Torpaqların iqtisadi qiymətləndirilməsi elektron formatda aparılır

 

Bələdiyyələrin birləşməsi ilə əlaqədar yeni qanunvericilik əsasında 1650 bələdiyyə yenidən hüquqi status alıb

 

  Ötən il Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi tərəfindən respublikanın 24 rayonu üzrə elektron taxeometr və GPS alətləri ilə elektron kadastr xəritələrinin hazırlanması üçün planaalma işləri aparılıb. Bu haqda komitənin 2009-cu ilin yekunları barədə hesabatda bildirilib. Qurumun Mətbut Xidməti və Analitik İnformasiya Sektorundan  “Paritet”-ə verilən məlumata görə,  bu müddətdə 739 topoqrafik planlama və planları təzələnib, 380 vərəq topoqrafik planların xəritə tərtibatı, 827 vərəq topoqrafik planlar və xəritələr nəşrə hazırlanıb.

Komitə tərəfindən hesabat ilində 27 min 803 hektar dövlət mülkiyyətində olan qış otlaqlarının inventarlaşdırılması üzrə çöl tədqiqat işləri başa çatdırılıb və xəritələşdirilməsi işləri davam etdirilir. 25 rayonun ərazisində 763 min 98 hektar sahədə suvarılan torpaqların inventarlaşdırılması işinə dair çöl və kameral işlər həyata keçirilib. Torpaqların keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi üzrə 88 min 900 hektarda bonitirovka işləri aparılaraq xəritələşdirilib, 50 inzibati ərazi dairəsi üzrə torpaqların iqtisadi qiymətləndirilməsi elektron formatda başa çatdırılıb.

 

1 milyon 175 min 838 hektar ərazidə şorlaşma səviyyəsi öyrənilib

 

   Respublikanın 19 rayonu üzrə 1 milyon 175 min 838 hektar ərazidə torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi üzrə kameral işlər icra olunub.  12 rayonun  32 min 627 hektar ərazisində kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan torpaqların meliorasiya tədbirlərinə ehtiyacını müəyyənləşdirmək üçün istifadə vəziyyəti üzrə inventarlaşdırılıb. Bununla belə, torpaqların münbitlik göstəricilərinin müəyyən edilməsi məqsədilə   7 rayon  üzrə 336 min 657 hektar kəndətrafı örüş və 120 min 147 hektar dövlət mülkiyyətinə aid yay və qış otlağı torpaqlarında irimiqyaslı torpaq tədqiqatı (çöl və kameral) işləri aparılıb.

23 rayonun  124 inzibati ərazi dairəsində müasir topogeodezik ölçü alətləri vasitəsilə planaalma  aparılıb və 8 rayonun inzibati ərazisində 174 min 834 hektar dövlət fonduna aid yay və qış otlağı torpaqlarında, 7 rayonun inzibati ərazisində 72 min 12 hektar bələdiyyə mülkiyyətinə aid kəndətrafı örüş sahələrində geobotaniki tədqiqat işləri aparılıb.       

Geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində də bir sıra mühüm işlər görülüb. Belə ki, 558 məntəqədə I-IV sinif trianqulyasiya və poliqonometriya məntəqələrinin müşahidəsi (təyini), 343,16 km I-IV sinif nivelirləmə işləri, 739 topoqrafik planalma və planların təzələnməsi, 380 vərəq topoqrafik planların xəritətərtibatı, 827 vərəq topoqrafik planların və xəritələrin nəşrə hazırlanması işləri görülüb.

Bakı şəhərinin 1:10000 miqyasda Turist atlası, Azərbaycan Respublikasının Kompleks atlası və Azərbaycan Respublikasının Ekoloji atlası, Gürcüstan Respublikasının ümumcoğrafi xəritəsi, Azərbaycan Respublikasının avtomobil yollarının xəritəsi, Göranboy, Göygöl, Göyçay, Ağdaş, Ucar, Tərtər, Qobustan və Abşeron rayonlarının ümumcoğrafi xəritələri (1:10000 miqyaslı) tərtib edilərək çap edilib.

 

267 bələdiyyənin dövlət torpaq kadastrı sənədləri  hazırlanıb

 

267 bələdiyyənin mülkiyyətinə aid torpaqların texniki dövlət torpaq kadastrı sənədləri (plan və ölçü) hazırlanıb. Bələdiyyələrin birləşməsi ilə əlaqədar yeni qanunvericilik əsasında 1650 bələdiyyə yenidən hüquqi status alıb. Həmin bələdiyyələrin əmlakının, o cümlədən torpaq sahəsinin təhvil-təslim edilməsi üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Komissiya yaradılıb və həmin Komissiyaların tərkibində Komitənin rayon və şəhər şöbələrinin müdirləri də təmsil olunurlar.

