“Erməni diasporu Lahey şəhərində saxta erməni soyqırımına abidə ucaltmaq istəyir”

 

Niderlanddakı azəri və türk diaspor təşkilatları növbəti saxtakarlığın qarşısını almaq üçün imzatoplama kampaniyasına başlayıb

 

Bu günlərdə  Niderlandın Haaqa şəhərində  Hollandiya Azərbaycan Türk Cəmiyyətinin  təşəbbüsü ilə bu ölkədə yaşayan soydaşlarımız 24 aprel ermənilərin qondarma soyqırımı ilə əlaqədar Niderland Parlamentinin binası önündə etriraz aksiyası keçiriblər. Sözügedən qurumun rəhbəri İlhan Aşqının dediyinə görə, aksiya iştirakçıları ermənilərin dünyaya yalan söylədiyi, tarixdə  erməni soyqırımı”nın olmadığı, əslində ermənilərin türklərə və azərbaycanlılara qarşı  törətdiyi soyqırım, eyni zamanda Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, etnik təmizləmə siyasəti və əsasən də Xocalı soyqırımı haqqında Niderland ictimaiyyətinə ətraflı məlumat  çatdırıblar, bəyanatlar  və müxtəlif şüarlar səsləndiriblər.

 İ.Aşqın bildirdi ki,  rəhbəri olduğu  qurumun təşkilatçılığı, həmin qurumun  fəallarının  böyük zəhməti hesabına  erməni-rus hərbi birləşmələri tərəfindən 1992-ci il fevralın 26-da həyata keçirilən Xocalı soyqırım faciəsində həlak olmuş minlərlə insanlarımızın xatirəsinə Haaqa şəhərində abidə qoyulub: “Bu abidənin açılışında çoxlu sayda soydaşlarımız və digər ölkələrin rəsmiləri iştirak ediblər. İştirakçılar arasında  Azərbaycanın  Niderlanddakı  fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov , bizim təşkilatın bütünlüklə idarə heyəti, Türkiyə  səfirliyinin  məsləhətçisi Xaqan Çaxıl, dini attaşe Bülənt Şenay, Türkiyənin  Rotterdamdakı  baş konsulu Əsən Altuğ, Azərbaycanın Brüsseldəki  səfirinin birinci katibi Fuad Qürbətov, araşdırmaçı jurnalist Orxan Aslan və s. başqa bir sıra nüfuzlu qonaqlar iştirak edirdilər”.

