Muğamımız Norveç səhnəsində
Skandinaviya ölkələrində yaşayan azərbaycanlı gənclərin forumu keçiriləcək
Son
zamanlar Azərbaycanla Norveç arasında
mədəni
və siyasi əlaqələrin
daha da genişləndirilməsi
istiqamətində Norveçdə
fəaliyyət
göstərən
Norveç Azərbaycanlıları
Gənclər
Təşkilatı (NAYO)
tərəfindən
biri-birindən maraqlı
layihələr
həyata keçirilir
və bu silsilənin yay fəslində
də davamı gözlənilir. NAYO-nun
sədri, bu
il ilk azərbaycanlı
gənc olaraq
Norveçdə hüquq
fakültəsini bitirmiş Ramil
Əliyevlə
keçirdiyi və
keçirəcəyi
layihələrdən
danışdıq:
“Mədəniyyətimizin
gözəl
nümunəsi
olan muğamlarımızı
Norveçdə tanıtmaq
istiqamətində maraqlı
bir mədəniyyət
layihəsinə start verdik.
Yəni bu
il mart ayında Norveçdə
Novruz bayramını muğam
janrında tərtib
etdilmiş konsert proqramı
əsasında təşkil
etdik. Bu konsertə
Azərbaycan Gənclər
və İdman Nazirliyinin dəstəyi
ilə Ehtiram Hüseynov
(xanəndə), Gülay
Qadirova (xanəndə),
Sahib Paşazadə
(tar), Toğrul
Əsədullayev
(kamança), Əlipaşa
Talıbov (nağara),
Svetlana Əhmədova
(piano), rəqqaslar
Rəna Ibrahimova və Ruslan Hacıyev
kimi musiqiçilər
qatılmışdılar.
Onlar əsasən
norveçlilərdən
ibarət auditoriya qarşısında
canlı ifalarla çıxış
etdilər və Azərbaycan
milli musiqisinin zənginliklərini
Norveç xalqına
çatdırdılar.
Onu da qeyd
edim ki, ilk
konsertimiz martın
19-da Norveçin
sayca ikinci böyük
kitabxanasında “Azərbaycandan Musiqi” adlı proqram
əsasında təşkil
edildi. Bu tədbirdə
Oslo Universitetinin professor və müəllim
heyəti, əcnəbi
və yerli tələbələr
iştirak edirdilər. Martın
20-də isə ikinci
konsert layihəsi Norveçin
ən
məşhur konsert
zallarından biri
olan “Oslo Konserthus”da baş tutdu”.
Azərbaycanın
İsveçdəki
və Norveçin
Azərbaycandakı səfirliklərinin
dəstəyi
ilə reallaşan
bu layihəni
keçirməkdə
məqsədin
mədəniyyətimizin
Norveçdə tanıdılması,
Azərbaycan gənclərinin
bu ölkədə
fəallığının
artırılması,
Norveçdə yaşayan
azərbaycanlılar
arasında həmrəyliyin
möhkəmləndirilməsi
və eyni zamanda
milli adət-ənənələrimizin
qorunub saxlanması olduğunu deyən
Ramil Əliyev xüsusi
olaraq vurğuladı
ki, builki mədəniyyət layihələrinin
əsas
özəlliyi ondan
ibarət olub
ki, ilk dəfə
olaraq onların
təşkil etdiyi tədbirdə Oslo meriyası
çıxış edib:”Dəfələrlə
bizim layihələrimizdə
iştirak edən
Norveç hökumətinin
rəsmiləri
və Oslodakı bir
sıra ölkələrin
fövqəladə
və səlahiyyətli
səfirləri, eyni
zamanda Norveçdə
yaşayan milli
azlıqların
nümayəndələri
də konsertimizdə
iştirak edirdilər”. Milli
musiqimizin özülü
olan muğamlarımızı
norveçlilərin
necə qarşılamasına
və başa
düşməsinə
gəlincə isə
R. Əliyev qeyd
etdi ki, muğam
Azərbaycan dilindədir,
fəlsəfi və eşqə
aid olan bir
janrdır:” Bu
səbəbdən
də əcnəbilər Azərbaycan
dilini bilsə belə,
onların muğamı anlamaq şansı
azdır. Amma
konsert zalında
toplaşmış norveçlilər dilimizi bilməsələr
də, muğamımızın
sehrli səsi
onları valeh
etmişdi. Tamaşaçılar
musiqiçilərimizi
ayaqüstə alqışladılar.
