Reklam turizmin əsas hərəkətverici
qüvvəsidir
Dünyada turizm təşkilatları
gəlirlərinin 8-10%-ni
reklama xərcləyir
Bütün dünyada müxtəlif
sahələrdə reklam
əsas və aparıcı rol oynayır. O cümlədən ölkəmizin
daxili bazarını xaricdə tanıtmaq üçün
reklam bir növ yaxşı təbliğat
vasitəsidir. Reklamın müxtəlif vasitələrindən
istifadə edərək
məhsulu hər bir şirkət, firma və s. daha geniş auditoriyaya təqdim edə bilər. Bu baxımdan
turizm sahəsində reklam əsasdır. Bu məsələ
ətrafında daha
ətraflı danışmaq
üçün bir neçə turizm mütəxəssisi ilə
görüşüb bu
haqda söhbət etdik. Mütəxəssislər ilk olaraq
bildirdilər ki, başqa sahələrdə olduğu
kimi turizm sahəsində də reklam əsasdır.
Reklamın turizmin əsas hərəkətverici qüvvələrindən
olduğunu deyən Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyasının təşkili
kafedrasının müəllimi
Qəhrəman Yusupov bildirdi ki, dünyada turizm təşkilatları gəlirlərinin
8-10%-ni reklama xərcləyirlər:”
Xərcləyirlər ki,
yalnız yay mövsümündə deyil,
həm də soyuq aylarda da
mənfəətlə işləsinlər. Soyuq aylarda işçilərini
maaşla təmin etmək üçün,
təcrübəli işçiləri
işdən kənarda
qoymamaq üçün
güclü marketinq tədqiqatları aparılmalıdır.
Marketinqin tərkib hissəsi
olan reklamın hansı şəkildə
verilməsini formalaşdırmaq
gərəkdir ki, potensial müştərilər
məhz bu turizm şirkətinin qapısını açsınlar”.
Amma o hesab edir ki, Azərbaycanda güclü reklam olmasa da işləmək
olar. Səbəbi istirahət komplekslərinin sayının
az olması, tələbatın təklifi
üstələməsidir:
”Lakin bu, yay aylarına aiddir. Əksər turizm kompleksləri
istər Abşeron yarımadasında, Quba-Xaçmaz
və ya Cənub zonasında boş qalırlar”.
Azərbaycanın turizm potensialının
reklamına, gəlincə,
Bakıda hər il beynəlxalq turizm sərgisi keçirilir. Q.Yusupov qeyd etdi ki, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə yerli turizm şirkətləri, istirahət
kompleksləri bir çox xarici turizm sərgilərində
iştirak edirlər:”
Amma görünür
ki, bu da
azdır. Turistlərə göstərilən xidmət səviyyəsi yüksəlməli, özü
də nəinki xarici turistlərə, eyni zamanda öz
vətəndaşlarımıza da göstərilən xidmət səviyyəsi verilən pula uyğun olmalıdır. Xidmət növləri
də artmalıdır.
Xidmət yalnız yerləşdirməkdən,
qidalanmadan və ekskursiyalardan ibarət deyildir. Atla gəzinti, çadırda
gecələmə, kənd
evində yerləşdirmə,
yerli folklor ansamblının konsertinə
dəvət və s.”
Reklamsız və marketinq
tədqiqatı olmadan turizmin davamlı inkişaf edə bilməyəcəyini
deyən Azərbaycan Turizm İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin
rəhbəri Eldar Aslanov isə bildirdi ki, reklam biznesin və təbii ki, həm də
turizm biznesinin mühüm vasitəsidir:” Bu gün şirkətlər öz imkanlarını,
xidmətlərini insanlara
çatdırmalıdırlar. İnsanlar axtarmamalıdır ki, hara necə getsinlər. Onlara bu xidmətlər müxtəlif vasitələrlə təklif olunmalıdır. Bunu da reklam yolu ilə
etmək mümkündür”.
Bu gün ölkəmizdə turizm sektorunun yetərincə reklam olunmadığını qeyd
edən E.Aslanov qeyd etdi ki, bu
işdə nazirliyin, xüsusən xarici ölkələrdə və xarici telekanallarda müntəzəm
reklamlar yayımlanması
çox təqdirəlayiq
bir haldır: ”Amma ölkənin turizm reklam strategiyası,
ona xidmət edən sahəvi reklam vasitələri, müxtəlif veb resurslar, həmçinin ayrı-ayrı şirkətlərin reklamlarını
gömək o qədər
asan deyil.Amma mövsüm başlayan kimi, ictimai nailiyyətdə qardaş Türkiyə Respublikası Turizm və Tanıtma İdarəsinin
müntəzəm fəaliyyətini görmək olar. Bu işdə Türkiyə
təcrübəsindən faydalanmağımız
mümkündür. Ümid edirəm ki, yaxın gələcəkdə
biz ölkənin, ayrı-ayrı
bölgələrinin turizm
növlərinin sistemli
reklam kampaniyalarını görəcəyik”.
