QHT-lər
tolerantlıqla bağlı layihələr həyata
keçirirlər
QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə milli
azlıqların mədəni irsinin qorunması
üçün də layihələr həyat keçirilir
Bu gün
ölkəmizdə yaşayan milli azlıqlar öz milli mədəni
mərkəzlərini, assosiasiyalarını və digər
qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hal-hazırda Azərbaycanda onlarla mədəniyyət mərkəzi
fəaliyyət göstərir. Onların arasında “Birlik” cəmiyyəti,
Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail
icması, Ukrayna cəmiyyəti, “Samur” ləzgi mədəniyyət
mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi,
Azəri Tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar
cəmiyyəti, Tatar mədəniyyət cəmiyyəti
“Turqan-tel”, “Yaşlıq” tatar mədəniyyət mərkəzi, “Krım” Krım tatarları cəmiyyəti,
Gürcü Cəmiyyəti, Azərbaycan gürcülərinin
humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət
mərkəzi, Axısxa türklərinin “Vətən” cəmiyyəti,
Axısxa türk qadınlarının “Sona” cəmiyyəti,
Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti,
Dağ yəhudilərinin icması, Avropa yəhudiləri
(Aşkenazi) icması, Gürcü yəhudiləri icması,
Yəhudilərin qadın humanitar assosiasiyası, “Kapelhaus”
alman mədəniyyət icması, Udin mədəniyyət mərkəzi,
Polyak mədəniyyət mərkəzi “Polonia” , “Mada” beynəlxalq
talış assosiasiyası, “Avesta” talış
assosiasiyası, Udin mədəniyyət mərkəzi “Orain”,
“Buduq” mədəniyyət mərkəzi, Saxur mədəniyyət
mərkəzi və s. var. Dini və etnik azlıqların sıx məskunlaşdığı
ərazilərdə həvəskar cəmiyyətlər, xalq və
dövlət teatrları, həvəskar assosiasiyalar və
maraq qrupları fəaliyyət göstərir. Məsələn,
Qusar rayonunda ləzgi, Qax rayonunda isə Gürcü dövlət
teatrları, Astara və Lənkəran rayonlarında
Talış folklor qrupları fəaliyyət göstərir.
Bütün bunlarla yanaşı etnik və
dini
azlıqların icmalarının əksəriyyəti
Milli QHT Forumunda təmsil olunurlar. Ümumiyyətlə,
etnolinqvistik və dini azlıqlar, etnik qruplar Azərbaycanda vətəndaş
cəmiyyətinin də daimi diqqətindən olub. Ölkəmizdə fəaliyyət göstərən
müxtəlif QHT-lər daimi onlarla da bağlı layihələr
həyata keçirirlər. Bu baxımdan Prezident Yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının elan etiyi maliyyə
yardımı müsabiqəsindən tolerantlıq, milli
azlıqların mədəni irsinin qorunması, onların
seçkilərə təşviq olunması və s. istiqamətlərdə
də layihələr keçir.
Biz bir
neçə yazıda çalışcağıq ki,
tolerantlıqla bağlı layihələr həyata keçirən
QHT-lər haqqında məlumta verək. Elə başlayaq fəaliyətini
sırf bu istiqamətdə quran “Tolerantlıq” Sosial
Araşdırmalar İctimai Birliyindən. Bu QHT-nin əsas
fəaliyyət istiqamətləri cəmiyyətdə
bütün sahələr üzrə tolerant münasibətlərin
formalaşmasına dəstək vermək; tolerantlıqla
bağlı problemlərin ictimai müzakirəsini təşkil
etmək; tolerantlıqla bağlı cəmiyyət və
KİV münasibətlərinin qurulmasına
yardımçı olmaq; sosioloji sorğular keçirmək;
maarifləndirici treninq kursları təşkil etmək; qeyd
olunan problemlərlə bağlı qısametrajlı filmlər
çəkməkdən ibarətdir. Təşkilatın sədri
Azər Rəşidoğlunun sözlərinə görə,
etnik azlıqların mədəniyyəti ilə bağlı
şuranın qrant ayırması alqışlanmalıdır.
“Çünki cəmiyyətdə bütün sahələrə
aid problemlərin kökü araşdırılmalı, həllini
tapmalıdır”.
