Azərbaycanın ənənəvi musiqi atlası

 

Azərbaycanın etnomusiqi mədəniyyətinə həsr olunmuş elektron nəşr hazırlanıb

 

Tarix boyu Azərbaycanda  bir sıra xalqların azərbaycanlılarla dost mehribanlılıq şəraitində yaşaması müşahidə olunub. Ölkəmizdə yaşayan  azsaylı xalqlarla  həmyerlilərimiz arasında mədəni dialoq yaranıb. Belə ki, azsaylı xalqlar milli bayramlarını ölkəmizdə qeyd edib öz adət-ənənələrinin təbliği istiqamətində müxtəlif mədəni, ədəbi  tədbirlər həyata keçirirlər. Belə ki, “Musiqi dünyasıjurnalının  baş redaktoru, professor Tariyel Məmmədovun (“Azərbaycanın ənənəvi musiqi Atlası”- http://atlas.musigi-dunya.az saytında) yerləşdirilmişAzərbaycan etnik mədəniyyətiadlı məqaləsində etnik azlıqların mədəniyyəti ilə bağlı maraqlı məqamlar qeyd olunub.

Məqalədə qeyd edilib ki, Azərbaycan xalqının tarixini nəzərdən keçirsək, görərik ki, respublikamızın əhalisinin 90% -ni təşkil edən azərbaycanlılardan başqa, bu xalqın təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı etnoslar, linqvistik etnik qruplarda iştirak ediblər: ”Onların arasında Altay ailəsinin türk qoluna məxsus (azərbaycanlılar, tatarlar, Ahıska türkləri), həmçinin, İran (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), Qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlar, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri var. Respublika rəhbərliyinin balanslaşdırılmış siyasətinin əsas məsələlərindən biri dövlətin polietnik əhali kütləsinin qorunub saxlanmasından ibarətdir. Bu da xalqın mədəni genofondunun determenantı kimi, etnik mədəniyyətin - dil, xalq incəsənəti, xalqın maddi mədəniyyəti, adət ənənələri, etika, ənənəvi tərbiyə sistemi s. bu kimi ünsürlərini özündə ehtiva edir”.

Azərbaycanda özünəməxsusetnik intibahAzərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər ƏliyevinAzərbaycanda yaşayan etnik azlıqların etnik qrupların hüquq azadlıqlarının qorunması, dil mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” 1992-ci ildə verilmiş sərəncamı ilə başlanmışdır”- deyən T. Məmmədov qeyd edib ki,  Sərəncamın məzmununda etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik ədalətlilik, tolerantlıq həqiqilik, bərabərlik əməkdaşlıq hüquqları təsbit edilir:”Bu sərəncamın uğurla həyata keçirilməsi ona gətirib çıxarıb ki, yeni Azərbaycanın vətəndaşlarının bugünkü şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə rus olsun), öz milli ənənələrinə öz xalqının tarixinə hörmət məhəbbət hissindən, milli dilin milli mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir. Eyni zamanda, onların çoxmillətli Azərbaycan cəmiyyətinə nəhayət, dünya birliyinə mənsubiyyət hüququnun təsdiqi, təkcə öz xalqının çoxmillətli ölkəsinin taleyi üçün deyil, həmçinin, bütün dünyanın taleyi üçün məsuliyyət hissinin aşılanması bu qəbildəndir”.

  Şübhəsiz, elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması inkişafı problemi ilə qarşılaşmasın”-yazan professor vurğulayıb ki,  əsas məqsəd - millətin onun mədəniyyətinin qorunması, yeni bilgilərlə zənginləşdirilməsi, həm əvvəlki, həm indiki nəsillər tərəfindən toplanılan biliklərin gələcək nəsillər üçün qorunub saxlanması ilə bağlıdır:” Bu tezisAzərbaycan musiqisi üçüncü minilliyə” - qlobal layihənin carçısı olan, Azərbaycanda ilk yeganə beynəlxalq musiqi, elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçilikMusiqi dünyasıjurnalının fəaliyyətinin əsasını təşkil edir. “Musiqi dünyasımədəniyyət incəsənət, elm təhsil, elektron kompüter texnologiyaları sahəsində mütəxəssisləri öz ətrafında birləşdirərək, işini iki istiqamətdə aparır: bir tərəfdən, ənənəvi metodlardan (“Musiqi dünyasıjurnalının nəşri) istifadə edir; digər tərəfdən, Azərbaycan musiqi mədəniyyətinin virtuallaşdırılması ilə bağlı problemlərin həlli üçün informasiya texnologiyalarının müasir metodlarını tətbiq edir.

Musiqi dünyası”nın fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycanın ənənəvi musiqisinin müasir şəraitdə öyrənilməsindən ibarətdir”.

 T. Məmmədovun sözlərinə görə, Azərbaycanda 30 adda etnik, dini linqvistik qrup yaşayır:” Sayının, dil dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın barabər hüquqlu vətəndaşlarıdır çoxsaylı azərbaycanlılarla bərabər bütün vətəndaşlıq hüquqlarına malikdirlər. Onların folklor ənənələri bilikləri ümummədəni elmi baxımdan dəyərlidir: çunki bunlar etnik təşəkkül inkişaf tarixi, həyat tərzi, dünyagörüşü dünyaduyumu haqqında zəngin məlumatları özündə cəmləşdirir. Onların hər biri unikal, özünəməxsus təkrarolunmazdır”.

