Ukraynalı dirijor Azərbaycan səhnəsində

 

Bütün müasir Azərbaycan bəstəkarlarını tanıyıram, onların əsərləri ilə yaxından tanışam

Son zamanlar ölkəmizdə ardıcıl olaraq biri-birindən maraqlı  fərqli  yerli beynəlxalq mədəniyyət layihələri keçirilir. Belə ki,  artıq bir müddətdir Bakıda Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertlər silsiləsi kimi nəzərdə tutulanZamanla üz-üzəadlı layihə həyata keçirilir. Məlumat üçün bildirək ki,  «Zamanla üz-üzə» layihəsi çərçivəsində keçirilən konsert proqramlarının baş dirijoru isə ukraynalı sənətkar Vladimir Runçakdır. Konsert proqramlarının birində  bizdə ölkəmizdə qonaq olan  V.Runçakla həmsöhbət olduq.  Musiqiçi  bizimlə söhbətə  ilk olaraq  layihə haqqında danışmaqla başladı. O bildirdi ki,   «Zamanla üz-üzə» Mədəniyyət Turizm Nazirliyi, şəxsən nazir Əbülfəs Qarayevin təşəbbüsü ilə reallaşdırılan bir layihədir:” Layihədə Q.Qarayev adına Kamera Orkestrinin ifası ilə silsilə konsertlərin təşkili nəzərdə tutulur. Layihənin birinci mərhələsi 2007-2008-ci illər mövsümündə gerçəkləşib. O vaxt orkestrin ifasında 12 konsert proqramı baş tutdu. Konsertlərdə barokko klassisizm musiqisindən müasir bəstəkarların əsərlərinədək geniş bir spektr əhatə edildi. Bir çox əsərlər Bakıda ilk dəfə səsləndi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, hər bir proqram Azərbaycanın musiqi mədəniyyəti aləmində bir hadisə idi. Arada müəyyən səbəblərdən fasilə yarandı nəhayət, layihənin 2010-2011-ci illər üçün ikinci mərhələsi başlandı”/

 Musiqiçi bildirdi ki,  bu layihə çərçivəsində keçirilən bütün konsert proqramları Azərbaycan Dövlət Filarmoniyasında reallaşdırılır:” Bu mərhələdə 10 proqramla çıxış edəcəyik. Klassik musiqidən tutmuş müasir dövr bəstəkarlarının əsərlərinədək əhatə olunan proqramlarda təkcə mən dirijorluq etməyəcəyəm”.   Layihənin əsas məqsədi müasir Azərbaycan bəstəkarlıq məktəbinin nəyə qadir olduğunu dünya ictimaiyyətinə çatdırmaq olduğunu deyən dirijor bildirdi ki, konsert proqramlarında çıxış edəcək insanların adına nəzər saldıqda bu layihənin necə böyük bir dairəni əhatə etdiyini görmək olur:”Avropa ölkələrini təmsil edən bu sənətkarlar öz vətənlərində kifayət qədər tanınırlar. Layihənin əhəmiyyətini səciyyələndirən cəhətlərdən biri odur ki, dünya şöhrətli bəstəkarların bir çox əsərləri Bakıda ilk dəfə ifa olunacaq. Digər tərəfdən isə dünyanın tanınmış dirijorları Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə görkəmli bəstəkarların əsərlərini ifa edir. Bu çox böyük bir işdir, mədəniyyətlərin təcrübələrin mübadiləsidir. Mən bu vaxta qədər digər ölkələrdə analoji layihənin reallaşdırılmasını eşitməmişəm. İnanıram ki,  layihənin konsertləri ötən dəfə olduğu kimi, yenə böyük maraqla qarşılanacaq”.

 Bu layihə əsasında konsertlərin  yalnız Bakıda keçiriləcəyini qeyd edən V. Runçak  bildirdi ki, 2007-2008-ci illərdə layihənin birinci mərhələsində onlar müxtəlif ölkələrdə, o cümlədən Bolqarıstanda, Türkiyədə bir neçə proqramla çıxış etməyi planlaşdırıblar, lakin həmin ölkələrdə tərəfdaşlarının maliyyə problemləri bunu həyata keçirməyə imkan vermədi.

