“Dövlət
və din” ictimai fikir toplusunun yeni sayı çapdan çıxıb
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və din” ictimai fikir toplusunun 2010-cu ildə 2-ci sayı işıq üzü görüb.
Toplunun “Rəsmi guşə”si Prezident İlham Əliyevin 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə
Azərbaycan qadınlarına
təbriki ilə açılır.
Bölmədə Prezidentmizin Novruz
bayramı münasibətilə
Azərbaycan xalqına,
habelə Pasxa bayramı münasibətilə
pravoslav xristian icmasına təbrikləri
də yer alıb.Əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş
soyqırımı siyasətinin
ən qanlı səhifəsi olan Xocalı faciəsinin 18-ci
ildönümü ölkəmizdə
geniş şəkildə
yad edilib. “Rəsmi guşə”də
Respublika Prezidenti İlham Əliyevin faciə qurbanlarının
xatirəsini anma mərasimində iştirakı
geniş işıqlandırılib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi
Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində
də anılib.
Bununla əlaqədar Dövlət
Komitəsində tədbir
keçirilmiş və
bölmədə həmin
tədbir barədə
ətraflı məlumat
verilib. “Rəsmi guşə”də,
həmçinin “Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının
(bərpasının, əsaslı
təmirinin) məqsədəuyğunluğu
barədə rəy verilməsi haqqında Təlimat”ın mətni də oxucuların diqqətinə çatdırılıb.
“Azərbaycan gerçəkliyi”
rubrikasında “Naxçıvanda
elmin inkişafı: tarixi ənənələr
və müasirlik”, “Azərbaycanın qədim
sakinlərinin dini dünyagörüşündə astral inamlarla bağlı dəfn adətləri”, “Orta əsrlərdə Azərbaycanda Xilafətin tətbiq etdiyi inzibati siyasət” və “Sovetlər dövründə Azərbaycanda
müqəddəs məkanlar”
yazıları verilib.
Oxucular “Cəmiyyət
və din” adlı ikinci bölmədə “Nəsirəddin Tusinin təkamül görüşlərinin
dini-fəlsəfi əsasları”,
“Hatifi İsfahani Ordubadi yaradıcılığında
İslam fəlsəfəsi”,
“Dövlət idarəçilik
sistemində mənəvi
mədəniyyətin rolu”,
“İslamda “ortodoksiya”
və “bidət” probleminə dair”, “Novruz - türkün “yeni gün” bayramı”, “Dini cinayətlər” və s. yazılarla tanış ola bilərlər.
Ənənəvi “Tarixə pəncərə” bölməsində
dünya və Azərbaycan tarixi ilə bağlı maraqlı məsələlərə
toxunulub.
Bu mənada Aydın Əlizadənin “İsa Məsih kim
olub? Tarixi sənədlər və dini mətnlərdən
çıxarılan nəticələr”,
Ruhəngiz Kərimlinin
“Urartu, Manna və Assuriya münasibətləri”
və Tural Əliyevin “I Pyotrun “Vəsiyyətnamə”sində dini
məsələlərə münasibət” yazıları
oxucular tərəfindən
maraqla qarşılanacaq.
Toplunun “İslam
həqiqətləri” rubrikası
ilə Mübariz Camalovun “İslamda halal qazanc”, Vasif Sadıqlının “Quranda zaman anlayışı”
və s. məqalələr
dərc edilib.
“Əsrlər, şəxsiyyətlər”
bölməsində müəllif
Nailə Süleymanova
bu dəfə “Nuxəvinin təcvidə dair əlyazmaları” mövzusunda araşdırma
aparmış, Səbuhi
İbrahimov isə Məhəmməd ibn Hinduşah Naxçıvaninin
yaradıcılığı barədə məlumat verib. Toplunun bu guşəsində
oxunaqlı yazılardan
biri də Nahid Məmmədovun hazırladığı “Əhməd
ibn Hənbəli”dir.
Toplunun daha
bir maraqlı ənənəvi “Dinlər,
təriqətlər, cərəyanlar
və təlimlər”
rubrikasında Abutalıb
Məmmədovun “Vəhhabiliyin
problemlərinin dində
ifratçılıqla bağlılığı”,
Ceyhun Məmmədovun
“İslamda məzhəblərin
yaranması”, Elnarə
Kərimovanın “Səmavi
dinlərdə axirət
inancı” və s. yazılar yer alib.
“Abidələr” bölməsində
Yalçın Abdullayev
Azərbaycanda İslam
memarlığı, Cahandar
Əlifzadə isə
Atəşgah məbədi
barədə populyar məlumatlı yazıları
verilib.
Bu rubrikada, həmçinin
Bədircahan Əmrullah
qızının “Balakən
və Zaqatala abidələri”, Şəhriyar
İsmiyevin “İordaniya
-
2010-cu
il mart ayının
22-də Ər-Riyadda “Heydər
Əliyev və Azərbaycanda milli siyasət” kitabının
ərəb dilində
ikinci nəşrinin təqdimat mərasimi keçirilib. Oxucular bu barədə
geniş məlumatı
toplunun “Tədbirlər,
məlumatlar” bölməsindən
ala bilərlər.
“Dövlət və
din”in bu sayında da ənənəvi olaraq dini terminlərin izahlı lüğətinin
davamı dərc olunub. Toplunun sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan
keçmiş dini icmaların siyahısı
verilib.
RUHULLA
Paritet.- 2010.- 27-28 aprel.- S. 8.