Təəssüf ki, bu etnosların ənənəvi bilikləri, onların autentik folkloru janr zənginliyinə mövzu rəngarəngliyinə baxmayaraq, intellektual mükliyyət kimi, bu günə qədər layiqincə qiymətləndirilməmiş, bizim ölkəmizdə, xaricdə geniş işıqlandırılmamışdır”-deyən T. Məmmədov qeyd edib ki,  bu xalq sərvəti son illərə kimi Azərbaycan tarixçilərinin, etnoqrafların, etnopsixoloqların, etnolinqvistlərin, etnomusiqişünasların tədqiqat obyektinə çevrilməyib.” Hərçənd ki, bu məsələlər Azərbaycanın hüdudlarından kənarda nəşr olunan işlərdə daha ətraflı işıqlandırılsa da, heç həmişə həqiqətə uyğun obyektiv xarakter daşımırdı. Buna görə bu problemin tədqiqi təkcə humanitar elmi araşdırmalar nöqteyi-nəzərindən deyil, həmçinin, siyasi, ictimai, tarixi rakursdan qloballaşma ənənəvi biliklərin hüquqi qorunması dövründə aktuallıq kəsb edir”.

 Qeyd edilib ki, 2003-cü ildən başlayaraq, “Musiqi dünyası”nın yaradıcı qrupu - sənətşünaslıq doktoru, professor T. Məmmədov, etnomusiqişünaslar, sənətşünaslıq namizədləri F. Xalıqzadə, C. Həsənova, T. Kərimova, H. Adıgözəlzadə, texnika elmləri namizədi Z. Quliyev, filoloq İ. İsayev, operator (foto-video çəkilişlər) X. Məmmədov - xalq musiqisinin toplanması, öyrənilməsi, yazılması, xəritələşdirilməsi, sistemləşdirilməsi, kataloqlaşdırılması üzrə məqsədyönlü aparır:” Bu cür kompleks tədqiqat musiqi folklorunun mövcud real şəraitini müəyyən etmək üçün zəruri olub, müxtəlif millətlərin birliyini təmsil edən vahid xalqın ictimai həyatı, əmək fəaliyyəti məişəti, coğrafiyası, etnoqrafiyası, mədəniyyəti ilə əlaqələrini üzə çıxarır. Bütün bunların nəticəsi olaraq, “Azərbaycanın ənənəvi musiqi atlasılayihəsi meydana gəlib. Layihənin məqsədi - multimedia məhsulu formasında (Web-sayt, DVD) Azərbaycanın ənənəvi musiqisinin sistemləşdirilmiş şəkildə məlumat bazasının yaradılmasından ibarətdir. Bu da respublikanın təbii-coğrafi etnoqrafik zonalarını, onlar üçün səciyyəvi olan musiqi folklorunun forma janrlarını, ifaçılıq mədəniyyətini, xalq musiqi alətlərini sair bu kimi cəhətləri əhatə edir. Layihə aktual mülki-hüquqi, ekoloji-maarifləndirmə, ictimai-tədris, mədəni-tərbiyəvi, tarixi-etnoqrafik elmi problemlərin həllinə yönəldilib”.

 Məqalədə vurğulanıb ki, layihə insan haqlarına dair beynəlxalq - hüquqi aktlara milli azlıqların qorunmasına dair çərçivə konvensiyasına əsaslanır; YUNESKO-nun milli müxtəliflik haqqında ümumi deklarasiyasının (2001), qeyri-maddi mədəni irsin qorunması haqqında beynəlxalq konvensiyasının (2003), mədəni özünü ifadə formalarının rəngarəngliyinin qorunması artırılması haqqında konvensiyasının (2005) müddəalarında öz əksini tapmış qeyri - maddi mədəni irsin mədəniyyətin rəngarəngliyinin qaynaqları sabit inkişafının təminatçısı kimi əhəmiyyətinə diqqət yetirir; Beynəlxalq intellektual mülkiyyət təşkilatının 1998-ci ildən başlayaraq, intellektual mülkiyyət sahəsində yeni istiqamətin - ənənəvi biliklərin qorunması probleminin irəli sürülməsində təşəbbüslərini nəzərə alır ; Azərbaycan Respublikasının Konstitusiyasını, “Müəllifik hüququ əlaqəli hüquqlar haqqındaFolklor ifadəsinin hüquqi qorunmasına dairAzərbaycan Respublikasının Qanunlarını qəbul edir.

 Məlumat üçün bildirək ki, Azərbaycanın etnomusiqi mədəniyyətinə həsr olunmuş elektron nəşrin tərtibində çap olunmasında: Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi, YUNESKO-nun Azərbaycan, Ermənistan, Belarusiya, Moldova  Rusiya üzrə Moskva Bürosu, YUNESKO-nun Milli Komissiyası, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, Bakı Musiqi Akademiyası,  Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu, respublikanın şəhər rayon mədəniyyət idarələri, Azərbaycan ərazisində yaşayan etnik azlıqların respublika cəmiyyətləri, “TUTU” Nəşriyyat Mərkəzi, “SHABRAN - D” MMC turizm firması, “Musiqi dünyasıelektron nəşriyyatı iştirak edib.

 

Paritet.- 2010.- 7-8 dekabr.- S. 9.