Konsertdən sonra
əcnəbilər
yaxınlaşıb
bizim ifaçılara
təşəkkürlərini
bildirdilər və gələcəkdə
belə layihələrin
olmasını bizdən
istədilər. NAYO-nun
iş prinsipini başqa
təşkilatlardan fərqləndirən
əsas
amil reallaşdırdıqlarımız layihələrdə iştirakçıların
əcnəbilər
olmasıdır”.
Təşkilat
sədri bildirdi ki, tarix
boyu ermənilər
tərəfindən
azərbaycanlılara
qarşı törədilmiş
vəhşilikləri
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
keçirdikləri
tədbirlərdə
auditoriyaları əsasən
əcnəbilər, yəni
norveçlilər
və orda yaşayan
başqa millətlərin
nümayəndələri
olurlar.
Skandinaviya ölkələrində
yaşayan azərbaycanlı
gənclərin
bu il keçiriləcək
forumundan danışan
R. Əliyev bildirdi ki, NAYO fəaliyyət
göstərdiyi
müddətdə müxtəlif
mövzularda seminar,
konfrans, sərgi
və mədəni
layihələr
həyata keçirib:”
Fikrimcə, NAYO uğurlu
bir modeldir. Bu səbəbdən
də istəyirik
ki, bu modeli
Norveçlə yanaşı,
başqa Skandinaviya
ölkələrində
(Finlandiya, Danimarka, İsveçdə
və s.) tətbiq
edək. Ola
bilsin ki, gələcəkdə
bu model
bizim tərəfimizdən Avropada daha
geniş bir formada
tətbiq olunsun. Skandinaviya ölkələrində
yaşayan azərbaycanlı
gənclərlə
əlaqə saxlayandan sonra
qərara gəldik
ki, NAYO-nun təcrübəsini
başqa Skandinaviya
ölkələrində
də tətbiq
edək. Hazırda
Skandinaviya ölkələrində
yaşayan azərbaycanlı
gənclərin
forumuna hazırlaşırıq
və əminəm
ki, bu, maraqlı
bir layihə olacaqdı”.
Bu yay Norveçdə
reallaşan “Beynəlxalq
Yay Məktəbi” layihəsindən
də danışan
R.Əliyev xatırlatdı
ki, 2005-ci
ildən bu
ilədək NAYO xüsusi
bir layihə ilə “Beynəlxalq
Yay Məktəbi”də Azərbaycanı
təmsil edir:”Bu
festivala dünyanın
101 ölkəsindən 650 tələbə
gəlir. İnanın, tələbələrin
sözügedən festivala qəbulu
çox çətindir. Bu
da onun göstərir
ki, festivalda təmsil olunan tələbələr
həqiqətən
savadlı və prespektivli gənclərdir.
Biz düşünürük
ki, ən böyük
lobbiçilik və
Azərbaycanın
təbliğ etmək
akademik səviyyədə
olmalıdır. Planlaşdırırıq
ki, bu
il yay məktəbində
Azərbaycanda olan
sənət
adamlarının
yer aldığı və sırf NAYO-nun
təşəbbüsü
ilə festival yaradaq. Bunu belə
etmək də
əsas hədəfimiz
odur ki, Norveçdə
yaşayan azərbaycanlıların
Norveç ictimaiyyətinə
yaxşı inteqrasiya olunmasını,
eyni zamanda bizim
mədəni
və savadlı bir
xalq olduğumuzu
Avropaya göstərməkdir”.
“Norveçli
gəncləri
Azərbaycanla bağlı
bu gün
nələr
maraqlandırır?”-sualını R. Əliyev
belə cavablandırdı:” Bilirsiniz bu
məsələyə
iki cür
yanaşma var.
Birincisi bizim marağımızda
nədir və
norveçli gənclərə nələri
çatdırmalıyıq, ikincisi isə onlar
nə ilə maraqlanırlar.
