Qadınların sahibkarlıq fəaliyyətinə marağı artıb

 

 Gəncədə fəaliyyət göstərən Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva ilə müsahibə

 

-Biz  sahibkarlıq fəaliyyətinə yeni başlayan qadınlara bu işdə dəstək olmağı öz qarşımıza məqsəd qoymuşuq. Təşkilatımızın 2000-dən artıq üzvü var, onların 60 faizi gənclərdir. 12 rayonda mərkəzlərimiz fəaliyyət göstərir. Sahibkar qadınlarla tez-tez görüşlər keçirir, problemləri ilə yaxından tanış olur və həmin problemlərin həllində daim dəstək oluruq.

Qadınların sahibkarlığının inkişaf etdirilməsi sayəsində maariflənməsi üçün xüsusi təlim kursları təşkil edirik. Eyni zamanda təcrübə mübadiləsi keçmək üçün onların xarici ölkələrə səfərlərini təşkil edirik. Orada onlar sərgi, biznes forum, xarici iş adamları ilə ikitərəfli görüşlərdə iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin maliyyə dəstəyi ilə 2009-cu ildə təqribən 80 nəfərdən artıq qadın sahibkarımız xaricdə təcrübə mübadiləsi keçib. Öyrəndikləri təcrübəni isə ölkəmizdə öz işlərində tətbiq ediblər. Bundan əlavə 250 nəfərdən artıq gənc qız sahibkarlığı öyrənmək üçün təlim kurslarına cəlb olunub. Gənc qızlar arasında sahibkarlığa  həvəsi artırmağa nail olmuşuq.

Gənc qızların məşğulluğunu artırmaq, onların asudə vaxtlarını səmərəli keçirtmək üçün ayda 4 gün sənət yarışı keçirilir. Birliyin nəzdində sənətkarlarla görüşlər keçirilir və gənclər də çox həvəslə bu görüşlərdə iştirak edirlər. Bundan əlavə sahibkarlıqla məşğul olanya bu sahəyə yenicə başlayan qadınlarımıza müasir dövrün vazkeçilməz və çox mühüm tələblərindən biri olan ingilis, alman, rus dilikompüter biliklərinin, xüsusi ilə də proqramlardan, internetdən düzgün və səmərəli istifadə qaydalarını öyrətmək  üçün kurslar da təşkil olunur.

-Regionda sahibkar qadınların beynəlxalq təcrübə səviyyəsi yetərincədirmi?

- Təkcə 2008-ci il yanvarında 5, fevralında 8, martında isə 12 sahibkar qadını  xaricə göndərmişik. Onlar Hindistanda, Fransada, Türkiyədə, Yunanıstanda, Rumıniyada və digər ölkələrdə keçirilən biznes forumlarda iştirak ediblər və bu sahədə dünya görüşləri artıb, yeni təcrübəyə nail olublar. 2008-ci il 12-15 mart tarixlərində Türkiyənin Mersin şəhərində dünya sahibkar qadınlarının “Təşəbbüskar iş qadınları dərnəyi” mövzusunda qurultayı keçirilib. Bu qurultayda Azərbaycandan 26 nəfər nümayəndə heyəti iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin millət vəkilləri Jalə Əliyeva, Lalə Abbasova, İctimai televiziyanın telejurnalisti Qərənfil xanım, 9-u Gəncədən, 17 nəfər isə digər regionlarımızdan olmaqla, ümumilikdə 26 nəfər sahibkar qadın həmin qurultayda iştirak edib. Sahibkar qadınlarımız həmin qurultayda digər iştirakçı ölkələrin sahibkarları ilə tanış oldular və hazırda biznes əlaqələri qurublar. Hər rayondan bir nəfərin olması nəzərdə tutulsa da, 26 nəfərin 9-u Gəncədən olub. Gəncədə qadın sahibkarlığının daha çox inkişaf etməsinin nəticəsidir ki, hər yerdə gəncəlilərin yeri yüksəkdə dayanır. Sahibkar qadınların sürətlə inkişafı onlara Gəncədə yaranan münbit şəraitin və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovun sahibkarlara xüsusi diqqəti nəticəsində buna nail olmuşuq və bu işimizə gələcəkdə də davam edəcəyik.

