzlar sönmür” (1971,
Çotay) filmlərində, RSFSR-in əməkdar artisti Tamara
Kokova “Bir məhəllədən iki nəfər” (1957, Həlimə),
“Bir qalanın sirri” (1959, Mətanət), “İyirmialtılar”
(1966, Caparidzenin arvadı), “Torpaq, dəniz, od, səma” (1967,
Gülsüm), “Ulduzlar sönmür” (1971) filmlərində,
RF-nın əməkdar artisti İnara Quliyeva “1001-ci qastrol”
(1974, İradə), “Alma almaya bənzər” (1975, Aişə),
“Dədə Qorqud” (1975, Selcan), “Şir evdən getdi” (1977,
epizod), “Qaynana” (1978, Afət-Zərifə) filmlərində,
RSFSR xalq artisti Sergey Yurski “Dərviş Parisi partladır2
(1976, Müsyö Jordan), “Günlərin bir günü” (1976,
epizod), “Şir evdən getdiF (1977, ovçu), “Bir ailəlik
bağ evi” (1978, direktor), “Qorxma, mən səninləyəm!”
(1981, pristav) filmlərində, RF-nın əməkdar incəsənət
xadimi Zemfira Sahilova “Sən niyə susursan?” (1966, Sürəyya),
Uİnsan məskən salırF (1967, Ədilə), “De ki, məni
sevirsən” (1977, Zemfira), “Birisigün gecəyarısı”
(1981, Ağabəyova) filmlərində yaddaqalan obrazlar
yaradıblar.
“İyirmialtılar”da 17 əcnəbi aktyor
çəkilibmiş...
Azərbaycan
kino tarixinə öz möhürünü qoyan bəzi filmlərinə
isə 10-dan artıq əcnəbi aktyorun cəlb olunması
diqqət çəkən məqamlardan biridir. Bu sırada
1966-cı ildə istehsal olunan “İyirmialtılar” filmi
xüsusi qeyd olunmalıdır. Araşdırma zamanı məlum
olub ki, Azərbaycan kino tarixində xüsusi yer tutan bu filmdə
17 əcnəbi aktyor rol alıb. 1966-cı ildə istehsal
olunmuş filmdə Şaumyan obrazını SSRİ xalq artisti
Vladimir Samoylov, Petrov obrazını Semyon Sokolovski, Poluxin
obrazını Rusiya aktyoru Valerian Vinoqradov, Basin obrazını
RF-nin əməkdar mədəniyyət işçisi Vladimir
Pitsek, Qabışev obrazını RF-nin əməkdar artisti
Yuriy Martınov, Mişne obrazını Viktor Murqanov, Boqdanov
obrazını RF-nın əməkdar artisti Leonid Yevtifyev və
RF-nın əməkdar artisti Vladimir Ferapontov, Berq
obrazını Rusiya aktyoru İqor Yuraşas, Caparidze
obrazında Gürcüstanın xalq artisti Tengiz Arçbadze,
rus generalı obrazını RSFSR əməkdaş incəsənət
xadimi Boris Bibikov, Funtikov obrazını RF-nın əməkdar
artisti Nikolay Barmin, Fioletov obrazını Rusiya aktyoru Gennadi
Boytsov, Malıgin obrazını RF-nın əməkdar artisti
Eduard İzotov, Zevin obrazını RSFSR əməkdar artisti
İvan Kosix, Caparidzenin həyata yoldaşını RSFSR Tamara
Kokova, Solntsev obrazını isə SSRİ xalq artisti Oleq Jakov
canlandırıb.
1971-ci
ildə istehsal olunmuş “Ulduzlar sönmür” filmində isə
16 əcnəbi aktyor çəkilib. Həmin aktyorlar Yevgeni
Samoylov (Çiçerin), Nadejda Samoylova (Mariya Fyodorovna),
Vladimir Samoylov (Nərimanov), Nelli Samuşiya (Gülsüm),
Nikolay Şulgin, Tatyana Voloşina (Nataşa), Boris Mulayev
(Zarayev), Nikolay Mixaylov (Çemenov), gürcü aktyoru Tengiz
Arçvadze (Çingiz), Tamara Kokova, Saveli Kramarov, İppolit
Xviçiya, Oleq Xabalov (Çotay), Sergey İvanov, Nikolay Volkov
(Tompson), Valerian Vinoqradovdur (Moronov).