Respublikanın torpaq islahatı aparılmış  rayonları üzrə 15 yaşayış məntəqəsində (56321 ailə üzrə) yerquruluşu layihə-tədqiqat işləri aparılıb. 267 yaşayış məntəqəsinin (44941 subyekt üzrə) vətəndaşlarının qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin texniki torpaq kadastrı sənədi (plan və ölçü) hazırlanıb.

 

Vahid torpaq fondunun 1625651 hektarının eroziyaya uğrama dərəcəsi xəritələşdirilib

 

Ötən il komitə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzrə 1160 torpaq qanunvericiliyinin tələblərinin pozulması halını aşkar edib. Bunlardan 702 hal xəbərdarlıq verilməklə aradan qaldırılıb və 458 hal ilə bağlı məsələ isə inzibati qaydada sənədləşdirilərək cərimə qoyulub. Bildirilib ki, torpaq qanunvericiliyinin tələblərini pozanlardan 1149-u fiziki, 4-ü hüquqi və 7-i isə vəzifəli şəxslərdir. Nəticədə həmin şəxslər barədə inzibati protokol tərtib edilib və onlar 45 min 15 manat cərimə olunub ki, bundan da 8 min 109 manat cərimə ödənilib, qalan 36 min 906 manat cərimənin isə ödənilməsi ilə bağlı tədbirlər görülür.

 2010-cu ilin    ekologiya ili elan edilməsiylə əlaqədar   2009-cu ildə komitənin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən torpaqların rekultivasiyası layihələri hazırlanıb. Ümumiyyətlə, respublikanın vahid torpaq fondunun 15 rayonunun (Şəmkir. Xızı, Qax, Ağdaş, Dəvəçi, Qusar, Siyəzən, Neftçala, Zaqatala, Salyan, Quba və Ucar) inzibati ərazisində mülkiyyət növlərindən asılı olmayaraq torpaq tədqiqatı işləri aparılıb. Əvvəlki illərdə aparılmış torpaq tədqiqatları da daxil olmaqla ölkənin vahid torpaq fondunun 940953 hektarının şorlaşma, 926043 hektarının şorakətləşmə və 1625651 hektarının isə eroziyaya uğrama dərəcəsi öyrənilib xəritələşdirilib.

Bu müddətdə kartoqrafiya sahəsində fəaliyyət göstərməsi üçün təşkilatlar tərəfindən komitəyə 7 müraciət edilib. Təqdim olunan sənədlər ekspertizadan keçirilməklə müvafiq komissiyanın qərarı ilə onlara lisenziya verilmiş və nəticədə dövlət büdcəsinə 7700 man. məbləğində vəsait ödənilib.

Xəritə və atlasların qanunsuz nəşri və satışı hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 reyd keçirilib, müəyyən edilən saxta kartoqrafiya materiallarının satışdan götürülməsi üçün qanunamüvafiq tədbirlər görülüb. 6 müəssisə və təşkilatda geodeziya-kartoqrafiya sahəsində fəaliyyətlərinin olub-olmaması barədə araşdırmalar aparılıb və bu sahədə fəaliyyət göstərən müəssisələrin işlərində aşkar edilmiş bəzi çağışmazlıqların aradan qaldırıması üçün müvafiq tədbirlər görülüb.

Komitə rəhbərliyi tərəfindən təsdiq edilmiş “Qrafik”ə uyğun olaraq əksər rayon-şəhər şöbələrində dövlət geodeziya nəzarətinin təşkili üzrə, yəni həmin rayon və şəhər ərazilərində basdırılıb (quraşdırılmış) geodeziya məntəqələrinin mühafizə və yerlərdə saxta katoqrafiya materiallarının satışı hallarının qarşısının alınması ilə əlaqədar müvafiq işlər aparılıb. Hesabat ilində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 749 hərrac və müsabiqə təşkil olunub.

