Rayonlara
turist
axını artıb
Atçılıq, dağ və sağlamlıq turizminin inkişafı üçün yeni proqramlar həyata keçirilir
Turizm sektorunun
rayonlarda inkişafı ölkəmizə
axın edən turistlərin sayının artmasına da təsirini göstərir.
Bu gün turizm sahəsinin inkişaf etdiyi rayonlardan biri də Oğuzdur.
Oğuz rayonunun gözəl təbiəti, iqlimi turizm üçün əlverişli şərait
yaradır. Ölkə
başçısının Oğuza səfəri zamanı bölgədə
turizmin inkişafı
ilə bağlı verdiyi tövsiyələr
yerli iş adamlarının, sahibkarların
bu sahəyə marağını daha da artırıb. Rayon İcra Hakimiyyətindən
mətbuata verilən xəbərə görə, Oğuz
şəhərinin girişində
smeta dəyəri 8 milyon manat təşkil
edəcək 90 çarpayılıq
yeni sağlamlıq mərkəzinin tikintisi nəzərdə tutulur. Tikintinin aparılması üçün
artıq ilkin hazırlıq işləri
başa çatdırılıb.
Mərkəzin tikintisinə bu
ilin sentyabrında başlanacaq.
Bundan əlavə, hazırda Oğuz şəhərində,
habelə rayonun Calud və Xalxal
kəndləri ərazisində
yeni turizm obyektlərinin tikintisi davam etdirilir. Bu obyektlərin tikintisinə
ümumilikdə 15 milyon
manata yaxın sərmayə qoyulması nəzərdə tutulur.
Eyni zamanda, “Qoşabulaq” adlanan ərazidə 2007-ci ildə
tikintisinə başlanılan
və smeta dəyəri 2 milyon manat olan yeni
turizm obyektinin, habelə “Azərbaycan-60” adlanan
ərazidə smeta dəyəri 6 milyon manat olan ala balıqların bəslənmə
mərkəzinin tikintisi
də davam etdirilir. Mərkəzdə həm də
turizm obyektləri fəaliyyət göstərəcək.
Dağlar qoynunda yerləşən,
zəngin təbiətə,
fauna və floraya malik olan Yardımlı
rayonunda da turizmin inkişafı üçün əlverişli
şərait var. Sözügedən
rayonun turizm idarəsindən verilən
məlumata görə orada dövlət qeydiyyatından keçmiş
92 ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət
abidəsi yerləşir:”
Gələn qonaqları
bu abidələrlə
tanış etmək üçün 4 turizm marşrutu fəaliyyət
göstərir. Masallı-Yardımlı magistral yolunun 25-ci kilometrində 50 metr hündürlükdən tökülən
“Təkdam” şəlaləsi
turistləri daha çox cəlb edir. Hər gün buraya
gələn yüzlərlə
turist ətrafdakı əsrarəngiz gözəlliyin
seyrinə dalır, kotteclərdə istirahət
edirlər. “Deman”
ailəvi istirahət mərkəzi də turizm obyektlərindəndir.
Yardımlıda dağ turizminə
üstünlük verənlər
də az deyil”.
Qeyd edək ki, 2009-cu ildə rayonun turizm obyektlərində 2000-ə yaxın
qonaq istirahət edib: “ Bu il
turistlərin sayının
daha da artacağı
gözlənilir. Rayonun
Ostayır, Arus, Şəfəq kəndlərinin
yaxınlığında və
Masallı-Yardımlı magistral
yolu boyunca yeni turizm və
istirahət mərkəzlərinin
tikintisi nəzərdə
tutulub”.
Masallı Rayon Mədəniyyət
və Turizm Şöbəsindən aldığımız
məlumata görə,
rayonda hazırda 26 turist obyekti mövcuddur:” Bu obyektlərdə
1400 yerləşdirmə yeri
var. Bunlardan 21-i Mədəniyyət
və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir.
2009-cu ildə rayona 9874 turist gəlib ki, bunlardan da 367 nəfəri xaricilərdir.
Bu ilin ilk altı
ayında isə Masallıya 6300 turist gəlib ki, bunlardan da 145 nəfəri xarici ölkə vətəndaşlarıdır”.
Məlumat üçün
bildirək ki, rayondakı
İstisu sanatoriyasının
yaxınlığında yerləşən
“Dəstvənd” ən
çox turist qəbul edən hotellərdəndir:”Buranın
bütün otaqları
Avropa üslubunda təmir edilib. Hoteldə konfrans-zal, restoran və bar, sauna, süni göldə qayıqsürmə və
hovuz, mini zoopark, 5 yeni müasir kottec, müasir standartlara cavab verən sadə idman qurğuları var. “Dəstvənd” istirahət
mərkəzində ölkəmizdə
fəaliyyət göstərən
səfirliklərin əməkdaşları,
habelə İrandan, Türkiyədən istirahət
etmək üçün
gəlirlər. “Viləşçay” su dəryaçasına qayıqla
səyahət, atçılıq,
üzgüçülük və digər idman növləri ilə məşğul olmaq üçün şərait var”.
Ölkəmizin əlverişli təbii şəraiti, geniş turizm potensialı olan bölgələrindən birin
də Qazax rayonu olduğunu deyən Qazax Rayon Mədəniyyət
və Turizm Şöbəsində Baş
abidə mühafizi Nofəl Qurbanov bildirdi ki, Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramına müvafiq olaraq rayonumuzda turizmin bir neçə
növünün inkişafı
üçün imkanlar
var.
Onun sözlərinə görə, rayon mərkəzində
ən müasir standartlara cavab verən Olimpiya İdman Kompleksi və İdman Sağlamlıq Mərkəzi
fəaliyyət göstərir:”
Bu obyektlərdə zəruri
yerləşdirmə infrastrukturunun
da mövcudluğu idman turizminin inkişafına mühüm
zəmin yaradır.
Rayonun ərazisində olan çoxlu sayda bulaqların, üç dəryaçanın,
bir neçə mövsümi və üç daimi axan çayların, 4 min hektara yaxın meşə fondunun mənfi təsirlərə
məruz qalmaması və su hövzələrinin
çirklənməməsi üçün ekoturizmin
inkişaf etdirilməsi
çox vacibdir”.
“ Rayonumuzda inkişaf
etdirilməsi nəzərdə
tutulan turizm növlərindən biri də atüstü turizmdir. İnsan sağlamlığı üçün
çox xeyirli olan atla gəzinti
rayonumuz üçün
olduqca xarakterikdir” deyən N. Qurbanov qeyd etdi ki, rayonda
1948-1958-ci illərdə Atçılıq
Texnikumu, 1987-1993-cü illərdə
isə “At İdman Məktəbi” fəaliyyət
göstərib:”
Bu sahənin inkişaf
etdirilməsi üçün
lazımi resurslara malik olan bölgədə
atçılıq turizm
mərkəzinin yaradılması
da nəzərdə tutulub. Mərkəzin yerləşəcəyi məkanı
və atlı
səyyahın hərəkət
edəcəyi marşrutun
xəritəsini də
hazırlamışıq. Təklif
etdiyimiz marşrut ekzotik görüntülü
Ağstafaçay dəryaçasının
ətrafında yerləşən
Cəfərli kəndindən
başlamaqla 11 memarlıq,
8 arxeoloji, 4 bulaq, 3 təbiət abidəsi və təbiətin bir sıra mənzərəli
guşələrini əhatə
edir”.
G.ƏSƏDOVA
Paritet.-2010.-28-30 avqust.- S.10.