Bakıda Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirilir

 

Prezident İlham Əliyev: “Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayıblar

 

 Ötən gün Azərbaycanda Dünya Dini Liderlərinin Ümumdünya Sammiti başlayıb(APA).  Gülüstan  sarayında təşkil edilən tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri  Allahşükür Paşazadə açılış nitqi ilə çıxış edərək, bu sammitin Bakıda keçirilməsinin mühüm amil olduğunu, Azərbaycanın dünyadakı nüfuzundan xəbər verdiyini deyib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti sammiti böyük əhəmiyyətə mailik hadisə adlandırıb: “Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter alıb. Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. 20 ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, 10 ilə yaxındır, Avropa Şurasının üzvüdür. Bakı ötən il İslam mədəniyyətinin paytaxtı seçilmişdi. Gün gələcək ki, Bakı Avropa mədəniyyətinin paytaxtı seçiləcək. Əsrlər boyu bütün dinlərin millətlərin nümayəndələri Azərbaycanda birgə yaşayıblar. Ölkədə bütün azadlıqlar olduğu kimi, dini azadlıqlar da təmin olunub. Azərbaycanda 1000-dən artıq məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir”.

Azərbaycan dövlət başçısı ölkənin qüdrətinin təkcə iqtisadi güclə ölçülmədiyini diqqətə çatdırıb: “Biz istəyirik ki, bölgədə sülh əldə edilsin, heç bir qarşıdurma olmasın. Əminəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti, bu sammitdə qəbul olunacaq sənədlər sülhə, əmin-amanlığa töhfə verəcək. Cəmiyyətdə böyük hörmətə malik olan dini liderlərin sözünə hər zaman böyük ehtiyac olub. Bugünkü tədbirdə səmimi fikir mübadiləsi üçün şərait var. Azərbaycan dünyəvi dövlətdir. Qloballaşma adı altında biz öz milli dəyərlərimizi unutmamalıyıq. Biz qloballaşma dedikdə dünyəvi dostluğu, əməkdaşlığı nəzərdə tuturuq. Qloballaşmaya dair bəzi dairələrdə olan şübhələri götürülməsinə çalışmalıyıq. Biz öz milli dini dəyərlərimizə sadiqik, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməliyik edirik. Biz eyni zamanda müasirləşmə yolunda böyük addımlar atırıq. Əminəm ki, bu sammit bəzi problemlərin müzakirəsinə aradan qaldırılmasına yardım edəcək”.

Sonra Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dmitri Medvedevin sammit iştirakçılarına təbrik məktubunu oxuyub. Bunun ardınca A.Paşazadə çıxış edib. QMİ-nin sədri deyib ki, tədbirdə, əsasən qloballaşma din mövzusu müzakirə olunacaq, dini liderlər qloballaşan dünyada dini dəyərlər dini münasibətlər mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar.

Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Paşazadə sammit iştirakçılarının bu problemdən xəbərdar olduqlarını vurğulayıb: “Biz Ermənistanla münaqişəni aradan qaldırmaq üçün səylər göstəririk. Dəfələrlə ermənilərin katolikosu ilə görüşlərimiz olub. Mən ermənilərin katolikosunun dəvətimizi qəbul edib sammitdə iştirak etməsini mühüm amil kimi qiymətləndirirəm. Biz sülhün tərəfdarıyıq. Əminəm ki, Bakı sammiti bu işə böyük töhfələr verəcək”.

Sonra Moskva bütün Rusiyanın patriarxı Kirill çıxış edib. O, sammitdə bu gün bəşəriyyətin üzləşdiyi problemlərlə bağlı diskussiyaların aparılacağını deyib: “Bugünkü tədbirin mühüm əhəmiyyəti var. Dinin cəmiyyətdə rolu böyükdür”.

Dini icmaların cəmiyyətdə sərbəst azad fəaliyyətinin vacibliyini vurğulayan Kirill terrorçuluğun aradan qaldırılmasının yalnız maarifləndirmə dinlərarası dialoqla mümkünlüyünü qeyd edib: “Biz çalışmalıyıq ki, dünya dinləri arasında əlaqələr güclü olsun”.

Sammit işini davam etdirir. Qeyd edək ki, tədbirdə 33 ölkədən 220 nümayəndə, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin iştirak edir. Sammit bu gün başa çatacaq.

 

 

Paritet.- 2010.- 27-28 aprel.- S. 2.