“Nur-xəzinəsi-19” adlı Qurani-Kərim sərgisi keçirilib

 

Sərgidə Şuşa məscidindən gətirilmiş Qurani-Kərimlər nümayiş olunub

 

 Azərbaycanda son illər dini tolerantlıq   mühitinin  formaşdığını   bu istiqamətdə  müəyyən  məqsədyönlü layihələrin icrasını görürük. Belə ki, müxtəlif dinlərə yanaşma, etnik azlıqlara məxsus  olan  abidələrin bərpası,  ölkəmizdə keçirilən beynəlxalq, yerli dini konfranslar, dini sərgilər Azərbaycanda   tolerant mühitin olduğunu əyani olaraq göstərir. Bu günlərdəŞəmsQadın Birliyinin təşəbbüsü ilə  Şirvanşahlar Sarayı Kompleksi  Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinin məscidindəNur xəzinəsi-19” adlı Qurani-Kərim sərgisi keçirilib.

Birliyin sədri Hacı Şəfəq Abdullayeva sərgi barədə söhbətə  Qarabağ müharibəsi zamanı əldə etdiyi Quranlar haqqında danışmağa başladı: ”Şuşadan olduğum üçün Qarabağa  tez-tez gedirdim. O vaxt Qarabağdan, Şuşadan bəzi Quranları, eyni zamanda yanmış, cırılmış Quranları, ayələri gətirdim.  İşğal altında olan Şuşa şəhərində yerləşənGövhərağaməscidinin içərisindən son anda çıxardığım Qurani-Kərim nümunələrini sərgilədim. Gövhərağaməscidində olan Qurani-Kərimləri şəxsən özüm götürmüşəm. Mən Şuşa işğal olunmamışdan bir neçə gün əvvəl qadınlar cəmiyyəti ilə birgə orda idim. Ermənilərin şəhərə hücum planlarının olduğunu eşidəndə dərhalGövhərağaməscidinə yollandım. qədər mənim üçün ağır olsa da, məscidin ermənilər tərəfindən işğal olunacağı reallığı məni həddindən artıq məyus edirdi. Həmin anları sözlə ifadə edə bilmirəm. Həmin anda edəcəyimi bilmirdim. Bircə onu fikirləşdim ki, mən edə bilərəm? Məscidin içərisinə göz gəzdirirdim. Ürək yanğısıyla məscidə tamaşa edəndə gözüm Allahın kitabı Qurani-Kərimə sataşdı. Dərhal mübarək kitabı başqa dini kitabları oradan götürdüm. Elə həmin vaxtdan oradan götürdüyüm Qurani-Kərimləri digər dini kitabları özümdə saxlayıram.Bir gün düşündüm ki, bu zəngin Quran xəzinəmizi sərgidə nümayiş etdirmək vacibdir. Bizdə olan Quranlarla yanaşı, cəmiyyətimizin üzvləri olan  hacı xanımlar da evlərindəki qədim müasir Quranları  gətirdilər.  Beləliklə, ilk dəfə  Nizami adına Ədəbiyyat Muzeyinin böyük zalında 300-ə yaxın Quran, İslam tarixi başqa dini kitablar nümayiş olundu. İlk sərgimizə gələnlər arasında da bizə Quran kitabları verdilər. Qeyd edim ki, hazırda xeyli sayda Quranlarımız var, dəqiq sayını bilmirəm. Biz bu müqəddəs kitabları daima nümayişə çıxarırıq”.

