Balaca rəssamın
rənglər dünyasından bir epizod
Yaz
fəslində təbiət
gözəl
bir rəsm
əsərinə
bənzəyir.
Bu cür
təbiət
gözəllikləri
yaşından asılı
olmayaraq bütün
yaradıcı insanların yaradıcı
dünyasına
yeni bir
ab-hava gətirir
və onları daha
gözəl
əsərlər
yazıb yaratmağa
və çəkməyə
həvəsləndirir.
Təbiətdən
yaradıcı stimul
alaraq çəkdiyi rəsmlərində
daim gözəlliklər
yaradan gənc
və istedadlı rəssam
Leyla Babayevanın həftə
sonu T.İsmayılov
adına Uşaq
Gənclər
Yaradıcılıq
Sarayının
geniş salonunda rənglərin
düzgün
harmoniyası əsasında
müxtəlif janrlarda çəkilmiş 70 rəsmin
(“Rəşid Behbudov”,
“Mənim dayım”,
“Mstislav Rastropoviç”, “Xocalı”,
“Madonna”, “Dəniz
əfsanəsi”
, “Cırtdan”, “Qız
və dostlar”, “Vergilər” və
s.) yer aldığı
ilk fərdi
sərgisi geniş
ictimaiyyətə təqdim
edildi.
Sərgidə
ictimaiyyət nümayəndələri
ilə yanaşı, görkəmli
rəssamlar və
sənət
adamlarından, Bakı
Təhsil İdarəsinin
nümayəndəsi
Rövşən
Əliyev,
və sarayın
nəzdindəki “Uşaq
Dünyası” rəsm
qalereyasının
rəhbəri Aynurə Haşımova
və başqa
qonaqlar iştirak
edirdilər.
Yaşı az
olmasına baxmayaraq,
Leylanın çəkdiyi
rəsmlər
onun daxilən
zəngin, daha böyük, geniş
dünyagörüşlü,
intellektli olmasını göstərirdi.
Ən maraqlısı
o idi ki, Leylanın
bütün
janrlarda çəkdiyi rəsmlərində
milli kolorit, xalqımıza
məxsus olan
adət-ənənələrimiz
özünü göstərirdi.
Eyni zamanda onun
rəsmləri
arasında görkəmli
sənət
adamlarımızın
çox ustalıqla
çəkilmiş çoxsaylı portretləri
yer almışdı. Leylanı mələklə
müqayisə edən
və onun mələyə
bənzədən xalq rəssamı
Ağəli İbrahimov bildirdi ki, rəsmləri
onun daha böyük
yaradıcı gücə
malik olduğunu
göstərir:”
Leylanın rəsmlərinə
baxdıqda həqiqətən
onun gələcəyinin
parlaq olmasını
çəkinmədən
demək olar.
Bu balaca qız
daxilində olan bütün
yaradıcı qüvvəsini
və istedadını
çəkdiyi rəsmlərinə
köçürüb. Belə
ki, o, rəsmlərində
yağlı boya,
sulu boyadan və
qrafikadan çox ustalıqla
və professionallıqla
istifadə edərək
gözəl
rəsmlər
çəkib. Ən əsası
isə Leylanın
bütün
əsərlərində
Vətəninə,
xalqına bağlılığını
görmək
olur. Gələcək sənətində,
təhsilində ona
uğurlar arzulayıram
və çox istərdim
ki, o, rəssamlığı
özünə əsas
bir peşə seçsin
və bu işlə
peşəkarcasına
məşğul olsun”.
Son illər
dövlət
tərəfindən
və Rəssamlar
İttifaqı tərəfindən
yaradıcı gənclərə
hər zaman
böyük
diqqət və
qayğı göstərildiyini deyən əməkdar
rəssam Ənvər
Qarayev, isə bildirdi ki, Leyla
kimi xüsusi
istedada malik olan
uşaqların
bu gün
rəssamlığa
meyl etməsi
və gözəl
rəsmlər
çəkməsi, Azərbaycanı
bir sıra
xarici ölkələrdə
təmsil etməsi çox sevindirici bir haldır:” Bu
azyaşlı qızın
rəsmlərində
müxtəlif
mövzulara müraciəti
onun intellektindən
xəbər
verir. Onun işlərində,
eyni zamanda uşaq
dünyasının
saflığı da duyulur,
bu çox təqdirəlayiq
bir haldır. Biz
gələcəkdə
Leyladan yaradıcılığında
daha çox
şeylər gözləyirik”.
Leylanın artıq
uzun bir müddətdir
ki, T.İsmayılov
adına Uşaq
Gənclər
Yaradıcılıq
Sarayında fəaliyyət
göstərən
rəsm dərnəyinə
gəlməsini
qeyd edən “Uşaq
dünyası” qalereyasının
rəhbəri Aynurə Haşımova
bildirdi ki, elə
dərnəyə
gəldiyi ilk
günlərdən
Leyla öz istedadı,
rəssamlığa
dair verdiyi maraqlı
sualları ilə
hər zaman
yaşıdlarından
fərqlənib:”
Düzdür, hər
bir uşaqda
istedad var, kim
də bu daha
tez özünü
büruzə verir,
kimi də isə
bir az gec.