 “16 il əvvəl 1922-ci ildə həyatını vətəni və bayrağı yolunda  itirənlər üçün Hollandiyanın Lahey şəhərində bir abidə ucaldaraq onları ölümsüzləşdirmək istədik”-deyən  İ. Aşqın bildirdi ki,  bu şəhidləri biz yaşadığımız müddətcə bu abidə dayandıqca sonsuza qədər burada yaşadacağıq: “Böyük bir faciənin Avropadaki ilk abidəsidir. Bu, bir başlanğıcdır. Gələcəkdə diasporumuzun müxtəlif ölkələrdə olan fəal nümayəndələri və rəhbərləri tərəfindən  dünyanın hər yanında yeni abidələr qoyulcağına əminik”.  Mərkəz rəhbəri qeyd etdi ki,  orda yaşayan çoxsaylı ermənilər haqqında danışılan abidənin açılış və ziyarətindən sonra qəbiristanlıqda açılışda iştirak etmiş insanların  yığıncağına  mane olmağa çalışıblar: ”Ermənilər bizim keçirəcəyimiz toplantıya icazə verilməməsi üçün birləşərək bu işimizə qarşı çıxmağa çalışdılar. Amma onların cəhdlərinə baxmayaraq, bizim toplantdı baş tutdu.  Xocalı abidəsi qarşısına toplaşmış hər kəsin əlindəki güllərin rəngi qırmızı idi,  bu da  Qarabağda şəhid olanların qanlarını, eyni zamanda da sevgini təmsil edir. Azərbaycan xalqına qarşı törədilmiş  qırğınları xatırlayaraq hər birimiz   gülləri  abidənin qarşısına qoyduq. Həqiqətən də,  Xocalı soyqırımı Azərbaycan tarixində unudulmaz bir qırğındır. Tarixdə bu qırğın bir quru səhifə olaraq yerini  götürmüşdüsə, amma, şəkillərə və abidəyə baxan hər kəs, sanki    canlı olaraq o illərə qayıdır və tarixin qanlı dövrünün şahidi olur. Bu cür əyani vəsaitlər, tarixi faktlar və  sənədlərin əlimizdə olduğu üçün, erməni lobbisinin bizə qarşı yönəlmiş hər hansı cəhdlərinə baxmayaraq,  hər zaman  təşkilatımız tərəfindən  366-cı rus alayının dəstəyi ilə minlərlə günahsız vətəndaşımızı qətlə yetirən və başda ATƏT olmaq üzrə bütün beynəlxalq anlaşmalara baxmayaraq işğalını davam etdirən ermənilərin yüz minlərlə azərini torpağından sürdüyünü və buna dünyanın tamaşaçı qaldığını ifadə edəcəyik”. İ.Aşqın xatırlatdı ki, dünyanın müxtəlif ölkələrindən gələn 8 minə yaxın erməninin yaşadığı Hollandiyanın Assansa şəhər qəbiristanlığında və Almelodakı erməni kilsəsinin bağçasında 1915-ci ildə ölən ermənilər üçün abidə məzar tikilib. Belə olan halda bizim diaspor dünyanın müxtəlif ölkələrində  fəaliyyət göstərən azəri və türk diaspor nümayəndələri fəal olmalı və Azərbaycan xalqına qarşı illərdir ermənilər tərəfindən törədilən  faciələri özün də əks etdirən abidələr ucaldılmalıdır ki, dünya bu dəhşətdən xəbərdar olsun. Bu həqiqətləri dünyaya çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”. Hollandiyada yaşayan iki nəfər soydaşımız bir araya gələn kimi diaspor təşkilatı yaradırlar, bu da nəticə etibarı ilə müəyyən vaxtdan sonra bütün diaspor fəaliyyətinə mənfi təsir edir”-deyən İ.Aşqın  qeyd etdi ki, hazırda erməni lobbisi Hollandiyanın Lahey şəhərində saxta erməni soyqırımına abidə qoymaq üçün geniş təbliğat aparır. Qeyd edim ki, ermənilərin bu yalançı təbliğatına qarşı cavab olaraq bu ölkədə fəaliyyət göstərən Hollandiya Türk- Azərbaycan Mədəniyyət  Mərkəzi olaraq  imzatoplama kampaniyası aparırıq”. Ermənilərin  Hollandiya hökumətinə ciddi təzyiqlər etdiyini deyən İlhan bəy söylədi ki, bu təzyiqdə məqsədləri odur ki, saxta erməni soyqırımına  Laheydə abidə qoymağa icazə verilsin: ”Onlar bu gün bunun üçün geniş təbliğat aparırlar. Artıq erməni diasporunun bu addımına cavab olaraq  Hollandiyada fəaliyyət göstərən türk diaspor qurumları bir araya gəliblər. İndi biz bu kampaniyanın qarşısını almaq üçün, Hollandiya Türk Azəri Mədəniyyət  Mərkəzi və Bauvlust Türk Dərnəyinin təşkilatçılığı ilə birgə konfrans təşkil edəcəyik. Məqsədimiz odur ki, erməni yalanları ifşa olsun. Bizim bu kampaniyamızı əksər erməni sayt və informasiya agentlikləri diqqətlə izləyirlər. Diasporun fəallarından olan Bülənt Dülgərin köməyi ilə konfransda çıxış etmək üçün Türkiyədən iki mütəxəssis də dəvət olunub”. İ.Aşqın Azərbaycan diaspor qurumlarının bu tədbirə dəstək verməməsindən şikayətləndi:” Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor qurumları arasında bir pərakəndəlik var və sistemsizlik diasporumuzun inkişafına əngəl yaradır. Biz bu istiqamətdə  tək qalmışıq.  Bu günlər ümumilikdə  Hollandiyadakı Azərbaycan diasporunun fəaliyyətində hiss olunan passivliyin səbənindən danışan həmsöhbətimiz bildirdi ki, son vaxtlar AKP-nin yürütdüyü məlum siyasətlə bağlı burada yaşayan soydaşlarımızın əhvali-ruhiyyəsinə bu amil mənfi mənada təsir edib: “Azəri diaspor nümayəndələri tədbirlərimizdə iştirak etmirlər. Faktiki olaraq soydaşlarımız diaspor məsələsində üç hissəyə bölünüblər:  cənublu, şimallı və iqdırlı-qarslılara... Bu hal məni çox üzür... Digər yandan, iki nəfər bir araya gələn kimi təşkilat yaradırlar və sonradan bu təşkilat fəaliyyətsiz olur, ümumilikdə isə bunun mənfi nəticəsi diasporun işinə təsir edir. Belə diaspor qurmaq olmaz. Hər işimizə məsuliyyətlə yanaşmalıyıq. Diaspor evlərdən yox, xüsusi mərkəzlərdən idarə olunmalıdır. Bu işdə canını yandıran və vətənini sevən səmimi insanlarla işləmək lazımdır. Heç bir fəaliyyəti olmayan quruma dəstək verirlər və ancaq kifayət qədər gücü olan təşkilatlar kənarda qalıblar... Sizə pis və ya acı olsa da, erməni diasporunu misal gətirmək istərdim. Baxın, neçə erməni yalançı ideologiya ətrafında birləşib öz  fəaliyyətlərini davam etdirirlər. Hazırda biz bir yumruq kimi birləşib milli birlik məsələsində vahid mövqe ortaya qoymalıyıq. Yoxsa  biz parçalana-parçalana hara gedirik? Bu vəziyyət məni çox narahat edir. Bu yanlışlıqlarımızı düzəltməliyik. Əks halda, bunu yarada bilməsək və gələcəkdə bunun fəsadlarını yaşayacayıq”.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 27-28 aprel.- S. 5.