Elə ona görə də bir ildə 170 nəfərdən artıq gənc qadınımız sahibkarlıq fəaliyyətinə başlayıblar. Ölkəmizdə gedən iqtisadi inkişaf qadınlarımızın sahibkarlıq fəaliyyətinə başlamaq meylini daha da gücləndirib.

- Regionların inkişafı ilə bağlı dövlət proqramına (2004-2008-ci illər) uyğun olaraq Gəncə-Qazax regionunun iqtisadi inkişaf proqramının həyata keçirilməsində qarşıya qoyulan problemlərin həllinə nail olunubmu?

- 2004-2008-ci illərdə Gəncə-Qazax regionunun iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsi çox uğurla başa çatıb. Gəncə şəhəri üzrə proqramda qeyd olunan bütün bəndlər yüksək səviyyədə öz həllini tapıb. Yeni yollar çəkilib və təmin olunub, məktəblər və uşaq bağçaları tikilib, yeni səhiyyə binalar inşa olunub, köhnələri isə təmir olunub, milli adət-ənənələrimizə uyğun abidələr yeniləşdirilib. Eyni zamanda şəhərimizdə böyük idman kompleksi, parklar və böyük xiyabanlar gənclərin istifadəsinə verilib. Əvvəldə qeyd etdiyimiz işlərin həyata keçirilməsi sahibkarlığın inkişafında böyük dönüş yaradaraq uğurlar əldə etməyə imkan yaradıb. Bu uğurları qadın sahibkarların uğurlarına da şamil etmək olar.

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Gəncəyə olan diqqət və qayğısının nəticəsidir ki, cənab prezident dövlət başçısı səlahiyyətlərini həyata keçirəndən bəri bu günədək Gəncəyə 9 dəfə səfər edib. Hər səfərində Gəncədə mədəniyyət abidə, park və fəvvarələrin açılışında iştirak edib. Elə bu səbəbdəndir ki, Gəncədə sahibkarlara nəzərə çarpacaq dərəcədə münbit şərait yaradılıb. Cənab Eldar Əzizov Gəncəyə icra başçısı təyin olunandan az sonra ilk görüşü sahibkarlarla olub. Onların iş fəaliyyəti və problemləri ilə yaxından tanış olub, bəzi problemləri elə yerindəcə həll edib. Şəhərimizin icra orqanlarının sahibkarlara diqqət və qayğısının nəticəsidir ki, 2009-cu ildə Gəncə regionundan 5 nəfər sahibkar qadın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu tərəfindən güzəştli kreditlə təmin olunub. Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə əməkdaşlıq edir və onların maliyyə yardımı ilə qadın sahibkarların maariflənməsi ilə bağlı layihələr həyata keçiririk.

Qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməyimizə baxmayaraq İqtisadi İnkişaf və Ədliyyə nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlarla sıx əməkdaşlıq edir və birgə fəaliyyət göstəririk. Gəncədə bizə “Qızıl Əllər” Məhdud Məsuliyyətli Cəmiyyət, “Zirvə” Məhdud Məsuliyyətli Cəmiyyət, AQRO bank və “Turan” bank kimi təşkilatlar da maliyyə dəstəyi göstəriblər.

Gəncədə yaradılan münbit şərait nəticəsində ailə sahibkarlığı ilə məşğul olan 1300 nəfər gənc vətəndaşımızı qeydiyyata almışıq. “Bu günün sənətkarı sabahın sahibkarıdır”- devizi ilə işləyirik. Sahibkar qadınlar heç də kişilərdən geri qalmır, onlar daha məsuliyyətli işləyirlər. Bu gün sahibkar qadınlar öz potensialından istifadə etmək üçün bütün imkanlara malikdirlər.

 

 

B.Cahandarov

 

Paritet.- 2010.- 2-3 fevral.- S. 5.