Bu
günün özündə də hər maraqla izlənilən,
1958-ci ildə istehsal edilmiş “Uzaq sahillərdə” filmində
rus aktyorları Nikolay Boqolyubov (Tinti), Yuri Boqolyubov (Veselin), Lev
Bordukov (Karranti), Aqniya Yelikoyeva (Anjelika), Andrey Fayt (Mazelli),
Qriqori Şpigel (Şults), Boris Çinkin (partizan) çəkilib.
1965-ci
ildə çəkilmiş “Yenilməz batalyon” filmində
müxtəlif obrazlarda Vladimir Yemelyanov, Anatoli Yurçenko,
Pavel Vinnik, Mixail Orlov, İsanbet Prozat, Mixail Puqovkin, Kulik
Valentin, Viktor Anisimov çəkiliblər.
“Qətldən
yeddi gün sonra” (1991) filminə cəlb olunan əcnəbi
aktyorlar arasında Yuri Yakovlev (Ceneral Mixail Romanoviç), Elina
Bistristhaya (Kira Aleksandrovna), Aleksey Bloxin (Adik), Banionis Donatas
Yuozoviç (müstəntiq), Viktor Proskuriv (Şurik) var.
Azərbaycanda
son illərdə çəkilən filmlərdən
“Hökmdarın taleyi” (2008) və “Qala”da da (2008) əcnəbi
aktyorların xidmətindən istifadə olunub.
“Hökmdarın taleyi” filmində tanınmış aktyorlar
Daniil Spivakovski (mayor Lisaneviç), İlya Şakunov (imperator
I Aleksandr), Aleksandr Qalibin (knyaz Sisianov), Evklid Kürdzidis (konsul
Napoleon), Saydo Kurbanov (Axund Mirmöhsün ağa), “Qala” filmində
isə Yuliya Peresild (Qalina) oynayıb. Bu siyahını uzatmaq
da olar, amma qısa şəkildə onu bildirək ki, 1972-ci ilə
aid olan “Skripkanın sərgüzəşti”, “Şir evdən
getdi”, “Ürək...ürək...”, “Bir nəfər hamıya
görə”, “İşarəni dənizdən gözləyin”,
“Bakının işıqları”, “Bakıda küləklər
əsir”, “Sevinc buxtası”, “Qırmızı qatar”, “Romeo mənim
qonşumdur”, “Səmt küləyi” və digər filmlərimizdə
bir deyil, bir neçə xarici aktyor oynayıb.
Türkan
Şoray, Meral Konrat, Aleksandr Kalyagin ...
Azərbaycan
kinolarında bu gün də sevə-sevə izlədiyimiz və
ifasına heyran olduğumuz, illərdir beyinlərimizə həkk
olunan aktyor və aktrisaların da adını qeyd etməyi borc
bilirik. Türkiyənin tanınmış aktrisası
Türkan Şorayın 1978-ci ildə “Məhəbbətim mənim,
kədərim mənim” filmində yaratdığı baş
obraz elə həmin illərdən bu günə kimi maraqla
qarşılanan obrazlardan biridir. Digər bir türkiyəli
aktrisa Meral Konratın 1993-cü ildə yaratdığı Təhminə
obrazını unutmaq qeyri-mümkündür. Azərbaycanın
“O dünyadan salam” (1992) filmində Kefli İsgəndər
obrazını isə türk aktyoru Yılmaz Duru
canlandırıb. Bu sırada 1968-ci ilin istehsalı olan
“Uşaqlığın son gecəsi” filmində Elya
obrazını yaradan gürcüstanlı aktrisa Megi Kejeradze,
1955-ci ilin istehsalı olan “Bəxtiyar” filmindəki Saşa
obrazını canlandıran Rusiyanın əməkdar artisti
Tamara Çernova və Tatyana Alekseyevna rolunda
çıxış edən SSRİ xalq artisti Tatyana Pertser,
elə həmin ilin istehsalı olan “Görüş” filmindəki
Lalə obrazını yaradan Özbəkistan aktrisası Nelya
Ataullayeva, 1963-ü ildə çəkilmiş “Əhməd
haradadır” filmindəki Ceyran obrazında
çıxış edən Gürcüstanın xalq artisti
Nonna Paçuaşvili, 1969-cu ilin istehsalı olan “Dəli
Kür” filmindəki Semyonov rolunda çıxış edən
SSRİ xalq artisti Vladimir Belokurov (bu aktyor eyni zamanda “Səbuhi”
filmində Bestujev obrazını canlandırıb), “Dədə
Qorqud” filmində Alp Aruz və “Koroğlu” filmində
Gürcüoğlu obrazını yaradan Gürcüstanın əməkdar
artisti Givi Toxadze və başqalarının adlarını
çəkmək olar.
