Dövlət Dəstəyi Şurasının yaradılması milli QHT sektoruna fundamental dəyişikliklər gətirdi

 

Hörmətli Azay müəllim, Hörmətli Şura üzvləri və əməkdaşları,Hörmətli Qeyri Hökumət Təşkilatlarında fəaliyyət göstərən həmkarlar, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının 2 illiyi münasibətilə Sizləri və bütünlükdə bu sahəyə bağlı olan və hərtərəfli dəstək verən insanları təbrik edirəm.

Uzun müddət Azərbaycan QHT sektorunda bir məsələ - milli donor institutunun yaradılması aktual mövzu olaraq müzakirə edilir və buna dair müxtəlif təkliflər səsləndirilirdi. Lakin o da aydın idi ki, dövlətin büdcəsi tam şəkildə ictimai sektora maliyyə dəstəyinin göstərilməsi üçün yetərli deyil. Ölkə iqtisadiyatında müsbət artım tempinin nəzərə çarpması, sürətli büdcə dəyişikliyi, hökumətin, xüsusilə də, Ölkə Prezidenti Cənab İlham Əliyevin siyasi iradəsi, bu sahəyə böyük maraq və dəstəyi Azərbaycanda yeni bir ictimai-siyasi təsisatınQHT-lərə Dövlət Dəstəyi Şurasının əsasını qoydu.

Mübaliğəsiz demək lazımdır ki, uzun müddət bu bu işdə dayanmadan, ardıcıl, peşəkarcasına, nəzəri və praktik fəaliyyəti ilə seçilən Milli QHT Forumu və onun o vaxtkı sədri və hal-hazırda Şuraya layiqincə rəhbərlik edən, millət vəkili Azay Quliyevin xüsusi əməyi olmuşdur.

Müasir Qərb və Avropa təcrübəsini özündə birləşdirən Şuranın fəaliyyəti keçmiş Sovetlər Birliyi ölkələri üçün örnək ola biləcək dərəcədə əhəmiyyətlidir. Azərbaycanda 1000-lə QHT-nin müxtəlif obyektiv və subyektiv səbəblərdən beynəlxalq donorlara çıxış imkanalarının məhdud olduğu, bəlkə də olmadığı bir dövdə Şura bu 2 ildəki fəaliyyəti QHT sektoruna fundamental dəyişikliklər gətirdi.

 Birincisi, Şuranın mövcudluğu və bu günkü real fəaliyyəti milli donor institutunun gerçək varlığının təcəssümüdür. İkincisi, bu sahədə hüquqi baza formalaşdı və artıq qanunvericilikdə dövlət büdcəsindən birbaşa QHT-lərə maliyyələrin ayrılmasında hər hansışlaqbaummövcud deyil. Uzun müddət dövlət rəsmiləri, xüsusilə də, iqtisadi-maliyyə və ədliyyə sektorunun təmsilçiləri bu məsələni əsas gətirərək, hər hansı QHT təkliflərini müzakirə belə etmək istəmirdilər. Üçüncüsü, milli QHT-lərdə inam, qayğı, dəstək və etimad hissləri və üzünütəsdiq imkanları yarandı. Millətimizin, dövlətimizin və cəmiyyətimizin inkişafı, tərəqqisi və sabahı ilə bağlı təkliflərin reallaşmasına şərait yaradılmasının əsası qoyuldu.

 Dördüncüsü, bu günə qədər yalnız adı statistikada məlum olan QHT-lərdə motivasiya yarandı və Şura bu baxımdan katalizator rolunu oynadı. Beşincisi, Şuranın sənədləşmə, normativ prosedurlara ciddi önəm verməsi və bu işləri ön şərtlər olaraq qoyması QHT-lərdə məsuliyyət, hüquqi, maliyyə qaydalara qeyd-şərtsiz əməl etmək ənənəsini yaratdı. Bəlkə də çoxları bunları bürokratik əngəl hesab edirlər, amma onu qeyd edim ki, nüfüzlu beynəlxalq donorlarla işləyən QHT-lər onların prosedurlarını, hələ layihə seçiminə qədər olan dövrdəki tələbləri yanında Şuranın təlimatlarıtoya getməlidir”.

Altıncısı, Şuranın getdikcə artan nüfüzü, fəaliyyətinin genişlənməsiAzərbaycan QHT-ləri yalnız bizim qrantlardan asılıdıryuxarıdan-aşağı fikirlər səsləndirən bir çox beynəlxalq donor təşkilatları və dövlətləri hərəkətə gətirmiş və müəyyən mənada hesablaşmağa vadar etmişdir. Yeddincisi, Şuranın cəmiyyətdəki rolunun artması müxtəlif hökumət qurumlarının, nazirliklərin  bu sahəyə müəyyən töhfələr vermək istəyinə səbəb olmuşdur.

 Səkkizincisi, Şuranın və ümumilikdə QHT sektorunda son gözəcarpmalar demək olar ki, əsasən Bakı və iri şəhərlərdə işləməyə üstünlük verən QHT-ingödən-könüldən uzaqrayonlaraayaq açmasınada səbəb oldu. Bu sırada onu da qeyd edim ki, bu bölgələrin rəhbərləri artıq maraqlıdırlar və müəyyən mənada dəstəkdəbulunurlar ki, onların rayonunda QHT-lər xətti coxsaylı tədbirlər keçirilsin. Son vaxtlar bunu biz öz təcrübəmizdə əyani olaraq görmüşük. Hətta rayon, şəhər icra hakimiyyəti başçılarının tədbirlərdə iştirakı, fəalları qəbul etməsi və yeni-yeni layihə proqramların icrasında maraqlı olduqları faktlardır. Bu da bir uğurdur. Doqquzuncusu, Şuranın milli donor olaraq fəaliyyət göstərməsi QHT-lərdə “layihələr mütləq əcnəbi dildə, xüsusilə də ingilis dilində hazırlanmalıdır” asılılığına müəyyən qədər zərbə vurdu. Artıq Bakıdakı bəzi xarici nüfuzlu donorlar (ATƏT və s.) da bunla hesablaşmalı olublar. 

İldən-ilə Şuranın fəaliyyətində ciddi təkmilləşmələr gedir, resurslar və imkanları artır, birgə maliyyələşdirmənin əsası qoyulub və bu iş uğurla davam edir. Bütün bunlar yalnız və yalnız milli QHT camiyəsinin xeyrinədir.

Bir daha Şuranı, onun rəhbərliyini və bütünlükdə Azərbaycan QHT ailəsini təbrik edir, ölkəmizin, millətimizin və cəmiyyətimizin inkişafı naminə uğurlar arzulayıram.

 

 

 Asif Əsgərli

 

Paritet.- 2010.- 17-19 aprel.- S. 11.