 Söhbət əsnasında  həmsöhbətim rəhbərlik etdiyi «Ukraynada yeni musiqi» kamera ansamblı haqqında da danışdı:”  Bu kollektivi Ukrayna xarici ölkə bəstəkarlarının XX əsrdə yazdıqları klassik musiqi əsərlərini yeni üslubda ifa təqdim etmək məqsədilə yaratdıq. Ansambl 1989-1990-cı illərdə Ukrayna Bəstəkarlar İttifaqının Kiyev təşkilatının kamera orkestrinin nəzdində formalaşıb. O zaman Ukraynada da, Sovet İttifaqına daxil olan digər ölkələrdə olduğu kimi, keçid dövrü yaşanırdı. Bu dövrün çətinlikləri musiqi sahəsindən yan keçməmişdi. Müasir üslubda yazan bəstəkarlar öz əsərlərini üzə çıxarmaq, ictimaiyyətə çatdırmaq üçün yeni-yeni yollar arayır çox vaxt müxtəlif maneələrlə üzləşirdilər. Biz uzun illər başqa ölkələrin bəstəkarlarının əsərlərini ifa etmək məcburiyyətində qalmışdıq. Belə bir zamanda hazırda «Ukraynada yeni musiqi» adlandırılan kamera ansamblını yaratmaq zərurəti yarandı. İlkin vaxtlar vəziyyətimiz heç ürəkaçan deyildi. Çünki ildən-ilə tərkibi genişlənən, proqramı zənginləşən kollektivin real maliyyə mənbəyi yox idi.  Müxtəlif ölkələrə qastrol səfərlərinə dəvət edilsək , çox vaxt maddi imkansızlıqdan bu səfərləri gerçəkləşdirə bilmirdik”.  Dirijor bildirdi ki,  ölkələri demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra onların fəaliyyəti üçün  normal şərait yaranıb:” Bəstəkarlar İttifaqının tərkibindən çıxıb müstəqil fəaliyyət göstərməyə başladıq. Kollektivimiz həm ifa, həm ifaçı baxımından təkmilləşdi. Artıq klassik bəstəkarlarla yanaşı, müxtəlif ölkələrin dünya səviyyəli müasir bəstəkarlarının əsərlərini repertuarımıza daxil edirik. Belə demək mümkündürsə, yaxşı bildiyimiz bütün musiqiləri ifa edirik. Azərbaycan bəstəkarlarının musiqiləri repertuarımızda yer alır. Qara Qarayevin, Xəyyam Mirzəzadənin, Elmira Mirzəyevanın, Fərəc Qarayevin digər bəstəkarların əsərlərini ifa etmişik

 

Özümü Bakıda həmişə öz evimdəki kimi hiss edirəm 

 

Sonda ölkəmiz barədə də fikirlərini və təəssüratlarını deyən musiqiçi bildirdi ki, 2000-ci ildən etibarən hər il Bakıya gəlir:”Xüsusilə də 2001-ci ildən Azərbaycanın müasir musiqi kollektivlərindən biri olan «SoNoR» ansamblı ilə yaxından çalışmağa başlayandan Bakıda tez-tez oluram. Bu kollektivlə mən elə həmin il Berlindəki məşhur “Konzerthaus” zalında «Young. Euro. Classic» festivalında uğurlu çıxışlar etmişik. Bakıya hər gəlişimdə burada mədəni həyatda yeniliklər, dəyişikliklər müşahidə edirəm. Onu da deyim ki, buraya ilk dəfə gələnə qədər yalnız Azərbaycan klassik bəstəkarlarının əsərləri ilə tanış idim. Bizə konservatoriyada Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Fikrət Əmirovun əsərləri haqqında məlumat vermişdilər. Amma müasir bəstəkarların musiqiləri haqqında təsəvvürüm belə yox idi. Zaman keçdikcə əlaqələrim yarandı, Azərbaycana gəlib getməyə başladım. İndi isə demək olar ki, bütün müasir bəstəkarları tanıyıram, onların əsərləri ilə yaxından tanışam. Bu bəstəkarların əsərləri dünya səviyyəsində həm texniki, həm də yaradıcılıq baxımından tanınır, sevilir və öyrənilir. Bayaq adlarını çəkdiyimi Fərəc Qarayevin, Elmir Mərzəyevin, Xəyyam Mirzəzadənin əsərləri dünyanın tanınmış səhnələrində ifa edilir”.

  Burada olduğum müddətdə ölkəniz haqqında təəssüratım da zənginləşib. İnsanlarınız qonaqpərvər və xeyirxahdır. Bunu sözgəlişi söyləmirəm, həqiqət kimi deyirəm. Sənətimlə əlaqədar dünyanın bir çox ölkələrində olmuşam. Amma mən özümü Bakıda həmişə öz evimdəki kimi hiss etmişəm” –deyən musiqiçinin  sözlərinə görə, Bakıdakı  dəyişiklik, hündürmərtəbəli binalar, təmir olunmuş, gözoxşayan mədəniyyət obyektləri insana yaradıcılıq ruhu verir:Sevindirici haldır ki, müasirliyinə görə London, Paris və digər Avropa ölkələri ilə müqayisə edilə biləcək Bakı, eyni zamanda öz qədimliyini də qoruyub saxlaya bilir. Bu fakt çox mühümdür. Çünki hər bir millət öz qədimliyi və tarixi ilə tanınır”.

  

   GÜNAY

 

 Paritet.- 2010.-7-8 dekabr.- S. 12.