Astanadan sonrakı həyat

 

A. Jukov: “İrəvanın güzəştə getməsi labüddür” A. Paukyan: “Sərkisayn Ermənistanı bütünlüklə Moskvaya satdı”

 Bir çox dövlətlər, ekspertlər Astana  sammitindən uğurlu nəticələr gözləsələr də, göründüyü kimi bu baş vermədi. Erməni eksperti Armen Paukyan da bu baxımdan məyus olub. “Armenian Today” agentliyinin verdiyi məlumata görə, ekspert gözləntilərinin reallaşmamasını, ATƏT-in böhran içində olması ilə əsaslandırıb. Əgər dünya dövlətləri arasında ziddiyyət olmasaydı, mütləq yekun sənəddə Dağlıq Qarabağla bağlı həlledici qərarlar əks olunacaqdı. Burada şübhəsiz Moskvanın tutduğu mövqe həlledici oldu. Gürcüstnala bağlı səsləndirilən bəyanatlar qətiyyən rus rəhbərinin maraqlarına cavab vermədiyindən, o ümumi işə mane oldu. Əgər bu amil olmasaydı, Moskva da Qarabağla bağlı bəndin sənəddə əks olunmasına etiraz etməzdi.  Ermənistan və Azərbaycanın dövlət başçılarının çıxışlarına gəldikdə, hər iki tərəfin sammitdən narazı qaldığı açıq-aydın hiss olunurdu.

Demək, onlar bundan sonra başqa yollar haqqında fikirləşəcəklər. Xüsusən Azərbaycan tərəfinin yaxın aylarda cəbhə xəttində fəallaşacağı daha çox ehtimal olunur. Çünki rəsmi Bakının İrəvanın ünvanına səsləndiryidi sərt bəyanatlara heç bir iştirakçı reaksiya vermədi. Sadəcə hərbi əməliyyatlar haqqında düşüncələrin yanlış olduğu barədə tövsiyyələr verildi. Azərbaycanın hazırkı vəziyyətdən razı qalmadığını normal başa düşmək olar. Çünki o indiyə qədər heç nəyə nail ola bilməyib.

  Bəs, Ermənistan necə? Danışıqları ölü vəziyyətdə saxlamaq İrəvanın maraqlarına cavab verirmi? Ekspertin fikrincə, vəziyyətin bu şəkildə qalması, əslində İrəvana daha çox zərbə vurur. Kimin daha çox uğur qazanması ilə bağlı səsləndirlən bəyanatlara baxmayaraq, Ermənistan hazırda ağır durumdadır. Son iki-üç ildə demək olar ki, qarşıda duran vəzifələrin heç birinə nail olunmayıb. İlk növbədə, İran qazının Ermənistan vasitəsilə Avropaya çıxarılması təklifindən başlayaq. Hələ sabiq prezident Robert Köçəryanın irəli sürdüyü bu təklif tam uğursuzluğa uğradı. Buna əsas kimi İranla dünya dövlətləri arasındakı münasibət göstərilsə də, əslində Bakının tutduğu mövqe buna imkan vermədi.

Sonra Türkiyə-Ermənistan sərhəddinin açılması gündəliyə gəldi. Bu İrəvana olduqca vacib idi. Bunsuz iqtisadiyyatın yenidən qurulması əslində mükünsüzdür. Amma göründüyü kimi bu da nəticəsiz qaldı. Səbəbini axtarsaq, yenə də Bakıya gedib çıxmalı olacağıq. Daha sonra Ermənistanda ərzaq məhsullarının qiymətlərinin sabit qalması müzakirə olunmağa başladı. Guya bu, hakimiyyət üçün olduqca prinsipial idi. Amma göründüyü kimi əksər məhsullar son iki ildə 10 dəfəyə qədər qalxıb. Artıq çox ailələr üçün adi çörək belə əlçatmaz olub. Səbəbsə çox sadədir. İrəvan əvvəlki kimi xaricdən mal idxal edə bilmir. Çünki əvvəlki illərdən qalan borcların heç biri ödənilməyib.

