Azərbaycanda Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub

 

Elmira Süleymanova: “İnsan hüquq azadlıqlarının qorunması hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir

 

 10-dekabr bütün dünyada insan haqları günü kimi qeyd olunur. 1948 ci il dekabr ayının 10-da BMT Baş Məclisi Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib.

 Dünya birliyinin bərabərhüquqlu üzvü kimi insan hüquqlarının təmin edilməsi müstəqil Azərbaycan dövəltinin əsas prioritetlərindəndir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri   Ombudsman Aparatının yaradılması idi.

Dünən Bakıda Avropa Şurası Ombudsman Aparatının birgə təşkilatçılığı  iləAvropa insan hüquqları Konvensiyasının implementasiyasında səmərəli mexanizm vasitələrmövzusunda beynəlxalq konfrans keçirildi.

    

Avropa Məhkəməsinin presedent hüququ Azərbaycanda qanunvericiliyin tərkib hissəsinə çevrilib

 

 Prezident  Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov bildirdi ki, Avropa Məhkəməsinin presedent hüququ Azərbaycanda qanunvericiliyin tərkib hissəsinə çevrilib. Eyni zamanda Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların təhlili göstərir ki, Avropa Məhkəməsinin presedent hüququ Azərbaycanda hüququn tətbiqi təcrübəsində xüsusi yer tutur: “Ölkə Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsinə dair 2006-cı il tarixli sərəncamı ilə həm məhkəmələrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi təcrübədə geniş tətbiqi tövsiyə olunub. Son illərin məhkəmə qərarlarının tədqiqi göstərib ki, bu hüququn tətbiqi yerli məhkəmələr tərəfindən nəzərə alınıb. Azərbaycanda insan hüquq azadlıqlarının məhkəmələrdə müdafiəsi sahəsində müvafiq qanunvericilik institusional islahatlar aparılıb, nəticədə məhkəmələrə geniş səlahiyyətlər verilib hakimlərin müstəqilliyi artıb”.

F. Ələsgərov gələn ilin yanvarından ölkədəİnzibati icraat haqqındaqanunun qüvvəyə minəcəyini xatırladaraq bununla inzibati məhkəmələrin fəaliyyətə başlamasının da xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Azərbaycanın iki il əvvəl BMT-ninİşgəncə digər qəddar, qeyri-insani ləyaqəti alçaldan rəftar cəza əleyhinə Konvensiyası”nın fakültativ protokolunu təsdiq etdiyini xatırladan F.Ələsgərov bir il sonra sənədin qüvvəyə mindiyini dedi: “Öhdəliyə görə Azərbaycanda bir il ərzində milli preventiv yaradılmalıdır bu mexanizmi hazırda ombudsman həyata keçirir. Layihənin birinci hissəsi müvəkkilin həyata keçirdiyi fəaliyyət istiqamətlərinin qanunvericilikdə əksidir”.

PA rəsmisinin sözlərinə görə, Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı ölkədə hüquq azadlıqların məhkəmə sahəsində müdafiəsi üçün qanunvericilikdə instisional islahatlar aparılıb Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Avropa Konvensiyasının tam şəkildə implimentasiyası üçün zəruri tədbirlər görülür.O qeyd etdi ki, məlumat almaq azadlığı insan hüquqları sisteminə daxildir bu baxımdan media ombudsmanının səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsi məqsədəuyğundur: “Ombudsman vətəndaş cəmiyyəti kütləvi informasiya vasitələri ilə sıx əlaqə qurub bu sahədə təcrübəyə malikdir”.

 

Bu səlahiyyət Ombudsman Aparatına verilərsə, əlavə ştatlar açılacaq peşəkar jurnalistlər işə dəvət olunacaq

 

Ombudsman Elmira Süleymanova isə çıxışında ölkədə insan haqları sahəsində həyata keçirilən tədbirlərdən danışdı. O qeyd etdi ki, hazırda dünyanın aparıcı beynəlxalq qurumlarında təmsil olunan Azərbaycan öz qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görür.

