“Savalan” qrupu
Almaniyada çıxış edəcək
“Qrupumuzun yaranmasına 20 Yanvar, Qarabağ müharibəsi və digər tarixi faciələrimiz səbəb olub”
Bu gün sənət aləmində fəqli ad
və fərqli ampluada
çoxlu musiqi
qrupları fəaliyyət göstərir. Bu gün bizim haqqında danışacağımız qrup
isə musiqi aləmində öz dəst-xətti, repertuar seçimi və ifa tərzi ilə fərqlənən “Savalan” Mistik
Musiqi Qrupudur.
Musiqinin insanın ruhuna
təsir edən ən güclü vasitələrdən biri
olduğunu deyən “Savalan”
qrupunun rəhbəri, xanəndə Novruz Novruzlu bizimlə
söhbətində rəhbəri olduğu qrup və
ümumilikdə musiqi
ilə bağlı məsələlərdən danışdı.
- Qeyd edim ki,
“Savalan” qrupu siyasətə qarışmır. Ancaq bizdə bu millətin övladıyıq, bu torpaqda doğulmuşuq və bu
torpağa da borcluyuq. Savalan
dağı o
tay,
bu tayı
rəmz edən simvoldur. Savalan
dağında
mistik bir fikirlərdə gizlənir. Biz əsas
bu dağın ucalıq, saflıq, birlik və təmizliyini götürərək qrupumuza “Savalan”
adı vermişik. “Savalan” qrupu 2000-ci ildən yaranıb, ancaq biz
2002-ci ildən fəaliyyətə başlamışıq.
-Hansı zərurətdən irəli gələrək bu
qrupu yaratdınız?
-Bu qrupun yaranma təşəbbüskarı
İsaq Ozanoğludur. O zaman “Savalan”
qrupunda biz yox idik və qrupun
üzvləri 10 nəfər
idi. Qrupun
dağılmasına az qalmış Fəxrəddin
Salim, Həlimət Sultan gəldi. Və biz hazırda ABŞ -da yaşayan
həmyerlimiz istedadlı musiqiçi
Cavad İsmayılla birgə
qrupu dağılmağa qoymadıq.
Bu qrupu yaratmaqla hərdən özümüz özümüzə dönməklə,
öz ruhumuzla, daxilimizdə bir
rahatlıq tapmaq üçün zikr edirik. Bu
qrupu yaradanda bundan başqa heç bir şey düşünməmişdik. Həmişə insanlar tərəfindən
mənə belə bir sual verilirdi ki, siz
bu proqramla şou aləmində nə edə bilərsiniz?
Mən onlara hər zaman bu cavabı verirdim ki, bu
qrupu yaratmaqla biz öz daxili aləmimizi musiqi dili ilə ifadə
edirik. Başqa nələrsə etmək məqsədimiz
olmayıb. Muğam
Teatrında məşq edən zaman mətbuat bizimlə
maraqlandı və müxtəlif mətbu orqanlarda haqqımızda yazılar dərc
edildi və telekanallara dəvət aldıq. Nadir Axundov ifamızı bir saat dinlədikdən sonra, bizi
“Speys” televiziyasında yayımlanan verilişlərdən
birinə dəvət etdi. Onu da xüsusi olaraq qeyd edim ki, qrupumuzun telekanala
ilk dəfə qədəm
basması Nadir müəllimin dəstəyi ilə başlayıb. Bundan sonra isə başqa
telekanallarda yayımlanan verilişlərə dəvət
aldıq. “Savalan” qrupunun yaranmasına 20 Yanvar,
Qarabağ müharibəsi və digər tarixi faciələrimiz
səbəb olub. Bu faciələrdə
bizim çoxsaylı həmyerlilərimiz və
dostlarımız dünyasını dəyişdi.
-Bu gün hansısa telekanallardan dəvət
alırsınızmı?
-Əvvəla onu qeyd edim ki, qrupumuzun dəfələrlə
Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük
TV-də və həmçinin - AzTV, “Speys”, ANS, Lider, İTV
kanallarında yayımlanan verilişlərdə
tamaşaçılarda böyük rəğbət
doğuran maraqlı çıxışları olub. AzTV tərəfindən
çəkilmiş “Seyid Nigari”, “Yunus Əmrə”, “Nəimi”,
“Təbriz” televiziya filmlərində də musiqi parçalarını biz ifa etmişik.
Eyni zamanda qrupumuz 2009-cu ildə “Gün Az” TV-nin təklifi
ilə ABŞ-ın Çikaqo şəhərinə dəvət
olunub. Orda “Gün Az” TV-nın 4
illiyi ilə əlaqədər olaraq bir neçə konsert
proqramı ilə çıxış etdik.Bu gün müəyyən
telekanallarda və radiolarda lent yazılarımız səslənir
və qonaq qismində dəvət olunuruq.
-Qrupunuzun üzvləri barədə nə
deyə bilərsiniz?
-Hazırda “Savalan” qrupunun üzvləri mən, Həlimət
Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim
(Baxşəliyev) (saz və ud), Cavad İsmayıl (ney) və
İffət Əsgərovdur (kamança).