Daha bir uğursuzluq hər il dünya ermənilərindən toplanan gəlirlə bağlı oldu. Sərkisyanın hakimiyyətə gəlməsindən sonra bu gəlir sürətlə aşağı düşməyə başlayıb, bu il kulminasiya nöqtəsinə çataraq təxminın 10 milyon dollar azalma qeydə alınıb. Yerdə qalan qəpik-quruşun nəyə sərf oluncağını belə müəyyənləşdirmək mümkün deyil. Sonra Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi meydana çıxdı. İlk əvvəl buna nümunə kimi Kosovanı götürdülər. Amma bütün dünya dövlətləri İrəvana bu kimi arzuları ürəklərində dəfn etməyi tövsiyə etdi. Bundan sonra öz parlamentləri bu addımı atmağı qərara aldı. Amma göründüyü kimi buna da cəsarətləri çatmadı. Sammitdə Serj Sərkisyanın Azərbaycanın müharibəyə başlama anına kimi gözləyəcəyini bildirdi. Demək İravan atacağı addımları Bakı ilə uyğunlaşdırmağa çalışır. Amma müharibə başlayacağı halda, Ermənistanın bunu tanıya biləcəyi hələ məlum deyil. Çünki, bu zaman İrəvanın özünün taleyinin necə olacağı barədə düşünməyə adam qorxur. Ona görə yox ki, Azərbaycan bura müdaxilə edə biıər. Bu əslində real deyil. Sadəcə Ermənistanda müharibə olacağı halda heç kəs qalmayacaq.  Sarkisyanın ermənilərsiz Ermənistanı idarə etməyinə də ehtiyac qalmayacaq və Dağlıq Qarabağın müstəqilliyinə o zaman istəsə özü tək səs verə bilər.

Espert deyir ki, rəsmi İrəvan yalnız bir “uğuruna” görə sevinə bilər. Rus ordusunun burada təşəkkül tapması hakimiyyəti bir qədər gücləndrdi. Amma bu ordu qonşulara qarşı yox, ermənilərə qarşı dayanıb. Bunu İrəvanın küçələrində, çayxanalarında gedən söhbətlərdən də anlamaq olar. Hər şeydən əvvəl ruslar Sərkisyanın uzun müddət hakimiyyətdə qalacağını öhdəsinə götürdü. Konkretləşdirsək, bu nəticəyə gəlmək olar ki, Moskva İrəvanı bütünlüklə öz malına çevirib, sövdələşməni isə  Sərkisyan şəxsən apardı.

Şübhəsiz, burada narahatlıq keçirən əsas tərflərdən biri Moskvadır.  Onlar heç bir halda, münaqişənin yenidən alovlanmamasını istəyirlər. Rusiyalı ekspert  Aleksandr Jukovun fikirincə, bunu baş verməməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Ermənistan tərəfinə təzyiqlər də bunun təkib hissəsidir. Ekspertin “Armenian Today” agentliyinə verdiyi müsahibədə münaqişə haqqında geniş məlumat verib. Onun fikirncə, Ermənistan-Azərbaycan arasında qüvvələr nisbəti getdikcə dərinləşdiyindən müharibə real görünür. Artıq Moskva staus-kvonu qoruya bilməyəcəyini qəbul edir. Vəziyyətə nəzarəti saxlamaq üçün, hər hansı uğurun əldə edilməsi olduqca zəruridir. Rusiyanı son aylarda fəallaşdıran məhz bu amildir. Artıq İrəvanın Bakı ilə ayaqlaşması mümkünsüz olub. Rusiyanın Ermənistanla imzaladığı müqavilə əslində Azərbaycanı bir qədər sakitləşdirmək məqsədi güdürdü. Amma göründüyü kimi, bu heç nəyi dəyişmədi. Çünki  hadisələrə yanaşma əvvələn yanlış olub. Rusiya tərəfi hərbi potensilaı hesabına, Ermənistan isə Qarabağ ermənilərinin danışıqlara cəlb olunması yolu ilə vəziyyəti ya öz xeyirlərinə dəyişdirməyi, ya da hazırkı vəziyyəti saxlamağı düşünürdülər. Amma bu amillərdən heç biri Azərbaycanı güzəştə apara bilmədi. Əksinə, onun mövqeləri bir qədər də möhkəmlənib.