Amma Leylanın
daxilində olan yaradıcı
istedadını onun
çalışqanlığı nəticəsində bizlər
daha tez üzə
çıxaraq bildik. Hər
bir müəllim
üçün, öz tələbəsinin
uğurunu görmək sevindiricidir. Mən
də bu gün
Leylanın çoxsaylı
rəsmlərinin
yer aldığı birinci
fərdi sərgisinin keçirilməsinə
sevinirəm və
bu rəsmlərə
mən onun müəlliməsi
kimi yox, adi
bir seyrçi
kimi baxıram.
İnanıram ki, o
istedadı ilə rəssamlıq
sahəsində daha
peşəkarlıq
əldə
edəcək
və gələcəyin
Maral Rəhmanzadəsi
və Vəciə
Səmədovası
olacaq”.
Leylanın
bugünkü uğuruna,
son illər
onun bir sıra
yerli və beynəlxalq
rəsm müsabiqələrində
yer tutması və
müvəffəqiyyət
qazanmasına sevindiklərini
deyən valideynləri
bildirdilər ki, qızlarının
sərgidə nümayiş
olunan işlərinə
həyəcansız
baxa bilmirlər:” Bu, əlbəttə,
sevinc həyəcanıdır. Çox
istərdik ki,
övladımız
bu sənətə
həmişə indiki
kimi, ciddi yanaşsın, xalqına
və vətəninə,
eyni zamanda mədəniyyətimizə
çəkdiyi rəsmlərlə
layiqli töhfə
versin. Biz də
ona bu işdə
kömək
edərik”.
Məlumat
üçün bildirək
ki, 3 yaşından
rəssamlığa
meyl göstərən
Leyla Babayeva Bakı
şəhərində anadan
olub. Çox kiçik
yaşlarından
rəssamlığa
maraq göstərib
və ilk vaxtlar
kağız üzərində
rəngli karandaşla
müxtəlif
heyvanların və
cizgi filmi qəhrəmanlarının
rəsmlərini
çəkib. Valideynləri
onun rəssamlığa
olan sonsuz həvəsini
görüb
Leylanı T.İsmayılov
adına Uşaq
Gənclər
Yaradıcılıq
Sarayının “Uşaq
dünyası” rəsm
qalereyasına gətiriblər. Onun
daha geniş yaradıcılıq
imkanları burda
üzə çıxıb
və çəkdiyi
müxtəlif
mövzulu silsilə
rəsmləri
ilə bir çox yerli və
beynəlxalq müsabiqələrin iştirakçısı
və qalibi olub.
Özünün dediyinə görə
ilk vaxtlar çəkdiyi
rəsmləri
valideynlərinə göstərib:”
Valideynlərimin mənim
çəkdiyim şəkillərə
sevgi ilə yanaşması
məni sevindirdi və daha çox
rəsmlər
çəkməyə həvəsləndirdi. Üzərində
ən çox işlədiyim
rəsmlərim
arasında portretlər
olur. O cümlədən
dayımın
portretini uzun müddətə
çəmikmişəm. Amma
nəticə uğurlu
alınıb. Ən
böyük
arzum valideynlərimin
portretini çəkməkdi”
.Bir çox yerli
və beynəlxalq sərgilərdə
və xarici ölkələrdə
rəsm işləri
nümayiş olunub və müxtəlif diplom və
sertifikatlara layiq
görülüb: “Uşaq
ili”, “And yerimiz”,
1 iyun 2009-cu il
“1 iyul Uşaqların
Beynəlxalq müdafiə
günü”, (3-cü
Beynəlxalq Rastropoviç
Festivalı) “Rastropoviç uşaqların
gözü ilə”
“Azərbaycanlılara
qarşı ermənilər
tərəfindən
törədilən
soyqırım”, “İçərişəhər
uşaqların
gözü ilə”,
“İçərişəhər
uşaqların
gözü ilə”,
“Vergi uşaqların
gözü ilə”,”Uşaq
ili”, Türkiyənin
Azərbaycandakı səfirliyi
tərəfindən, “Mənim
nağıl dünyam”,
“Təmiz şəhərim”
və s. Qeyq
edək ki, Leyla
bu il
Təhsil Nazirliyi tərəfindən
keçirilən 31
mart Soyqırım
Gününə
həsr edilmiş
sərgi- müsabiqədə
qalib olaraq, birincilik əldə
edib. Bizdə ümid
edirik ki, Leyla
öz istedadı və
çalışqanlığı sahəsində
daha gözəl
və bir-birindən
fərqli mövzularda
çəkdiyi rəsmlərlə
hər kəsin
qəlbini riqqətə
gətirəcək ,
çoxsaylı uğur
və nailiyyətlər
əldə
edəcəkdi.
Sənətsevərlərin
nəzərinə
çatdıraq ki, balaca
rəssamın
yaradıcılıq
dünyası ilə
yaxından tanış olmaq
üçü, onların bir neçə
gün qalereyada nümayiş olunacaq sərgiyə baxmaq
imkanları var.
GÜNAY
Paritet.- 2010.- 20-21 aprel.- S. 16.