-Sizi digər qruplardan fərqləndirən
əsas xüsusiyyət nədir?
-Deyilənlərə görə, “Savalan “ qrupu mövzusu və repertuarı ilə digər
qruplardan fərqlənir. 2007-ci ildə
keçirilən Mövlanə günlərində Azərbaycandan
yeganə qrup olaraq biz iştirak etdik. Bu gün
tamaşaçı kütləsi musiqiyə qarşı
ayıq deyil, bu səbəbdən şou aləmində fəaliyyət göstərən
musiqiçilər çoxluğun istəyini nəzərə alır, buna
uyğun da repertuarını seçir və biznes edir. Ancaq sənət
başqa bir aləmdir. Yəni sənətdə
xəyanət və təmənna yoxdur.Şou aləmində
isə biznes üstünlük təşkil edir. Bizim qrup ruh
üstündə yaranıb.
-Fikrimcə sizin öz tamaşaçı auditoriyanız var,
razısınızmı tamaşaçılarınızdan?
- Bu gün
Azərbaycanda səs-küy, ritm, şou aləmi insanları
çox yorub. Hər hansı bir auditoriyada sakit bir proqramla çıxış edən
də görürsən ki, Bu
da onu göstərir ki, bu gün insanların daxilində ciddi musiqiyə və sənətə
ehtiyac var. Sadəcə olaraq
ciddi musiqi təqdim edərək
tamaşaçıların zövqünü düzgün istiqamətə
yönəltmək lazımdır və bizdə bunun
üçün çalışırıq.
-Solo konsertiniz olubmu?
- Yox, hələ ki, solo konsertimiz
olmayıb. Amma bir neçə gün əvvəl həm qrupun on illiyi və həm də mənim 50 illik yubileyim münasibəti ilə
“İncəsənət bağı” restoranında təntənəli
mərasim keçirildi və bu
solo konsert kimi oldu. Belə deyərdim ki, qısa
bir zamanda hazırladığımız bu konsertimiz ekspromt
idi. Bu məclisdə
çox dəyərli sənətçilərimiz Flora Kərimova,
Şeyx Əbdül, Rüstəm Behrudi, Sərdar Fərəcov,
Tahir Əmiraslanov və başqa bir sıra dəyərli
qonaqlar iştirak edirdilər.
Konsertimizdə ənənəvi repertuarımızla
yanaşı, institut illərində ifa etdiyim italyan
repertuarından da nümunələr tamaşaçılar
üçün ifa etdim. Tədbirə
gələn auditoriya tərəfindən mərasim bəyənildi. Sözügedən konsertdən sonra bizdə belə
bir fikir formalaşıb ki, bir- iki aya solo konsert proqramı ilə
çıxış edək.
-Nə səbəbə bu günə qədər
sizin diskiniz işıq üzü görməyib?
- Bu gün bizim diskimizin çıxmasına
böyük ehtiyac var.Lakin diskin
işıq üzü görməməsi maddi çətinliklə
bağlıdır. Maddi imkanlarımız geniş olsaydı biz çoxdan CD
hazırlayardıq. Amma “Savalan” hələ
də disk çıxartmaq niyyətində deyil. Çalışırıq ki, ancaq sənət
göstərək. Buna görə də
disk çıxartmaq üçün vəsait yoxdur. Xaricilər bizdən
tez-tez CD disk istəyirlər. Amma hələki bu məsələ
qalıb.
-Repertuarınızda əsas
üstünlük hansı musiqilərə verilir?
-Qrupun repertuarında əsasən ilahilər,
türkülər və bədii-musiqili kompozisiyalar
üstünlük təşkil edir.
-İnternet
saytınız nə vaxtdan yaranıb?
- Türk Hərəkatı İctimai
Birliyinin “Türk mədəniyyətinin təbliği” layihəsi
çərçivəsində ötən ilin mart ayından
“Savalan”-ın yeni internet saytı(www. savalan.us) istifadəyə
verildi. www. savalan.us saytı 4 dildə - Azərbaycan,
ortaq türkçə, rus və ingilis dilində
hazırlanıb. Bu saytda bizim qrup haqqında maraqlı
məlumatlar, qrupun aldığı mükafatlar, fotolar, qrupun
ifasında mahnılar və videolar yerləşdirilib. Eyni
zamanda saytda
qrupumuz haqqında mətbuatda yer alan yazılar, eləcə
də yeniliklər toplanıb. Saytımız bizimlə tamaşaçılar
arasında daha sıx əlaqənin yaranmasına səbəb
olur. Hər gün biz dünyanın hər yerindən və
ölkə daxilindən tamaşaçılardan beş və daha çox məktub
alırıq.
Saytın hazırkı fəaliyyəti mənim
üçün qaneedicidir o səbəbdən ki, qrupumuz
haqqında bütün informasiyalar saytda yer alıb.Bundan sonra
da qrup haqqında ən son yeniliklər saytda yerləşdiriləcək,
genişləndiriləcək və daima nəzarət altında
saxlanılacaq.
-Bildiyimizə görə, sizin “Yuğ”
teatrı ilə ımıkdaşlığınız da olub.
