24 aprel qondarma erməni soyqırımı sadəcə ermənilərin
köç hadisəsidir
Misirdən gətirilən
xəritə erməni
yalanlarını bir daha ifşa edir
Dünən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və TREND İnformasiya agentliyinin təşkilatçılığı
ilə “ Uydurma tarixin görünən və görünməyən
tərəfləri”adlı konfrans təşkil edildi. Konfransın keçirilməsində məqsəd
24 aprel tarixi ilə bağlı ermənilərin qaldırdığı
qondarma soyqırım
iddialarına qarşı
ciddi faktlarla, elmi araşdırmalarla ictimaiyyəti
Tədbiri giriş
sözü ilə
AJQA sədri Sevil Yusifova bildirdi ki, 24 apreldə dünyanın bir çox aparıcı KİV-də də ermənilər öz yalanlarını çatdırmağa
çalışır, bununla
da beynəlxalq ictimaiyyətdən dəstək
alırlar. Bu kimi tədbirlər isə ən azından özümüzün öz
tariximizə nəzər
salmağımızda, yeni
nəslin maariflənməsində
əhəmiyyətli rolu
ola bilər: “Məqsədimiz
real olan düzgünlükləri diqqətə çatdırmaq, burada bu mövzuda olan müzakirələri, fikirləri
gələcəkdə də
istifadə üçün toplu halında dərc etməkdir. Hər kəsə məlumdur ki, erməni soyqırımı
baş verməyib. Bu proses sadəcə ermənilərin
köçürlümə hadisəsidir ki, ermənilər bundan yararlanmaq istəyirlər.
Təəssüf doğuran,
həm də maraqlı bir faktı nəzərinizə
çatdırım ki,
bu yaxınlarda internet
mediada ermənilər
1 milyon yarım qadın, qocaların, uşaqların
şəkilini yerləşdirib.
İndinin özündə
yaşlı nəslin
fotosunu tapmaq çətindir.
Keçən əsrdə
bu qədər şəkili haradan topalaya biliblər. Məlumdur ki, onlar hər bir üsula əl atırlar. Hətta bizim faciələrimizin fonunda öz faciələrini uydururlar və bunlara da dünyanın bir çox dövlətləri dəstək
verərək inanmağa
çalışırlar. Türkiyə ilə Azərbaycanın elm adamları,tarixçiləri bəbarər səylər nəticəsində
bu yalanları ifşa edə bilər”.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun direktoru,millət
vəkili Gövhər
Baxşəliyeva institutun
türk tarixini araşdıran şöbəsi olduğunu
xatırladaraq tarixə
bir daha nəzərə salaraq qondarma erməni soyqrımının heç
bir tarixi kökə söykənmədiyini
bildirdi: “1908 ci ildə Türkiyədə
gənc türklərin
inqilabı baş verdi və konstitusiyalı
monarxiya yarandı. 1914- ci ildə Türkiyə Birinci dünya müharibəsinin
iştirakçısından birində çevrildi. Çox mürəkkəb
tarixi şəraitdə
ruslar artıq İranın sərhədi
ilə cənuba doğru irəliləyirdilər.
Ermənilər isə
daim onlara kömək etməklə
hərbi məlumatlar ötürür, quldur dəstələri təşkil
edib insanları məhv edirdilər. Bu proselər onların tarixdən bəri arzuları olan “Böyük Ermənistan” niyyətinə bir ümid yaratdı. Bu istiqamətdə mütəşəkkil
iş apardılar. Onlar həm ətraf bölgələrdə yaşayan
müsəlmanları qırmağa,
həm də ruslara dəstək verməklə köməklik
göstərirdilər. Belə
bir şəraitdə
Türkiyə qərara
gəldi ki, 150 mindən çox olmayan ermənini Fərat çayının
vadisinə köçürsün.Hətta
Türkiyə dövlətinin
tarixi qərarları,
sərəncamı vardı
ki, köçürülən
ermənilərə qayğı göstərməklə, əmlakının
saxlanması ilə, onların tam təhlükəziliyi
ilə həyata keçirilsin. Bütün
bu faktlar tarixi sənədlərdə
öz əksini tapıb. Osmanlı imperiyası də bu qərara tam məcbur qaldığı üçün
gəlmişdi. Bu dövrdə
ermənilər
inqilabi komitələr
yaratmışdılar. İnqilabi
komitələrin rəhbərləri
həbsə alındı.
Köçürülmə zamanı isə bir qisim insanlar silahlı qarşıdurma
nəticəsinndə həlak
oldu. Bunu isə genosid adlandırma böyük uydurmadır . Tarixi faktlar sübut edir ki, heç bir düşünülünmüş
qırğınlar olmayıb. Buna görə
də biz hesab edirik ki, bütün arxivlər açılmalı,
sənədlər ortaya
qoyulmalıdır. Bu prosesdə
Türkiyə ilə yanaşı biz də , bütün türkdilli xalqlarda fəal olmalıdır.”
Ermənilərin biz müsəlmanları həm fiziki həm mənəvi terrora məruz qoyduqlarını
deyən G.Baxşəliyev
onların daima bizim verdiyimiz tarixi materialları təhrif edərək öz məqsədləri
üçün istifadə
etdiyini bildirdi. Xanım millət vəkilinin sözlərinə
görə, onun Misirdən gətidiyi 5 xəritədə də ermənilərin yalanı
üzə çıxıb:
“Yanvar ayında Misirdən 5 xəritə gətidim. Bu xəritələr İtaliyanın
Venesiya şəhərində
1785 ci ildə tərtib olunub. Müəllifi Antoni Zad olan xəritə
Makedoniyalı İskəndərin
imperiyasının bütün
sərhədlərini göstərir.
Orada ermənilərə
aid olan hissə diqqətimi çəkdi.
Orada Kiçik və Böyük Ərməniyyə kimi yazılan adlar bir daha sübut
edir ki, ermənilərin özlərinin
dediyi kimi Böyük Ermənistan adlı dövlət heç zaman mövcud olmayıb. Çünki heç bir dövlətə böyük
və kiçik adlar qoyulmur. Həmin Böyük Ərməniyyə yazılan hissə isə Araz çayından
xeyli aşağıda
göstərilir. Demək
Qafqazda Ermənistan heç zaman olmayıb”.
Türkiyənin
ölkəmizdəki səfiri Hulusi
Kılıç isə
uydurma erməni soyqırımına münasibət
bildirərək əlavə etdi ki, Azərbaycanın və
Türkiyənin birləşərək tarixi mənbələrə əsaslanan
faktlarla çıxış edərək düşmən qarşısında
durması həqiqətləri dünyaya
çatdırmağın ən yaxşı yoludur. Bu istiqamətdə azəri
diasporunun rolunu böyük qiymətləndirən səfir hər
zamankı kimi bu məsələdə Azərbaycanın
Türkiyəyə dəstək verməsini yüksək qiymətləndirdi
və bildirdi ki, türklərlə ermənilərin
dostluğu o zaman mükün ola bilər ki, onlar öz
işğalçılıq mövqeyindən, yalan üzərində
qurulan prinsiplərindən əl
çəksin.
Günay BÜNYADZADƏ
Paritet.- 2010.- 24-26 aprel.- S. 8.