2
Fevral Gənclər günü qeyd edilib
Və
bir qrup istedadlı gənc mükafatlandırılıb
Ötən həftə sonu 2 Fevral Gənclər
günü münasibəti ilə Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsinin təşkilatçılığı
ilə Novxanıda yerləşən
“Aqua Park”da tədbir keçirildi. Tədbirdə Gənclər
İdman Nazirliyinin və BŞGİBİ-nin əməkdaşları,
millət vəkilləri, ziyalılar, QHT-ları nümayəndələri,
Bakı şəhərində yerləşən müxtəlif
ali təhsil ocaqlarının tələbələri və başqa bir sıra qonaqlar
iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə açan millət vəkili Fəttah Heydərov
ilk əvvəl tədbirə toplaşan gəncləri bayram
münasibəti ilə təbrik etdi və hər gün yeniləşən,
gözəlləşən əbədi
və müstəqil Azərbaycanda
yaşayan gənclərə uğurlar dilədi.
Bu gün gənclərin ölkəmizin fəal
üzvləri olduğunu deyən F.Heydərov qeyd etdi ki,
sevindirici hal odur ki, Azərbaycan gəncləri təşkilatlanıb:
”Çünki vaxtilə Azərbaycan gəncliyinin təşkilatlanmasında
da problemlər yaranmışdı. Belə tədbirlərin
keçirilməsini alqışlayıram.Çünki bu
cür tədbirlər gənclərin
təşkilatlanmasına və daim mütəşəkkil
olmasına gözəl
nümunədir”.
“Gənclərin
kamilik və müdriklik məktəbi olan Heydər Əliyev irsi hər
birimizin həyat amalına çevrilməlidir”-deyən
BŞGİBİ-nin rəisi Raqif Abbasov 2 Fevral Gənclər
günü münasibəti ilə gənclər və idman
naziri Azad Rəhimov
adından gəncləri təbrik
etdi və gənclərə uğurlar və yeni zirvələr
arzu etdi:” 1990-ci illərin sonu və 2000-ci il Azərbaycan gəncliyinin yadda qalan
illərindən biridir. 2000-ci ilin əvvəllərində hər hansı bir fikri söyləmək
üçün, Azərbaycan həqiqətlərini
çatdırmaq üçün müəyyən çətinliklərlə
üzləşirdiksə bu gün
Azərbaycanın bir dövlət olaraq yüksəlməsi
nəticəsində Azərbaycan gəncliyinin səsi daha
yüksəkdən gəlir. Bunun məntiqi nəticəsidi
ki, Azərbaycan gəncliyi Avropa
Şurasının Gənclik və İdman Departamentində,
Avropa Gənclər Birliyində
və müxtəlif beynəlxalq strukturlarda müxtəlif
mövqeylərdədirlər”.
Gənclərin vətənpərvər,
həmrəy olduğunu deyən
idarə rəisi bildirdi ki, gənclərin bu cür birliyi
ölkəni daha güclü edir:” 1996-cı ildə ulu
öndərin Azərbaycan gəncliyi ilə görüşməsi
forumda iştirakı nəticəsində 1997-ci ildən 2
Fevral Gənclər günü qeyd edilməyə
başlanıb.Və bu gün də bu proses davam edir. Bu
günləri Azərbaycan gəncliyi ölkə prezidenti
İlham Əliyevin ətrafında sıx birləşərək
əlindən gələni edir və bundan sonrada edəcəklər ki, Azərbaycanımızı daha
güclü etsinlər”.
“Azərbaycan bu gün
dünyanın inkişaf etmiş ölkələri
arasındadır”- deyən ziyalı Həsən Mirzəyev
bildirdi ki, ölkədə olan bu inkişaf ölkə prezidenti
İlham Əliyevin apardığı düzgün siyasətin
nəticəsidir. Gənclərin fiziki cəhətdən
sağlam olmalarının da vacib olduğunu deyən ziyalı
xatırlatdı ki, bu gün Bakı və rayonlarda çoxlu
sayda Olimpiya İdman Kompleksləri tikilib istifadəyə
verilib.
Artıq baş idarə tərəfindən bu əlamətdar günlə
bağlı silsilə tədbirlər keçirdiklərini deyən
sözügedən idarənin gənclərlə iş
üzrə sektor müdiri Nəcəf Novruzov bildirdi ki, “gənc”
sözünün və bu günün özünün
ovqatı gözəldir: ”Fikrimi istedadlı yazıçı
Nazim Hikmətin dəyərli fikri ilə davam etmək istərdim.-
”Gənclik bütün yaxşı əməllərin
başlanğıcıdır”.
Sonda isə
il ərzində fəqlənmiş gənclərə və
KİV nümayəndələrinə BŞGİBİ və Binəqədi rayon Gənclər
və İdman İdarəsi tərəfindən diplom, fəxri
fərmanlar verildi və tədbir konsert proqramı ilə davam
etdirildi.
GÜNAY
Paritet.-
2010.- 2-3 fevral.- S. 12.