Rejissor hər cür filmi çəkməyi, hər cür mövzunu işləməyi bacarmalıdır

 

Samir Kərimoğlu: ”İndi birinci növbədə öz tamaşaçımız üçün film çəkmək lazımdır

 

 Gənc istedadlı rejissor Samir Kərimoğlunun kinoya vəsiqəsiSirat körpüsükommersiya filmi ilə oldu. Film tamaşaçı sevgisini qazanmaqla yanaşı peşəkarlar tərəfindən rəğbətlə qarşılandı. Mədəniyyət Turizm Nazirliyinin gənclərə ünvanladığı  Bu meydan, bu ekranmüsabiqəsi çərçivəsində çəkdiyiQanadlarıma sığal çək  qısametrajlı  filmin uğuru ona bəslənən ümidləri doğrultdu. Ardınca ilk böyük layihə - “Niyyəttammetrajlı bədii filmi gəldi dövlətdən ilk tammetrajlı film layihəsi alan gənc rejissor oldu. Sözügedən ekran əsəriİlin filminominasiyasında Mədəniyyət Turizm Nazirliyinin təsis etdiyi  Zirvəmükafatına layiq görüldü. bu yaxınlardaNiyyət” in daha bir xoş xəbərini eşitdik.   Tatarıstan Respublikasının paytaxtı Kazanda VI “Qızıl minbərkinofestivalında film “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görənominasiyasında xüsusi mükafatla təltif edilib.  Mükafatın maraqlı tərəfi onun festivaldan əvvəl verilməsidir. Azərbaycan kinosunun uğuru olan bu mühüm hadisədən əsas götürərək rejissor Samir Kərimoğluyla həmsöhbət olduq.

 

Avropa festivallarıNiyyət”i qəbul etməyiblər

 

-Sizi   təbrik edirik. Filminiz  həm seçmə turu keçdi, həm mükafat qazandı. Gözləyirdinizmi?

- Təşəkkür edirəm.  Əslində mən özüm gözləmirdim. İyul ayında filmi festivala göndərdik sonraQızıl minbər” in təşkilat komitəsinin sədri Zaudi Mamuqrovdan məktub aldıq. Təşkilatçılar filmi bu mükafatla festival müddətində təltif edə bilərdilər amma məktubdan da göründüyü kimiNiyyətonlara çox xoş təsir bağışlayıb. Festivalın təşkilat komitəsi mükafatın əvvəlcədən açıqlamasına qərar veriblər. Buna görə festivalın rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

-Festivalda özünüz iştirak edəcəksinizmi?

- Çalışacağam ki, iştirak edim festivalda. Çünki filmi festivala göndərməklə bitmir.

-Filminiz  bundan öncə Özbəkistanda keçirilən Azərbaycan kino həftəsində  QazaxıstandaŞaken ulduzlarıfestivalında göstərildi. Film  xarici auditoriya tərəfindən  necə qarşıladı?

- Özbəkistanda keçirilən Azərbaycan kino həftəsində filmin 2 böyük şəhərdə- Daşkənd Səmərqəndə-premyerası oldu. İkisi   çox böyük rezonans doğurdu. Şaken ulduzlarıfestivalında isə film bağlanışda göstərildi tamaşaçı 1 saat ərzində məni zaldan buraxmadı. Ən maraqlısı isə tamaşaçıların arasında başqa millətə dinə məxsus olan insanlardan xoş sözlər eşitməyim idi. Bir gənc qız mənə yaxınlaşaraq dedi ki, “mən neçə vaxt idi ki, özümü tapa bilmirdim, amma bu film mənə kömək oldu, çox sağ olun”.

-Bu gün film çəkmək imkanı əldə edən əksər rejissorlar festivallar üçün film çəkirlər. Sizcə, bu dərəcədə doğrudur?

-  Mən heç kimin şəxsi işinə qarışmaq istəmirəm necə ki, mənim işimə qarışanda xoşlamıram. Festivallar artıq siyasi rəng alıb, buna görə bəzi Avropa festivallarıNiyyət”iİslamı təbliğ edirbəhanəsi ilə qəbul etmədilər.  Amma mənim qarşıma qoyduğum məqsəd Azərbaycan tamaşaçısı üçün film çəkmək idi bizim tamaşaçılar da filmdən razı qaldılar. Gələn dəfə Avropa festivalları üçün film çəkərəm, onlar da məmnun qalar.

-Amma sıravi Azərbaycan tamaşaçısı yeni çəkilən filmlərimizə baxa bilmir.

