“Ölmək istəməyən xalq ölməz

 

24 aprellə bağlı təbliğat ABŞ-ın İstambuldakı konsulu tərəfindən başladılıbmış

 

Ötən günGənclərin Töhfəsiİctimai Birliyi “24 aprel Qondarma Erməni Soyqırımı”nı ifşa edənGerçəyin özüadlı dəyirmi masa keçirib.

 

Tədbirdə çıxış edən Tarix Universitetinin direktor müavini, professor Cəbi Bəhramov çıxışında türk dünyasının siyasi qüvvə kimi formalaşmasını Qərb üçün təhlükə hesab edərək bildirib ki, bu  gün bütün dünya türklərinə atılan böhtan günüdür: “Unutmayaq ki, bu gün  insanlıq qarşısında etmədiyimiz bir cinayətdə ittiham edildiyimiz gündür. Türklərin bir siyasi qüvvə kimi, bir millət olaraq formalaşması Qərb dünyasının həmişə ehtiyat etdiyi məqam olub. Əslinə baxanda 24 aprel deyilən bir şey yoxdur. Böyük dövlət xadimi, türk dünyasının fəxri sayılan Mustafa Kamal Atatürk deyirdi: Hər səhər Qərb ölkələrinin xadimləri yuxudan durub İstanbul kimi qədim möhtəşəm şəhərin türklərin əlində olduğunu görəndə onların qarınlarında sancı başlayır.” Rus alimlərindən Feodr Simyonov yazır ki; “Türklər hansı ərazini fəth edirdilərsə, o yerdə yaşayan xalqların dilinə, dininə, adət-ənənələrinə toxunmurdular. Şərait yaradırdılar ki, onlar vətəndaş kimi yaşasınlar. Yeganə tələbləri o idi ki, dövlətin qanunlarına riayət etsinlər.” Yenə həmin kitabda yazılır ki; “Səlib yürüşləri başlanarkən ermənilər başqa xalqlardan fərqli olaraq, Bizansa qarşı xəyanət yolunu tutdular.” Onlar eyni xəyanət yolunu   Türkiyəyə qarşıda tutdular. Yəni onların xislətini midiyalılar, parfiyalılar, yunanlar, bizanslar, bir sözlə, hamı bildi- bizdən başqa! Çox təəssüf!!”

 “İnsanlığın yaratdığı ən dəyərli nələr varsa, bu tayfadan yan keçib. Satqınlıq, xəyanət, alçaqlıq, ikiüzlülük bu tayfanın ən başlıca xüsusiyyətləridir.” İfadələrini yazmış rus alimlərinin sətirlərini xatırladan tarixçi bildirib ki,  XX əsrin əvvəlində, daha dəqiq desək, 1911-16-cı illərdə Rusiyanın, İngiltərənin, Fransanın və 1917-ci ildə Amerikanın nümayəndələri Türkiyənin bölünməsi ilə bağıi görüşlər keçiriblər. İndi onlar həmin niyyətdədirlər.

  Erməni vəhşiliyindən bəhs edən bir çox kitabların müəllifi, dəyərli yazıçımız Aygün Həsənoğlu isə düşmənə qarşı   bütün türk dünyasının birləşməli olduğunu bildirib: “Siyasətdən ədalət gözləmək sadəlövhlükdür. Siyasətdə ədalət olmur, güc olurbiz güc olmağı bacarmalıyıq. Artıq 500 ilə yaxındır ki, “Böyük Ermənistanqurmaq planları  icra olunmağa başlayıb. Ermənistanın Türkiyə torpaqları üzərində yaradılması nəzərdə tutulurdu. Erməni alimi Yesoyanın özü etiraf edir ki; Yalnız 1917-ci ildən sonra biz Ermənistanı indiki ərazilərdə yaratmağı qərara aldıq və bu  çiçəklənən Ermənistan artıq bizim ana vətənimizdir.” Sərkisyan hələ  müdafiə naziri olduğu zaman bir erməni jurnalistininAna vətənin, yəni, Böyük Ermənistanın  sərhədləri hara qədərdir?”  sualına “Sərhəd dirəklərini hara qədər çəkə biliriksə, ora qədərdeyə cavab verməsi bu xalqın təcavüzkar xislətə malik olduğuna əyani sübutdur. Erməni soyqırımı olmayıb. Bu faktdır. İlk dəfə erməni soyqırımı haqqında arayışı Amerikanın İstanbuldakı Konsulluğunun sədri Morgen Tau hazırlayıb. Heç ermənilərin ağlına da gəlməyib.Bununla da təbliğat başlayıb.Böyük Atatürkün gözəl bir fikri var: “Ölmək istəməyən xalq öləməz.” Azərbaycan dövləti  atəşkəs elan edəndə 7.5 milyon əhalisi vardı, bu gün 9 milyondur. Ermənistanın isə 3 milyon əhalisi vardı, bu gün 1 milyon qalıb.” Çıxışının sonunda Aygün Həsənoğlu Azərbaycanda soyqırım araşdıran mərkəzi yaratmaq  təklif edərək cəncləri birləşməyə və informasiya döyüşünə başlamağa çağırıb.

   Tərbirdə həmçinin BDU-nun coğrafiya fakültəsinin magistrı, müharibə veteranı Zülfü Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı Niyazi Rəcəbov, Yeni Azərbaycan Partiyasının Xətai rayon Gənclər Təşkilatının üzvü Əli Ağayev məsələ ətrafında dəyərli fikirlərlə çıxış ediblər. Tədbirdə bir çox universitetlərin tələbələri, eyni zamanda,  türkiyəli tələbələr də iştirak edirdilər.

 

 

G.BÜNYADZADƏ

 

Paritet.- 2010.- 27-28 aprel.- S. 8.