Bundan
başqa Rusiya aktrisası Raksa Udovikova “Qaraca qız” (1966)
filmində Yasəmən, Gürcüstan aktyoru David
Uplisaşvili “Ad günü” (1977) filmində Əli, SSRİ
xalq artisti Mixay Volontir “Tütək səsi” (1976) filmində Cəbrayıl,
RF-nın əməkdar incəsənət xadimi Zemfira Sahilova
“Sən niyə susursan” (1966) filmində Sürəyya,
“İnsan məskən salır” (1967) filmində Ədilə
rollarını özünəməxsus tərzdə
canlandıraraq Azərbaycan kino tarixində unudulmaz iz qoyublar. Həm
azyaşlı tamaşaçıların, həm də
yaşlı nəslin maraqla izlədiyi “Şir evdən getdi”
(1977) filmində Şir obrazında çıxış edən
Rusiya aktyoru Yuri Senkeviç
“Birisigün gecə yarısı” filmindəki Stivens
obrazı ilə də yaddaşlara həkk olmağı
bacarıb. Hər bir rolu ilə ürəklərə yol tapan
peşəkar aktyor, Rusiyanın xalq artisti Aleksandr Kalyaginin Azərbaycanın
tanınmış filmlərində yaratdığı
obrazları hansısa tamaşaçının unutması
mümkün deyil. Aleksandr Kalyagin “İstintaq” filmində (1979)
Seyfi, “Park” filmində (1983) Gena, “Bağlı qapı” filmində
(1981) Daşdəmirov, “Özgə ömür” filmində
(1987) Fariz Rzayev rolunu canlandırıb.
Rusiya
aktyoru Vladislav Kovalkovun “Dəli Kür” filmində (1969)
yaratdığı Çernyayevski obrazı, SSRİ xalq
artisti Yuri Yakovlevin “Qətldən yeddi gün sonra” (1991) filmində
yaratdığı general Mixail Romanoviç rolu, RSFSR-in xalq
artisti Vladimir Yemelyanovun “Yenilməz batalyon” (1965) filmində
canlandırdığı Dobrovolski rolu da qeyd
olunmalıdır.
Gürcü
aktyor Vaxtanq Pançuladze “Yol əhvalatı” (1980) filmində
yaratdığı Mustafa, RSFSR-in xalq artisti Nina Doroşina
“UOnun böyük ürəyi” (1958) filmində
yaratdığı Maşa, RSFSR-in əməkdar artisti Andrey
Faytın “Bir qalanın sirri”ndə yaratdığı
Göygöz Kosa və “Uzaq sahillərdə” filmində
canlandırdığı Mazelli obrazı da heç zaman unutmayacağımız
rollar sırasındadır.
Azərbaycan filmlərində hansı
Amerika aktyoru rol alıb?
Araşdırma
zamanı vaxtilə Azərbaycan filmlərinə Amerika
aktyorlarının da cəlb olunduğu məlum olub.
Amerikalı aktyor Piter Pikel 1996-cı ildə çəkilən
“Dağıdılmış körpü” filminə dəvət
olunub. Eyni zamanda Azərbaycan filmlərində
İnquşetiyanın əməkdar artisti Tamara Yandiyeva,
Şimali Osetiyanın xalq artisti Mixail Sidorkin, Çexiya aktyoru
Yozef Şebek və Aloiz Şvedlik, litvalı aktrisa Eqle
Qabrenayte, Masyulis Algimantes, Estoniyanın əməkdar artisti
Olev Eskola da çəkiliblər
... bir neçə erməni aktyoru
Maraqlısı
burasındadır ki, filmlərimizdə rol alan erməni
aktyorların adı hazırlanan siyahıya daxil olunmasa da, bu
filmlər mövcuddur və bu gün də Azərbaycan
ekranlarında nümayiş olunur. “Onu bağışlamaq
olarmı” filmində baş qəhrəman, “Romeo mənim
qonşumdur” filmində oğlanın atası, “Bəyin
oğurlanması” filmində bərbər rolu erməni
aktyorların ifasında canlandırılıb.
Paritet.-2010.- 15-16 aprel.- S. 16.