- Bir-iki  ilə filmlərimizin nümayiş olunacağı kinoteatrlar olacaq. Onda tamaşaçı filmlərimizə baxa biləcək. Kinomuzun sıfırdan başladığı məqamda festival sabahın, o biri günün işidir. İndi birinci növbədə öz tamaşaçımız  üçün film çəkmək lazımdır.

 

Artıq qorxudan keçib

 

-”Niyyətdən sonra çox dəyişik maraqlı işə imza atmağa çalışırsınız.  Onun ürəyiadlı nağıl-müzıklın istehsalına başlamısınız. Ssenarini çoxdan yazmışdınız?

- İdeya bəstəkar Vüqar Camalzadədən gəldi. Mən ssenarini yazdım nazirliyə təqdim elədik. Bəyəndilər filmin istehsalına razılıq verdilər.   

 Çəkilişlərə iyun ayında başladıq. Filmin bəzi çəkilişlərini İsmayıllı Naxçıvanda apardıq. Artıq filmin musiqiləri hazırdır paralel olaraq digər işlər gedir. Premyeranı yanvar ayına planlaşdırırıq.

-Filmdə 3D qrafikasından da istifadə olunacaq. Bu sahə bizdə hələ yeni- yeni yaranır. Bu risk sizi qorxutmur ki?

- Artıq qorxudan keçib. Çünki filmin yarısını başa vurmuşuq yetərincə uğurlu da alınıb. Qeyd etmək istərdim ki, filmin qrafikasını öhdəsinə götürən Tural Səfərov öz işini kifayət qədər professional şəkildə  yerinə yetirir.

-Filmləriniz biri-birinə heç  bənzəmir. Janr müxtəlifliyi, mövzuya yanaşma,  rejissor yozumu hər dəfə fərqli Samir Kərimoğlunu bizə tanıdır. Bu yaradıcı axtarışdır, yoxsa hesab edirsiniz ki, rejissor kimi bütün janrlarda, bütün mövzularda işləməyi bacarmalısınız?

- Rejissor hər cür filmi çəkməyi, hər cür mövzunu işləməyi bacarmalıdır. Onun hər çəkdiyi təzə film o birilərindən çətin olmalıdır. Bu iki qat həyəcan zövq verir. Hər qədər müxtəlif olsa da filmlərimdə  məqsəd dəyişməzdi.  Tamaşaçı filmi hiss etməlidir, film tamaşaçını tərpətməlidir.

 

Prodüser kinosuna ümid var

 

-Dediniz ki, nazirliyə müraciət etmisiniz. Amma bu cür layihələrə özünüz maddi dəstək tapa bilərdinizmi?

- Filmə maddi dəstək tapmaq rejissorun işi deyil, mənim işim film çəkməkdir. İnşəallah, prodüserlər yetişər sizin dediyiniz məsələyə professional yanaşma olar.

-Bir müddət əvvəl prodüser kinosunun yaranmasına çox böyük ümid vardı. Amma dövlət prodüser mərkəzləri ilə birliyinə başlayandan sanki bu sahədə geriləmə baş verdi. Bütün prodüser mərkəzləri dövlətə arxayın olub, öz əsas vəzifəsini unutdular. Niyə bizdə prodüser kinosu yarana bilmir?

- Bəziləri film çəkməyin ciddiyyətini, ağırlığını dərk etmədən işə başlamaq istəyir başlayandan sonra bu ağırlığın altında qalır, amma get-gedə bir neçə prodüser mərkəzi öz məhsulları ilə yaxşı filmlərə  imza atıb, bu da o deməkdir ki, ümid var.

 

Zəif olsaydım, heç kəs belə danışmazdı

 

-Samir Kərimoğlu kino ictimaiyyətinə qatılanda çoxları etiraz səsini ucaltdı. Bu etiraz hələ davam edir. Sizcə, buna səbəb nədir?

- Məncə, buna ancaq bir səbəb var. Onlar məni özlərinə rəqib görürlər. Yəni mən zəif olsaydım,heç kəs belə danışmazdı. Hərçənd ki, danışmaqlarından ancaq özlərinə ziyan gəlir. Səmimi deyirəm, əvvəl belə söz-söhbətlərdən hirslənirdim amma artıq onlara əhəmiyyət vermirəm. Mən öz işimlə məşğulam. Necə deyərlər, karvan keçməlidirsə keçər, keçə bilməsə, demək qismət deyil.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 26-27 avqust.- S. 12.