Artıq 19-cu dəfədir ki, Quranla bağlı  sərgi keçirdiklərini deyən Şəfəq xanım bildirdi ki, sərgilərin təşkilində çətinlikləri olur: “Çünki bu sərgilər Quranla əlaqəli olduğundan, hər yerdə təşkil etmək olmaz. Gərək Qurana layiq bir yer olsun.  Bütün çətinliklərə baxmayaraq,  Nizami adına Ədəbiyyat Muzeyində,  Tarix İncəsənət Muzeylərində, Şirvanşahlar sarayında,  ayrı-ayrı məktəblərdə, müxtəlif rayonlarda sərgilərimizi təşkil etmişik. Bu dəfə Nur xəzinəsi-19” adlı sərgini Şirvanşahlar sarayındakı məsciddə təşkil etdik. Bu, Şirvanşahlar sarayında keçirilən sayca altıncı Qurani-Kərim sərgimizdir. Sərginin keçirildiyi yer kifayət qədər böyük olmadığından bəzi Qurani-Kərim nümunələrini burda sərgiləyə bilmədik. Orda sərgilənən əksər Qurani-Kərim nümunələri birliyin üzvlərinin öz şəxsi kolleksiyalarından idi. Bəzi Qurani-Kərim nümunələri isə sərgiyə gələn ziyarətçilər tərəfindən sərgilərdə nümayiş olunmaq üçün birliyimizə hədiyyə edilib. Sərgidə dünyanın müxtəlif ölkələrində çap olunmuş Qurani-Kərim nümunələri nümayiş olunur.  70 il Azərbaycanın  sovet rejimində olmasına baxmayaraq, bu gün ölkəmizdə dini tolerantlıq yüksəkdir. Elə bunun nəticəsidir ki, artıq 19-cu ildir ki, fondumuzda toplanan  Quran kitablarını sərgiyə çıxarırıq geniş ictimaiyyətə təqdim edirik”.

Birlik sədri  bildirdi ki,   cəmiyyətin əyalətlərdəki  üzvləri daimi olaraq onlarla sıx əməkdaşlıq edir, sərginin təşkilinə dəstək verirlər:” Eyni zamanda bizə  xeyli sayda qədim müasir Quranlar təqdim edirlər.  Naxçıvan Lənkərandan olan üzvlərimizdə bizə bir sıra Quranlar hədiyyə ediblər.Ənənəvi olaraq keçirdiklərimiz sərgilərdə Quranlar dini kitablar eyni sayda nümayiş olunmur.  Yəni, hər sərgidə məkandan asılı olaraq  say fərqi müxtəlifliyi olur”.

Nümayiş olunan    nüsxələrin  ən qədiminin 600 yaşı vardı

 

Sərgidə müxtəlif ölçülü Qurani-Kərim nümunələri-  dünyanın ən kiçik ölçülü, Qurani-Kərim nümunələri nümayiş olunurdu.Ölçüsü 1 santimetr olan Qurani-Kərimdən tutmuş müasir iri ölçülü Qurani-Kərimlər sərgidə nümayiş olunanlar arasında idi”- deyən Şəfəq xanım bildirdi ki, nümayiş olunan Qurani-Kərim nümunələrinin ən qədiminin 600 yaşı vardı:” 600 il bundan əvvəl hazırlanmış Quranın üz qabığı keçi dərisindəndir. Bu kitab Osmanlı çap üsulu ilə yazılıb. 600 il yaşı olan Quranın vərəqləri tərkibində gümüş olan məhlula salınıb buna görə kitab günümüzə qədər təhrif olunmadan gəlib çatıb. Həmçinin Qurani-Kərimin ayələri xüsusi kağızlar üzərində yazılıb. Alimlər həmin kağızların çürümə ehtimalının az olduğunu bildirirlər.Sərgidə bolşeviklər hakimiyyətdə olan zaman insanlar tərəfindən gizlədilən Quran-Kərim nümunələri nümayiş olunurdu. İnsanlar o dövrdə öz evlərinin divarlarında yer açıb Quran-Kərimi gizlədərlərmiş. Müstəqillik dövründə üzə çıxarılan bu Quranları sərgidə xüsusi bir guşədə nümayiş etdirirdik”.