Təşklatın
həyata keçirdiyi layihəlrədən birir “Azərbaycan
cəmiyyətində dini düzümlülük” adlanır. A.Rəşidoğli bildirdi ki, 6 aylıq
layihə ilkin olaraq dini dəyərlərin təbliği, dini
etiqad azadlığı ilə bağlı qanunvericiliyin
araşdırılması ilə başlayıblar:
“Araşdırmanın nəticələri ilə bağlı
xüsusi broşür hazırladıq. Broşür
1000 nüsxədə çap olundu. Bu mərhələ
bir ay məddətində başa çatdırıldı. Sonrakı mərhələdə Bakıda və
ölkənin regionlarında seminarlar keçirdik. Eyni
zamanda mətbuatda dini etiqad azadlığı, icmalararası
qarşılıqlı etmad mühiti ilə bağlı materiallar dərc
edildi. Layihə məddətində
bir dəfə İctimai televiziyada, bir dəfə isə Anten
FM radiosunda dini
tolerantlıq mövzusunda debatlar təşkil etdik.
Təşkilat bu tədbirləri həyata keçirməklə
geniş dini savada malik tanınmış alimlərin, ruhanilərin,
ictimai təşkilatların dini ayinləri təhrif edənlərə
və belə tendensiyalara qarşı birgə məbarizə
aparmasına nail
ola bilər”.
O dedi ki, təşkil etdikləri
seminarlarda məxtəlif dini cərəyanı təmsil edən
şəxslər iştirak ediblər.
Hazırlanmış broşürləri də seminar iştirakçıları
arasında yayıblar: “Seminar iştirakçılarına
dini tolerantlığın əhəmiyyəti ilə
bağlı təməl bilgilər verilib. KİV-də dinin təbliği,
milli-mənəvi dəyərlərimizin ekstremizm, terrorizm,
nifrət və s. yabançı ünsürlərdən
qorunması istiqamətində əhəmiyyətli
dönüş yaradacaq”.
Həmsöhbətimizin fikrincə
, hüquqi dövlət quruculğu sahəsində ilkin
addımlarını atan ölkənin qarşısında bir
çox problemlər durur. “Bu problemlərdən biri də vətəndaş
cəmiyyətinin əsas atributlarından sayılan dini etiqad
azadlığına nail olmaqdır. Bildiyimiz
kimi, Azərbaycan dünyəvi dövlətdir. Bununla yanaşı ölkədə məxtəlif
dini etiqada malik vətəndaşlar yaşayır. Ölkə Konstitusiyası və qanunvericiliyi dini etiqad
azadlığını təmin edir. Yəni hər bir kəs
dinə münasibətini məstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya başqaları
ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə
əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir.
Azərbaycan müstəqillik əldə etdikdən
sonra dini etiqad azadlığı istiqamətində müəyyən
uğurlar əldə etsə də, son illər ərzində
baş verən hadisələr bu sahədə bir çox
problemlərin mövcudluğundan xəbər verir”.
Azərbaycan vətəndaşları sovet
sistemində yaşadığı 70 il ərzində ateist cəmiyyətdə
tərbiyə alıb, dini və etiqad azadlığına mənasibət
məvafiq biliklərin yoxluğu ilə müşaiyət
olunub: “Hazırkı dövrdə isə bir çox hallarda
dindarlar elmi və fəlsəfi baxışları yox,
fanatizmi rəhbər tutaraq, qarşıdurmaya üstünlük
verərək, fərqli fikirlərə qarşı
dözümsüzlük nəmayiş etdirirlər. Vəziyyətdən
çıxış yolu kimi ölkənin tanınmış
din xadimlərinin (ən məxtəlif dini cərəyanları
təmsil edən) iştirakı ilə elmi-praktik seminarlar,
radio-tele debatlar keçirmək və dini dəyərlərin,
qarşılıqlı
dözümlülüyün təbliğinə nail olmaq, bu istiqamətdə sosioloji
sorğuların keçirilməsi, mətbuatda dini mövzuda
dərc edilən materialların gündəlik monitorinqinin təşkili,
sadə və anlaşıqlı dildə kitabçaların
nəşrinin hazırlanması məqsədəuyğundur”.
