İKT
texnologiyaları və yeni növ xidmətlərin tətbiqi
sürətlənir
“Dilmanc” layihəsi çərçivəsində
Azərbaycan dili üçün ilk nitqin tanınması
sistemi istifadəyə veriləcək
Ölkənin davamlı iqtisadi inkişafı
üçün informasiya-kommunikasiya texnologiyaları da əhəmiyyətli
hesab olunur. Müasir dövrdə ölkəmizdə davamlı
inkişafı siyasətinin prioritet istiqamətlərindən
olan İKT bütün sosial-iqtisadi sahələrə və insanların
gündəlik fəaliyyətinə sürətlə nüfuz
edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz
tərkib hissəsinə və iqtisadiyyatın aparıcı sektorlarından
birinə çevrilib.
Dünyanın
əksər ölkələrində olduğu kimi, Azərbaycanda
da İKT sektoru artım tempinə və yayılma dərəcəsinə
görə yüksələn xətlə inkişaf etməkdədir.
Həmçinin, bu sektor yeniliklərin tətbiqinə, xarici və
yerli investisiyaların cəlb olunmasına görə
iqtisadiyyatın digər sahələrinə nisbətən
öncül mövqedədir.
Son illər respublikamızda
İKT-nin inkişafına ölkə rəhbərliyi tərəfindən
göstərilən diqqət və qayğı nəticəsində
bu sahədə əhəmiyyətli dəyişikliklər əldə
edilib, müasir texnologiyaların və yeni növ xidmətlərin
tətbiqi sürətlənib. Prezident İlham
Əliyev bildirir ki,
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı
üçün çox
gözəl imkanlar vardır. Qısa müddət ərzində
bu sahədə böyük uğurlara nail olunb.
“Dünya İqtisadi Forumu Azərbaycanı
informasiya-kommunikasiya
texnologiyalarının inkişafı
sahəsində çox yüksək qiymətləndirir və
biz MDB məkanında ən qabaqcıl yerlərdəyik,
bəlkə də
birinciyik. Azərbaycanda kosmik sənayenin yaradılması
son illər ərzində
görülən əməli işlərin məntiqi nəticəsidir”.
Son 6 ildə Azərbaycanda telekommunikasiya xidmətləri
bazarı güclü inkişaf edib. Yeni texnologiyalar yeni xidmətlər
üçün əsas
yaradıb. Artmaqda olan tələbi
ödəmək və
mövcud ümumi istifadəli telekommunikasiya şəbəkələrini müasirləşdirmək
üçün ümumi istifadəli telekommunikasiya şəbəkələrinin tutumu
50 faizə qədər artırılıb. Rəqəmsal kommutasiya artıq 85 faizə
çatıb. MDB məkanında ilk dəfə
olaraq Azərbaycanda 2008-ci ilin sonlarına qədər artıq bütün yaşayış
yerləri telekommunikasiya
xidmətləri ilə
təchiz olunub.
Yaxın vaxtlarda ölkəmizdə yeni bir sistem - Nitqin
tanınması istifadəyə veriləcək. Rabitə və
informasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə
həyata keçirilən “Dilmanc”
layihəsi çərçivəsində
Azərbaycan dili üçün ilk nitqin tanınması
sistemi - mikrofona deyilən nitqi kompüterdə
yazıya çevirən proqram yaradılıb. “Dilmanc”
layihəsinin rəhbəri, texnika elmləri namizədi Əbülfət Fətullayevdən aldığımız məlumata görə,
nitqin tanınması sistemi vasitəsilə
klaviaturadan istifadə etmədən, kompüterə
mətni mikrofona şifahi demək vasitəsilə
daxil etmək mümkündür. Sistem avtomatik olaraq insan nitqini yazıya çevirir və
klaviatura ilə yazmaqdan 3-4 dəfə
daha sürətli mətn yazmağa imkan verir.
Bu sistem həmçinin gələcəkdə
kompüteri və digər qurğuları
səslə idarə
etməyə imkan yaradacaq.
Belə ki, elektron poçta daxil olmaq,
məktub yazmaq, internetdə
axtarış aparmaq, proqramlarla işləmək və
s. səsli əmrlərlə
yerinə yetiriləcək. Digər qurğuların səslə
idarə olunmasına misal olaraq məişət cihazlarının, robotların, avtomobildəki cihazların və
digər avadanlıqların səslə
idarə olunması nəzərdə
tutulur. “Hazırda sistem
130 mindən çox söz-formanı
tanıya bilir və 80% dəqiqliyə
malikdir. Gələcəkdə
hər bir istifadəçi
öz səsini sistemə öyrədə
biləcək və
bununla da keyfiyyət bir az da
artacaq. Tanımada istifadə
olunan akustik modellərin
yaradılması
üçün Azərbaycan
dili
üçün ilk nitq korpusu yaradılıb. Nitq korpusun yaradılması zamanı
1500-ə qədər müxtəlif yaş
qruplarından olan
insanların səsi yazılmış
və onların dediyi cümlələrin
20 mindən çoxunda səs dalğasında hərflərin sərhədləri operatorlar tərəfindən qeyd edilib.
Bundan əlavə sözlərin ardıcıl gəlməsi ehtimallarının hesablanması
üçün Azərbaycan
dili
üçün ilk böyük mətn korpusu yaradılıb. Mətn korpusunun
ümumi uzunluğu 300 milyon sözdən
çoxdur. Korpusun yaradılması
zamanı internetdə mətbuatdan,
dövlət orqanları
və müxtəlif təşkilatların saytlarından və
digər müxtəlif mövzulu saytlardan mətnlər avtomatik
üsullarla yığılıb”.
Layihə
rəhbərinin sözlərinə görə, gələcəkdə
bu sistem həm də şifahi nitqi tərcümə edə
bilən telefon-tərcüməçi sisteminin
yaradılmasında istifadə ediləcək. Bu sistem
vasitəsilə telefon
danışıqları avtomatik tərcümə
olunacaq və bununla
da əcnəbilərlə
ünsiyyət saxlamaq xeyli asanlaşacaq.
FUAD
Paritet.- 2010.- 22-23 aprel.- S. 10.