Xatirələrdə
yaşayan sənətkar
Bu gün bir çox
tanınmış sənətkarlar
haqqında danışarkən
xatirələrimiz və yaddaşımıza həkk
olunan bəzi tarixi faktlar bizə kömək edir və
onların yaşadığı mühiti gözlərimiz
önündə canlandırır. Hər zaman teatrda və
kinoda oyandığı obrazlar qalereyası ilə, şəxsiyyəti
ilə hər kəsin qəlbində
əbədi yer tutmuş, daim millətinə və xalqına
sənəti ilə xidmət etmiş görkəmli sənətkar,
xalq artisti, pedaqoq, dövlət mükafatı laureatı Həsən
Turabov haqqında xatirələrimizi çözələyib,
sənətkarın həyat və
yaradıcılığından söhbət
açacağıq. Elə bu anda görkəmli şəxslərdən
birinin fikri yaddıma düşdü. “Millətə etdiyim
xidmət mənim üçün tamam ömrümdə əvvəl
və axır bir təsəlidir”.
Bu dəyərli fikir sanki
görkəmli sənətkar Həsən Turabov
üçün deyilib. Həsən müəllim
yaşadığı illər boyu bütün
varlığı və yaradıcı potensilalı ilə
daim xalqına xidmət edib. Ömür vəfa etsəydi
bundan sonra da sənətkar istər teatr və istərsə də
kinoda bir-birindən maraqlı
obrazlar yaradaraq tamaşaçılara və onu sevənlərə
hədiyyə edəcəkdi. Amma neyləmək olar...
2003-cü il tarixində soyuq
qış (fevral) öz qarı, yağışı və
tufanı ilə Həsən müəllimin qapısı
döydü...Və onu bizlər
arasında apardı... Amma
H.Turabov cismani olaraq həyatla vidalaşsa da, onun
oynadığı rollar və şəxsiyyəti daim sevənlərinin qəlbindədir.
Elə bu səbəbdən də
əbədi yaşar sənətkarın anım
günün yaxınlaşdığı zamanda onu həyat və
sənət yoluna yenidən nəzər saldıq. Bu işdə
bizə sənətkarın
qızı, ixtisasca alman dili
müəlliməsi olan (simaca Həsən müəllimə
çox bənzəyən) Sevinc Turabova atasıyla
bağlı xatirələrini danışmaqla kömək etdi.
İlk əvvəl
onu qeyd edim ki, görkəmli sənətkar Həsən Turabov 24 aprel 1938-ci ildə
Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan
İncəsəsnət İnstitutuna daxil olub və 1960-cı
ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa
vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında
aktyor kimi fəaliyyətə başlayıb və
ömrünün sonuna qədər bu teatrda
çalışıb. Mənalı
ömrünü və yaradıcı potensilanı Azərbaycan milli teatr və kino sənətinin
inkişafına həsr edib. Bu məşhur aktyorun teatr və
kino tariximizdə silinməz izləri və özünəməxsus
yeri var. H. Turabov klassik və müasir aktyor sənəti ənənələrindən
bəhrələnərək öz yolunu, və öz məktəbini
yaradıb. Səhnə fəaliyyətinə
başladığı ilk illərdən lirik-psixoloji
üslubu ilə seçilən H. Turabov qısa müddətdə Azərbaycan və dünya
dramaturqlarının əsərlərində baş
rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından
birinə çevrilib. Və Azərbaycan
aktyorluq məktəbinin ənənələrini ləyaqətlə
davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və
yüksək səhnə mədəniyyəti sayəsində
yaratdığı rəngarəng və dolğun obrazlarla
milli teatr sənətimizi zənginləşdirib. Məşhur sənət
adamlarından dərs almış H.Turabovun gəncliyində
yaratdığı rollar teatrsevərlərin qəlbinə
asanlıqla yol tapmışdı. Aktyorun yaratdığı
obrazlarda bütövlük və canlılıq var. O,
çox zaman baş rolları
ifa edərdi. 1960-ci ildən
Akademik Milli Dram
Teatrında
çalışıb, Ağasadıq Gəraybəyli,
İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı,
Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə
qüdrətli sənətkarlarla tərəf-müqabil olub. Həsən
Turabovun səhnədə yaratdığı rolları
sadalamaqla qurtaran deyil: Vahid (“Kəndçi qızı”), Azəri(“Yaxşı
adam”), Hamlet(“Hamlet”), Lionel(“Orman qızı”), İsgəndər
(“Ölülər”), Xəyyam (“Xəyyam”) .Bu obrazların hər birinin milli teatr tarixində
öz yeri, öz mövqeyi var. H.Turabov Azərbaycan teatrına
yeni bir ruh gətirmişdi. Səsində
də bir özünəməxsusluq duyulurdu. Deyilənlərə
görə, həm də çox məhsuldar aktyor olub, gecəli-gündüzlü
məşqlərdə, çəkilişlərdə,
radio-televiziya verilişlərində işləməkdən
yorulmazmış. Turabovun sənətlə yanaşı,
pedaqoji fəaliyyəti də uğurla nəticələnib.
