Tuğ kənd orta məktəbinin
125 illiyi qeyd edildi
Aprelin 23-ündə Beyləqan rayonu ərazisində yerləşən
Yeni Xocavənd köçkün qəsəbəsində Tuğ kənd orta məktəbinin
125 illiyi münasibətilə yubiley tədbiri keçirildi.
Mərasimdə
Qaçqın və Məcburi Köçkünlərin
İşləri Üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov, təhsil nazirinin müavini İsgəndər
İsgəndərov, Dağlıq Qarabağın Azərbaycanlı
İcmasının rəhbəri Bayram Səfərov, Beyləqan,
Laçın, Füzuli, Kəlbəcər,Cəbrayıl,
Xocavənd rayon və Şuşa, Xocalı şəhər
icra hakimiyyətlərinin başçıları, Bakı
Slavyan Universitetinin (BSU) nümayəndələri də
iştirak edirdilər. Ə.Həsənov Tuğ məktəbinin
iki müəlliminin fəxri adla təltif olunmasını, bu
təhsil ocağının 125 illiyinin keçirilməsinə
dair Prezident İlham Əliyevin sərəncam imzalamasının
böyük önəm kəsb etdiyini bildirdi. O, Tuğ kənd
orta məktəbinin yubileyinin təntənəli şəkildə
keçirilməsinə göstərdiyi diqqətə görə,
prezident İlham Əliyevə Xocavənd əhalisi, Tuğ kənd
sakinləri adından təşəkkür etdi.
Tədbirdə
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın təbrik məktubu
tədbir iştirakçılarının diqqətinə
çatdırıldı. Xatırladaq ki, Prezident İlham Əliyevin
2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə dövlət proqramı”na əlavələr
edilməsi haqqında 31 oktyabr 2007-ci il tarixli sərəncamında
Tuğ kənd orta məktəbinin 125 illiyinin təşkil
edilməsi öz əksini tapır. Tuğ məktəbinin
müəllimləri, “Tərəqqi” medalı ilə təltif
olunan Oqtay Göyüşov və “Əməkdar müəllim”
fəxri adına layiq görülən aidə Novruzaya ali
mükafatlar təqdim edildi.
Rəsmi
hissədən sonra Xocavənd rayon mədəniyyət evinin
kollektivi və Tuğ kənd orta məktəbinin şagirdləri
ədəbi-bədii kompazisiya ilə çıxış
etdilər.
Qeyd
edək ki, Tuğ kənd orta məktəbinin
yaradılması 19-cu əsrin 80-ci illərinə təsadüf
edir. Məktəbin əsası görkəmli Azərbaycan
ziyalısı, “Kitabi-tarixi Qarabağ” əsərinin müəllifi
Mir Mehdi Mir Haşım oğlu Xəzani (1811-1893) tərəfindən
qoyulub. Tuğ kənd məktəbinin məzunları
arasında indiyədək 10 nəfər elmlər doktoru,
professor, 15 nəfər isə elmlər namizədi dərəcələrinə
yüksəlib. Çoxlu sayda yüksək rütbəli zabit
bu məktəbin yetirməsidir.
Səbuhi
Paritet.- 2010.- 27-28 aprel.- S. 10.