Öz fəaliyyətində
tolerantlıq istiqamətində layihələrə yer
ayıran QHT-lərdən bir də “Free Person” İnsan
Hüquqlarının Müdafiə Cəmiyyətidir. Təşkilatı sədri Səbuhi
Qafarov bizimlə söhbətində bildirdi ki, tolerantlıq -
yəni digər inanc və əqidələrə dözümlü
yanaşma insan hüquqları və vicdanı ilə
bağlıdır: “Tolerantlıq insan azadlıqları və
hüqüqlarının təsdiqi, plüralizm və
demokratiya əsasında formalaşır. Onun üçün
həm də
irqçilik, ksenofobiya, dini
dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi
xarakterikdir”.S.Qafarov Azərbaycana
irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və
ekstremizm kimi halların həmişə yad olduğunu
vurğuladı: “Bu gün ənənə halına gələn
tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul
edilir. Ölkədə formalaşmış tolerantlıq
və ya dözümlülük Azərbaycan cəmiyyətini
səciyyələndirən müsbət ənənələrdən
biridir. Hər kəsin dinə münasibətini
müstəqil müəyyənləşdirmək, hər
hansı dinə təkbaşına və ya başqaları ilə
birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək,
dinə münasibəti ilə bağlı əqidəsini
ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini
ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri
yerinə yetirməyə və ya dini mərasimlərdə
iştirak etməyə məcbur edilə bilməz. Bundan əlavə, Azərbaycandakı onlarla milli,
dini və başqa azlıqlar azlıq olduqları
üçün problemlərlə rastlaşmır. Bütün saydıqlarımız Azərbaycanın
tolerant ölkə xarakterizə etməyə imkan verir”.
“Buna baxmayaraq, bu sahədə işi davam
etdirməyə ehtiyac var” deyən QHT sədrinin fikrincə, gənc
nəsilə bu haqda bilgilərin verilməsi gələcəkdə
də bu ənənənin davam etdirməsinə xidmət
etmış olar: “Bütün bunları nəzərə
alaraq, “Free Person” İnsan Hüquqlarının Müdafiə
Cəmiyyəti oktyabrın əvvəllərindən
başlayaraq ali məktəblərin tələbələri
üçün “Tolerantlıq dərsləri” mövzusunda təlimlər
keçib. Təlimlərdə Azərbaycan Pedoqoji, Qafqaz və Slavyan
universitetlərinin tələbələri iştirak edib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata keçirilən
layihə çərçivəsində ümumilikdə
Bakı və Sumqayıtda 4 təlimin keçirilməsi nəzərdə
tutulur”.
O, bu günə qədər 2 belə təlimin
baş tutduğunu bildirdi: “Əvvəlki təlimlərdə
olduğu kimi, növbəti təlimlərə də daha
çox ali məktəblərin pedoqoji
fakültələrinin tələbələrinin dəvət
olunması nəzərdə tutulur. Bu da təsadüfü
deyil. Pedaqoji fakültələrin tələbələri
gələcəyin müəllimlərdir və
tolerantlıqla bağlı məlumatlara malik olan müəllimlər
daha çox fayda gətirər. İndiyədək
keçirilən təlimlərdə “Tolerantliğın fəlsəfi
anlamı, “Tolerantlıq” və “dözümlülük”, “Fərdilik”,
“Demokratik cəmiyyətdə azlıqlar və onların
hüquqları”, “Əks-fikirliyə qarşı
dözümlülük: fikir, vicdan, din və söz
azadlıqlarının sərhədləri” mövzularında
müzakirələr aparılıb”.
Növbəti təlimlərinsə dekabr
ayı müddətində keçiriləcəyini bildirdən
S.Qafarov burada
müzakirə olunacaq mövzulardan da danışdı. Qeyd etdi ki, təlimlərdə demokratiya və
azlıq, demokratik cəmiyyətdə tolerantlıq,
azlıqlar: milli və dini, əlillər və əlil
olmayanlar:”əlillik” anlayışı kimi məsələlərə
toxunulacaq. Eyni zamanda təlimlərdə millətlərarası
münasibətlər: irqçilik, vətənpərvərlik,
millətçilik, diskriminasiyadan müdafiə, qadınlar və
kişilər, gender bərabərliyi, feminizm və
tolerantlıq və s. mövzulardan danışılacaq: “ Təlimlərdə ümumilikdə 80 nəfərdən
artıq tələbənin iştirakı nəzərdə
tutulur. Layihə bitdikdən sonra da təşkilat
gənclərlə bu sahədə işi davam etdirmək niyyətindədir.
Belə ki, layihə
iştirakçılarından ibarət virtal şəbəkə
yaradılacaq. Virtual şəbəkə
vasitəsilə mütəmadi olaraq gənclərə tolerantlıql
və insan haqları ilə bağlı materiallar göndəriləcək”.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2010.- 7-8 dekabr.- S. 11.