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru kimi pedaqoji
fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə
əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb
sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini
davam etdirə biləcək sənətkarların
yetişdirilməsi işində əlindən gələni
edib.O, istedadlı sənətkar, gözəl pedaqoq olmaqla
yanaşı, həm də yaxşı təşkilatçı
olub. Azdramaya rəhbərlik edib və böyük bir kollektivin dərin rəğbətini
qazanıb. Onun rəhbərliyi dövründə teatrda neçə-neçə klassik və
müasir əsərlər səhnəyə qoyulub.
Onun iştirakı ilə
çəkilmiş filmlər tamaşaçılar tərəfindən
həmişə böyük maraqla qarşılanıb və kinematoqrafiyanın qızıl
fonduna əbədi daxil edilib. H.Turabov kinoda yaratdığı
obrazlar “Qara daşlar”(1956), ”Əmək və
Qızılgül” (1962), ”Telefonçu qız”(1962), ”Romea mənim
qonşumdur”(1963),”Möcüzələr adası”(1963), ”Cazibə
qüvvəsi” (1964),”Ulduz”(1964),”İstintaq dava edir” (1966),”Sən
niyə Susursan”(1966),”Yaşamaq Gözəldir,Qardaşım!”(1966),”İnsan
Məskən salır”(1967),”Bir cənub şəhərində”(1969),”Bizim
Cəbiş müəllim”(1969),” Yeddi oğul istərəm
“(Gəray bəy),”Babək” (Afşin ) və başqa bir
sıra filmlərdə yaratdığı dəyərli obrazları ilə
kino tariximizdə də özünəməxsusluğu ilə
həmişə seçilib.
H.Turabov övladlarına münasibətdə çox gözəl ata olmaqla
yanaşı, həm də gözəl,sadiq bir dost olub:”İnanın, səmimiyyətimə
atamla çox yaxın dost idik. Bir qədər evə gec gələndə
o narahat olardı ki, Sevinc harda qaldı, niyə gəlmədi.
Çox ailəcanlı bir insan idi.
Harda olsa belə, həmişə istərdi ki, ailəsi
onun yanında olsun. Bu səbəbdən də mən və
qardaşlarım daim çəkiliş meydançalarına
gedirdik, kinonun kadrarxası məqamları ilə daha
yaxından tanış olurduq. Hətta qardaşım bir filmə
də çəkilib. Amma heç birimiz atamızın yolunu
davam etdirmədik. Heç özü də istəməzdi. Həmişə
deyirdi ki, bu çox çətin sənətdir. Amma mənim
oğlum Daşqının teatra və ümumilikdə incəsəsnətə çox
böyük marağı var. Atam
Daşqınla nəfəs alırdı və onu hədsiz
çox istəyirdi. Çox kiçik yaşlarından Daşqını həmişə
teatra aparardı və o da yaşının az olmasına
baxmayaraq çox diqqətlə tamaşaya sona qədər
baxardı. Və gələr-gəlməz bizə nəql edərdi. İndi o, dərslərini
yaxşı oxuyur, əlaçdır. Amma bununla
yanaşı, Daşqın həm də teatr dərnəyinə gedir və
həm rus və həm də Azərbaycan dillərində
tamaşlarda oynayır. Özü
istəsə, sənətə
marağı indiki kimi qalsa aktyor olar. Amma heç kəs
H. Turabovu əvəz edə bilməz. Atam
qardaşım Daşqının ölümündən
sonra nəvəsi Daşqınla nəfəs alırdı. Bir
dəfə mənə dedi ki, qorxuram ömür vəfa etməz...
