Dini liderlərin üçtərəfli  görüşü oldu

 

Allahşükür Paşazadə, Kirill II Qaregin arasında keçirilən görüşün yekunlarına dair Bəyannamə imzalanıb

 

Bakıda Moskva və bütün Rusiyanın patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüş  keçirilib.

Görüşün bir hissəsində jurnalistlər iştirak edib. Bütün ermənilərin katolikosu II Qaregin Bakıda keçirilən Dünya Dini Liderlərinin Ümumdünya Sammitində çıxış edib. Qaragin bu tədbirin əhəmiyyətinin böyük olduğunu deyib: “Dinlərarası dialoq mühüm əhəmiyyətə malikdir. Dünyada regional, milli, etnik münaqişələr mövcuddur. Dinlərarası dialoq bu münaqişələrin həllinə kömək edə bilər”(APA).

Xalqları sülhə inandırmağın vacibliyini qeyd edən II Qaregin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar getdiyini bildirib: “Problem dinc yolla həll olunmalıdır. Dini liderlərin əsas vəzifələri prezidentlərə dəstək verərək danışıqların davam etdirilməsi münaqişənin həllinə nail olmaqdır”.

Moskva bütün Rusiyanın patriarxı Kirillin sülh danışıqlarına dəstəyini yüksək qiymətləndirdiklərini bildirən II Qaregin bu mövzuda növbəti tədbirin İrəvanda keçirilməsi təklifini irəli sürüb   Allahşükür Paşazadəni ora dəvət edib. II Qaregin bildirib ki, bölgədəki bütün bağlı sərhədlərin açılacağı gün uzaqda deyil: “Necə ki, indi şərait yaratdılar biz Bakıya gəldik”.

Kirill görüşün Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına həsr olunduğunu deyib. O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində mühüm irəliləyişlər var: “Burada böyük rol prezidentlərə aiddir. Rusiya prezidentinin vasitəçi kimi bu işdə öz rolu var. Bəzi çətinliklərə baxmayaraq, iki tərəfi razı salan perspektivlər yaranıb. Biz siyasətçi deyilik, dini liderlərik. Amma siyasətçilərə münaqişənin sülh yolu ilə həli ilə bağlı dəstək verə, xalqlara təsir edə bilərik”.

Allahşükür Paşazadə isə Dağlıq Qarabağ probleminin sülh yolu həlli ilə bağlı vasitəçilik missiyası irəli sürən Rus Pravoslav Kilsəsinə təşəkkür edib: “Vaxtında bizə kömək ediblər ki, Qarabağ problemi dini zəmin almasın. Biz problemin ədalətli sülh yolu ilə həll olunacağına ümid edirik”.Qaregin isə çıxışında bunları deyib: “Biz dini liderlər kimi Allah qullarıyıq. Ona görə sülh tərəfdarıyıq. Dini liderlər olaraq regionda sülhün bərqərar olması üçün səylər göstərməliyik”.

Vasitəçilik missiyasına görə Rus Pravoslav Kiləsinə təşəkkür edən II QareginMüharibə qəddarlıqdır, sülh lazımdırsöyləyib. Sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Üçtərəfli görüşdən sonra brifinq keçirilib. Brifinqdə çıxış edən patriarx Kirill görüşün çox uğurlu keçdiyini, müxtəlif məsələlərin, əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu deyib: “Bugünkü sammit çox düzgün vaxtında gerçəkləşmiş təşəbbüsdür. Sammit çərçivəsində keçirilən üçtərəfli görüş uğurla nəticələnib. Birgə Bəyannamənin imzalanması buna sübutdur. Dini rəhbərlər siyasi hakimiyyətə malik deyil, onlar ordunu bu ya başqa istiqamətə hərəkət etdirə, dövlətin gücündən istifadə edə bilməzlər. Lakin onların başqa xüsusi imkanları var - imanlı insanlara çox yaxın olan dəyərlərə, ideallara müraciət etmək. Üç dinin nümayəndələri görüşüb bir çox məsələ haqqında razılaşırsa, bu, bütün inanclı insanlara vacib siqnaldır. Biz ümid edirik ki, bu siqnallar sülhə, gərginliyin azaldılmasına ən əsası siyasi liderlərin münaqişənin həllinin bütün məsuliyyətini öz üzərlərinə götürərək razılığa gəlməsinə zəmin, xoş atmosfer yarada bilər”.

Kirill bildirib ki, bəyannamənin müddəaları çox vacibdir: “Biz ümid edirik ki, bu sənədin ruhu siyasi danışıqların atmosferinə təsir göstərəcək”.

 

 

Paritet.- 2010.- 27-28 aprel.- S. 2.