Qeyd edək ki, E.Süleymanova media ombudsmanının səlahiyyətləri ilə bağlı jurnalistlərin suallarını cavablandlırdı: “Media məsələləri üzrə müvəkkilin səlahiyyətləri istər mənə tapşırılsın, istərsə bunun üçün xüsusi bir qurum yaradılısın, fərq etməz. Əsas odur ki, səmərəli olsun. Azərbaycanda media məsələləri üzrə müvəkkilin səlahiyyətləri ombudsmana verilərsə onun qərəzsiz, hüquqi, ədalətli bir qurum kimi fəaliyyət göstərməsinə çalışacağam. Bu işin öhdəsindən gəlməyə həyat təşkilatçılıq təcrübəm imkan verir. Bəziləri deyir ki, işlərim çox olduğundan bu işin öhdəsindən gələ bilmərəm. Bu, Ombudsman Aparatının nəzdində olsa çox müstəqil olar müstəqil fəaliyyət göstərər”.

 Müvəkkil bildirdi ki, bu səlahiyyət Ombudsman Aparatına verilərsə, əlavə ştatlar açılacaq peşəkar jurnalistlər işə dəvət olunacaq: “Bizim ştatdan əlavə xeyli ştat vahidi açılacaq. Ayrıca İnformasiya Ombudsmanı yaradılarsa, biz bu qurumla da sıx əməkdaşlıq edərik. Ombudsman Aparatında yaradılarsa tam yeni struktur vahidi olacaq”.

 Daha sonra çıxış edən Avropa Şurasının İnsan hüquqları hüquqi məsələlər üzrə Baş direktoratının bölmə rəhbəri Markus Yaeger Azərbaycanla Avropa Məhkəməsi arasında mövcud olan əlaqələrə toxundu.O bildirdi  ki, hazırda ötən illərə nisbətdə daha intensiv yüksələn xətt üzrə əməkdaşlıq edilir. Eyni zamanda qurum tərəfindən Azərbaycana verilən tövsiyələr balansdırılmış formada həyata keçirlir.

Azərbaycanın 10 ildir ki, Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduğunu xatırladan M.Yaeger dedi ki, ötən müddət ərzində Azərbaycan vətəndaşları tərəfindən Avropa Məhkəməsinə 2 min şikayət göndərilib 40 qərar qəbul edilib: “Həmçinin Avropa Məhkəməsi düşünür ki, Azərbaycanda media jurnalistlərin azadlığı məsələsində pozitiv dəyişikliklərə ehtiyac var. Məhkəmə qərarlarının icra olunmaması ilə bağlı da problemlər var”.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə bildirdi ki, Azərbaycanda Avropa Məhkəməsinin presedent hüququnun əsas təsiri ölkə sözügedən məhkəmənin yurisdiksiyasına daxil olanda sonra baş verib. O, Konstitusiya Məhkəməsinin ölkədə presedent hüququnun tətbiqi baxımından mühüm rol oynadığını qeyd etdi.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov 60 illik Avropa Konvensiyasının bir neçə dəfə dəyişikliyə məruz qaldığını bildirdi:  Sonuncu dəfə 14-cü protokol qəbul olunub ki, bu da Avropa Məhkəməsinə edilən şikayətlərə baxılması qaydalarının asanlaşdırılmasını nəzərdə tutur. Şikayətlərin sayı o qədər artıb ki, məhkəmə fəaliyyətini effektiv qura bilməyib. Qəbul olunmayan şikayətlərin sayı isə 33 mindir. Avropa Məhkəməsinin qərarlarının 90 faizi şikayətə baxılmasının qeyri-mümkünlüyü ilə bağlı olur”.

Tədbirdə Ali Məhkəmənin hakimi Vahəddin İbayev, Ədliyyə Nazirliyinin insan hüquqları ictimaiyyətlə əlaqlər idarəsinin rəisi Faiq Qurbanov, AŞ Avropa İnsan Hüququları Məhkəməsi Qərarlarının icrası departamentinin nümayəndəsi Lusya Miara başqaları çıxış edərək öz fikirlərini bildirdilər. Ümumiyyətlə, konfransın gedişi müzakirələrlə davam etdirilirdi bu müzakirələrdə natiqlər tərəfindən  çoxsaylı təkliflər irəli sürüldü. Sonda isə 10-dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsmanın keçirdiyiMən hüquqlarımmövzusunda uşaq rəsmlərinin Hüquqlar-hamı üçün!” mövzusunda jurnalist yazıları ənənəvi müsabiqələrin qalibləri mükafatlandırıldı. Qeyd edək ki, qəzetimizin əməkdaşı Fuad Hüseynzadə müsabiqədə qalib gələrək II yerə layiq görülüb.

 

        ƏKBƏR

 

Paritet.- 2010.- 11-13 dekabr.- S. 1;4.