Daşqının böyüməsini və həyatda hər
hansı mövqey tutmasını görmərəm. (Susur...)”
S. Turabova atasının
vəfatından sonra teatrlara çox az-az halda getdiyini dedi:”
İndi başqa teatrlarla müqayisədə
“Yuğ” teatrına tez-tez gedirəm. Həmişə
atamın oynadığı teatr tamaşalarını dəfələrlə
izləmişəm. Ona görə yox ki, atam idi, ona görə
ki, canlı və inandırıcı oynayırdı və səhnədə
heç zaman bərk danışmazdı.Onun özünəməxsus
səs tembri vardı”.
“Atanızın
oynadığı rollardan hansını bəyənirsiniz?”
sualını S.Turabova belə cavablandırdı:” Atamın səhnədə
oynadığı bütün obrazların hər biri
özünə məxsusdu. Biri o birinə bənzəmir. Amma mən
H. Turabov şəxsiyyətini
bütövlükdə “Gəray bəy” obrazında
görürəm və bu obrazı çox sevirəm. Onu da
qeyd edim ki, atam özü çəkildiyi filmləri sakit
bir halda seyr edərdi”. Sevinc
xanımla söhbətdən məlum oldu ki, sənətdə
və səhnədə həmişə insanlara
oynadığı obrazlarla mənəvi
zövq bəxş edən sənətkarın
ömrünün sonlarında
daxilində ağır bir yükü, nisgili
varmış(qəhərlənərək):” Qardaşım
Daşqının ölümü bütün ailə
üzvlərimizi, o cümlədən atamı çox
sarsıtdı. Bu hadisədən sonra atam heç nə də
təskinlik tapmırdı. Axır vaxtlar xəstəliyi ona məhsuldar
işləməyə və yaradıcılıqla məşğul
olmağa imkan vermirdi. Bu səbəbdən
də vaxtının çoxunu
bizimlə -ailəsi,nəvəsi ilə birgə
keçirirdi. Vəfatından bir müddət əvvəl mənə
dedi ki, Sevinc bu gün Daşqını (nəvəsi) görməmişəm.
Uşaq hardadır? . Mən
dedim ki, o biri otaqda oynayır. Atam uşaq olan otağa keçər-keçməz
Daşqın....dedi və bu onun son sözü oldu. İndiyə
qədər də bilmirik ki, atam
o anda hansı Daşqını(oğul,yoxsa nəvə)
fikrində tutub adını çəkibmiş. İnanın,
atam haqda danışmaq mənim üçün çox
çətindi və hər zaman bunu jurnalistlərlə
söhbətdə deyirəm. Atamın
arxivi mənim evimdədir. Demək olar ki, hər gün atama
aid olan o arxivi yenidən nəzərdən keçirirəm,
fotolara baxıram, keçmişə qayıdıram və
atamın hər zaman mənimlə olduğunu duyuram”.
“Atam dostlarına da
böyük hörmətlə
yanaşardı”-deyən sənətkarın qızı
bildirdi ki, H.Turabov çox az
hallarda dostları ilə evdə görüşərdi:”
Çünki, o daim işdə olar və
yaradıcılıqla məşğul idi. Çox zaman
dostları ilə Teatr Xadimləri İttifaqında
görüşərdi. Həmişə deyirdi ki, “mənə
imkan verilsə hər gün böyük sənətkarların
xatirə gecələrini keçirərəm.Çünki ,
onları unutmaq olmaz”. Çox sağ olsun atamın
dostları, telekanallar və qəzetlər həmişə
H.Turabovun xatirəsini əziz tutur və onun haqqında silsilə
verilişlər hazırlayırlar, məqalələr
yazırlar. Bu da məni bir övlad kimi çox sevindirir”.
Əmimik ki, bundan
sonra da H. Turabovun xatirəsi hər zaman sənətsevərlər tərəfindən
əziz tutulacaq, kinoda və teatrda
yaratdığı obrazlar bir çoxları
üçün nümunə olacaqdı.
GÜNAY
Paritet.-
2010.- 4-5 fevral.- S. 12.