“Ən yaxşı reklam elə işin özüdür. Siz ola
bilər ki, çox uğurlu reklam etdiniz. Amma dediyiniz kimi olmasa, müştəri
məmnun dönməsə
bu əsil anti-reklam olmuş olacaqdır” söyləyən
ekspert bildirdi ki,
reklam ilk müştəriləri
və ya bir şəxsi ilk dəfə
cəlb etmək üçün
lazımdır:” Amma
bu gün dünyada elə hotellər vardır ki, onun 30 illik davamlı
gələn müştəriləri
vardır. Rusiya veb səhifələrində Türkiyədəki
hotellərin fanklubların
müştəri e -qrupları
var. Artıq
10 ildir bir hotelə gedən , orda müntəzəm görüşən fərqli ölkələrin
turistləri var.
Ona görə də ilk
və ən tutarlı reklam gözəl, kefiyyətli və sərfəli xidmətdir”.
E.Aslanov Azərbaycanda reklam üsulu kimi ictimai nəqliyyat,
şəhərin gur yerində bilbordlar, TV, radioda reklamların daha effektivli olduğunu dedi:” Əgər, biz xaricdən turist cəlb etməkdən bəhs ediriksə, onda daha çox internet texnologiyalarından istifadə
etməliyik. Məncə
artıq vaxtı çoxdan çatıb ki,
bizim turizm portalının Çin, ispan, ərəb, fars, fransız dilli versiyaları da olsun. Azərbaycanda
son dövrlər insanların
istirahət mədəniyyətində
ciddi dəyişikliklər
hiss olunur. Əgər əvvəllər
istirahət olaraq kəndə getmək,
baba -nənə ziyarəti , bağa köçmək
ev ya evdə oturub TV seyr etmək idisə, indi insanlar səyahət etmək istəyirlər. Bundan istifadə edərək
vətəndaşlarımıza gözəl xidmət təklif etməklə daxili turizmi xeyli inkişaf etdirmək olar. Bunun üçün isə
sadəcə imkanlardan
bəhs edən reklam çarxlarının
TV-də getməsi kifayət edə bilər. Azərbaycanda daha çox
yay turizmi geniş yayılıb.
Halbuki qış turizmi, bayramlarda turzim imkanları reklam olunmaldır”.
Turizm və Ekskursiyalar
Şurasının sədr
müavini Sabir Rəhimov da mətbuatda bu mövzu ilə
bağlı maraqlı məqamlara
toxunub. Qeyd edilib ki,
turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə aparılır:
dövlət səviyyəsində
(makrosəviyyə) və
kommersiya strukturları
(turfirma, mehmanxana, nəqliyyat müəssisələri
və s.) səviyyəsində
(mikrosəviyyə):” Turizmin reklamı kompleks yanaşma tələb edir. Bir çox ölkələr
reklam kampaniyasının
xüsusi mövzularını
işləyib hazırlayır.
Məsələn, Almaniya uzun
illərdir ki, öz ölkəsini romantik bir diyar
kimi reklam edir. İsveçrə
bir il
qış turizmi ölkəsi, növbəti
ildə göllər diyarı və s. kimi özünü reklam edir. Reklam fəaliyyətində məşhur
tarixi hadisə və faktlardan da istifadə olunur: şəhərlərin
ildönümləri, müxtəlif
tarixi, mədəni və siyasi hadisələr”.
S.Rəhimov qeyd edib
ki, kütləvi informasiya vasitələrini,
çap reklam nəşrlərini (broşür,
buklet, kataloq, plakat və s.) kino və videoreklam;
sərgi, birja, yarmarkaları və s. turizmin əsas reklam sahələri adlandırmaq olar:” Kütləvi
informasiya vasitələrində
turizm məhsulunun reklamı ən təsirli reklamdır. KİV-də reklamın
yerləşdirilməsi üçün
yerin seçimi çox önəmlidir.
Turizm sahəsində reklam-informasiya
işi iki istiqamətdə aparılır
(istehlakçılara və
turizm sənayesinin peşəkar işçilərinə
yönələn)”.
Reklam işinin səmərəliliyi, onun
keçirilmə vaxtının
düzgün seçilməsindən asılı
olduğu qeyd edilib:” Hamıya bəllidir ki, ən təsirli reklam vasitəsi, agentliklər tərəfindən
göstərilən stabil
xidmət keyfiyyəti
və onun müştərilərə qarşı
səmimi olmasıdır.
Agentlik vasitəsilə təşkil
olunmuş səyahətdən
razı qalan müştəri, çox
güman ki, agentliyin xidmətlərinə
yenidən müraciət
edəcək. Onu da qeyd edək ki, mətbuat səhifələrində vaxtaşırı
təkrarlanan çox
baha olmayan elanlar, birdəfəlik baha elanlardan daha çox fayda verə bilər. Reklam hazırlanarkən yerli ənənələr nəzərə
alınmalı, radio və
televiziya məlumatlarında
etik normalardan kənar səs və təsvirlər verilməməlidir”.
GÜNAY
Paritet.- 2010.- 5-6 avqust.- S. 10.