 

 Nəqliyyatın intellektual idarə edilməsi sistemi yaradılır

 

 Bildiyimiz kimi hazırda paytaxtımızın içməli su təminatı üçün 251 km məsafəyə malik Oğuz-Qəbələ-Bakı su kəməri çəkilməkdədir. 8 rayonun ərazisindən keçən həmin kəmərin bilavasitə tikintisi və mühafizə zonasına düşən 628 hektarlıq torpaq sahələrinin yeri və ölçüsü Komitə tərfindən naturada dəqiqləşdirilib. Həmin torpaqların əvəzləşdirilməsi barədə müvafiq yerquruluşu layihələri hazırlanıb. Nəticədə xüsusi mülkiyyətçilərə əvəzləşdirilən torpaqlarla bağlı texniki dövlət torpaq kadastrı sənədləri işlənib hazırlanıb. Bununla belə, kəmərin Oğuz rayonu inzibati ərazisində su yığıcı boruları və artezianların altına, eləcə də mühafizə zonasına düşən 1553 hektar torpaq sahəsi ilə bağlı zəruri yerquruluşu işləri aparılıb və 1416 xüsusi mülkiyyətçinin torpaqlarının əvəzləşdirilməsi ilə bağlı plan və ölçü sənədləri hazırlanıb.

 2009-cu ildə Naftalan şəhəri inzibati ərazisindən 10,0 ha, Bakı şəhərinin Qaradağ rayonu inzibati ərazisindən 22,0 ha, Ağcabədi rayonu inzibati ərazisindən 134 ha və Abşeron rayonu inzibati ərazisindən 0,40 ha olmaqla, cəmi 166,4 ha torpaq sahəsinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin hazırlanması və naturada sahələrin seçilib müəyyən edilməsi Komitə tərəfindən aidiyyəti orqanlarla birlkdə təmin edilib.

Eyni zamanda Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması üzrə 2200 km2 -i əhatə edən ərazidə 3d (3 ölçülü) rəqəmli xəritələr (1:2000 miqyaslı) hazırlanması işlərinə 2009-cu ilin sonunda başlanılıb. Bu işlərin 2010-cu ilin sentyabr ayınadək başa çatdırlması nəzərdə tutulur. Hal-hazırda komitədə olan işçi stansiyaların köməyi ilə stereo şəkilləri əsasında bu rəqəmli xəritələr hazırlanır.

Qeyd edək ki, təşkilat Dünya Bankının vəsaiti ilə “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi həyatat keçirilir.

Bu günə kimi layihə çərçivəsində 1:1000 miqyaslı ortofoto xəritələrin hazırlanması  üçün nəzərdə tutulmuş aerofotoçəkiliş və emal işləri 100 % həcmində yerinə yetirili. 1:5000 miqyaslı xəritələrin hazırlanması üçün nəzərdə tutulmuş aerofotoçəkiliş və emal işləri 80 % həcmində yerinə yetirilib. Peyk çəkiliş əsasında hazırlanması nəzərdə tutulmuş ortofoto xəritələrin həm peyk çəkilişi materialları, həm də emal materialları 80 % həcmində tamamlanıb. Bundan başqa ölkə ərazisində qurulması nəzərdə tutulmuş Daimi Fəaliyyət Göstərən Peyk-geodeziya Şəbəkəsinin 37 Qəbuledici stansiyadan 35-nin yeri artıq müəyyən olunub, 2 stansiyanın (Geyrangöl ərazisində rabitə ilə bağlı problemlərə görə) dəqiq yeri müəyyənləşdirilir.

Həmçinin Komitə “Torpaq kadastrı sisteminin təkmilləşdirilməsi layihəsi”ni aparır.  Komitənin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi ilə birgə Zirə ərazisində 1000.0 ha (10 kv.km) sahədə pilot şəhər kadastrı layihəsinin həyata keçirilməsi və müasir kadastr sisteminin yaradılması, habelə torpaq kadastrı üçün münasib metodologiyanın öyrənilməsi və tədbiqi, işçilərin potensialının gücləndirilməsinin dəstəklənməsi nəzərdə tutulub. Layihə Koreyanın Beynəlxalq Əməkdaşlıq Aqentliyi (KOİCA) tərəfindən ayrılmış 1.500.000 ABŞ doları məbləğində Qrant hesabına 18 ay ərzində həyata keçiriləcəkdir. Layihə üzrə işlərə 21 sentyabr 2009-cu il tarixində başlanıb.

Təşkilat “Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər proqramlardakı öhdəsinə düşən işləri yerinə yetirib.

Belə ki, 34 rayonda torpaqların texniki uçotunun, 19 rayonda torpaqların bonitirovkasının və  36 rayonda torpaqların iqtisadi qiymətləndirilməsinin  elektron varianta işlənilib xəritələşdirilməsi üzrə işlər aparılıb. Bakı şəhərində 17 min 165 ailənin qanuni istifadəsindəki (fərdi yaşayış evləri, həyətyanı sahələrin və s.) torpaqların onların mülkiyyətinə verilməsi məqsədilə yerquruluşu işləri icra olunub.

 

 

F.HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 4-5 fevral.- S. 5;8.