-”Savalan” qrupunun ən maraqlı işlərindən
biri Dövlət “Yuğ”
Teatrının kollektivi və baş rejissoru Vaqif
İbrahimoğlu ilə birlikdə hazırladığı
teatr tamaşalarıdır. Bunlardan biri Qalib Məmmədov və
Fəxrəddin Salimin yaradıcılığından ibarət
hazırlanmış “Üz tuturam Tanrıya” və ikincisi,
böyük Yunis Əmrə dünyasını əhatə
edən “Olsun” meditasion-ruhani
tamaşası olub. Hazırladığımız bu komozisiyalar sahəsində
çox gözəl bir məclis alındı. Tamaşamız uzun müddət “Yuğ” Teatrının səhnəsində göstərildi. Teatrların bir
çoxunda ixtisar getdi, o cümlədən “Yuğ” teatrında da. Bu səbəbdən
də sözügedən teatrda fəaliyyətimizi
dayandırdıq. Ancaq bu gün Vaqif
İbrahimoğlu ilə münasibətlərimiz var və bir
neçə layihəmizi onunla birgə həyata keçirəcəyik.
Bir dəfə mərhum,
görkəmli sənətkarımız Hüseynağa
Atakişiyev Dövlət Gənclər
Teatrının rəhbəri
İmam Hüseynin həyatı ilə bağlı səhnələşdirdiyi
“Kərbəladan doğan Günəş” tamaşasını səhnələşdirəndə
bizi də dəvət etdi. Həmin
tamaşanın
musiqilərini ifa
etdik.
-Xarici ölkələrdə konsertləriniz
olubmu?
- Bəli,
qrupumuz dəfələrlə xarici səfərlərdə, o
cümlədən Hollandiyanın Haaqa şəhərində
DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə
dəfə Türkiyənin Konya şəhərində Mövlana Cəlaləddin Rumini
anma törənlərində uğurla iştirak edib. Eyni zamanda Pakistanda (2007-ci ilin mayında) keçirilən
“Dünya Mistik-Sufi Musiqi festivalı”nda iştirak edərək
mükafata layiq görülmüşük, Pakistan Mədəniyyət
Nazirliyinin və festivalın
xüsusi diplomu ilə təltif olunmuşuq.
Bizi Amerikaya “Günaz” TV-nin rəhbəri Əhməd
bəy Obalı dəvət
edib. Bir neçə dəfə televiziyada
canlı konsertlərimiz olub. Belə
çıxışların məqsədi türk
dünyasını bir araya gətirməyə hesablanıb.
Amerika səfərində “Savalan”-ı Fəxrəddin bəy,
Üffan bəy, Aydın bəy, Ağakərim bəy, Həlimət
xanımla yanaşı, vaxtiylə bu qrupda
çalışmış ney
ifaçısı, hazırda ABŞ-da yaşayan Cavad bəy
təmsil ediblər.
Ölkə daxilində də qrupumuz zəngin
fəaliyyəti var. Biz müxtəlif konsert və tədbirlərdə,
maraqlı televiziya çıxışlarıyla cürbəcür
proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif
olunduğumuz “Xəzər Dəmir Donanması”nın şəxsi
heyəti üçün
verdiyimiz solo konsertdə, həmçinin Xəzər
Universitetinin çoxsaylı tədbirlərində
çıxışlar etmişik.
30 sentyabr 2009-cu ildə Slavyan Universitetində
və 2009-cu il 2 oktyabr tarixində
Kapellhausda “Dədə-Qorqud”a həsr olunmuş tədbirlərdə
Almaniyadan gəlmiş musiqi qrupu ilə birlikdə konsert
çıxışları olub.
Bir maraqlı
faktı sizə xatırlatmaq istərdim, Bakıda konsertlərimizin
birində tamaşaçı qismində iştirak edən
İgiltərənin ölkəmizdəki səfirinin xanımı ifamızdan sonra kövrəldi və
bildirdi ki, bu ifada söz anlamağa ehtiyac yoxdur. O dedi ki, musiqini dinlədikdə daxilim
o qədər saflaşdı ki, uşaqlığım
yadıma düşdü.
Amerikaya və bundan
başqa bu ilin oktyabr ayı
üçün Almaniya dəvət almışıq qismət
olsa orda çıxış edəcəyik.
-Bəs toylara necə, gedirsinizmi?
- Toylara getmirik, ancaq dostlarımdan biri mənə
dedi ki, toyda çox geniş tamaşaçı auditoriyası
toplanır. Bunun üçün də toyda
bizim qrupun iştirakının vacib olduğunu bildirdi. O səbəbdən ki, bu gün
şou və yüngül musiqiyə
daha çox meyl göstərən insanların
zövqünü yeniləmək olar. Hərdən
toylara dəvət alırıq. O toy məclislərinə
gedirik ki, orda bizi
duyurlar və qiymət verirlər.
-Yeni layihələriniz barədə nə
deyə bilərsiniz?
-Bir sıra yeni layihələr üzərində
işləyirik. Eyni zamanda bir neçə filmin musiqisi üzərində
çalışırıq.
Günay
Paritet.- 2010.- 19-20 avqust.- S. 12.