Bu iki məqam təbii
ki, bir-biri
ilə vəhdət
təşkil etməlidir
.Əks halda bizim
layihələrimiz
marağa səbəb
olmayacaq və ən
əsası
biz auditoriya toplaya
bilməyəcəyik.
NAYO-nun əsas
üstünlüyü
odur ki, tədbirlərimizə
norveçlilər
gəlir və
həmişə keçirdiyimiz layihələrdə 300 və ya
daha artıq
əcnəbi tamaşaçı
olur. Bu hal
da onun göstərir
ki, artıq Norveçdə
bizim təşkilatla və Azərbaycanla maraqlanan auditoriya var. Ola bilər
ki, əcnəbi
gənclər
soyqırım
və faciə haqqında
öyrənməyə
o qədər
maraqlı olmasınlar.
Amma bizim,
ümumilikdə xaricdə yaşayan
azərbaycanlı diasporun vətəndaşlıq borcudur ki, əcnəbi
gəncləri
bu mövzular
ətrafında
məlumatlandırsınlar
və onlarda maraq
yaratsınlar”. Ümumiyyətlə,
norveçlilərin
Azərbaycana çox
böyük
maraq göstərdiyini
deyən sədr
qeyd etdi ki, zəngin
mədəni
və təbii
sərvətlərimiz
onları həmişə
maraqlandırır: ”
Onu qeyd edim
ki, bu gün
əsasən
norveçliləri
Azərbaycanın
Cənubi Qafqaz
geosiyasətində rolu
maraqlandırır. Elə
burdan irəli
gələrək
Norveçin Beynəlxalq
Əlaqələr
İnstitutunda “Azərbaycanın
Cənubi Qafqaz
geosiyasətində rolu”
mövzusunda seminar
keçirdik”.
O bildirdi ki, Azərbaycan
tarixinə yazılmış
qanlı hadisələri
dünyada tanıtmaq
üçün silsilə
tədbirlər
keçirirlər. Belə
ki, 25 fevralda Oslo Universitetinin Siyasi Elmlər
Fakültəsinin
“Sülh və
münaqişələrin həlli”
proqramının
və (NAYO)
birgə təşkilatçılığı
ilə Xocalı soyqırımının
18-ci ildönümünə
həsr edilmiş
“Azərbaycan və
həll olunmamış
Qarabağ münaqişəsi” və “Norveçin
regionun inkişafında
rolu” mövzusunda dəyirmi masa
keçirdiklərini
söyləyən
R. Əliyev xatırtaldı
ki, həmin
dəyirmi masada Azərbaycanın
İsveçdəki
səfiri cənab
Rafael İbrahimov, Helsinki Komitəsinin direktor müavini Gunnar M. Ekelöv-Slydal,
Norveçin Xarici
İşlər Nazirliyinin qlobal təhlükəsizlik
və MDB ölkələri
departamentinin direktor müavini Bord
İvar Svendsen və
Statiol Norveç neft
şirkətinin sosial
cavabdehlik şöbəsinin məsləhətçisi Hokon F. Nordanq
iştirak ediblər:” Tədbir
iştirakçılarına
və xarici
KİV-nə
Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə hazırlanmış
“Xocalı uşaqların
gözü ilə” adlı foto
sərgi də
təqdim olunub
və faciə
haqqında məlumatların
yer aldığı bukletlər
təqdim edilib.
Tədbirin sonunda NAYO-nun üzvləri
olan yerli icma
nümayəndələri
tərəfindən Xocalı soyqırımı
ilə bağlı
həqiqətləri
beynəlxalq aləmdə yaymaq məqsədilə
bir sıra
nüfuzlu beynəlxalq
təşkilatların
e-mail ünvanlarına faciə ilə
bağlı məlumat
göndərilib və xarici
ölkənin ictimai, siyasi
xadimlərinə məktublar
ünvanlannıb.
Gələcək
fəaliyyətimizdə
də Azərbaycan
həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasına
və Norveçlə
Azərbaycan arasında
ikitərəfli
əlaqələrin
də geniş formada
inkişafına
çalışacağıq”.
GÜNAY
Paritet.- 2010.- 24-26 aprel.- S. 11.