Göründüyü kimi, rəsmi İrəvana güclü təzyiqlər olunur. Astanada Serj Sərkisyanın çıxışı bunu bir daha təsdiq etdi. Erməni prezidenti açıq-aşkar Azərbaycanın hərbi gücündən ehtiyat etdiyini söylədi. Və beynəlxalq gücləri bunun qarşısını almağa çağırdı. Yaxşı vəziyyətdə olan dövlət başçısı heç vaxt bu səpkidə bəyanat verməz.

Bütün baş verənlər sabiq prezident Levon Ter-Petrosyanın 1997-ci ildə nə qədər haqlı olduğunu təsdiqləyir. Onun kompramisə getmək istəyini hər kəs xəyanət kimi qiymətləndirdi. Halbuki, hazırda Azərbaycan o şərtlərlə qətiyyən razı deyil və hazırkı iqtidar daha geniş güzəştlərə getmək məcburiyyətində qalıb. İndi, yekun statusun Azırbaycanın iştirakı olmadan müəyyən olunmayacağını İrəvan qəbul etmək məcburiyyətində qalıb. Halbuki, 1997-ci ildə bunlar müzakirə olunmurdu. Ortaq nəticəyə qarşılıqlı hörmət nəticəsində gəlməyin mümkünlüyündən danışırdılar.

İndi, hər hansı şərt olmadan 7 rayonun eri qaytarılması və qaçqınların geri qaytarılması masa üzərindədir. Və burada İrəvan heç nə əldə edə bilmir. Status isə gələcəkdə hər iki icmanın qərarı ilə, Azərbaycanın daxilində həll oluna bilər. Əslində İrəvanın bunu qəbul etməkdən başqa şansı da qalmayıb. Çünki, təkliflər kənar dövlətlər tərəfindən hazırlanıb və bunlar uzun illər davam edən danışıqların nəticəsi kimi meydana çıxıb. Əgər bunlaradan imtina olunursa, demək hər şeyi inkar edirsən. Hazırda dünyanı maraqlandıran yalnız münaqişənin yenidən alovlanmamasıdır. Bu heç kəsin planına daxil deyil. Bunu üçün isə, təklif olunan qərarlar mütləq reallaşmalıdır. Rəsmi Bakının Astanada rahat şəkildə səsləndirdiyi fikirlər, onun istəklərinin nəzərə alındığını göstərir. Əgər dövlət başçısı beynəlxalq tribunada, “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Və bütün dünya bunu tanıyır” ifadəsini işlədirsə, demək bu doğrudan da dünya təfrindən qəbul olunur. O zaman demək təcavüzkar Ermənistan olur. Çünki, heç kəs bu bəyanatın əleyhinə çıxış etmədi. Əksinə ərazi bütövlüyünün önəmindən söz açdılar. Hazırda heç kəsə sirr deyil ki, büynəlxalq güclər yeni dövlətin yaranmasında maraqlı deyillər. Bu baxımdan İrəvanı tam şanssız hesab etmək olar.

Ekspetin fikrincə, Türkiyə-Ermənistan danışıqlarının dalana dirənmısi də məhz bununla bağlıdır. Nə qədər ki, oratda Qarabağ amili var, o qədər də İrəvan blokadada qalacaq. Ermənistanın müasir dövlət kimi qonşuları ilə normal münasibət qurmaq haqqı var. Bunu həm erməni, həm də qonşu xalqlar istəyir. Bu baxımdan maksimum səviyyədə münaqişəni həll etmək lazımdır. Bunsuz, nəinki, əlaqələr qurulacaq, əksinə müharibə bir az da yaxınlaşacaq.

 

 M. TAĞIYEV

 

Paritet.- 2010.- 7-8 dekabr.- S. 7.