  Qeyd edək ki, sərgidə, həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrində baş vermiş yanğınlar zamanı oradan götürülmüş Qurani-Kərim nümunələri sərgilənirdi:”Yanğın zamanı heç bir ayələri zərər görməyən Qurani-Kərim nümunələrindən biri Cəlilabad rayonunda baş vermiş güclü yanğından sonra oradan götürülüb. Yanğın zamanı evin bütün əşyaları külə dönsə Qurani-Kərimin ayələrinə heç bir zərər dəyməyib.Ölçüsü 1 sm, dairəvi formada diametri 4 sm olan, səkkiz guşəli Quran kitabları ilə yanaşı, üzərində Quran    ayəsi yazılmış düyü, lobya da sərgilənib.  Bundan başqa, yaşı 200, 250, 300 ilə çatan kitablar da var. Orda Şeyx Hüseynə məxsus, həmçinin Naxçıvanda Kəngərlilər sülaləsinə məxsus müqəddəs kitab da nümayiş etdirdik. Buna “Qızılı Quran  deyirlər. Çünki yazıları qızılı su ilə yazılıb”.

Bir aya yaxın davam edən sərgidə müxtəlif həcmli kitablar nümayiş etdirdik:” Sərgidə Aşqabad zəlzələsindən, seldən, yanğından xilas edilmiş, vaxtilə Şuşa qalasından, Bərdədən, Qarabağdan digər bölgələrdə evlərin divarlarında hörülmüş, quyularda basdırılmış kitab nüsxələri nümayiş olundu. Sərgi üçün ən nadir nümunələrdən olan papirus üzərində yazılmış Quran da gətirilib. Sərgidə İmam Rzaya məxsus əlyazmanın nüsxəsi yumru cib Quranları da nümayiş etdirilib. Burada ən kiçik ən böyük həcmdə Quranlar yer almışdı”.

O dedi ki, Dağlıq Qarabağın işğalı zamanı insanların özləri ilə gətirdikləri Qurani-Kərimlər sərgidə yer almışdı:” 1908-ci ildə Məhəmməd Həsən Mövlazadə-Şəkəvi tərəfindən Azərbaycan dilinə tərcümə edilən Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına çap olunmuş Qurani-Kərimi görmək mümkün oldu .Təbii fəlakətlərdən, yanğından zərər çəkmədən çıxmış müqəddəs kitablar, düşmənlərdən gizlətmək məqsədi ilə uzun müddət divara hörülmüş Qurani-Kərim keçiriləcək sərgidə nümayiş olunub”.

 

“Cəmiyyətimizdə Quran  dərsləri keçirilir

 

“Şəms”  cəmiyyətinin fondunda toplanan  Quranların  qorunubxüsusi olaraq saxlanmasına gəldikdə isə həmsöhbətim bunları dedi: ”Biz fondumuzda olan Quranları sandıqda saxlayırıq.  Ancaq Quranların bərpaya ehtiyacı var, amma maddi cəhətdən imkanımız yoxdur.  Bizim Quranlar, əlyazmalar arasında  torpağın altından çıxarılmışı da vardı. Bizim hər sərgimizdən sonra fondumuz zənginləşir və seyrçilər bizə çoxlu sayda qədim və müasir Quranlar hədiyyə edirlər. Məsələn,  bu günlərdə bir xanım rus dilinə çevrilmiş çox qədim bir Quran gətirmişdir. Xarici vətəndaşlar sərgimizdə olan qədim Quranları gördükdə çox heyranlıq hissi ilə baxırlar ki, bu tarixi dini kitablar necə saxlanıb”.

Cəmiyyətin 12 ildir fəaliyyət göstərdiyini deyən müsahibim qeyd etdi ki, onlar xeyriyyə tədbirləri keçirirlər:”Uşaq qocalar evlərinə gedirik, ən çox isə Maştağada Ruhi Əsəb Dispanserinə gedirik. Yəni cəmiyyət üzvlərimizlə birgə əldə etdiyimiz vəsaiti hesabına bu xeyriyyə tədbirlərini icra edirik. Onun sözlərinə görə, 12 ildir ki,  cəmiyyətlərində Quran dərsləri keçirilir  tədrisi aparan qadınlar bu sahədə çox bilgilidilər”.

 

Günay  ƏSƏDOVA

 

Paritet.- 2010.- 2-3 dekabr.- S. 9.